Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1507/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh iştirakı ilə, Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)2930/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şuşa rayon məhkəməsinin (hakim Allahverən Həsənov) 2(077)-01/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edil miş, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 245/15/PB/YF nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 72100 ABŞ dolları əsas borc, 5419,52 ABŞ dolları faiz borcu, 266 ABŞ dolları cərimə borcu olmaqla cəmi 77785,52 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçıBOKT ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 127 a nömrəli evin 47,29 kvadrat metr yaşayış sahəsindən ibarət 4 otaqlı 43 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi, ipoteka predmeti s atıldıqdan sonra 1 ay müddətində boşaldılması, İddiaçı BOKT ASC-dən 50 manat, Cavabdeh 50 manat ekspertiza xərcləri tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsiqət edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Fuad Məmmədov, Səyyad Qafari) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şuşa rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı BOKT ASC Cavabdeh qarşı borcun tutulması, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldıraraq bankla cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 245/15/PB/YF saylı kredit müqaviləsi üzrə Cavabdeh 72100 ABŞ dolları məbləğində əsas borc, 23169,94 ABŞ dolları məbləğində faiz borcu, 13266,40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 108536,34 ABŞ dolları məbləğində borcun, 1000 manat hüquqi yardıma görə ödənilmiş xərcin və 30 manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetinin 80000 manat qiymətləndirilərək borcun əvəzi bu qiymətlə Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsində 127a nömrəli binanın Cavabdeh mülkiyyətindəki 47,29 kvadrat metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi və mübahisəli mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı BOKT ASC-yə qarşı müqavilə şərtlərinin dəyişdir ilməsi, faizlərin əsas borca silinməsi, öhdəliklərin icra müddətinin uzadılması, möhlət verilməsi və dəymiş mənəvi zərərə görə pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı cavabdeh “İddiaçı Bank” ASC ilə arasında bağlanmış kredit müqaviləsinin şərtlərinin dəyişdirilərək müqavilə bağlandığı vaxtdan faizlərin 7%-lə hesablanması, ödənilmiş faizlərin əsas borca silinməsi, sonra hesablanacaq faizlərin 5%-lə hesablanılması, müqavilə üzrə ödəliklərin icra müddətinin 3 il müddətinə uzadılması, faizlərin ödənilməsinə möhlət verilməsi və əsas borc tam ödənildikdən sonra faizlərin ödənilməsi məsələsinə baxılması, dəymiş mənəvi ziyanın əvəzi olaraq 500.000 (beş yüz min) manatın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı cavabdeh İddiaçıBOKT ASC- dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu qarşılıqlı iddia tələbinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi cavavdehdən iddiaçının xeyrinə ümumilikdə 77785,52 ABŞ dol ları borcun tutulması hissədə dəyişdirilməli, 77785,52 ABŞ dolları pulun ödəniləcək günə manata olan məzənnəsi ilə tutulması müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci iltarixli 245/15/PB/YF saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə 72100 ABŞ dolları məbləğində borc pulun verilməsi, kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq kreditin kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin istifadəsinə görə Borcalan Kreditora illik 22% dərəcəsi ilə faiz ödəyir. Müqavilənin 2.6-c ı bəndinə əsasən şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş qrafikinə uyğun ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0,2 faiz həcmində dəbbə pulu ödəyir. «İddiaçıBank» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 319/14/PB/YF saylı ipoteka müqaviləsindən görünür ki, 100000 ABŞ dolları kredit borc öhdəliklərinin icrasının təmin edilməsi üçün Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, X3 küçəsi,127a nömrəli evin 47,9 kvadrat metr yaşayış sahəsindən ibarət 4 otaqlı 43 nömrəli mənzil banka ipotekaya qoymuşdur. İş materiallarına əlavə edilmiş kassa məxaric orderinin surətindən görünür ki, İddiaçıBOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixl i, 245/15/PB/YF saylı kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək sonuncuya xx.xx.2015-ci il tarixdə 72100 ABŞ dolları məbləğində nağd kredit vermişdir. İddiaçıBOKT ASC ilə Cavabdeh arasında imzalanmış xx xxxx 2014-cü il tarixli, 319/14/PB/YF saylı ipoteka müqaviləsindən görünür ki, dəyəri 80000 manat qiymətləndirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli. RX seriyalı ******* saylı Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, X3 küçəsi, 127a nömrəli evin 47,29 kvadrat metr yaşayış sahəsindən ibarət 4 otaqlı 43 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında imzalanmış xx xxxx 2014-cü il tarixli, 319/14/PB/YF s aylı ipoteka müqaviləsinə əlavə olaraq xx xxxxxx 2015-cı il tarixli, 02 saylı əlavədən görünür ki, dəyəri 80000 manat qiymətləndirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu,X3 küçəsi, 127a nömrəli evin 47,29 kvadrat metr yaşayış sahəsindən ibarət 4 otaqlı 43 saylı mənzili bank qarşısında xx.xx.2015-ci il tarixli, 245/15/PB/YF saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 kü çəsi, 127a nömrəli evin 47,29 kvadrat metr yaşayış sahəsindən ibarət 4 otaqlı 43 saylı tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2154 nömrəli reyestr kitabının 199486 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Heba” Consulting Mərkəzinin xx.xx.2019-cı il tarixli Ç-235 saylı rəyinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 127a saylı evin 47,29 kvadrat metr yaşayış sahəsindən ibarət 4 otaqlı 43 saylı mənzilin bazar dəyəri 110000 manat müəyyənləşdirilmişdir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlik ləri pozaraq lazımınca yerinə yetirməmişdir. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş borcu cavabdehə verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları əsasında müəyyən olunmuşdur ki, cav abdeh aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Belə ki, borcalan bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Beləliklə də borclunun bank qarşırında borcu yaranmışdır. xx.xx.2015-cı il tarixli, 245/15/PB/YF saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 245/15/PB/YF saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə İddiaçıBOKT A SC qarşısında yerinə yetirilməmiş öhdəliyi 72100 ABŞ dolları əsas borcu, 23169.94 ABŞ dolları faiz borcu, 13266,40 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 108536,34 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən borcun məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsini təmin etmişdir. xx.xx.2017-cı il tarixli, 27067 saylı ekspert rəyinə əsasən cavabdehin İddiaçıBOKT ASC-yə xx.xx.2015-ci il tarixli, 245/15/PB/YF saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə banka olan əsas borc üzrə 72100 ABŞ dolları və faiz borcu 5419,52. ABŞ dolları müəyyənləşdirilmişdir. xx.xx.2018-cı il tarixli, 5745 saylı ekspert rəyinə əsasən cavabdehin İddiaçı BOKT ASCyə xx.xx.2015-ci il tarixli 245/15/PB/YF saylı kredit müqaviləsi üzrə xx.xx.20 16-cı il tarixə banka olan əsas borc üzrə 72100 ABŞ dolları və faiz borcu 5419,52 ABŞ dolları müəyyənləşdirilmişdir. Məhkəmə ekspert rəyinə istinad edərək rəydə göstərilə əsas və faiz borcunu cavabdehdən tutulmasını qət etmişdir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir. Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsas mənafelər nəzərə alınır. Məhkəmə ödənilməsi tələb edilən 13266,40 ABŞ dolları dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 266 ABŞ dolları həddində müəyyən edilməsini ədalətli hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazım ınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan normalara əsasən borcun ödənilməsi məqsədilə tutmanın ipoteka ilə yüklü edilmiş, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 127 a nömrəli evin 47,29 kvadrat metr yaşayış sahəsindən ibarət 4 otaqlı 43 saylı mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borcun ödənilməsi və mənzil satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissə də təmin edilməsi qənaətinə gəlməkdə məhkəmə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinə əsasən qətnaməni yoxlayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmişdir. Belə ki, cavabdeh cəmi 39480 manat borcunun olmasını bildirsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Onun bu dəlili isə iş materialları ilə təkzib olunur. Belə olan halda məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab etmişdir ki, qətnamə qanuni və əsaslı olduğunda n dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə cavabdehdən borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi hissələrdə düzgün nəticəyə gəlsə də, tutulacaq 77785,52 ABŞ dolları borcun Azərbaycan manatına olan məzənnəsi ilə tutulmasını qətnamədə qeyd etməməklə səhvə yol vermiş, apellyasiya instansiyası məhkəməsi isə bu hala diqqət yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə görə, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən eidlən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Odur ki, qətnamə dəyişdirilərək 77785,52 ABŞ dolları borcun ABŞ dolları pul ödəniləcək gü nə manata olan məzənnəsi ilə tutulması müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.2-ci maddələrinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2930/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh 77785,52 ABŞ dolları məbləğində borcun tutulması hissədə dəyişdirilsin. Cavabdeh 77785,52 ABŞ dolları məbləğində pul icra olunduğu günə olan məzənnə i lə manatla alınıb İddiaçı BOKT ASC-yə verilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh oğlu tərəfindən kassasiya şikayəti verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1507/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1507/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver