Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1498/2019 01.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 01 mart 2019-cu il İş № 2(102)-1498/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh və vəkili X5 oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10170/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Ə.Misirzadə) 2(011)-3782/2018 nömrəli iş üzrə 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 43634 (qırx üç min altı yüz otuz dörd) manat 55 (əlli beş) qəpik əsas borc, 1663 (min altı yüz altmış üç) manat 16 (on altı) qəpik məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi) M.A.Məmmədov və H.H.Əhmədov) 2(103)-10170/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməməsi, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2(011)-3782/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC Ca vabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə X3 arasında 17 mart 2007-ci il tarixində Bakı ş. ünvan1 13 otaqdan ibarət, ümumi sahəsi 12 kv.m olan mənzilin alınmasına dair 2740 saylı alğısatqı müqaviləsi bağlanmış, mənzilin dəyəri tərəflərin razılığı ilə 130000 manat məbləğində müəyyən edilmiş, alıcı mənzilin dəyərini 722,22 manat olmaqla 180 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. 27 may 2010-cu il tarixdə 29 iyun 2017-ci il tarixli, AMS000241 saylı mənzil sertfıkatı X1 adından Cavabdeh adına indossament olunmuş, 11 iyun 2010-cu il tarixdə Cavabdehlə “xxxx” ASC arasında 1182 AKN/10 saylı kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh mənzilin dəyərini ödəmək üçün 46000 ma nat məbləğində kredit verilmişdir. Eyni zamanda, “xxxx” KB ASC ilə “xxxx” ASC arasında 13 iyul 2012-ci il tarixli, 273TQH saylı tələbin güzəşt edilməsi müqaviləsi bağlanılmışdır. Cavabdeh tərəfindən qeyd edilən kredit müqaviləsinin şərtləri pozularaq ödənişləri həyata keçirməmişdir. Belə ki, kredit müqaviləsi üzrə 43634,55 manat əsas, 1663,16 manat faiz borcu bu günə qədər ödənilməmiş qalmaqdadır. Cavabdeh pulu artıq 8 ildir ki, gecikdirir və hər il üçün 5 faiz, 18119,84 manat məbləğində faiz ödəməlidir. Göstərilənlərə əsasən Cavabdeh 45297,71 manat əsas borcun, 18119,84 manat faiz borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun, cəmi 63447,55 manat məbləğində pulun tutularaq, “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstə rilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh və vəkili X5 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10170/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsini ləğv edərək yenidən baxılması üçün işi Bakı Apellyasiya İnstansiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına Cavabdeh və vəkili X5 oğlunun kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılm asına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)10170/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarına əlavə edilmiş: AMS seriyalı 000241 saylı Azərbaycan Respublikası Preziden ti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydə alınmış mənzil sertifikatının surətindən görünür ki, emitent “X8” MMC-nin nominal dəyəri 68750 manat olan Bakı şəhəri,ünvan 2ümumi sahəsi 125 kv.m, yaşayış sahəsi 61 kv.m, qeyri-yaşayış sahəsi 64 kv.m olan 3 otaqlı, 191 nömrəli mənzilinin sertifikatı X2 adından Cavabdeh adma indossament edilmişdir. 13 iyul 2012-ci il tarixli, 273TQH saylı tələbin güzəşt edilməsi haqqında müqaviləyə əsasən, “xxxx” KB ASC Cavabdeh qarşı irəli sürə biləcəyi bütün tələblərini “xxxx” ASC-yə güzəşt etmişdir. Həmin vaxt kredit müqaviləsi üzrə əsas borc 43634,55 manat, faiz borcu isə 1633,16 manat məbləğində olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 fevral 2015-ci il tarixli, 2(011)-298/2014 saylı qətnamənin surətindən görünür ki, “xxxx” ASC-nin Ca vabdeh qarşı Bakı şəhəri,ünvan 2mənzilinə dair bağlanmış 17 mart 2007-ci il tarixli 2740 saylı müqavilənin ləğv edilməsinə, mənzilin boşaldılaraq “xxxx” ASC-yə təhvil verilməsinə dair iddiası təmin edilməmişdir. Pretenziyanın surətindən görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə ərizə verilməsi ilə bağlı “xxxx” ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (k reditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kredit or məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, “xxxx” KB ASC borclunun razılığı olmadan tələbi “xxxx” ASC-yə güzəşt etmək hüququ olduğundan, bu hüquqdan istifadə edərək, borcluya qarşı olan tələbini “xxxx” ASC-yə güzəşt etmişdir. “xxxx” ASC hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə borcludan borcunu tələb etmək və buna görə də, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Apellyasiya məhkəməsinin qənaətinə görə birinci inst ansiya məhkəməsi iddia tələbini güzəşt edilən 43634,55 manat əsas və 1663,16 manat faiz borcu həcmində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mülki qanunvericilik normalarına istinadən güzəşt edilən pul vəsaitinin iddiaçının öz vəsaiti olmadığından, yalnız güzəşt edilən tələb olduğundan, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində borcun cavabdehdən tələb edilməsini əsassız hesab etməsi barədə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hans ı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxıla n zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10170/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh və vəkili X5 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10170/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin
Məhkəmə qərarları › İş №2(102)-1498/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1498/2019
01.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver