Məhkəmə qərarları › İş №2(102)-1504/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1504/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1504/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh: Cavabdeh1 Sahib oğlu Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 qızı Cavabdeh: Cavabdeh4 Cavabdeh: Cavabdeh5 Cavabdeh: Cavabdeh6 Cavabdeh: Cavabdeh7 Cavabdeh: Cavabdeh8 iddia tələbi: “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” Açar sözlər: kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxt ar qızının katibliyi, iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin vəkili X2, Cavabdeh1 Sahib oğlunun vəkili Nümayəndə iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-141/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 Sahib oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə 06 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh1 Sahib oğlu ilə bank arasında 12.08.2013-cü il tarixdə ******saylı “Baş Kredit Razılaşması” bağlanaraq adı çəkilən şəxsə 12.08.2013-cü il tarixindən 12.08.2023cü il tarixinədək 2.000.000 rus rublu məbləğində kredit xətti açılmış, 30 noya br 2015-ci il tarixində həmin razılaşmaya dəyişiklik edilməsi barədə 001 saylı əlavə razılaşma bağlanaraq müqavilənin 2.1-ci bəndinə dəyişiklik edilmiş və kredit xətti 2.000.000 rus rublu və ya AZN/RUB/AVRO ekvivalentində olan məbləğdə müəyyən olunmuş, 24 oktyabr 2014cü il tarixdə ******* saylı “Kommersiya Krediti Müqaviləsi” bağlanaraq Cavabdeh1 yenidən kreditləşmə üçün 48 ay müddətinə, illik 16,50% hesabı ilə 350.000 rus rublu məbləğində kredit veilməsi barədə razılığa gəlinmiş, 30 noyabr 2015-ci il tarixində 24.10.2014-cü il tarixli,*******saylı “Kommersiya krediti müqaviləsi”nə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı razılaşma bağlanaraq Cavabdeh1 30 noyabr 2015-ci il tarixinə mövcud olan borcu həmin günün məzənnəsi ilə konvertasiya edilərək 22.096.960 rus rublu məbləğində müəyyən ləşdirilmiş, Cavabdeh1 bu məbləği 35 ay müddətinə, illik 19 faiz hesabı ilə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1la bank arasında 27 noyabr 2014-cü il tarixdə ****** saylı “Kommersiya Krediti Müqaviləsi” bağlanaraq ona cari fəaliyyətinin müəyyənləşdirilməsi üçün 48 ay müddətinə illik 16.50% hesabı ilə 200.000 rus rublu məbləğində kredit verilməsi barədə razılığa gəlinmiş, 30 noyabr 2015-ci il tarixində həmin müqaviləyə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı razılaşma bağlanaraq Cavabdeh1 30 noyabr 2015-ci il tarixinə mövcud olan borcu həmin günün məzənnəsi ilə konvertasiya edilərək 12.819.580 rus rublu məbləğində müəyyənləşdirilmiş və o, bu məbləği 36 ay müddətinə, illik 19 faiz hesabı ilə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1la bank arasında 01 sentyabr 2015-ci il tarixdə ****** saylı “Bərpa olunan krediti xətti müqaviləsi” bağlanaraq bank tərəfindən ona cari fəaliyyətinin maliyyələşdirilməsi üçün 65.000 rus rublu məbləğində kredit xəttinin açılması, kredit xəttinin 48 ay müddətinə verilməsi və ondan istifadəyə görə illik 16.50% ödənilməsi barədə razılığa gəlinmiş, 30 noyabr 2015-ci il tarixində həmin krediti xətti müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı razılaşma bağlanaraq 30 noyabr 2015-ci il tarixinə mövcud olan borc günün məzənnəsi ilə konvertasiya edilərək 4.415.502 rus rublu məbləğində müəyyənləşdirilmiş, Cavabdeh1 kredit xəttindən 46 ay müddətinə istifadə etməyi və istifadəyə görə illik 19 faiz ödəməyi öhdəsinə götürmüşdür. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı“Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti Cavab deh1 Sahib oğluna, Cavabdeh2, Cavabdeh3 qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Sahib oğlunun 11.11.2016-cı il tarixə *****saylı 24 oktyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi” üzrə banka borclu olduğu 21 581 828,53 rus rublu məbləğində əsas borcunun, 2.346.424,36 rus rublu məbləğində faiz borcunun və 752.550,00 rus rublu məbləğində cərimə borcunun, yəni cəmi 24.680.802,89 rus rublunun; ****** saylı 27 noyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi” üzrə banka borclu olduğu 12 819 580,00 Rus Rublu məbləğində əsas borcunun, 960 757,67 rus rublu məbləğində faiz borcunun və 1.623.258,00 rus rublu məbləğində cərimə borcunun, yəni cəmi 15 403 595,67 Rus Rublunun; ****** saylı 01 sentyabr 2015-ci il tarixli “Bərpa olunan krediti xətti müqaviləsi” üzrə banka borclu olduğu 4.415.502,00 rus rublu məbləğində əsas borcunun, 484.724,00 rus rublu məbləğində faiz borcunun və 250 356,00 rus rublu məbləğində cərimə borcunun, yəni cəmi 5.150.582,00 rus rublunun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manatın və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manatın Cavabdeh1 Sahib oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq banka ödənilməsi; tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 Sahib oğluna məxsus X. ünvanında istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14 otaqlı, 432.8 kv.m. yaşayış, - kv.m qeyri-yaşayış, 487,3 kv.m. köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinə (ipoteka predmeti 276.000 manat məbləğində qiymətləndirilməklə) yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka ödənilməsi; İpoteka predmeti olan göstərilən əmlakın məcburi qaydada boşaldılması; ******saylı 12 avqust 2013-cü il tarixli “Baş Kredit Razılaşması”nın, *******saylı 24 oktyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi”nin, ****** saylı 27 noyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi”nin və ****** saylı 01 sentyabr 2015-ci il tarixli “Bərpa olunan krediti xətti Müqaviləsi”nin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 2(009)116/2018 saylı qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyev) iddia tələbləri qismən təmin edilərək, *******saylı, 24 oktyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi” üzrə banka borclu olduğu 21.581.828,53 rus rublu məbləğində əsas borcun, 2.346.424,36 rus rublu məbləğində faiz borcunun və 10.000 rus rublu məbləğində cərimə məbləğinin; ****** saylı 27 noyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi” üzrə banka borclu olduğu 12 819 580,00 rus rublu məbləğində əsas borcun, 960.757,67 rus rublu məbləğində faizi borcunun və 20.000 rus rublu məbləğində cərimə məbləğinin; ****** saylı 01 sentyabr 2015-ci il tarixli “Bərpa olunan krediti xətti müqaviləsi” üzrə banka borclu olduğu 4.415.502,00 rus rublu məbləğində əsas borcun, 484.724,00 rus rublu məbləğində faiz borcunun və 5000 rus rublu məbləğində cərimə m əbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 Sahib oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tutmanın X. ünvanında istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14 otaqlı, 432,8 kv.m. yaşayış, kv.m. qeyri-yaşayış, 487.3 kv.m. köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinə (ipoteka predmeti 276.000 manat məbləğində qiymətləndirilməklə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına iddiaçının tələblərini n ödənilməsi, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan pul məbləği ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 Sahib oğluna və Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan göstərilən əmlakın məcburi qaydada boşaldılması, ******saylı 12 avqust 2013-cü il tarixli “Baş Kredit Razılaşması”nın, *******saylı 24 oktyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi”nin, ****** saylı 27 noyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi”nin və ****** saylı 01 sentyabr 2015-ci il tarixli “Bərpa olunan krediti xətti müqaviləsi”nin ləğv olunması, ekspertiza tədqiqatının dəyəri olan 165 manatın Cavabdeh1 Sahib oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN *** ******* ABB mərkəzi filialı VÖEN ********** Kod: 805250 m/h **********944 H/h JOR 328518 AZN 3201-01 S.W.İ.F.T. Bik: İBAZAZ 2X) köçürülməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 Sahib oğlu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-141/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-116/2018 saylı iş üzrə 19 oktyabr 2018-ci il tarixli qətnaməsinin “ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması” hissəsində ləğv olunması, qətnamənin “****** saylı, 27 noyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi” ü zrə 12.819.580,00 rus rublu məbləğində əsas borcun; ****** saylı 01 sentyabr 2015-ci il tarixli “Bərpa olunan krediti xətti müqaviləsi” üzrə 4.415.502,00 rus rublu məbləğində əsas borcun Cavabdeh1 Sahib oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, habelə X. ünvanında istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14 otaqlı, 432,8 kv.m. yaşayış, kv.m. qeyri-yaşayış, 487.3 kv.m. köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinin 276.000 manat məbləğində qiymətləndirilməsi” hissələrində dəyişdirilməsi, ****** saylı 27 noyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi” üzrə Cavabdeh1 Sahib oğlundan və Cavabdeh2 müştərək qaydada tutulmalı olan əsas borc məbləğinin 12.623.792,59 (on iki milyon altı yüz iyirmi üç min yeddi yüz doxsan iki rubl 59 qəpik) rus rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), ****** saylı 01 sentyabr 2015-ci il tarixli “Bərpa olunan krediti xətti müqaviləsi” üzrə tutulmalı olan əsas borc məbləğinin 4.373.981,97 (dörd milyon üç yüz yetmiş üç min doqquz yüz səksən bir rubl 97 qəpik) rus rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) müəyyənləşdirilməsi, X. ünvanında istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14 otaqlı, 432,8 kv.m. yaşayış, kv.m. qeyri-yaşayış, 487.3 kv.m. köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 800.000 (səkkiz yüz min) m anat müəyyənləşdirilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması və apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə ekspertizasının xərci olan 250 (iki yüz əlli) manatın Cavabdeh1 Sahib oğlundan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, “X5 Azərbaycan” QSC Nərimanov Filialı), mühasibatlıq ekspertizasının xərci olan 145 manatın 100 (yüz) manatının ondan, 45 (qırx beş) manatının isə “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/hAZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı Açıq Səhmdar Cəm iyyəti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən –ipoteka predmeti olan X. ünvanında istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14 otaqlı, 432,8 kv.m. yaşayış, kv.m. qeyri-yaşayış, 487.3 kv.m. köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin və cavabdehlərdən ****** nömrəli, 27 noyabr 2014-cü il tarixli “Kommersiya krediti müqaviləsi” və ****** nömrəli 01 sentyabr 2015-ci il tarixli “Bərpa olunan krediti müqaviləsi” üzrə tutulmalı olan əsas borc məbləğlərinin müəyyən edilməsi hissələrində ləğv olunması, həmin hissələrdə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və bank tərəfindən vəkilə hüquqi xidmətin göstərilməsi və məhkəmədə hüquqlarının müdafiə olunma sı məqsədi ilə ödənilmiş 160 manat məbləğində məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 Sahib oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunu səhv təfsir etmiş, ipoteka predmetinin ilkin satış qiymətini səhv müəyyən etmiş, cavabdehlərdən kredit müqavilələri üzrə tutulmalı olan əsas borcların müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmiş, iddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatətə əhəmiyyət verilməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh1 Sahib oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi MPM-nin 372.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarına istinad etsə də, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə həmçinin apellyasiya şikayətinin dəlilləri həcmində yoxlamamış, cavabdeh tərəfindən hansı məbləğd ə borcun götürülməsini təsdiq edən məxaric sənədləri üzrə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin vəkili X3 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını,qarşı tərəfin kassasiya şikayətinin isə təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Sahib oğlunun vəkili Nümayəndə tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını, qarş ı tərəfin kassasiya şikayətinin isə təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1 Sahib oğlu, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüq uqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. -442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. -448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə b ilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə borc məbləğlərinin düzgün hesablanması üçün birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəf indən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində verilmiş ekspert rəylərinin müqayisəli tədqiqatını apararaq bunları qeyd etmişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: - *******saylı müqavilə üzrə rəyin tədqiqat hissəsində göstərdiyi kimi, iş materiallarında olan maliyyə arayışından, hesabdan çıxarış məlumatlarından və 24 oktyabr 2014-cü il tarixli, 115734-18151 Komersiya Kredit Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşma üzrə 30.11.2015-ci il tarixli, 115734-18151/4 saylı müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla 11.11.2016-cı il tarixə Cavabdeh1 Sahib oğlunun banka olan borcu 24.429.430.91 rubl məbləğində müəyyən olunsun: o cümlədən;əsas borc üzrə 21.581.828.53 rubl,faiz b orcu üzrə 2.84.602.38 rubl; -****** saylı müqavilə üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan, maliyyə arayışından, hesabdan çıxarış məlumatlarından və 27 noyabr 2014-cü il tarixli, ****** Komersiya Kredit Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşma üzrə 30.11.2015-ci il tarixli müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla 11.11.2016-cı il tarixə Cavabdeh1 Sahib oğlunun banka olan borcu 14.267.469.71 rubl məbləğində müəyyən olunur: o cümlədən; əsas borc üzrə 12.819.580 rubl, faiz borcu üzrə 1.447.88971 rubl; -****** saylı müqavilə üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan, maliyyə arayışından, hesabdan çıxarış məlumatlarından və 01 sentyabr 2015-ci il tarixli,****** Komersiya Kredit Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşma üzrə 30.11.2015-ci il tarixli müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla 11.11.2016-cı il tarixə Cavabdeh1 Sahib oğlunun banka olan borcu 5.068.015.07 rubl məbləğində müəyyən olunur: o cümlədən; əsas borc üzrə 4.415.502.0 rubl, faiz borcu üzrə 652.513.07 rubl. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə isə müəyyən olunmuşdur ki; -24 oktyabr 2014-cü il tarixli, *******saylı “Komersiya Krediti Müqaviləsi”nin şərtləri nəzərə alınmaqla Cavabdeh1 Sahib oğlunun 30.11.2015-ci il tarixə (01 saylı razılaşmanın tarixi) banka olan borcu tam ödənilmişdir. Bundan başqa hesabdan çıxarışlara əsasən Cavabdeh1 Sahib oğlunun 24 oktyabr 2014-cü il tarixli *******saylı “Komersiya Krediti Müqaviləsi” üzrə 30.11.2015-ci il tari xdən (01 saylı razılaşmanın tarixi) 11.11.2016-cı il tarixinədək banka 5.296,30 ABŞ dolları və 1.578.148,85 rus rublu ödənişi olması müəyyən olunur; -27 noyabr 2014-cü il tarixli, ****** “Komersiya Krediti Müqaviləsi” və ona dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşma üzrə 11.11.2016-cı il tarixə Cavabdeh1 Sahib oğlunun banka olan borcu 14.042.761.27 rubl məbləğində müəyyən olunur: o cümlədən; əsas borc üzrə 12.623.792,59 rubl, faiz borcu üzrə 1.418.968,69 rubl; -01 sentyabr 2015-ci il tarixli, ****** saylı müqavilə və ona 01 saylı razılaşma üzrə 11.11.2016-cı il tarixə Cavabdeh1 Sahib oğlunun banka olan borcu 5.020.359,30 rubl məbləğində müəyyən olunur: o cümlədən; əsas borc üzrə 4.373.981,97 rubl, faiz borcu üzrə 646.377,33 rubl. Apellyasiya instansiyası məhkəməsi hər iki ekspert rəyini işdəki digər sübutlarla tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi 24 oktyabr 2014-cü il tarixli, *******saylı “Komersiya Krediti Müqaviləsi” üzrə borcun məbləğini düzgün müəyyənləşdirmişdir. Apellyasiya baxışı zamanı alınmış ekspert rəyində həmin müqavilə üzrə Cavabdeh1 Sahib oğlunun 30.11.2015-ci il tarixə (01 saylı razılaşmanın tarixi) banka olan borcunun tam ödənilmiş olduğu göstərilsə də, nəzərə alınmalıdır ki, məhz 30.11.2015-ci il tarixdə 24.10.2014-cü il tarixli, *******saylı “Kommersiya krediti müqaviləsi”nə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı razılaşma bağlanaraq Cavabdeh1 30 noyabr 2015-ci il tarixinə mövcud olan borcu həmin günün məzənnəsi ilə konvertasiya edilərək 22.096.960 rus rublu məbləğində müəyyənləşdirilmişdir və apellyasiya i nstansiyası məhkəməsinin qənaətinə görə sözügedən müqavilə üzrə 30 noyabr 2015-ci il tarixinə “borcun tam ödənilmiş olması” bu konvertasiya ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi 27 noyabr 2014-cü il tarixli, ****** saylı və 01 sentyabr 2015-ci il tarixli, ****** saylı müqavilələr üzrə əsas borc məbləğlərinin ikinci ekspert rəyində daha düzgün hesablandığı qənaətinə gələrək hesab etmişdir ki, 27 noyabr 2014-cü il tarixli müqavilə üzrə əsas borc məbləği 12.623.792,59 rubl, 01 sentyabr 2015-ci il tarixli müqavilə üzrə əsas borc məbləği 4.373.981,97 rubl müəyyənlşdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı gəldiyi nəticə ilə də razılaşmamışdır; belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsi ndə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən bu meyarlara əməl olunmadan müəyyənləşdirildiyindən, eləcə də cavabdeh tərəfindən əmlakın bazar dəyərinin 916.000 manat təşkil etdiyinə dair qiymətləndirici rəyi təqdim olunduğundan apellyasiya baxışı zamanı qiymətləndirmə ekspertizası təyin olunmuş, müvafiq rəylə ipoteka predmetinin bazar qiymətinin 800.000 (səkkiz yüz min) manat olması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsinin “ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması” qənaətinin hüquqi əsası mövcud deyildir və həmin hissədə qətnamə ləğv olunmalıdır. Belə ki, Cavabdeh2 ipoteka qoyan olmamaqla ipoteka predmetinin satışından əldə olunacaq pul vəsaitinə münasibətdə hüququ sahibi ola bilməz. Qətnamənin, cərimə borclarının cavabdehlərdən tutulması ilə bağlı hissəsi üzrə isə apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, işə baxan məhkəmə cavabdehdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaltmışdır və qanunvericilik də yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hər üç müqavilə üzrə hesablanmış cərimə borclarını ədalətli (mütənasib) həddədək azaltmışdır və onun mövqeyi ilə razılaşmamaq üçün hər hansı əsas mövcud deyildir. Ali Məhkəmənin Mülki Ko llegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi istisna olmaqla, digər hissələrdə qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan digər hissələrdə düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə göstərilən hissələrdə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Bununla yanaşı Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan qiymətləndiricinin rəyinə istinad etməklə ipoteka predmetinin bazar dəyərinin 800.000 manat olmasına istinad etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bununla əlaqədar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti o lan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 417.1.3-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 Sahib oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-141/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın.Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar