Məhkəmə qərarları › İş №2(102)-1503/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1503/2019

13.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1503/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi" barədə ilkin, Cavabdeh1 "İddiaçı" ASC-nə qarşı "kredit müqaviləsinin ləğv edilməsi" barədə qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 15.10.2018-ci il tarixli 2(103)-10397/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia (iddia tələbinin həcminin artırılması) ərizəsi ilə kredit müqaviləsi üzrə 22381.15 (iyirmi iki min üç yüz səksən bir dollar 15 sent) ABŞ dolları əsas borc, faiz borcu 4288.78 (dörd min iki yüz səksən səkkiz dollar 78 sent) ABŞ dolları, 6312.56 (altı min üç yüz on iki dollar 56 sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32982.49 (otuz iki min doqquz yüz səksən iki dollar 49 sent) ABŞ dolları borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 31 manat məbləğində rüsumunun və məhkəmədə iddia qaldırı lması ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanm X4ma məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində istifadədə olan 0.123 ha torpaq sahəsində yerləşən 28 nömrəli, 5 mərtəbəli binanm 5-ci girişində, 4-cü mərtəbəsində yerləşən - kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət otaqlı 38 nömrəli mənzilə yönəldilərək açıq hərracda satılması və həmin əmlakm satılmasından əldə edilən gəlir hesabına İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh "İddiaçı" ASC-nə qarşı "kredit müqaviləsinin ləğv edilməsi" tələbinə dair Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 17 iyun 2015-ci il tarixli, İK № 1550-05 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə qə bul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4323/2017 saylı, 10 may 2017-ci il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdeh "İddiaçı" ASC-nə qarşı "kredit müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan "İddiaçı" ASC-nin Cavabdeh1 qarşı 17 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiasına dair mülki işlə birgə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Şeyda Məhərrəmova) iş üzrə 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üz rə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi" tələbinə dair iddiası qismən təmin edilmiş, ödəniş gününə olan məzənnə üzrə 22381,15 (iyirmi iki min üç yüz səksən bir dollar 15 sent) ABŞ dolları əsas borc, 4288,78 (dörd min iki yüz səksən səkkiz dollar 78 sent) ABŞ dolları faiz borcu, 600 (altı yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27269,93 (iyirmi yeddi min iki yüz altmış doqquz dollar 93 sent) ABŞ dolları borc Azərbaycan manatı ilə, 30 manat dövlət rüsumu, 31 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmaşı üçün ödənilmiş rüsumun əvəzi Cavabdeh1 tutularaq "İddiaçı" ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində istifadədə olan 0.123 ha torpaq sahəsində yerl əşən 28 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 4-cü mərtəbəsində yerləşən - kv.m ümumi, 62.4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 38 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 62000 (altmış iki min) manat məbləğində müəyyən edilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin hesabına Cavabdeh1 "İddiaçı" ASC-nə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh2 verilməsi, İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri, yəni 145 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutularaq dövlət büdcəsinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh "İddiaçı" ASC-nə qarşı "kredit müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Fuad Talışinski, hakimlər Rafael Eyvazov və Sənan Hacıyev) 15.10.2018-ci il tarixli 2(103)10397/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli 2(001)-408/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankla cavabdeh arasında bağlanmış 17 iyun 2015-ci il tarixli kredit müqaviləsindən cəmi 6 ay sonra, 21 dekabr 2015-ci ildə Mərkəzi Bank tərəfindən manatın 55 faizdən artıq devalvasiya edilməsi haqqında qərarı nəticəsində borcunu 1,05 məzənnəsi ilə yox, hazırkı daha yüksək məzənnə ilə ödəməli olmuşdur. Hal-hazırda ölkədə mövcud olan qanunvericiliyin və Cavabdeh1 iradəsinə zidd olaraq, bankın əməkdaşları tərəfindən müqavilə üzrə, illik 24 faiz ödəmə şərti ilə, 36 ay müddətinə, 25 000 ABŞ dolları məbləğində kreditin ödənişlərini müqavilədə göstərilən qaydada ödəməyə məcbur edilsə də, hazırkı mövcud durum, onun müqavilə üzrə öhdəliklərini yerinə yetirməyi qeyri-mümkün etmişdir. Məhkəmə iclasında '’Turan Bank” ASC tərəfindən tələb edi lən məbləğinin real borcu əks etdirmədiyini əsas borcun və ona hesablanmış faizlərin şişirdildiyini bildirsə də, məhkəmə onun bu iradına heç bir əhəmiyyət verməmiş, yalnız bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına istinad etmişdir. Kredit müqaviləsi üzrə qalıq borcunun real məbləğinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə şifahi vəsatət versə də, təmin edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı ASC-nin vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3- cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında illik faiz dərəcəsi 24% faiz, illik cərimə faizi 48% olmaqla, 36 ay müddətinə 25.000 ABŞ dolları məbləğində kre dit verilməsinə dair 17 iyun 2015-ci il tarixli İK № 1550-05 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi həmin tarixdə tərəflər arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində istifadədə olan 0,123 ha torpaq sahəsində yerləşən 28 nömrəli, 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən - kv.m ümumi, 62,4 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 38 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 18 dekabr 2017-ci il tarixli maliyyə Arayışına əsasən, Cavabdeh1 17 iyun 2015-ci il tarixli İK № 1550-05 saylı, 17 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcdan 22381,15 ABŞ dolları, f aiz borcu üzrə 4288,78 ABŞ dolları və cərimə borcu üzrə 5312,56 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. “xxxx” MMC tərəfindən ipoteka predmetinin real bazar dəyəri 62.000 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 21.05.2018-ci il tarixli, 12095 saylı rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 17 iyun 2015-ci il tarixli, İK №-1550-05 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 İddiaçı ASC-yə 27.01.2017-ci il tarixə əsas borc üzrə 22381,20 ABŞ dolları, faiz borcu üzrə 4288,78 ABŞ dolları, 18 dekabr 2017-ci il tarixə (sualda göstərilən tarixə) əsas borc üzrə 22381,20 ABŞ dolları, faiz borcu üzrə 9078,36 ABŞ dolları borcu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ekspertiza rəyinə istinad edərək iddianı qismən 27.01.2017-ci il tarixə əsas borc üzrə 22381,20 ABŞ dolları, faiz borcu üzrə 4288,78 ABŞ dolları və cərimə borcu üzrə 600 ABŞ dolları hissəsində əsaslı hesab etmiş və həmin borcun ipotekaya yönəldilməsi nəticəsinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışd ır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə X1 tərəfindən öhdəliklər lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə sonuncunun məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqavilələrə görə yaranmış öhdəliklər (əsas kredit borcu, faiz və cərimə borcu) icra edilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhd əliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi büt ün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit b orcu yarandığından, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəliləri ilə bağlı qeyd edir ki, ölkədə baş verən devalvasiya ilə bağlı cavabdehə hər-hansı güzəşt edilməsi bankın müstəsna hüququdur. Tərəflər bununla bağlı məhkəmədənkənar qaydada istənilən razılığa gələ bilərlər. Tərəflər arasında bağlanmış müqavilə şərtlərində borc alanın maddi vəziyyətinin pisləşməsi halında öhdəliyi icra etməkdən imtina etməsi halı nəzərdə tutulmamışdır. Kassator kredit borcun düzgün hesablanmamasını iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, iş üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizasıtəyin edilərək keçirilmiş, kredit borcunun məbləği həmin ekspert rəyi nə uyğun olaraq müəyyənləşdirilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora aid hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.10.2018-ci il tarixli 2(103)-10397/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar