Məhkəmə qərarları › İş №2(102)-1503/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1503/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1503/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ASC-nin vəkili Vəkil1 və Cavabdeh vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)****/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin (hakim Ə.Paşayev) xx.xx.2017-ci il tarixli, 2(067)-****/2 017 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli, **** nömrəli kredit müqaviləsi üzrə 12678,25 manat məbləğində əsas, 2734,33 manat məbləğində faiz və 500 manat məbləğində cərimə borcu olmaqla, cəmi 15912,58 manat məbləğində pulun, həmçinin iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildirişin dövlət reyestrində qeydə alınması üçün rüsum haqqı olaraq ödənilmiş 31 manat pulun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yü klü edilmiş, RX seriyalı, ******* nömrəli, ************** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus ünvan1 ünvanında xüsusi mülkiyyətində olan 0,06947 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 56,0 kv.m, yardımçı sahəsi 96,4 kv.m və ümumi sahəsi 152,4 kv.m olan fərdi yaşayış evinə (liter B- 1 mərtəbəli hamam, ayaqyolu, anbar- sahəsi 26,5 kv.m., liter C- 1 mərtəbəli anbar sahəsi 1,9 kv.m., liter D- 1 mərtəbəli hin- sahəsi 8,4 kv.m və liter E- 1 mərtəbəli qazanxana- sahəsi 1,9 kv.m, olmaqla cəmi 48,3 kv.m.) və 0,06947 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması və qeyd edilən əmlakların satışından əldə edilən məbləğ hesabına Cavabdeh İddiaçı ASC-nə olan borclarının ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Rəhimov, G.Tağızadə, T.Qulliyev) xx.xx.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(067)-****/2017 saylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirlməsi, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,6947 ha həyətyanı torpaq sahəsinin açıq hərracda ilkin satış qiymətinin 75000 manat müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdiri lmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertizanın xidmət haqqı olaraq 200 manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, iş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olaraq 300 manatın isə tərəflərdən müştərək qaydada alınaraq “xxxx”MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti icraata qəbul edilmiş və baxılması üçün xx.xx.2020-ci il tarixə saat 11:10-a təyin edilmişdir. Cavabdeh məhkəməyə kassasiya şikayətindən imtina etməsi barədə ərizə ünvanlayaraq, kassasiya şikayətindən imtina etdiyini bildirib, imtinasının qəbul edilməsini və kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasınd a iştirak edən Cavabdeh vəkili X2 mənafeyini müdafiə etdiyi kassatorun ərizəsini müdafiə edərək, məhkəmədən kassasiya şikayətindən imtinanın qəbul edilməsini və iş üzrə kassasiya icraatına xitam verilməsini xahiş etdi. İddiaçı ASC-nin vəkili Vəkil1 kassasiya şikayətindən imtinanın qəbul edilməsinə və iş üzrə kassasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 410.1-ci maddəsinə əsasən, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Həmin Məcəlləsinin 410.3-cü maddəsinə əsasən, kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindən imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin kassasiya şikayətindən imtinası qəbul edilməli və kassasiya instansiyasında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 410, 416, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayətindən imtinası qəbul edilsin və kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar