Məhkəmə qərarları › İş №2(102)-1504/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1504/2020

17.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1504/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)-1924/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-737/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ş.H.Nəcəfova) İddiaçı Cavabdehn ə qarşı “mənzilin təmiri zamanı dəymiş maddi zərər görə 7.100 manat pulun tutulması” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)-1924/2019 saylı qətnaməsi ilə (hakimlər E.G.Rəhimov sədrlik edən, məruzəçi, G.F.Tağızadə və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “mənzilin təmiri zamanı dəymiş maddi zərər görə 7.100 manat pulun tutulması” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, 2014-cü ildə bir neçə nəfər onunyaşadığı mənzilə gələr ək özlərini Fövqəladə Hallar Nazirliyinin və cavabdeh təşkilatın əməkdaşları kimi təqdim edərək bildiriblər ki, mənzili təmir olunacaq. Bu səbəbdən də mənzili boşaltması və kirayədə qalması məsləhət görülüb. Bunun üçün ona kirayə pulu da ayrılıb. O, dövlət orqanlarının nümayəndələrinin sözünə inanaraq evi boşaldıb. Bir neçə gündən sonra işçilər gəlib mənzildə söküntü işləri aparmağa başlayıblar. Belə ki, mənzilin pəncərələrini, qapılarını, döşəməni sökmüş, söküntü işlərini başa çatdırmış və bir daha geri qayıtmamışlar. Mənzili bərbad vəziyyətə salındıqdan sonra, o dəfələrlə aidiyyəti qurumlara müraciət etmişdır. Lakin vəsaitin olmadığı bəhanə gətirilərək söküntü işləri yarımçıq qalmışdır. Kirayədə qalmağa pulu olmadığına görə təmirsiz mənzildə yaşamaması üçün nisyə tikinti materialları göt ürərək mənzilini təmir etdirmişdir. Mənzildə təmir işləri aparan fəhlələrə borcu var. O, hissə-hissə tikinti materiallarının pulunu və 10 ay üçün kirayə haqqını ödəmişdir. Bu məsələ ilə bağlı cavabdeh təşkilata müraciət edib və ona köməklik göstərilməsini xahiş edib, lakin bunun heç bir nəticəsi olmamışdır. Mənzilin təmiri zamanı mal-materiala və təmir işləri aparan ustalara 5.000 manat, eləcə də 10 ay, hər ay 150 manat olmaqla kirayə haqqı ödəyib. Həmçinin iş icraçısına 600 manat məbləğində pul ödəyib. Ona görə də mənzilin təmirinə xərclədiyi 7.100 manat pulun cavabdeh təşkilatdan tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasi ya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3 -cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlayark ən, mənzildə görülmüş təmir-bərpa və söküntü işləri nəticəsində iddiaçıyazərərin cavabdeh təşkilat tərəfindən vurulmamasına, iddiaçıya dəymiş zərərə görə cavabdeh təşkilatın mülki məsuliyyət daşımamasına, iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamasına, iddiaçının məhkəmə iclasında cavabdeh təşkilatın onun hansı hüququnu pozduğunu sübuta yetirə bilməməsinə və beləliklə də iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmayıb. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı həqiqətən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 03 saylı evin, 03-cü mənzilində yaşayır. Hazırda iddiaçı iddia edir ki, cavabdeh təşkilatın əməkdaşları ona məxsus olan mənzildə təmir işləri aparmaq üçün müəyyən söküntü işləri aparsalar da, söküntü işlərini başa çatdırmdan mənzili tərk ediblər və mənzildə hər hansı təmir işləri aparmayıblar. Nəticədə mənzili öz vəsaiti hesabına təmir etdirib, mənzilin təmiri üçün tikinti materiallarının alanmasına, işçilərin əmək haqqının ödənilməsinə, nəqliyyat xərclərinə g örə 5.000 manat, mənzilin kirayə haqqına görə hər ay 150 manat olmaqla 10 ay müddətində 1.500 manat, otağın təmirinə görə iş icraçısına 600 manat olmaqla, bütövlükdə 7.100 manat xərc çəkib. İşə əlavə edilmiş fotoşəkillərdən, qaimə sənədlərindən də görünür ki, iddiaçıya məxsus mənzildə müvafiq söküntü, təmir işləri apırılıb. İşin qeyd olunan halları iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli ekspert rəyi ilə də təsdiq olunur. Həmin rəyin nəticəsindən görünür ki, iddiaçıya məxsus mənzildə döşəmənin, qapıların, pəncərələrin dəyişdirilməsi, eləcə də yerinə yetirilmiş digər müxtəlif növ təmir işlərinin aparılması üçün bazar qiymətlərinə uyğun olaraq təqribən 4.903 manat məbləğində (xidmət haqqı və tikinti materialları ilə də daxil olmaqla) vəsaitin xərcləndiyi müəyyən edilir. Eyni zamanda cavabdeh təşkilatın nümayəndəsi xxxun izahatından və iddia ərizəsinə etiraz ərizəsindən görünür ki, iddiaçıya məxsus mənzil də daxil olmaqla Xırdalan şəhəri, Ceyranbatan qəsəbəsində üç binada bərpa-gücləndirmə və təmir işlərinin aparılması üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin “Azkommunalayihə” İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanıb və podratçı təşkilat “Azər Mənzil Kompleks Layihə Təmir” Birliyi tərəfindən işə başlanılıb. Lakin sonradan dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılmadığı üçün işlər dayandırılıb. Məsələ ilə əlaqədar olaraq dəfələrlə Cavabdeh tərəfindən aidiyyəti orqanlara məktublar göndərilsə də bunun heç bir nəticəsi olmayıb. Göründüyü kimi iddiaçıya maddi zərərin dəymə si işin mübahisə olunmayan halıdır və işin bu halı işə əlavə edilmiş sübutarla da təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və yahərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etsə də, həmin maddələrin tələbləri baxımından heç bir araşdırma aparmadan, iddiaçının mənzilində bilavasitə söküntü işləri aparmış şəxslərin dairəsini müəyyən edib, onları şahid qismində dinləmək üçün məhkəməyə dəvət etməyi iddiaçıya təklif etmədən, həmin şəxslərlə, o cümlədən cavabdeh təşkilatın nümayəndəsinin izaha tında göstərdiyi “Azər Mənzil Kompleks Layihə Təmir” Birliyi ilə Cavabdeh arasındakı hüquqi bağlılığa aydınlıq gətirmədən, mənzilin təmiri üçün tələb olunan maliyyə vasitinin hansı təşkilat tərəfindən ödəniləcəyinə aydınlıq gətirmədən, həmçinin Ceyranbatan qəsəbəsində üç binada təmir, bərpa və gücləndirmə işlərini aparmağı sifariş edən sifarişçi təşkilatı müəyyən etmədən, işə əlavə edilmiş çoxsaylı sübutlara obyektiv hüquqi qiymət vermədən, yalnız cavabdeh təşkilatın irəli sürdüyü arqumentlərlə razılaşaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi b aşa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərard adının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbə r tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)-1924/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar