Məhkəmə qərarları › İş №2(102)-1499/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1499/2020

17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1499/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Cavabdeh və vəkili Səfərov Paşa İbiş oğlunun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli, 2(105)-10/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 2(012)-4379/2015 saylı qətnaməsi ilə (hakim İ.Ə.Kərimli) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 22718,33 ABŞ dolları əsas, 160,95 ABŞ dolları faiz borcu və 7,7 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 22886,98 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh məxsus "Chevrolet Captiva” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, ipoteka predmeti olan “Chevr olet Captiva” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaitinin hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcun və dövlət rüsumunun əvəzinin ödənilməsi, pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli, 2(105)-10/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi T.Q.Məmmədov, F.G.Zeynallı, A.Ə.Abbasov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 2(012)- 4379/2015 saylı qətnaməsinə qismən, əsas və faiz borclarına aid hissələrdə dəyişiklik edilməsi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə əsas borc üzrə 21.904,49 (iyirmi bir min doqquz yüz dörd dollar 49 sent) ABŞ dolları, faiz borcu üzrə 155,16 (bir yüz əlli beş dollar 16 sent) ABŞ dollarının tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus “Chevrolet Captiva” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda ilkin satış qiymətinin 27.000 (iyirmi yeddi min) manat müəyyən edilməsi qət edilmiş, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 295 (iki yüz doxsan beş) manatın 100 (bir yüz) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 195 (bir yüz doxsan beş) manatı Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********000000 3944, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesaba köçürülmüşdür. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 22718,33 ABŞ dolları əsas, 160,95 ABŞ dolları faiz borcunun, 7,7 ABŞ dolları cərimə borcunun tutulması, tələbin Cavabdeh Aydm oğluna məxsus “Chevrolet Captiva" markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 10 fevral 2015-ci il tarixi avtomobil krediti və girov (ipoteka) müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 17 faiz olmaqla 23349 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdeh aldığı “Chevrolet Captiva” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobili bankın xeyrinə girov (ipoteka) qoymuşdur. Girov (ipoteka) qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və bu barədə müvafiq şəhadətnamə verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq, üzərinə düşən ö hdəliyi yerinə yetirmir. Dəfələrlə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq, cavabdehin banka olan borcu ödənilməmiş qalmışdır. Hazırda cavabdehin banka olan əsas kredit borcu 22718,33 ABŞ dolları, faiz borcu 160,95ABŞ dolları, cərimə borcu 7,7 ABŞ dolları təşkil edir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh və vəkili Səfərov Paşa İb iş oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi kassatorun 1 ABŞ dollarının 0,78 manat kimi ödəməsi ilə bağlı təkliflərinə münasibət bildirməmiş,işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Re spublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikası nın MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış CA/52587/49/24 saylı, 10 fevral 2015-ci il tarixli kredit sazişindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh avtomobili n alınması üçün 48 ay müddətinə, illik 17 faiz ödənilməsi şərti ilə 23.349 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus “Chevrolet Captiva” markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. -AC seriyalı, 352130 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Captiva” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. -11 fevral 2015-ci il tarixli, 129965 saylı ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus “Chevrolet Captiva” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmə si qeydiyyata alınmışdır. -İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 4219 saylı, 08 iyul 2015-ci il tarixli bildirişindən görünür ki, Cavabdeh 10 fevral 2015-ci il tarixli avtomobil krediti və girov (ipoteka) müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ona məxsus “Chevrolet Captiva” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. -İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə ünvanlanmış 4312 saylı, 13 iyul 2015-ci tarixli ərizədən görünür ki, cəmiyyətin xeyrinə yüklü edilmiş Cavabdeh məxsus “Chevrolet Captiva” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında bildiriş 16 iyul 2015-ci il tarixdə qeydə alınmışdır. İş üzrə keçirilmiş ekspertizanın 15 may 201 7-ci il tarixli, 21838 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 10 fevral 2015-ci il tarixli, CA/52587/49/24 nömrəli kredit sazişində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 23 iyul 2015-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 22.082,07 ABŞ dolları məbləğində, o cümlədən əsas borc üzrə 21.926,75 ABŞ dolları, faiz borcu üzrə 155,31 ABŞ dolları müəyyən edilir, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən 2014-cü il buraxılışlı, mühərrik həcmi 2384 sm” “Chevrolet Captiva” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qay dada təxminən 29000,00 manat müəyyən olunur. İş üzrə keçirilmiş ekspertizanın 01 oktyabr 2018-ci il tarixli, 23606 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 10 fevral 2015-ci il tarixli, CA/52587/49/24 nömrəli kredit sazişinin şərtlərini nəzərə alaraq Cavabdeh 23 iyul 2015-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 22.059,65 ABŞ dolları məbləğində, o cümlədən əsas borc üzrə 21.904,49 ABŞ dolları, faiz borcu üzrə 155,16 ABŞ dolları müəyyən edilir, ekspertiza tədqiqatına təqdim edilmiş 2014-cü il buraxılışlı, mühərrik tutumu 2384 sm”, 66390 km məsafə qət etmiş, avtomat sürət qutulu “Chevrolet Captiva” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 27000,00 manat müəyyən olunur. İş üzrə keçirilmiş ekspertizanın 13 sentyabr 2019-cu il tarixli, 33281 saylı rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 10 fevral 2015-ci il tarixli, CA/52587/49/24 nömrəli kredit sazişinin şərtləri nəzərə alınmaqla, Cavabdeh 23.07.2015-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 22.059,65 ABŞ dolları məbləğində, o cümlədən əsas borc üzrə 21.904,49 ABŞ dolları, faiz borcu üzrə 155,16 ABŞ dolları müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1 -ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzi fəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) baş a düşülür. -443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda ımüəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli po zuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. -449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. -465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüqu qlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. -270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. -295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. -317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayan ın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənil məsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehdən 22718,33 ABŞ dolları əsas, 160,95 ABŞ dolları faiz borcu tələb etmiş, birinci instansiya məhkəməsi də iddia tələblərini həmin hissələrdə təmin etmişdir. İş üzrə keçirilmiş ekspertizaların rəyləri ilə Cavabdeh 23 iyul 2015-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcunun 21.904,49 ABŞ dolları, faiz borcunun 155,16 ABŞ dolları təşkil etdiyi müəyyən edildiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə əsas və faiz borcuna aid hissələrdə dəyişiklik edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 21.904,49 ABŞ dolları, faiz borcu üzr ə 155,16 ABŞ dolları tutulmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspertizanın 01 oktyabr 2018-ci il tarixli, 23606 saylı rəyini daha mötəbər hesab edərək qeyd etmişdir ki, 15 may 2017-ci il tarixli, 21838 saylı rəy “Chevrolet Captiva” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avt omobilə baxış keçirmədən Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və məhkəmə ekspertiza mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən verilmiş, iş üzrə keçirilmiş ekspertizanın 01 oktyabr 2018-ci il tarixli, 23606 saylı rəyi isə həmin avtomobilə baxış keçirilməklə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan “Chevrolet Captiva” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda ilkin satış qiyməti 27.000 manat müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh kredit sazişi üzrə öhdəliyinin krediti götürdüyü zaman olan məzənnəsi ilə ödənilməli olması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış CA/52587/49/24 saylı, 10 fevral 2015-c i il tarixli kredit sazişinə əsasən Cavabdeh 23349 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin sazişdə kreditin onun götürüldüyü vaxtda olan məzənnə ilə ödənilməsi nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 439.2-ci maddəsi xarici valyutada olan pul öhdəliyinin manatla icrası zamanı öhdəliyin icrasının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılmasını birmənalı müəyyən edir Kassasiya kollegiyası qeyd edir k i, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən onun 1 ABŞ dollarının 0,78 manat kimi ödəməsi ilə bağlı təkliflərinə münasibət bildirilmədiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət v erilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli, 2(105)-10/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar