Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-150/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-150/21 (Açar sözlər: pul tələbinə dair) 02.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili X1, Cavabdeh: Cavabdeh vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)1915/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin yarısı olaraq 7.000 ABŞ dolları, birgə nikah dövründə banka ödənilmiş 1.963 manat pulun tutulub ona ödənilməsini iddia etmişdir. iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim R.Y.Həsənov) iddia təmin edilərək, cavabdehdən 7.000 ABŞ dolları, həmçinin 1.963 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən və məruzəçi, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni cavabdehdən 7.000 ABŞ dollarının tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia rədd olunub, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. Kasasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il ta rixli qərarı ilə (hakimlər G.A.Quliyev sədrlik edən, məruzəçi, Ə.A.Mirzəliyev və T.A.Qoldman) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi iddianın rədd edilməsi hissəsində ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsi qaytarılıb. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və A.N.İmanov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən- cavabdehdən 7.000 ABŞ dollarının tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilib, həmin hi ssədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilib, cavabdehdən 3.000 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. İddiaçı qətnamədən kasasiya şikayəti verib. Kasasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər S.F.Hacıyev sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və E.R.Vəliyeva) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrli k edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflərin birgə nikahı dövründə əldə edilmiş mübahisəli avtomobil 14.000 ABŞ dollarına satılıb və həmin məbləğ cavabdehə ödənilib. Bunun əksini, yəni avtomobilin iddiaçı tərəfindən 6.000 manata satılaraq ona 3.000 manat verildiyini bildirən cavabdeh öz dəlillərini təsdiq edən sübutları işə baxan məhkəməyə təqdim edə bilməyib. İddianı bu hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülk i mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 220.3-cü maddəsinin, MPM-nin 14.2, 77.1-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsindəki üçüncü icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəl illəri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı vəkili Xəqani Musayev məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2 və 77.1-ci maddələrinin tələblərinə görə, iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın 7.000 ABŞ dollarının təmin edilməsi hissəsində mübahisələndirdiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəm əsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, cavabdeh apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın 7.000 ABŞ dolları məbləğində təmin elilməsi üçün əsasların olmamasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onu n bu dəlilləri ilə razılaşmır. Əvvəla, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, cavabdehin adına olan avtomobil xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləs əsasında satılıb. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin avtomobil tərəflərin birgə əmlakı hesab edilməklə ½ hissəsinə payları müəyyən edilib. Hazırda iddiaçı mübahisəli avtomobilin cavabdeh tərəfindən 14.000 ABŞ dollarına satılmasına istinad edərək, satışdan əldə edilən vəsaitin həmin əmlakdakı payına mütənasib hissəsini tələb edir. Cavabdeh isə avtomobilin onun iştirakı ilə iddiaçının özü tərəfindən 6.000 manata satıldığını və həmin vəsaitin alğı-satqıdan sonra tərəflər arasında bərabər paylarla bölündüyünü bildirir. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini arışdırıb haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd edi lən bu maddi hüquq normasının tələbindən çıxış edərək apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə avtomobil üzərində ½ hissədə payı müəyyən edilmiş iddiaçı, avtomobilin iddiaçı tərəfindən artıq üçüncü şəxslə özgəninkiləşdirilməsi ilə bağlı, satış qiymətinin yarısını tələb etməkdə haqlıdır. Hazırda iş üzrə tərəflər arasında avtomobilin satış qiyməti mübahisə doğurur. Belə ki, iddiaçı iddia edir ki, avtomobil 14.000 ABŞ dollarına satılıb. Cavabdeh isə buna etiraz edərək, alqı-satqı müqaviləsində avtomobilin qiymətinin 6.000 manat göstərildiyini və avtomobilin satışından sonra iddiaçı tərəfindən ona 3.000 manat pul verildiyini bildirir. Sözügedən avtomobilin satış qiymətini müəyyən etmək məqsədi ilə işə əvvəllər apelyasiya qa ydasında baxılan zaman avtomobilin özgəninkiləşdirilməsi barədə sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən tələb edilmişdir. Həmin İdarənin Bakı Apelyasiya Məhkəməsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubunda qeyd olunur ki, avtomobilə dair alqı-satqı müqaviləsi və ona aid digər sənədlər məhv edildiyindən avtomobilin müqavilə üzrə hansı qiymətə satılmasını müəyyən etmək mümkün olmamışdır. Avtomobilə dair alqı-satqı müqaviləsinin əldə olunması məqsədi ilə apelyasiya instansiyası məhkəməsi tərəfindən, iddiaçının cavabdehə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair 2(010)-5162/2013 saylı mülki iş Suraxanı Rayon Məhkəməsindən tələb edilmiş və iş materiallarına baxış keçirilmişdir. Həmin mülki işdə olan sənədlərdə n müəyyən edilir ki, Suraxanı rayon məhkəməsinin tələbi ilə Baş X3 İdarəsi xx xxxxxxx 2014-cü il tarixli məktubla avtomobilin özgəninkiləşdirilməsinə aid sənədləri, o cümlədən xx xxxxxx 2013-cü il tarixli “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsini” məhkəməyə təqdim etmişdir. Həmin müqavilədən görünür ki, satıcı qismində çıxış edən hazırki iş üzrə cavabdeh nəqliyyat vasitəsini 14.000 ABŞ dollarına alıcı qismində çıxış edən (iş üzrə tərəf olmayan) F.Məmmədova satmış və bu məbləği sonuncudan almışdır. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, avtomobil 14.000 ABŞ dollarına satılmış və həmin məbləğ cavabdehə ödənilmişdir. Bunun əksini, yəni avtomobilin iddiaçı tərəfindən 6.000 manata satılaraq ona 3.000 manat verildiyini bildirən cavabdeh ö z dəlillərini təsdiq edən sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1-ci maddələrinin tələblərinə görə, iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sübuta söykənməyən dəlil əsaslı hesab edilə bilməz. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, avtomobilin satışından əldə olunmuş vəsaitdən iddiaçının payına mütənasib hissədə 7.000 ABŞ dollarının tələb edilməsi barədə iddia tələbi əsaslı, cavabdehin bu tələbə qarşı etirazı isə əsassızdır. Kasasiya instansiyası məhkəməsi yuxarıda q eyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyindən həmin dəlillərin yenidən araşdırılmasına lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)1915/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətid
Məhkəmə qərarları › İş №2(102)-150/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-150/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver