Məhkəmə qərarları › İş №2(102)-15/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-15/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-15/2023 25.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı xxxxnın Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, iddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-28*/2*22 nömrəli, *7 yanvar 2*22-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 1* oktyabr 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyə n etdi: İşin halları

1. İddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış 23.*9.2*15-ci il tarixli kredit müqaviləsi ilə (bundan sonra – kredit müqaviləsi) sonuncuya 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 16 faiz ödənilməsi şərtilə, 18**** ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında 59889,71 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, 87346,32 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 23.*9.2*19-cu il tarixədək illik 16 faiz dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 316*,85 ABŞ dolları məbləğində 23.*9.2*19-cu il tarixdən 13.1*.2 *2*-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğində illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 28635,15 ABŞ dolları məbləğində 13.1*.2*2*-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış penya, cəmi 179*32,*3 ABŞ dolları məbləğində pul vəsaiti, 13.1*.2*2*-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan penya və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənİlməsi üzrə 3* manat məbləğində çəkilmiş xərclərin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri könüllü qaydada yerinə yetirmir.

4. Xocalı Rayon Məhkəməsinin 2(*7*)-26/2*21 nömrəli mülki iş üzrə *5 fevral 2*21-ci il tarixli qərardadı ilə (bundan sonra – qərardad) 3.*9.2*15-ci il tarixli **6889956176815 nömrəli kredit müqaviləsi üzrə 59889,71 ABŞ dolları vaxtı keçmiş əsas borc tələbinə dair iddia tələbi üzrə icraata xitam verilmişdir.

5. Xocalı Rayon Məhkəməsinin 2(*7*)-26/2*21 nömrəli mülki iş üzrə *5 fevral 2*21-ci il tarixli qətnaməsi ilə (hakim: Toğrul Əliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 23.*9.2*19-cu il tarixdən 13.1*.2*2*-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğində illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi 316*,85 ABŞ dolları ödəniş gününə məzənnə üzrə manatla və 3* manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, öhdəliyin icra olunması məqsədilə cavabdeh tərəfindən girov əmlak təhvil verilmiş, bununla da o üzərinə düşən vəzifələrin icrasından boyun qaçırmamaqla borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunmalıdır. Bu əsasla tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verilmiş hesab olunur ki, həmin müqavilə əsasında əlavə olaraq faiz və ya dəbbə pulu tutula bilməz.

7. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, 13.1*.2*2*-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi il hesablanan penyanın tutulması hissəsi də dəqiq olmayan tələb olduğundan təmin edilə bilməz.

8. Cavabdeh ipoteka predmeti olan əmlakları təhvil versə də, eyni zamanda ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait borcdan çıxıldıqdan sonra qalan məbləğin ödənilməsini da təmin etmədiyindən Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq ödənilməmiş qalan əsas borcun illik 5 faiz məbləğini iddiaçıya ödəməlidir.

9. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 399.3, 443.1, 443.2, 445 və 449.3cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin Plenumunun 9 iyul 2**9-cu il tarixli Qərarına, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 222-ci maddəsinə istinad etmişdir.

10. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından şikayət vermişdir. Şikayətə baxılmış və məhkəmənin 19 mart 2*21-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir.

11. Gəncə Apellyasiya Məhkəməsinin 23 aprel 2*21-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və kredit müqaviləsi üzrə 59889,71 ABŞ dolları vaxtı keçmiş əsas borc tələbinə baxılması üçün mülki iş Xocalı Rayon Məhkəməsinə qaytarılmışdır.

12. Bundan sonra, birinci instansiya məhkəməsinin qətnaməsindən idd iaçı apellyasiya şikayəti verilmişdir.

13. Xocalı Rayon Məhkəməsinin iş üzrə 21 may 2*21-ci il tarixli qərardadı ilə iddiaçının kredit müqaviləsi üzrə 59889,71 ABŞ dolları vaxtı keçmiş əsas borc tələbi hissəsi ayrıca icraata ayrılmış və tələbin bu hissəsində baxılmadan, qəbul edilmiş qətnamədən verilən apelyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin 27 avqust 2*21-ci il tarixli qərardadı ilə iş üzrə icraat iddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə 59889.71 ABŞ dolları vaxtı keçmiş əsas borc tələbinə dair Xocalı Rayon Məhkəməsinin iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır.

15. Xocalı Rayon Məhkəməsinин 2(*7*)-139/2*21 saylı mülki iş üzrə 23.*7.2*21ci il tarixli qətnaməsi ilə iddi açı ASC “Xalq” Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə 59889.71 ABŞ dolları vaxtı keçmiş əsas borc tələbinə dair iddia tam təmin edilmiş, məhkəmənin həmin qətnaməsi qanuni qüvvəsini almış və *1.1*.2*21-ci il tarixdə Yevlax rayon İcra və Probasiya şöbəsinə icra olunması üçün icra vərəqəsi göndərilmişdir. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin *2.12.2*21-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək məhkəmə baxışına təyin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş və hazırda mülkiyyət hüququ əsasında Banka məxsus olan fərdi yaşayış evləri onun əvvəlki mülkiyyətçisi cavabdeh və onun ailə üzvləri tərəfindən könüllü olaraq Banka təhvil verilməmişdir və onlar Bankın mülkiyyət hüququnu pozaraq hazırda həmin fərdi yaşayış evlərində yaşayırlar. Eləcə də ipoteka qismində çıxış edən digər daşınmaz əmlak obyektləri də onların əvvəlki mülkiyyətçilərinin qanunsuz sahibliyindədir və indiyədək həmin əmlak obyektləri Banka təhvil verilməmişdir

18. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-28*/2*22 nömrəli iş üzrə 7 yanvar 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədov - sədrlik edən və məruzəçi, Fikrət Mehdiyev və Aygül İsgəndərova) apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsini n qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına yönəlik iddia olmaqla, qanuni əsasları mövcud deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətinin məzmunu apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

22. Kassasiya şikayəti MM-in 399.3 və 449.4-cü maddələrinə istinad olunmaqla əsaslandırılmışdır. b) K assasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır..

25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

26. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

27. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirm ə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

28. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İddiaçının kassasiya şikayətinin dəllləri apellyasiya iddia ərizəsində və işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman da irəli sürlümüşdür, həmin dəlillər tam hüquqlu məhkəmə kimi sübutları araşdırmaqla işə baxan apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərə flər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC “Xalq” Bank tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-28*/2*22 nömrəli, *7 yanvar 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar