Məhkəmə qərarları › İş №2(102)-1500/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1500/2020

16.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1500/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X3 ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçı X5 və cavabdehin nümayəndəsi X5nun iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli, X5 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Rəşad Mamed oğluna qarşı iddia ərizəsi ilə Abşe ron Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 27 fevral 2015-ci il tarixli, X5 saylı qətnaməsinə əsasən 27 fevral 2008-ci il təvəllüdlü oğlu X6 və 23 iyun 2010-cu il təvəllüdlü qızı X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər bir uşaq üçün hər ay 108 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər bir uşaq üçün hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə (hakim H.Əhmədov) iddiaçı X5 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilmiş, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən Abşeron rayon Məhkəməsinin 27 fevral 2015-cı il tarixli, X5 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 27 fevral 2008-ci il təvəllüdlü X6 və 23 iyun 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçı X5 xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər E.Rəhimov, G.Tağızadə, T.Quliyev) X5 saylı, 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, X5 saylı qətnaməsi dəyişdirilmiş, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən Abşeron rayon Məhkəməsinin 27 fevral 2015-cı il tarixli, X5 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 27 fevral 2008-ci il təvəllüdlü X9 və 23 iyun 2010cu il təvə llüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçı X5 xeyrinə hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işin həqiqi hallarını, sübutları hərtərəfli və obyektiv araşdırmamış, tərəflərə münasibətdə birtərəfli mövqedə olmuş, cavabdehin yenidən evləndiyi və 2 uşağı olması nəzərə alınmamış, nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməyərək prosessual hüquq no rmalarını pozmaqla yanlış nəticəyə gəlmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında iddiaçı X5 və cavabdehin nümayəndəsi X5 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və vəkili işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər nikahda olmuşlar və bu nikahdan onların Fərhad və Səidə adlı uşaqları olmuşdur. Sonradan onların nikahları mə hkəmə qaydasında pozulmuş, uşaqlar isə analarının himayəsində qalmışlar. Abşeron Rayon Məhkəməsinin X5 saylı, 27 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən azyaşlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda X1 Rəşad Mamed oğluna qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 27 fevral 2015-ci il tarixli, X5 saylı qətnaməsinə əsasən 27 fevral 2008-ci il təvəllüdlü oğlu X4 və 23 iyun 2010-cu il təvəllüdlü qızı X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər bir uşaq üçün hər ay 108 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər bir uşaq üçün hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində al imentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini artırarkən 2015-ci ilin qətnaməsi ilə aliment müəyyən edildikdən sonra tərəflərin vəziyyətində dəyişiklik olduğu, uşaq böyüdükcə onun tələbatının artdığı, valideynin isə uşağın artan maddi tələbatını ödəməyə borclu olduğu barədə qanunvericiliyin tələbini nəzərə almışdır. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin təkrar nikaha girməsini və bu nikahdan da 2 uşağını olmasını nəzərə alaraq tutulacaq alimentin məbləğinin hər uşaq üçün aylıq 140 manat olması qənaətinə gəlmişdir. Bu məbləğ hər iki tərəfə, ən əsası isə uşaqlara münasibətdə ədalətlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi i şə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmi n valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təmi natının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uy ğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə də, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını və uşaqların mənafeyini, tərəflərin hər ikisinin maddi və ailə vəziyyətini, uşaqları saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşaqların saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq uşaqların saxlanılması üçün alimentin miqdarını 140 (yüz qırx) manat müəyyən etməkdə haqlı olmuş, bu zaman cavabdehin də maddi və ailə vəziyyəti nəzərə alınmışdır. Göstərilənlərə əsasən kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahi sənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli qərarında məhkəmə müəyyən etmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir... nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inki şaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlə rə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar