Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-15/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X4, Cavabdeh1 vəkili X7, üçüncü şəxs X2 və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə xxxx Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavab deh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xxxx şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia təmin edilmişdir. xxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseynov, hskimlər X.Cəmilova və İ.Xəlilov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, xxxx şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədəiddianın Cavabdeh1 qarşı təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən Ə.Nurməmmədov, hakimlər M.Əhmədova və Ə.Rüstəmov) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, xxxx Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. xxxx Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, xxxx şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çı xararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də xxxx Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı (bundan sonra iddiaçı)cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vəCavabdeh4 qarşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin xxxx şəhər, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 3 saylı evin 7 nömrəli mənzilindən(bundan sonra mənzil) çıxarılmaları, həmin mənzilin boşaldılmaqla iddiaçının istifadəsi və sahibliyinə verilməsi, cav abdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, “xxxx” MTK tərəfindən inşa edilmiş xxxx şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən 3 nomrəli, 17 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 4 otaqlı, 80.9 kv.m sahəsi olan 7 saylı mənzilinə iddiaçının adına xxxx Şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli sərəncamına əsasən order verilmişdir. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, iddiaçı mənzili təmir edərək ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüş, 2013-cü ilin dekabr ayına kimi həmin mənzildə yaşamışdır. 2013-cü ilin dekabr ayında iddiaçı yaşadığı mənzili “xxxx” MTK-nın İdarə Heyyətinin sədri vasitəsi ilə kirayəyə verilməsi ilə bağlı sonuncu ilə razılığa gəlmiş və bu məqsədlə evi ona tə hvil verərək ailə üzvləri ilə birlikdə mənzili tərk etmişdir. Qeyd edilən razılaşma əsasında mənzilə sahiblik edən həmin mənzili Ruhin Əsgərov adlı şəxsə məxsus olduğunu bildirməklə sonuncunun vasitəsi ilə həmin mənzili xx.xx.2014-cü il tarixində 70,000 ABŞ dollarına əvvəlcə X1 bundan sonra xx.xx.2016-ci il tarixində 170,000 manata X6 və üçüncü dəfə xx.xx.2016-cı il tarixində 173,000 manata Cavabdeh1 satmışdır. Mənzilə dair müqavilə bağlandıqdan sonra Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 və qaynanası Cavabdeh3 ilə birlikdə mənzilə köçmüş və mənzilə pasport qeydiyyatına alınmışlar. Göstərilən əməllərlə yanaşı digər cinayət əməllərinə yol verdiyinə görə xxxx Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə 03 il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və mad di-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il müddətində azadlıqdan məhrumetmə cəzası ilə, 02 il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətində azadlıqdan məhrumetmə cəzası ilə məhkum edilmişdir. Hökmlə Cavabdeh1 zərərçəkmiş şəxs qismində tanınmış və ona dəymiş zərərlə bağlı qarşı tələb vermək hüququ izah edilmişdir. Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixində Reyestr Xidmətindən mülkiyyət hüququna dair çıxarış əldə etmiş və həmin mənzili Apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi qəbul edildikdən sonra, yəni xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə N.Namazovaya satmışdır. Müqavilə əsasında N.Namazovanın mülkiyyət hüququ xx.xx.2019-cu il tarix ində qeydiyyata alınmışdır. İddiaçı bildirir ki, mübahisəli mənzili 2002-ci ildə “xxxx” Mənzil Kooperativindən almışdır. xxxx Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 366 nömrəli sərəncamına əsasən ona mənzilə dair order verilmişdir. 2013-cü ilin dekabr ayınadək ailəsi ilə birlikdə həmin mənzildə yaşamış, həmin tarixdən başqa yaşayış yerinə köçmüşlər. Mübahisəli mənzildən köçməkdə məqsədi həmin mənzili kirayə vermək olmuşdur. Belə ki, binanın komendantı Emil Məhərrəmov ona mənzili kirayə vermək üçün müştəri tapacağını bildirmiş və müştərilərə göstərmək üçün mənzilin açarlarını ondan almışdır. Bir müddət sonra, yəni xx xxxxxx 2014-cü il tarixində ona mənzilin kirayə verildiyini, kirayəçi tərəfindən 6 aylıq ödənişin edildiyi bildirmiş və fevral ayının 15-də pulu ona verm işdir. Buna görə də o, mənzilin kirayə verildiyini güman etmişdir. E.Məhərrəmov növbəti 6 ayın kirayə haqqını da ona ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, onun məlumatı olmadan mənzil saxta yollarla Cavabdeh1 satılmış, Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 və qaynanası Cavabdeh3 ilə mənzilə köçüb, orada yaşayıb, hətta mənzilə pasport qeydiyyatına alınmışlar. Digər Cavabdeh4 isə ümumiyyətlə tanımır, həmin şəxsin nə vaxt və hansı qaydada mənzilə qeydiyyata alınmasından tam məlumatsızdır. Cavabdeh1 bildirir ki, mənzil ona satılarkən onun mülkiyyətçisinin xəbərinin olmamasını bilməmişdir. Ona görə də, o vicdanlı alıcıdır. Alqı-satqı zamanı təqdim olunan sənədlər şübhə doğurmamışdır. Faktiki olaraq öz öhdəsinə düşən vəzifəsini icra etmiş və satıcı isə pulun əvəzində ona mübahisəli mənzili təhv il vermişdir. Mübahisəli ünvanda baş verənlər xxxx şəhərində böyük rezonansa səbəb olmuş və “xxxx” MK-nın İdarə heyətinin sədri vəzifəsində işləmiş X3 cinayət məsuliyyətinə cəlb olunması təsdiq edilmişdir. Həmin iş üzrə faktiki olaraq zərərçəkən qismində cəlb edilsə də, reallıda hələ də vicdanlı əldə etdiyi əmlakda yaşayır və istifadə edir. Üçüncü şəxs N.Namazova birdirir ki, o vicdanlı alıcıdır və buna görə də xxxx Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin e dilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması ilə çıxarılmışdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona m ənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verd iyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Beləliklə işin hallarından göründüyü kimi iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisi olmuşdur və onun mülkiyyət hüququ mənzilin yerləşdiyi binanı inşa edən “xxxx” MTK tərəfindən mübahisələndirilməmişdir. Həmçinin işin hallarından görünür ki, Cavabdeh1 ailə üzvləri ilə birlikdə iddiaçının iradəsinə zidd olaraq həmin mənzildə yaşadığı üçün sonuncu hazırkı iş üzrə iddianı vermişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarının hazırkı işə tətbiqi onu ehtiva edir ki, iddiaçının həmin mənzil üzərində sahiblik və istifadə hüququ yaranmışdır. Cavabdehlər isə mübahisəli mənzilə iddiaçının icazəsi olmadan pasport qeydiyyatına düşmüş və orada yaşamağa başlamışlar. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə yaşamaları və qeydiyyatda qalmaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Bununla yanaşı iddiaçının mənzilin mülkiyyətçisi olmadığı, əslində özünün mülkiyyətçi olduğu, qeyd edilən hala görə mənzildə qanuni əsaslarla yaşadığına görə iddianın rədd edilməli olduğu barədə cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər xxxx Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvədə xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təkzib edilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərar ı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mənzilin hazırda onun mülkiyyətində olması ona görə də qətnamənin ləğv, iddianın rədd edilməli olması barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Cavabdeh1 mənzilə dair ilə alqı-satqı müqaviləsini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra bağlamış və sonuncunun mülkiyyət hüququ da həmin qətnamə qəbul edildikdən sonra qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, Ali Məhkəmənin məhkəmə kollegiyası verilmiş kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yoxlayır və qeyd edilən hallar apellyasiya instansiyası məhkəməsinin qətn aməsi qəbul edildikdən sonra baş verdiyindən məhkəmə kollegiyası həmin halları qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi üçün əsas hesab etmir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1kassasiya şikayəti təmin edilməsin. xxxx Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy
Məhkəmə qərarları › İş №2(102)-15/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-15/2020
04.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver