Məhkəmə qərarları › İş №2(102)-1500/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1500/2021

30.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1500/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Türkiyə Respublikasının “xxxx” Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: MPM-nin 164-cü maddəsinin tətbiqi məsələləri) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X3 və vəkili XXXun iştirakları ilə, İddiaçı Türkiyə Respublikasının “xxxx” Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsinə” dair ilkin, iddiaçı Cavabdeh Türkiyə Respublikasının “xxxx” Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinə qarşı “zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Türkiyə Respublikasının “xxxx” Tarım Gida və Turizm Sənaye və Ticarət Anonim Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Hazırkı işdən əvvəl məhkəmələrdə Cavabdeh iddiaçıya qarşı pul tələbinə dair iddiasına baxılmışdır. Həmin mübahisəyə baxılanda Cavabdeh “xxxx” Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinə verilməli olan 600.000 manat pulun üzərinə iddianın təmi ni tədbiri kimi həbs qoyulmasına nail olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə pul tələbinə dair iddia əsassız hesab olunaraq rədd edilmişdir. Pul tələbinə dair işə baxılması müəyyən müddət davam etmiş və məhkəmə mübahisəsi başa çatanadək pul vəsaiti icra qrumunun depozit hesabında qalmışdır. Mübahisə gedən dövrdə ölkədə devalvasiya baş vermiş və Azərbaycan manatı ABŞ dollarına nisbətdə dəyərini itirmişdir. Ona görə hazırkı iş üzrə iddiaçı MPM-nin 164-cü maddəsinə istinad edərək vurulmuş zərərin ödənilməsinə dair hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Türkiyə Respublikasının “xxxx” Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkəti Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqlə şdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, nəticədə cavabdehdən pul vəsaitlərinin üzərinə həbs qoyulması nəticəsində həmin pul vəsaitlərinin vaxtında konvertasiya edilərək, köçürülməsi imkanından məhrum edildiyindən 383.940 ABŞ dolları dəymiş ziyanın, həmçinin xx.xx.2014-xx.xx.2016-cı il tarixləri üzrə Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 92.152 ABŞ dolları, ümumilikdə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi nəticəsində vurulmuş zərər məbləğini təşkil edən 476.092 ABŞ dollarının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçındən onun xeyrinə 300.000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini be lə əsaslandırmışdır: Cavabdeh tərəfindən İddiaçınə qarşı pul tələbinə dair iddia qaldırılmış və iddianı təmin etmə tədbiri kimi “xxxx” Şirkəti və “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən “xxxx” ASC-nin “xxxx” Şirkətinə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600000 manatın üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)3684/2014 saylı qərardadı ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, “xxxx” Şirkəti və “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haq qında müqavilə”yə əsasən “xxxx” ASCnin “xxxx” Şirkətinə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600000 manatın üzərinə həbs qoyulmuş və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsi cavabdehlərə və başqa şəxslərə qadağan edilmişdir. Həmin qərardaddan “xxxx” Şirkəti tərəfindən şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)-3684/2014 saylı qərardad ilə şikayət qismən təmin edilərək, qərardadla müəyyən olunmuş iddianı təmin etmə tədbiri digəri ilə əvəz edilərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək “xxxx” Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkəti və “xxxx” ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqısatqısı haqqında müqavilə”yə əsasən “xxxx” ASC-nin İddiaçınayi və Ticarət Anonim Şirkətinə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600000 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2014-cü il tarixli 2(105)-1957/2014 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)-3684/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-2357/2015 saylı qətnaməsi ilə Cavabdeh iddiası rədd edilmişdir. Qətnamə ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbirinin qətnamənin qanuni qüvvəyə minənə qədər saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)196/2016 saylı qətnaməsi ilə Abşeron Ra yon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)2357/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Pul vəsaitlərinin üzərinə həbs qoyulması nəticəsində iddia təlbində qeyd olunan məbləğdə zərərə məruz qalmışlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) xx xxxxxxxx 2018ci il tarixli 2(004)-123/2018 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh 381.073,35 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun 24 manat hissəsinin tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın t əmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərinin 116 manatının ilkin iddia üzrə Cavabdeh, 29 manatının ilkin iddia üzrə İddiaçındən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İlk iddianı qismən, qarşılıqlı iddianı rədd edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.6, 21 135.1, 152.1, 152.5, 164-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev və Azad İmanov) xx xxxxxx 2019-cu il tarixli 2(103)-785/2019 saylı qətnaməsi ilə tərəflərin apellyasiya şikayətləri tə min edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni ilk iddianın qismən təmin olunmuş hissəsində və ilk iddiada irəli sürülmüş Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin və qarşılıqlı iddianın rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində Mülki Məcəllənin 21. 449.1-ci və MPM-nin 164-cü maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki İ icraat 9.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlqar Xələfov - sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev və Ənvər Şadiyev) xx xxxx 2019-cu il tarixli 2(102)-4585/2019 saylı qərarı ilə kassasiya şikayətləri qismən təm in edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh şirkətin xeyrinə 381.073,35 ABŞ dollarının tutulmasına dair hissədə ləğv edilməklə, həmin hissəyə yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 10.Məhkəmənin mövqeyi belə olmuşdur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən şirkətin 600.000 manatı vaxtında əldə edəcəyi təqdirdə ABŞ dollarına konvertasiya edəcəyi barədə istinad etdiyi sübutlar araşdırılmamış, onlara qiymət verilməmişdir. Həmçinin apelyasiya məhkəməsi tələbin qanuni əsas kimi MPM-nin 164-cü maddəsinə istinad etsə də, gəldiyi nəticəni həmin normanın tələbləri baxımından əsaslandırmamışdır. Apelyasiya instansiyası məhk əməsindəki İİ icraat 11.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vahid Sadıqov sədrlik edən və məruzəçi, Kamran Əkbərov və Azad İmanov) xx xxxxxx 2019-cu il tarixli 2(103)-11918/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(004)123/2018 saylı qətnaməsi qismən - ilkin iddia üzrə Cavabdeh 381073,35 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq ilkin iddia üzrə iddiaçı Türkiyə Respublikasının "xxxx" Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. 12.Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, MPM-nin 164-cü madd ələrinə istinad etməklə gəldiyi nəticələri onunla əsaslandırmışdır ki, şirkət pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əmlakından məhrum olmamış, eləcə də işin hallarından şirkətə real zərər dəyməsi müəyyən edilmir. Hazırkı vəziyyətdə iddiaçı adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etmiş olsa idi, maddənin dispozisiyası şərtlərindən biri olan “əldən çıxmış fayda” iddianın təmin edilməsi üçün əsas ola bilərdi. 600000,00 manat pul məbləğinin ABŞ dollarına konvertasiya ediləcəyi ilə bağlı iddiaçı qeyd etdiklərini müvafiq sübutlarla təsdiq edə bilməmişdir. Kassasiya instansiyası məhkəməsindəki İİ icraat 13.Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elşanə Vəliyeva- sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Akif İsgəndərov) xx xxxx 2020-ci il tarixli 2(102)-1230/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11918/2019 nömrəli, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Kassasiya instansiyası qərarını belə əsaslandırmışdır: Türkiyə Respublikasının “Akbank” T.A.Ş-nin Elmadağı Filialının xx.xx.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, “Filialımızda olan 20457 nömrəli USD (dollar) hesabınıza Azərbaycandan xxxx ASC firması tərəfindən aşağıda təfərrüatları yazılan 5 ədəd əməliyyat üzrə cəmi 790.494,11 USD-lik məbləğ hesabınıza müvafiq tar ixlərdə oturmuşdur: xx/xx/2014 tarixində127.492,23 USD; xx/xx/2014 tarixində- 280.494.90 USD; xx/xx/2014 tarixində 127.394,77 USD; xx/xx/2014 tarixində-127.492,23 USD; xx/xx/2014 tarixində-127.495,98 USD”. Arayışdan göründüyü kimi, pul vəsaitlərinin üzərinə həbs qoyulana qədər iddiaçıya ödənilməli olan məbləğlər ABŞ dollarına konvertasiya edilməklə onun Türkiyə Respublikasındakı “Akbank” T.A.Ş-nin Elmadağı Filialındakı hesabına köçürülmüşdür. Məbləğlərin ABŞ dollarına konvertasiya edilməklə köçürülməsi bir neçə dəfə mütəmadi olaraq həyata keçirilmiş, iddianı təmin etmə tədbirindən sonra dayandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin sübutların dəyərləndirilməsi ilə bağlı əvvəlki kassasiya instansiyası məhkəməsinin göstərişlərini pozaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin təlblərini yerinə yetirməmişdir. Çünki həmin qərarda qeyd edilmişdir ki, hazırkı mübahisə Mülki Məcəllənin 21-ci və Azərbaycan Respublikası MPM-nin 164-cü maddəsinin tələbləri baxımından həll olunmalıdır. Əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi qanuni əsas kimi MPM-nin 164-cü maddəsinə istinad etsə də, gəldiyi nəticəni həmin normanın tələbləri baxımından əsaslandırmamışdır.

15. Barəsində iddia təmin tədbiri görülmüş 600000 manat məbləğində pulun İddiaçınayi və Ticarət Anonim Şirkətinə də məxsus olması işin mübahisəsiz hallarındandır və hazırki mübahisə üzrə prosessual norma olsa da Mülki Prosessual Məcəllənin 164-cü maddəsi faktiki olaraq maddi hüquq norması kimi çıxış edir. Həmin normaya əsasən isə məhz iddianın rədd edilməsi haqqında qətnamə qa nuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfındən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Apelyasiya instansiyası məhkəməsindəki İİİ icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Məmmədov sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və R.Həsənov) xx xxxxxx 2020-ci il tarixli 2(103)-5080/2020 saylı qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni “381.073,35 ABŞ dollarının cavabdehdən iddiaçı Şirkətin xeyrinə tutulması” hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə iddiaçı Türkiyə Respublikasının “xxxx” Tarım Gida və Turizm S ənayi və Ticarət Anonim Şirkətinin Cavabdeh qarşı irəli sürdüyü iddiası təmin edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı Türkiyə Respublikasının “xxxx” Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkəti apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin apelyasiya baxışının predmeti olmuş hissədə tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Ali Məhkəmə özünun xx xxxx 2019-cu il tarixli 2(102)-4585/19 saylı Qərarında bildirmişdir ki, şirkətin 600.000 ABŞ dollarına konvertasiya edəcəyi barədə sübut təqdim ediləcəyi təqdirdə iddiaçının iddiası əsaslı hesab edilə bilər. İddiaçı belə sübutları məhkəməyə vaxtında təqdim etsə də Apelyasiya instansiyası məhkəməsi həmin sübutlara düzgün qiymət verməmiş, iki dəfə əsassız olaraq eyni mövqeni təkrar etmişdir. Məhkəmə iddianın təmin olunmaması nəticəsinə gəlməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 və vəkili Bədirli Rüfət Mirrafiq oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq: 22.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 164-cü maddəsinə əsasən, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfındən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. 23.Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmla kından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) 24.Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 25. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. 26.Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Eyni zamand a həmin qərarda göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, m əhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 28.Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. 29.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 32.Həmin Məcəllənin 418.1 maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri 33.Kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 34.Apellyasiya instansiya məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq tələbin qanuni əsasının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, MPM-nin 164-cü maddələri olması ilə razılaşaraq tələbin əsaslılığını həmin normaların dispozisia şə rtlərinə uyğun gəlib-gəlməməsi mövqeyindən yoxlamışdır. Lakin, iddianı rədd edən Apelyasiya Məhkəməsi sübutetməni düzgün bölüşdürməmiş, iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmişdir. 35.Məhkəmə iddianı rədd edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddiaçı şirkət pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əmlakından məhrum olmamış, eləcə də işin hallarından şirkətə real zərər dəyməsi müəyyən edilmir. Hazırkı vəziyyətdə iddiaçı Şirkət adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etmiş olsa idi, maddənin dispozisiyası şərtlərindən biri olan “əldən çıxmış fayda” iddianın təmin edilməsi üçün əsas ola bilər di. Eyni zamanda sözügedən pul məbləğinin ABŞ dollarına konvertasiya ediləcəyi ilə bağlı iddiaçı qeyd etdiklərini müvafiq sübutlarla təsdiq edə bilməmişdir. İddiaçı Şirkətin təqdim etdiyi Türkiyə Respublikasının “Akbank” T.A.Ş-nin Elmadağı Filialında olan USD hesablarına 2014-cü ildə “xxxx” ASC-dən daxil olmuş müxtəlif məbləğlərdə ABŞ dollarında ifadə olunmuş ödənişlərə gəldikdə isə qeyd olunmalıdır ki, bu heç də iddiaçının zərərə düşməsi anlamına gəlməməlidir. Belə ki, həmin ödənişlər USD ilə aparılmışdır və 600.000 manatı da “xxxx” ASC USD ilə həyata keçirə bilərdi. Şirkətin hesabına Abşeron Rayon Məhkəməsi tərəfindən həbs qoyulan zaman Azərbaycan manatının dəyəri ABŞ dollarına nisbətdə daha çox olmuşdur. Həmin dövrdə pul vəsaitlərinin Azərbaycan manatı ilə toplanması daha sərfəli idi və ABŞ dollarının dəyərinin Azərbaycan manatın nisbətdə qalxması gözlənilməz olmuşdur. Göründüyü kimi, apellyasiya araşdırması nəticəsində Məhkəmə tərəfindən cavabdehin iddiaçı Şirkətə ziyanın vurulması iş materialları ilə təsdiq olunmur. İşin faktiki halları ilə bağlı Apellyasiya instansiyası Məhkəməsinin müəyyən etdiyi hal ondan ibarətdir ki, Cavabdeh tərəfindən İddiaçınə qarşı pul tələbinə dair iddia qaldırılmış və iddianı təmin etmə tədbiri kimi “xxxx” Şirkəti və “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən “xxxx” ASC-nin “xxxx” Şirkətinə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600000 manatın üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin qadağan edil məsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)-3684/2014 saylı qərardadı ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, “xxxx” Şirkəti və “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqısatqısı haqqında müqavilə”yə əsasən “xxxx” ASC-nin “xxxx” Şirkətinə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600000 manatın üzərinə həbs qoyulmuş və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsi cavabdehlərə və başqa şəxslərə qadağan edilmişdir. Həmin qərardaddan “xxxx” Şirkəti tərəfindən şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)-3684/2014 saylı qərardad ilə şikayət qismən təmin edilərək, qərardadla müəyyən olunmuş iddianı təmin etmə t ədbiri digəri ilə əvəz edilərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək “xxxx” Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkəti və “xxxx” ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən “xxxx” ASC-nin İddiaçınayi və Ticarət Anonim Şirkətinə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600000 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2014-cü il tarixli 2(105)-1957/2014 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)-3684/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-2357/2015 saylı qətnaməsi ilə Cavabde h iddiası rədd edilmişdir. Qətnamə ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbirinin qətnamənin qanuni qüvvəyə minənə qədər saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-2357/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-196/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehdən pul vəsaitlərinin üzərinə həbs qoyulması nəticəsində həmin pul vəsaitlərinin vaxtında konvertasiya edilərək köçürülməsi imkanından məhrum edildiyi ndən 383.940 ABŞ dolları dəymiş ziyanın, həmçinin xx.xx.2014-xx.xx.2016-cı il tarixləri üzrə Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 92.152 ABŞ dolları, ümumilikdə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi nəticəsində vurulmuş zərər məbləğini təşkil edən 476.092 ABŞ dollarının tutularaq ona ödənilməsini iddia etmişdir. Bu dəlilin təsdiqi kimi iddiaçı tərəf iddiaçının bank hesabının olduğu Türkiyə Respublikasının “Akbank” T.A.Ş-nin Elmadağı Filialının xx.xx.2019-cu il tarixli arayışını təqdim etmişdir. Arayışda qeyd edilmişdir ki, “Filialımızda olan 20457 nömrəli USD (dollar) hesabınıza Azərbaycandan xxxx ASC firması tərəfindən aşağıda təfərrüatları yazılan 5 ədəd əməliyyat üzrə cəmi 790.494,11 USD-lik məbləğ hesabınıza müvafiq tarixlərdə oturmuşdur: xx/xx/2014 tarixində-127.4 92,23 USD; xx/xx/2014 tarixində- 280.494.90 USD; xx/xx/2014 tarixində 127.394,77 USD; xx/xx/2014 tarixində-127.492,23 USD; xx/xx/2014 tarixində-127.495,98 USD”. Arayışdan göründüyü kimi, pul vəsaitlərinin üzərinə həbs qoyulana qədər iddiaçıya ödənilməli olan məbləğlər ABŞ dollarına konvertasiya edilməklə onun Türkiyə Respublikasındakı “Akbank” T.A.Ş-nin Elmadağı Filialındakı hesabına köçürülmüşdür. Məbləğlərin ABŞ dollarına konvertasiya edilməklə köçürülməsi bir neçə dəfə mütəmadi olaraq həyata keçirilmiş, iddianı təmin etmə tədbirindən sonra dayandırılmışdır.Apelyasiya Məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar şirkətin pul vəsaitinin üzərinə həbs oqyluması ilə bağlı zərərə məruz qalmasını təsdiq etmir. Məhkəmənin əsaslandırmasını şərti olaraq bir neçə bəndə ayırmaq ol ar. 1) Şirkət pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əmlakından məhrum olmamış; 2) İşin hallarından şirkətə real zərər dəyməsi müəyyən edilmir. 3) Şirkət adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmiş; 4) Sözügedən pul məbləğinin ABŞ dollarına konvertasiya ediləcəyi ilə bağlı iddiaçı qeyd etdiklərini müvafiq sübutlarla təsdiq edə bilməmişdir. 5) 600.000 manatı da “xxxx” ASC USD ilə həyata keçirə bilərdi 6) Pul vəsaitinin üzərinə həbs qoyulan zaman Azərbaycan manatının dəyəri ABŞ dollarına nisbətdə daha çox olmuşdur. Həmin dövrdə pul vəsaitlərinin Azərbaycan manatı ilə toplanması daha sərfəli idi və ABŞ dollarının dəyəri nin Azərbaycan manatın nisbətdə qalxması gözlənilməz olmuşdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iddianın rədd edilməsi üçün sərgilədiyi mövqe sübuetmə yükünün düzgün bölüşdürülməməsi ilə bağlı olmuşdur. Çünki iş üçün əhəmiyyət kəsb edən və cavabdehin sübut etməli olduğu halları məhkəmə idddiaçının sübut edə bilməməsi əsası ilə rədd etmişdir.

37. İddiaçı tələbini işin müəyyən edilmiş və mübahisə olunmayan halı ilə-onun hesabına köçürülməli olan pul vəsaitinin üzərinə cavabdehin tələbi ilə həbs qoyulması ilə əsaslandırır. Eyni zamanda, məhkəmələr tərəfindən müəyyən edilən başqa bir hal ondan ibarətdir ki, cavabdeh hətta, pul vəsaiti üzərinə “xxxx” ASC-nin hesablaşma hesabında həbs qoyulması ilə də razılaşmamış, onun tələbi ilə həmin vəsait Abşeron rayon icra qru munun depozit hesabında saxlanmışdır. Ona görə məhkəmənin o dəlilə istinad etməsi ki, şirkət pul vəsaitini “xxxx” ASC-nin hesabında da ABŞ dolları ilə saxlaya bilərdi, əsassızdır. Əvvəla, şirkətin belə bir imkanı olmamışdır, olsaydı həmin vəsaiti yuxarıda qeyd olunan və Türkiyə Respublikasında yerləşən bank hesabına köçürməklə həll etmiş olardı. O cümlədən, vəsaitin hansı valyutada saxlanması onun sahibinə aid olan məsələdir. Valyuta sahibi özünün bu sahədə peşəkar bacarığından asılı olaraq vəsaiti hərhansı valyutada saxlamaqda sərbəsdir. Şirkət həmin pul vəsaitini istədiyi vaxt peşəkar bacarığından asılı olaraq istənilən valyutaya çevirə bilərdi. Vəsaitin üzərinə həbs qoyulduğu üçün şirkətin belə bir imkanı olmamışdır. Bundan başqa, şirkətin pul vəsaiti hansı valyutada saxlamağa üstünlük verməsi ilə bağlı məhkəmənin gətirdiyi dəlillər ehtimaldan başqa bir şey deyil. Bu qərarın 16-cı bəndində qeyd olunan Konstitusiya Məhkəməsinin müvafiq qərarına görə məhkəmə qərarları ehtimallara yox, işin faktiki halları əsasında hüquq normalarına əsasən çıxarılır.

38. Şirkət pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri, şirkətə real zərər dəyməsi, şirkətin adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi, o cümlədən pul məbləğinin ABŞ dollarına konvertasiya ediləcəyi ilə bağlı halları sübut edə bilməməsi barədə Apelyasiya Məhkəməsinin gəldiyi səhv nəticə sübutetmə yükünün düzgün bölüşdürülməməsi ilə bağlıdır.

39. İddiaçı sübutemtə ilə bağlı üzərinə düşən vəzifəni icra edərək pul vəsaitinin üzərinə cavabdehin tələbi ilə həbs qo yluması, həbsin qoyulmasının əsası kimi çıxış edən cavabdehin iddiasının rədd edilməsi, pul vəsaitinin iki ildən artıq icra qrumunun depozit hesabında saxlanması, həmin müddət ərzində ölkədə devalvasiya baş verməsi, milli valyutanın ABŞ dollarına nisbətdə iki dəfə dəyərini itirməsi hallarını sübuta yetirmişdir. Eyni zamanda iddiaçı həmin vəsaitin nizamnamə kapitalındakı payının satışı ilə bağlı ona verilməli olduğunu, vəsaiti Türkiyədə yerləşən ABŞ dolları hesabına mütəmadi olaraq köçürülməli olduğunu bildirmiş və müvafiq sübutlar təqdim etmişdir. İşin müəyyən edilmiş həmin halları nəzərə alınmaqla iddiaçıya ümumiyyətlə zərər dəyməməsi əsası ilə iddianın rədd edilməsi istisnadır. Çünki iddiaçı digər əsaslardan çıxış etməsə belə ən azından iddiaçıya məxsus olan 600.000 manat pul vəsaiti cav abdehin hərəkətləri nəticəsində icra qrumunun depozit hesabında hərəkətsiz saxlanmaqla ona zərər dəymişdir.

40. Apelyasiya Məhkəməsi iddiaçının sübut etdiyi hallar qarşılığında cavabdehin etirazlarını dəyərləndirmək əvəzinə heç bir sübutla təsidiqini tapmayan mülahizələrlə iddianı rədd etmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 14.2 və 77.1. maddələri).

41. Pul vəsaitinin üzərində məhdudiyyət olan müddət ərzində manatın ABŞ dollarına nisbətdə iki dəfə dəyirini itirməsi hamıya bəlli olan işin mübahisəsiz halıdır. İddiaçı zərərin məbləğini bu əsasla hesablayır və ona görə işgüzar adətlərinə uyğun olaraq “xxxx” ASC-dən daxil ola n vəsaitlərin mütəmadi olaraq Türkiyədəki hesaba ABŞ dollarına konvertasiya edərək mədaxil etdiklərinə dair sübutları təqdim edir. Həmin sübutların mötəbərliliyini cavabdehin irəli sürdüyü hansı etiraz əsasında aradan qaldırılması aydın deyil. Nəzərə almaq lazımdır ki, məhkəmə təqdim edilmiş hansısa sübutu nəzərə almırsa, onda həmin sübutun mötəbərliliyini aradan qaldıran halı qətnaməsində göstərməlidir. Özü də həmin hal (sübut) məhkəmənin öz mülahizəsi əsasında deyil, qarşı tərəfin təqdim etdiyi sübut əsasında formalaşmalı, təqdim edilən sübutun mötəbərliliyi şübhə doğurmalıdır.

42. Hazırkı qərarın 32-ci bənddə qeyd olunduğu kimi şirkətin ümumiyyətlə zərərə düşməməsi istisnadır. Şirkətə ümumiyyətlə zərər dəyməməsi və ya daha az miqdarda zərər dəyməsi halını sübutemtə yükü cavabdehin üzə rinə düşür. Cavabdeh tərəf sübut etməlidir ki, pul vəsaitinin üzərinə həbs qoyulmasaydı iddiaçı şirkət onu elə Azərbaycanda manat hesabında saxlayacaqdı, istifadə etməyəcəkdi, ümumiyyətlə gəlir götürməyəcəydi, şirkət pulla davrana bilmədiyi üçün pulu israf edəcəydi, məhv edəcəydi, bağışlayacaqdı, və.s.

43. İşə yenidən baxılarkən məhkəmə zərərin məbləği ilə bağlı iddiaçının təqdim etdiyi sübutlara cavabdehin etirazları baxımından (təqdim etdiyi sübutlar) qiymət verməli, kimin nəyi sübut etməli olması, zərərin məbləği ilə bağlı MPM-nin 88-ci maddəsinə uyğun yenidən dəyərləndirmə aparmalı və bunun nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. 44.Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə koll egiyası Q Ə R A R A A L D İ: İddiaçı Türkiyə Respublikasının “xxxx” Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5080/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni məhkəmə baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar