Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1499/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1499/2019 18 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı MMC-nin vəkili V1 oğlunun, cavabdeh “xxxx” Şirkətinin vəkili ** oğlunun və nümayəndəsi X1, üçüncü şəxs Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.10.2018-ci il tarixli, 2(103)11554/2018 nömrəli qərardadından İddiaçı MMC-nin kassasiya şikayəti üzrə mülki iş ə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(009)-1359/2018 saylı qərardadı ilə cavabdeh “xxxx” Şirkətinin iş üzrə icraata xitam verilməsi barədə vəsatəti qismən təmin edilərək, İddiaçı MMC-nin cavabdehlər “xxxx” Şirkətinə, Cavabdeh2 və Cavabdeh1 qarşı“ əsas borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata cavabdeh “xxxx” Şirkətinə aid hissədə xitam verilmiş, cavabdeh “xxxx” Şirkətinə qarşı tələbləri üzrə mübahisəni həmin hüquqi şəxslə bağladığı müqavilə şərtlərinə uyğun qaydada həll etmək hüququ olması İddiaçı MMC-yə izah edilmiş, vəsatət qalan hissədə təmin olunmamışdır. Həmin qərardaddan iddiaçı “İddiaçı“ MMC şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(009)-1359/2018 saylı qərardadının qismən cavabdeh “xxxx” şirkətinə aid hissədə ləğv edilməsini və həmin şirkətin də cavabdeh qismində iştirakı təmin olunmaqla işə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(009)-1359/2018 saylı, qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(009)-1359/2018 saylı qərardadından Cavabdeh2 tərəfindən də şikayət verilərək, qərardadın ləğv edilərək, mülki iş üzrə icraata ona aid hissədə də xitam verilməsi barədə qərardadın qəbul olunması xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli 2(009)-1359/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki i şlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(009)-1359/2018 saylı qərardadından Cavabdeh1 tərəfindən də şikayət verilərək, qərardadın ləğv edilərək, mülki iş üzrə icraata ona dair hissədə də xitam verilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli 2(009)-1359/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki i şlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2018-ci il tarixli 2(103)6267/2018 saylı qərardadı ilə iddiaçı “İddiaçı“ MMC-nin şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 şikayətləri təmin edilərək iş üzrə B akı şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(009)-1359/2018 saylı qərardadı qismən yəni, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dair hissədə iş üzrə icraata xitam verilməsi barədə vəsatətin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə də vəsatət təmin olunmuş, İddiaçı MMC-nin cavabdehlər “xxxx” şirkəti, Cavabdeh2 və Cavabdeh1 qarşı “əsas borc və vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair iş üzrə icraata cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dair hissədə də xitam verilmiş, qərardad qalan hissədə yəni, İddiaçı MMC-nin cavabdehlər “xxxx” şirkəti, Cavabdeh2 və Cavabdeh1 qarşı “əsas borc və vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair iş üzrə icraata cavabdeh “xxxx” şirkətinə aid hissədə xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “İddiaçı“ M MC kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5666/18 saylı 18 sentyabr 2018ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6267/2018 saylı, 22 may 2018-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli 2(103)-11554/2018 saylı qərardadı ilə iddiaçı “İddiaçı“ MMC-nin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı “İddiaçı“ MMC və vəkili V1 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, həm 1-ci həm də apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən ilk növbədə nəinki aidiyyat məsələsinə diqqət yetirməyib, hətta işdə iştirak etməyə cəlb olunmuş fiziki şəxslərin hüquq və vəzifələrinə, iddiaçıyla olan qarşılıqlı münasibətlərinə məhəl qoymamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin vəkili V1 oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” Şirkətinin vəkili ** oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” Şirkətinin nümayəndəsi X2 vəkilin dediklərinə uyğun izahat verdi. Üçüncü şəxs Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPMnin 67-ci maddəsinə uyğun olaraq işə onun izahatı alınmadan baxılmışdır. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəf apellyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qərardadını yalnız iddianın “xxxx” Şirkətinə qarşı olan tələb üzrə icraata xitam verilməsi hissəsini mübahisələndirdiyindən, hazırda kassasiya şikayətində apllyasiya instansiyası məhkəməsinin qərardadının tam şəkildə ləğvini tələb etsə də, kollegiya qərardadı yalnız “xxxx” Şirkətinə qarşı olan tələb hissəsində yoxlamalıdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 26.10.2018-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qərardadını iddianın “xxxx” Şirkətinə qarşı hissəsi üzrə icraata xitam verilməsi hissəsində dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəll əyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmamışdırsa, məhkəmələr baxırlar. İddiaçı “İddiaçı“ MMC iddianın əsasını cavabdeh “xxxx” şirkəti ilə müqavilələrin bağlanması, icrası yaxud xitamı ilə bağlı deyil, məhz cavabdehlər tərəfindən Mülki Məcəllənin tələblərinin pozulması, yəni onlar tərəfindən deliktin törədilməsi və iddiaçıya vurulmuş zərər halı təşkil etdiyini bildirsə də, bu dəlillər əsaslı hesab edilə bilməz. Çünki, onlar bağladıqları müqavilədə razılaşdırmışlar ki, müqavilə üzrə aralarında ya ranacaq mübahisəni danışıqlar yolu həll edilməsinə üstünlük verməlidir, lakin bunlar nəticə verməsə yekun olaraq mübahisəyə beynəlxalq Ticarət Palatasının Arbitraj Qaydaları əsasında üç arbitr tərəfindən baxılmalıdır. Yəni, onlar bağladıqları yazılı müqavilədə aralarında yaranacaq mübahisələrin məhkəmədən kənar, yuxarıda qeyd olunan digər qaydada baxılıb həll edilməsini əvvəlcədən razılaşdırmışlar. Bu halda onlar arasında müqavilədən irəli gələn hər hansı bir mübahisəyə məhkəmə qaydasında baxıla bilməz. Apellyasiya instansiyası məhkəməsi xüsusilə düzgün vurqulamışdır ki, cavabdeh “xxxx” şirkəti tərəfindən iddiaçı şirkətə qarşı delikt törədilərək zərər vurulması halı həqiqət olsa belə, bu da onlar arasında yaranmış mülki hüquq münasibətlərinin bilavasitə nəticəsi (icrası) ilə bağlı olduğund an, bu mübahisəyə də fərqli qaydada, yəni məhkəmə qaydasında baxıla bilməz. Çünki, baş verməsi iddia edilən bu hallar da, onlar arasında yaranmış mülki hüquq münasibətlərinin ayrılmaz tərkib hissəsini təşkil etdiyindən, aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun, yəni məhkəmədən kənar yuxarıda qeyd olunan qaydada həll edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıməsələ üzrə prosessualhüquqnormalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin dəlilləri baxımınd an kollegiya əlavə olaraq qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanunu ilə də tərəflərin məhkəmə aidiyyətini könüllü surətdə seçmək hüququ nəzərdə tutulmuşdur. Belə ki, “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 24.1-ci maddəsinə əsasən müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyy ən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Göründüyü kimi, qanunvericilik tərəflərə müqavilə ilə aralarında baş verəcək mübahisəyə yerli deyil, xaricdə fəaliyyət göstərən orqanı seçərək, nəinki məhkəmə aidiyyətini, hətta faktiki olaraq mübahisəyə millidən fərqli ola biləcək xarici ölkələrin maddi hüquq normalarının belə tətbiqini razılaşdıra bilərlər. Odur ki, kollegiya hesab edir ki, nəqədər ki tərəflər öz könüllü iradə ifadələrinə uyğun olaraq aralarında gələcəkdə baş verəcək mübahisələrin aidiyyətini Azərbaycan Respublikası məhkəmələrinin yurisdiksiyasından kənar qaydad a müəyyən etmişlər, həmin müqavilə öhdəliklərinin icrası, habelə icra olunmaması nəticəsində yaranması iddia olunan zərərin tutulmasına dair iddialara yerli məhkəmələr baxa bilməzlər. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.10.2018-ci il tarixli, 2(103)-11554/2018 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv əyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-1499/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1499/2019
18.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver