Məhkəmə qərarları › İş №2(102)-1507/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1507/2025

12.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1507/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:maneələrin aradan qaldırılması və hasarın bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5200/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri, Nizami rayon İcra Hakimiyyəti başçısının 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamı ilə, Bakı şəhər sovetinin icraiyyə komitəsinin “şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus avtomobillərin saxlanılması üçün torpaq sahələrinin ayrılması haqqında” 29 oktyabr 1990-cı il tarixli, 7/362 saylı qərarına müvafiq olaraq və yenidən təşkil edilmiş İddiaçı qaraj-tikinti kooperativinin idarə heyətinin xahişi icra olunmaqla, fərdi sahibkarların avtomobillərin saxlanılması üçün Naxçıvanski küçəsi üzrə 2566-cı məhəllədə 7 qaraj boksuna görə kollektiv qarajların tikintisi və istismarı üzrə İddiaçı Kooperativinin nizamnaməsinin qeydiyyata alınması və bu kooperativ üzvlərinin 7 nəfər olmaqla siyahısını təsdiq etmək İddiaçı Qaraj-Tikinti Kooperativinə tapşırılmışdır. İddiaçı Qaraj Tikinti Kooperativi tərəfindən 19 mart 1992-ci il tarixdə kooperativin 7 nəfər üzvlərinin siyahısı- B.D.Şirinova, A.M. Əzimov, B.P.Hüseynov, E.Ş.Məmmədova, M.N.Əzimov, E.Ş. Namazova və A.İ.Malanin olmaqla təsdiq edilmişdir.

2. Bakı Şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli, 399/4 saylı sərəncamı ilə, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 2566-cı məhəllədə yerləşən İddiaçı idarə heyətinin xahişi nəzərə alınaraq, həmin kooperativə əlavə edilən siyahıya əsasən 6 yeni üzvün qəbul edilməsi haqqındakı ümumi iclasın qərarının təsdiq edilməsi, İddiaçı siyahısı təsdiq edilmiş üzvlərinə orderlərin verilməsi barədə sərəncam verilmişdir.

3. İddiaçı Qaraj Tikinti Kooperativi tərəfindən 28 aprel 1994-cü il tarixdə kooperativin 6 nəfər üzvlərinin si yahısı- A.A.Nizamov, X.S.Süleymanov, K.A.Sandrikov, S.U.Əliyeva, V.Q.Qasımov və F.M.İmanov olmaqla təsdiq edilmişdir.

4. Bakı Şəhəri, İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli, 247 saylı sərəncamının 41-ci bəndində qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2566-67 məhəllədə 0,7 ha torpaq sahəsi, həmin sahənin bir hissəsində yerləşən qarajların sahiblərindən alınaraq sökülməklə icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir. 5. 31 yanvar 2014-cü il tarixli “Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışla İddiaçı 13 mart 1992-ci ildə qeydiyyata alınmış, əvvəlki qeydiyyat nömrəsi 1333, dövlət qeydiyyat nömrəsi VÖEN-**********, hüquqi ünvanı- ünvan 1əmsilçisi X2r. 6. "xxxx" MMMC- ti 11 avqust 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı- ünvan 3ı şəhəri, Nizami rayonu, 2566-67-ci məhəllə, ev 81-dir, fəaliyyət predmeti və məqsədi - yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək, qanuni təmsilçisi - Nümayəndə, qeydiyyata alınmanın hüquqi əsasları isə sahə mülkiyyətçilərinin 15 mart 2020-ci il, 01 avqust 2020-ci il tarixli qərarları və digər sənədlərdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-748/2016 nömrəli, 18 avqust 2016-cı il tarixli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli qətnaməsi ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 247 saylı sərəncamı ilə "xxxx" MMC-nə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 2566-67-ci məhəllədə yaşayış binasının tikintisi üçün ayrılmış 0,7 hektar torpaq sahəsində yerləşən, dəyəri razılaşma yolu ilə sahiblərinə ödənilmiş 5 ədəd qarajın sökülməsi və X12, X11, X7, X6 və X4 həmin qarajlar olan ərazidən kənarlaşdırılmaları, habelə X12, X7, X6 və X4 "xxxx" MMC-nə qarşı “yeni tikiləcək çoxmərtəbəli yaşayış binasının özülünün qoyulması ilə bağlı qazılmış xəndək nəticəsində uçmuş əsaslı qarajın bərpası, dəymiş maddi ziyanın ödənilməsi və digər qarajlardan istifadə hüququnun bərpa edilməsi tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamənin nəticə hissəsindən görünür ki, apellyasiya şikayətləri qismən t əmin edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli qətnaməsi dəyəri razılaşma yolu ilə sahiblərinə ödənilmiş 5 ədəd qarajın sökülməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmuş, dəyəri sahibləri X3, X8 və X9 razılaşma yolu ilə ödənilmiş üç ədəd qarajın sökülməsi, dəyəri razılaşma yolu ilə sahiblərinə ödənilmiş 5 ədəd qarajın sökülməsi barədə hissədə təmin olunmaması, qətnamənin cavabdehlərin həmin qarajlar olan ərazidən kənarlaşdırılmaları və qarşılıqlı iddianın təmin olunmaması hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamənin 18 avqust 2016-cı il tarixli icra vərəqəsində qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli, 247 nömrəli sərəncamı ilə "xxxx" MMC-nə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 2566-67-ci məhəllədə yaşayış binasının tikintisi üçün ayrılmış 0,7 ha torpaq sahəsində yerləşən, dəyəri razılaşma yolu ilə X3, X8 və X9 razılaşma yolu ilə ödənilmiş üç ədəd qarajın sökülməsi və X12, X11, X7, X6 və X4 həmin qarajlar olan ərazidən kənarlaşdırılmaları qət edilmişdir. İcra vərəqəsinin icraatına icra məmurunun 22 dekabr 2017-ci il tarixli qərarı ilə xitam verilmişdir. 8. "xxxx" MMMC 11 avqust 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı- Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 olmaqla qanuni təmsilçisi Nümayəndə, qeydiyyata alınmasının hüquqi əsasları- sahə mülkiyyətçilərinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli qərarları və digər sənədlərdir.

9. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qət naməsi ilə, ünvan 6 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəbəli, 1 girişli 2 binanın Tikintisinin “İşçi layihələri”; bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin texniki pasportları və liftrlərə texniki baxış kitabları, liftlərin istismarı və qarantiyası barədə hüquqi sənədlər; binada xidmət göstərən operator və digər xidmətlər barədə məlumatların, ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun "xxxx" MTK-dan alınıb, "xxxx" MMMC-yə verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvan ski küçəsi, 2566-cı məhəllədə yerləşən iddiaçıya məxsus olan ərazidə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, hasarın əvvəlki vəziyyətində yenidən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İşin faktiki hallarına istinad edərək, iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 1883 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Naxçıvanski küçəsi 2566-cı kvartalda 7 qarajın tikintisi və istismarı üçün yaradılan iddiaçının nizamnaməsi qeydiyyata alınmışdır. Qeyd olunan sərəncamın 2-ci bəndinə əsasən kooperativ üzvlərinin siyahısı təsdiq edilmişdir. Bundan sonra kooperativin üzvü olan şəxslərə müvafiq orderlər verilmişdir. Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-c ü il tarixli, 399/4 nömrəli Sərəncamı ilə daha 6 şəxs iddiaçıya üzv qəbul edilmiş və həmin şəxslərə orderlərin verilməsi nəzərdə tutulmuşdur. Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının qanuni təmsilçisi X2r və nəzərə alınmalıdır ki, qarajların yaxınlığında yerləşən bəzi bina sakinləri iddiaçı və kooperativin üzvü olan vətəndaşların qarajlara münasibətdə mülkiyyət o, cümlədən sahiblik, sərəncam vermə və istifadə hüquqlarına maneələr və süni münaqişə şəraiti yaradırlar. Belə ki, həmin şəxslər qanunsuz olaraq qarajlarla bağlı hər hansı yenidən qurma, təmir və s. işlərə imkan vermirlər. Həmin şəxslərin qarajlara münasibətdə hər hansı hüquqları mövcud deyil, lakin öz qanunsuz və özbaşına hərəkətləri ilə iddiaçının, həmçinin kooperativ üzvlərinin konstitusion mülkiyyət hüquqlarını k obud şəkildə pozurlar.

12. İşə baxılan zaman "xxxx" MMMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. 13. "xxxx" MMMC ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, "xxxx" MMC-ti ünvan 7 ünvanda inşa etdirdiyi çoxmərtəbəli, 4 girişli və 1 girişli 2 yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 504 nömrəli və xx.xx.2017-ci il tarixli, 448 nömrəli “İstismara qəbul edilmiş obyektin dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında” Sərəncamları ilə istismara qəbul edildikdən sonra hər 2 binanın “Sahə Mülkiyyətçilərinin böyük əksəriyyətinin xx.xx.2020-ci il və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağı”nın Qərarlarına əsasən müstəqil təsərrüfat subyekti olmaqla "xxxx" MMMC adlı qe yri-kommersiya təşkilatı yaradılmış və həmin Cəmiyyət 11 avqust 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış və bu Qərarla ünvan 8 ünvanda yerləşən hər 2 binanın yerləşdiyi 0,7 ha torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MMMC-nin idarəçiliyinə keçmişdir. Hazırda icraatda olan mülki iş birbaşa onların maraqlarına toxunur. Belə ki, yuxarıda qeyd etdiyi kimi həmin torpaq sahəsində yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MMMC-nin ümumi idarəçiliyində və istifadəsindədir. İddiaçı istifadəsini ümumiyyətlə çoxdan dayandırmış kooperativdir. Odur ki, qeyd olunan ərazidə yerləşən qarajlar həmin kooperativə məxsus ola bilməz. Eyni zamanda, İddiaçı bu ərazidən çıxarılması haqqında məhkəmə qətnaməsi vardır. Belə ki, ünvan 8 ünvanda yerləşən 0.7 ha torpa q sahəsindən İddiaçı kənarlaşdırılması barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2016-cı il tarixli qətnaməsi qəbul olunmuşdur.

14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-585/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia rədd edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsinin təsviriəsaslandırıcı hissəsində göstərilir ki, mübahisəli ərazinin də daxil olduğu torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmış, ərazidə yerləşən fərdi qarajların və qeyri-yaşayış tikililərinin sökülərək mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi id diaçıya tapşırılmışdır. Həmçinin işdə olan eskiz və ayrıc aktının surətləri, birinci instansiya məhkəməsi zamanı keçirilmiş yerli baxış protokolu əsasında da müəyyən edilir ki, 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamı ilə iddiaçının üzvlərinə Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-cı məhəllədə ayrılmış 7 ədəd fərdi qaraj iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində yerləşdiyi mübahisəli qarajların yerləşdiyi sahə ilə üst-üstə düşür.

16. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında İddiaçı digər üzvlərinə qarajlar ayrılsa da, həmin qarajlar ilkin ayrılmış 7 qarajla üst-üstə düşə bilməz. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, onlara ayrılmış tikinti ərazisində xeyli sayda başqa qarajlar da olmuş, həmin qarajların dəyəri ödənilməklə sökülmüşdür. Baxıla n iş üzrə iddiaçı dövlət mülkiyyətində olan və səlahiyyətli icra hakimiyyəti orqanının qərarı ilə onun istifadəsinə verilmiş torpaq sahəsinin qanuni sahibliyindədir. Qanunvericilik iddiaçının qanuni sahiblikdən irəli gələn həmin əmlak hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edir. İddiaçının sahibliyinin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmasına son qoymağı tələb etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququ vardır.

17. Məhkəmə, işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, sözügedən qarajların vətəndaşların istifadəsinə verilməsi barədə orderlər qaraj-tikinti kooperativi tərəfindən deyil, həmin kooperativlərin razılığı əsasında yerli icra hakimiyyəti orqanları tərəfindən verilmişdir. Bu baxımdan ilkin order ləğv edilmədən və yerli icra hakimiyyəti orqanının q ərarı və ya rəsmi razılığı olmadan kooperativin vətəndaşa verilmiş, dövlət mülkiyyətində saxlanılan torpaq sahəsi üzərində yerləşən qarajı digər şəxsə vermək səlahiyyəti olmamışdır.

18. Məhkəmə, qeyd etmişdir ki, Bakı Şəhəri, Nizami Rayon İcra Hakimiyyətinin 16 avqust 2011-ci il tarixli cavab məktubunda sonradan Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli, 399/4 saylı sərəncamı ilə rəsmiləşdirilmiş 6 qarajın iddiaçıya ilkin olaraq ayrılmış torpaq sahəsindən kənarda yerləşdiyi qeyd olunmuşdur.

19. Yuxarıda göstərilən hallarla bağlı məhkəmə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsi ilə "xxxx" MMC dövlət mülkiyyətində olan və səlahiyyətli icra hakimiyyəti orqanının qər arı ilə onun istifadəsinə verilmiş hazırda mübahisə predmetinin dairəsinə düşən torpaq sahəsinin qanuni sahibi olduğunu, qanunvericiliyin həmin iddiaçının qanuni sahiblikdən irəli gələn həmin əmlak hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etməsini, iddiaçının sahibliyinin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmasına son qoymağı tələb etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququ olduğunu da göstərmişdir.

20. Məhkəmə belə qənaətə gəlmişdir ki, qeyd olunan işin faktiki halları nəzərə alınmaqla, cavabdehlər qarşı iddia, tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə iddiaçının subyektiv hüququ yaranmamışdır.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 164.1, 164.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMMC-nin istinad etdiyi hallardan biri o, olmuşdur ki, 1993-cü ildə iddiaçıya qaraj tikməsi üçün torpaq sahəsinin ayrılması barədə sərəncam verilsə də, sonradan 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin 247 nömrəli Sərəncamı ilə torpaq qaraj sahiblərindən alınaraq insanların yaşamasına görə bina tikmək üçün "xxxx" MTK-ya verilib. Lakin, məhkəmə tərəfindən müəyyən olunmamışdır ki, Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 1993-c ü ildə iddiaçıya qaraj tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə sərəncam “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada yoxlanmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunda inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. 1993-cü il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən 1993-cü il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəh ətdən etibarlı sayılır. Əksi barədə mülki iş materiallarında sübut yoxdur. Hansı ki, məhz elə iddia tərəfinin həmin inzibati aktdan irəli gələn hüquqlarının pozulmasından müdafiə məqsədilə “subyektiv hüquqları” var idi.

24. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.5, 164.1, 164.2-ci maddələrinə istinadla əsaslandırmışdır ki, bu barədə məhkəmənin hüquqi mövqeyi qəbul edilən deyil. Ona görə ki, sadalanan maddi hüquq normaları mülkiyyət hüququnun təsbiti, bu və ya digər formada iqtisadi dəyərə malik olan əmlakla bağlı hüquqların həyata keçirilməsi zamanı yaranan ictimai münasibətləri tənzimləyir. Hazırki mübahisə predmetini mülkiyyətlə eyniləşdirmək düzgün hesab edilmir.

25. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı məhkəmədən “maneələrin aradan qaldırılması və hasarın bərp a edilməsini” xahiş etmişdir. İddiaçı məhkəmə iclasında dəfələrlə təkrarlamışdır ki, iddiaçının tələbi hasarın əvvəlki vəziyyətinə qaytarılmasıdır. Həmin qarajların iddiaçının balansında olması ilə bağlı orderlər vardır. Lakin qarajların "xxxx" MMMC-nə hər hansı aidiyyəti yoxdur. Nizami Rayon İcra Hakimiyyətinin qarajların ayrılması ilə bağlı sərəncamı vardar. Qarajlar və onların yerləşdiyi sahə iddiaçıya məxsusdur. Həmin qarajların iddiaçının balansında olması ilə bağlı orderləri vardır. Binanın qarşısında yerləşən və iddiaçıya məxsus olan ərazi əvvəllər hasarlanmışdır və üçüncü şəxs "xxxx" MMMC hasarın sökülməsini etiraf edir. Hətta iddia edirlər ki, həmin ərazilər əvvəllər MTK-ya məxsus olduğundan hazırda onlarda özlərini MTK-nın varisi kimi hesab etdiklərindən, həmin ərazi MMMC-nin b alansında olmalıdır. Göstərilənlərdən görünür ki, üçüncü şəxs "xxxx" MMMC birbaşa hasarın sökülməsini etiraf edir, lakin belə bir tələblə müraciət etməyə iddiaçının subyektiv hüququnun olmamasını irəli sürərək mübahisənin qanuni həllindən yayınmağa çalışır. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Müdaxilə edən tərəfin qarajlara münasibətdə hər hansı hüquqları mövcud olmadığı halda, öz qanunsuz və özbaşına hərəkətləri ilə iddiaçının hüquqlarına müdaxilə etmişdir, belə bir müdafidən qorunmaq üçün iddiaçının “subyektiv hüququ” müdaxilə baş verdiyi andan yaranmışdır. Hasarın sökülməsi, qarajların iddiaçının balansında olması ilə bağlı ilkin və inandırıcı sübutlar (fotolar, order, sərəncam) məhkəməyə təqdim edilmişdir. Bundan başqa, məhkəmə iclasında cavabdehlər hasarın həqiqətən onlar tərəfindən qəsdən söküldüyünü etiraf etmişlər.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1218/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Xumar Mərdanova sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Sabit Bəhrəmzadə) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2016-cı il tarixli, 2(103)-748/2016 saylı qətnaməsi ilə "xxxx" MMC dövlət mülkiyyətində olan və səlahiyyətli icra hakimiyyəti orqanının qərarı ilə onun istifadəsinə verilmiş və hazırda mübahisə predmetinin dairəsinə düşən torpaq sahəsinin qanuni sahibi olduğunu, qanunvericiliyin həmin iddiaçının qanuni sahiblikdən irəli gələn həmin əmlak hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etməsini, iddiaçının sahibliyinin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmasına son qoymağı tələb etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququ olduğunu da göstərmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı izahatında göstərmişdir ki, o, mübahisəli yer üzrə qaraj sahiblərinin hamısını təmsil edir. Halbuki, elə Ağaqulu Nizamovun izahatından belə aydın olur ki, qaraj sahiblərindən biri vəfat etmiş, biri xaricə köçmüş, birinin yeri məlum deyil, birini isə məhkəməyə gətirə bilmir. Ona görə də məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin bu izahatına tənqidi yanaşmışdır.

29. Məhkəmə kollegiyasının qənaətinə görə, mübahisələndirilən qarajların sahibləri (varisləri) həmin qarajlara artıq maraqlarını itirmişlər, ona görə də hazırki iddianın qaldırılması onların maraqlarına xidmət etmir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi qarajların yerləşməsi barədə təqdim etdiyi sxemdə 7 qarajın yerini göstərmiş və iddia etmişdir ki, sxemin ortasında göstərilən qarajlar 2016-cı il qətnaməsi ilə müəyyən edilmiş qarajlar deyildir. Halbuki, apellyasiya instansiyası məhkəməsinin iclasında əvvəllər soyadı Topçiyev, hazırda isə Məmmədov olan Vaqif İsrafil oğlu şahid qismində ifadə verərək göstərmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş sxemdəki qarajlar 2016-cı ildə qəbul edilmiş qətnamə ilə sökülmüş qarajlardır və mübahisəli ərazidə onun da qarajı olmuş v ə onun dəyəri ona ödənilməklə qarajın sökülməsi qət edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdəki əvvəllər ona məxsus olan və hazırki yarı sökülmüş qarajın yerini göstərmiş və bir daha qeyd etmişdir ki, həmin sökülən qarajlar 2016-cı il qətnaməsində göstərilən həmin qarajlardır.

30. Beləliklə də məhkəmə kollegiyası müəyyən etmişdir ki, qanuni qüvvəsini almış qətnamə ilə 3 nəfərin qarajının sökülməsi, 6 nəfərin isə kənarlaşdırılması qərara alınmış və qarajlar hazırki mübahisə edilən qarajlardır.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Nizami rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2017-ci il tarixli “icraata xitam verilməsi barədə” qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2016-cı il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. Həmin qərardan və qanuni qüvvəsini almış qeyd edilən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünur ki, iddiaçının qanuni təmsilçisinin həmin qarajlar olan ərazidən kənarlaşdırılması qərara alınmışdır.

32. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdehlərə qarşı iddia, tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə iddiaçının müvafiq subyektiv hüququ yaranmamışdır.

33. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətində 1993-cü ildə iddiaçıya qarajlar tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamın ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qə dər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılmasına istinad etməklə hazırki tələblər məhkəməyə müraciət edilməsi üçün subeyktiv hüquqlarının olmasını bildirilsə də, iş materiallarından göründüyü kimi 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin 247 nömrəli Sərəncamı ilə sözgüdən torpaq sahəsi qaraj sahiblərindən alınaraq insanların yaşamasına görə bina tikmək üçün "xxxx" MTK-ya verilmişdir ki, bununla da iddiaçının həmin torpaq sahəsində cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, hasarın əvvəlki vəziyyətində yenidən bərpa edilməsini tələb etmək üçün subyektiv hüququ olmamışdır. Kassasiya instasiyası məhkəməsindəki birinci icraat

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2252/2024 saylı, 1 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: Zəki Babayev məruzəçi, Vidadi Məmmədov və Zaur Əliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan məhkəmələr, iş üzrə tam araşdırma aparmadan, iddia tələbinə uyğun gələn qanun norması kimi Mülki Məcəllənin 152.1, 152.5, 164.1, 164.2-ci maddələrini sadalasalar da, iddiaçının sonuncu dəfə xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmiş Kooperativ kimi fəaliyyətdə olan hüquqi şəxs olmasını nəzərə almamış və Mülki Məcəllənin kooperativlər haqqında, kooperativdə üzvlüyə xitam verilməsi barədə müddəalara istinad etmədən, iddianın tələb hüququ olmayan şəxs tərəfindən verildi yinə görə Kooperativin subyektiv hüququnun yaranmaması barədə yanlış nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı - Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2016-cı il tarixli qətnaməsi Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamı ilə ayrılmış 7 ədəd fərdi qarajların həmin vaxt mövcud olan beşinin sökülməsi və cavabdehlərin oradan çıxarılması ilə bağlı olduğu halda, apellyasiya instansiyası məhkəməsi qeyd olunan qətnamə ilə müəyyən edilmiş həmin işin hallarına təhrif etməklə birtərəfli qaydada, yalnız iddianın rədd edilməsi istiqamətində istinad etmiş, bu halda Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli, 247 saylı sərə ncamında "xxxx" MMC-nə ayrılmış 0,7 ha torpaq sahəsinin də yalnız qeyd olunmuş 7 qarajla bağlı olmasının həmin qətnamə ilə müəyyən edilməsinə diqqət yetirməmiş, Bakı Şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli, 399/4 saylı sərəncamı ilə Kooperativin daha sonradan 6 yeni qəbul edilmiş üzvünə avtomobillərin saxlanılması üçün Naxçıvanski küçəsi üzrə 2566-cı məhəllədə kollektiv qarajların tikintisi və istismarı üzrə ayrılmış sahənin hansı ərazidə yerləşməsini araşdırmadan, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qanuni qüvvəsini almış 18 avqust 2016-cı il tarixli qətnaməsi ilə 3 nəfərə aid qarajın sökülməsi, 5 nəfərin isə kənarlaşdırılması qərara alındığı halda, Kooperativə aid olan 13 qarajdan qalanının aqibətinin necə həll olumasını, yəni qalan kooper ativ üzvlərinə münasibətdə hər hansı qərarın qəbul edilməsini müəyyən etmədiyi halda, cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, hasarın əvvəlki vəziyyətində yenidən bərpa edilməsi ilə bağlı olan iddianın rədd edilməsi barədə qanunsuz nəticəyə gəlmiş, iddianın rədd edilməsi barədə nəticəni düzgün əsaslanmamışdır.

37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən qətnamə ilə Bakı Şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli, 399/4 saylı sərəncamı ilə rəsmiləşdirilmiş 6 qarajın Kooperativə ilkin olaraq ayrılmış torpaq sahəsindən kənarda yerləşməsi barədə Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyətinin 16 avqust 2011-ci il tarixli məktubuna istinad edilməsinə, dəyəri razılaşma yolu ilə X3, X8 və X9 razılaşma yolu ilə ödənilmiş üç ədəd q arajın sökülməsi və X12, X11, X7, X6 və X4 həmin qarajlar olan ərazidən kənarlaşdırılmalarının qət edilməsinə, qaraj sahibləri, yəni sərəncamda adları qeyd olunan Böyükxanım Şirinovaya və E.Ş.Məmmədova məxsus qarajların dəyəri ödənilmədiyindən, onlara münasibətdə iddianın təmin edilməməsinə, bununla da 2 qarajın hələ də mövcud olmasına diqqət yetirməmiş, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş işin həmin hallarına hər hansı hüquqi qiymət verməmişdir.

38. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş, Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilərkən izahatı alınmış "xxxx" MMMC-nin sədri Nümayəndə izahatınd a Kooperativə məxsus 4 qarajın sökülməmiş qalmasını göstərsə də, apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan izahatda göstərilənlər, üçüncü şəxsin nümayəndəsi kimi Nümayəndə məhkəmədə verdiyi izahatı ilə qarşılıqlı şəkildə təhlil edilərək, izahatlara hüqui qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

39. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5200/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Cəmilə Musayeva sədrlik edən, məruzəçi, Fuad Abdıyev və Fuad Babayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfi ndən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamı ilə Bakı Şəhər Sovetinin İcraiyyə Komitəsinin “şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus avtomobillərin saxlanılması üçün torpaq sahələrinin ayrılması haqqında” 29 oktyabr 1990cı il tarixli, 7/362 saylı Qərarına müvafiq olaraq və yenidən təşkil edilmiş Kooperativin idarə heyətinin xahişi icra olunmaqla, Fərdi sahibkarların avtomobillərin saxlanılması üçün Naxçıvanski küçəsi üzrə 2566-cı məhəllədə 7 qaraj boksuna görə kollektiv qarajların tikintisi və istismarı üzrə Kooperativin Nizamnaməsini qeydiyyata almaq və bu kooperativ üzvlərinin 7 nəfər olmaqla siyahısını təsdiq etmək Kooperativə tapşırılmışdır.

41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1994-cü il tarixli, 399/4 saylı sərəncamı ilə qeyd olunan ünvanda yerləşən Kooperativin idarə heyətinin xahişi nəzərə alınaraq, həmin kooperativə əlavə edilən siyahıya əsasən 6 yeni üzvün qəbul edilməsi haqqında ümumi iclasının qərarının təsdiq edilməsi, Kooperativin siyahısı təsdiq edilmiş üzvlərinə orderlərin verilməsi barədə sərəncam verilmişdir. Bakı Şəhəri, İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli, 247 saylı sərəncamının 41-ci bəndinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2566-67 məhəllədə 0,7 ha torpaq sahəsi, həmin sahənin bir hissəsində yerləşən qarajların sahiblər indən alınaraq sökülməklə, icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2016-cı il tarixli qətnaməsi ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli, 247 nömrəli sərəncamı ilə "xxxx" MMC-nə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 2566-67-ci məhəllədə yaşayış binasının tikintisi üçün ayrılmış 0,7 hektar torpaq sahəsində yerləşən, X3, X8 və X9 razılaşma yolu ilə dəyəri ödənilmiş üç ədəd qarajın sökülməsi və X12, X11, X7, X6 və X4 həmin qarajlar olan ərazidən kənarlaşdırılması qət edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 2566-cı məhəllədə qarajların tikilməsi üçün Dövlət tərəfindən Kooperativə ayrılmış ərazidən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, hasarın əvvəlki vəziyyətinə bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər isə iddiaçının tələb və etirazlarının əsaslandırdığı faktları etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim etmişlər. İddianı rədd edən birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsinin təsviri-əsaslandırıcı hissəsinə istinad etməklə, iş üzrə iddiaçının dövlət mülkiyyətində olan və səlahiyyətli icra hakimiyyəti orqanının qərarı ilə onun istifadəsinə verilməsini, qanuni sahiblikdən irəli gələn həmin əmla k hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etməsini, sahibliyinin qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmasına son qoymasını tələb etmək, o cümlədən məhkəmədə bu barədə iddia qaldırmaq üzrə subyektiv hüququ, mübahisə predmetinin dairəsinə düşən torpaq sahəsinin qanuni sahibi olmadığı üçün yaranmamışdır qeyd etmişdir.

44. Məhkəmə kollegiyası mübahisə ilə əlaqədar ilk öncə qeyd etmişdir ki, Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Məhz üzvlərin konkret ehtiyacının təmin edilməsi məqsədilə yaradıldığı üçün kooperativlər istehlak xarakterli olmaqla müəyyən müddətə təşkil edilir, nəzərdə tutulmuş məqsədə nail olunduğu halda kooperativin fəaliyyətinə son qoyulur.

45. Qeyd edilməlidir ki, kooperativ üzvlüyünə qəbul və üzvlükdən çıxarılma kooperativ üzvlərinin ümumi yığıncağının müvafiq qərarı əsasında mümkündür. Hazırkı halda müəyyən edilir ki, iddiaçı, üzvlərinin sayı beşdən az olmayan, qarajlara olan tələbatının üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılmış, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmış, mövcudluğunu və fəaliyyətini qanunauyğun şəkildə davam etdirən hüquqi şəxsdir. X1 “Kooperativin fəaliyyətinin məqsədi” başlıqlı 2-ci hissəsində göstərilmişdir ki, Kooperativin fəaliyyətinin məqsədi kooperativ üzvlərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların qaraj sahəsin ə tələbatının təmin edilməsidir. Nizamnamənin 3.1-ci bəndinə görə Kooperativ müstəqil surətdə əmlaka sahiblik, əmlakdan istifadə və əmlaka sərəncam vermək hüquqlarına malikdir; 12.1-ci bəndində isə qeyd olunmuşdur ki, Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaiti) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər.

46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən, iş üzrə tam araşdırma aparmadan, iddiaçının sonuncu dəfə xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmiş Kooperativ kimi fəaliyyətdə olan hüquqi şəx s olmasını nəzərə almadan və Mülki Məcəllənin Kooperativlər haqqında, kooperativdə üzvlüyə xitam verilməsi, üzvlüyündən çıxması barədə müddəalara istinad etmədən, Kooperativin hazırkı iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüququnun olmaması barədə yanlış nəticəyə gəlmişdir. Halbuki, birinci instansiya məhkəməsinin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2016-cı il tarixli qətnaməsi ilə, X3, X8 və X9 dəyəri razılaşma yolu ilə ödənilmiş üç ədəd qarajın sökülməsi; cavabdehlər X12, X11, X7, X6 və X4 qarajlar olan ərazidən kənarlaşdırılması qət edilmişdir.

47. Məhkəmə kollegiyası həmin qətnaməyə əsasən qeyd etmişdir ki, Bakı Şəhəri, İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli, 247 saylı sərəncamının 41-ci bəndinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2566-67 məhəllədə 0,7 ha torpaq sahəsi, həmin sahənin bir hissəsində yerləşən qarajların sahiblərindən alınaraq sökülməklə icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən qarajların sökülməsi üçün mövcud qanunvericilik əsasında vəsaitlərinin ödənilməsi həmin MMC-yə həvalə edilmişdir. Həmçinin eskiz və ayrıc aktının surətləri, birinci instansiya məhkəməsinin keçirdiyi baxış protokolu əsasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamına əsasən İddiaçı QTK-nın üzvlərinə qeyd edilən ünvanda ayrılmış 7 ədəd fərdi qaraj iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində yerləşir və mübahisəl i qarajların yerləşdiyi sahə ilə üst-üstə düşürdü. Həmin qətnamə ilə həmçinin Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 256667 məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə 0,7 ha torpaq sahəsinin verilməsi və həmin sahənin bir hissəsində yerləşən qarajların sahiblərindən alınaraq sökülməsi barədə Bakı Şəhəri, İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli, 247 saylı sərəncamında qeyd olunmuş qarajların 7 ədəd fərdi qaraja, yəni kooperativin üzvləri olan B.D.Şirinova, A.M.Əzimov, B.P.Hüseynov, E.Ş.Məmmədova, M.N.Əzimov, E.Ş.Namazova və A.İ.Malaninə aid olması müəyyən edilmişdir. Məmməd Əzimov, Aydın Əzimov və Vladimir Hüseynova məxsus qarajların dəyərinin onlara ödənildiyi və həmin qarajların onların razılığa ilə sökülə biləc əyi müvafiq sübutlarla öz təsdiqini tapmışdır. Bununla belə digər qaraj sahibləri, yəni sərəncamda adları qeyd olunan Böyükxanım Şirinovaya və E.Ş.Məmmədova məxsus qarajların dəyəri ödənilmədiyindən onlara münasibətdə iddia təmin edilməmiş, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən həmin qarajların digər şəxslərə verilməsi, ilkin order ləğv edilmədən və yerli icra hakimiyyəti orqanının qərarı və ya rəsmi razılığı olmadan verildiyindən, başqa şəxsə verilməsi qanunsuz hesab edilmiş, qarajlar kooperativin üzvləri olan Böyükxanım Şirinovaya və E.Ş.Məmmədova aidliyi, bu qarajların dəyərinin "xxxx" MMC tərəfindən ödənilmədiyi, hələ də Kooperativin balansında olduğu müəyyən edilmişdir.

48. Bundan başqa qətnamədə sadalanan qarajlara (MMC-nin istifadəsinə ayrılmış torpaq sahəsinin d axilində yerləşən məhz 7 ədəd fərdi qaraja) 5 nəfər cavabdehin aidliyi müəyyən edilmədiyindən onların həmin ərazidən kənarlaşdırılmaları qət edilmişdir. Halbuki nəzərə alınmalıdır ki, Kooperativin balansında 13 qaraj olmuşdur və qalan kooperativ üzvlərinə münasibətdə hər hansı qərarın qəbul edilməsi müəyyən edilmir. Bundan başqa nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan 2(103)-748/2016 nömrəli mülki iş üzrə cavabdeh qismində müstəqil hüquqi şəxs olan İddiaçı QK yox, məhz X12, X11, X7, X6 və X10 cəlb edilmişdir. Onlar QK-nın üzvlüyündə olsalar da, mülki işin araşdırmasında fiziki şəxs olaraq iştirak etmişlər. Beləliklə də İddiaçı QK-nin özünün mübahisəli ərazidən kənarlaşdırılması halı öz təsdiqini tapmamışdır.

49. Bundan başqa məhkəmə kollegi yası qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar (cild 2 i.v. 194) qəbul edilərkən izahatı alınmış "xxxx" MMMC-nin sədri Nümayəndə verdiyi izahatda Kooperativə məxsus 4 qarajın sökülməmiş qalmasını etiraf etmişdir. Məhkəmə iclasında Nümayəndə verdiyi izahata münasibət bildirməsi təklif olunsa da, o, bu məsələyə aydınlıq gətirə bilməmişdir.

50. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı hüquqi şəxs olaraq mövcuddur, "xxxx" MMC-nin istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində yerləşən fərdi qarajlardan ən azı ikisinin balansında olması aşkardır, onun hüquqi şəxs o laraq mübahisəli ərazidən kənarlaşdırılması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan 2(103)-748/2016 nömrəli mülki iş üzrə çıxarılmış 18 avqust 2016-cı il tarixli qətnaməsində hər hansı qeyd-şərt müəyyən edilməmişdir. Belə olan halda da iddianın QK-nin subyektiv hüququnun olmaması əsası ilə rədd edilməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün deyildir. Bu səbəbdən də iddiaçının cavabdehlər tərəfindən özbaşına hərəkətlərlə törədilən maneələrin aradan qaldırılması tələbi qanuni və əsaslıdır. Belə ki, iddiaçının subyektiv hüququ mövcuddur və cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində həmin hüququn pozulduğu müəyyən edilir.

51. İddiaçının iddia ərizəsində bildirdiyi faktiki hallara uyğun gələn qanuni əsasdan müəyyən edilir ki, o, neqator id dia vasitəsilə hüquqlarını qorumaq niyyətindədir. Neqator iddia mülkiyyətçinin (qanuni sahibin) ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Bu iddianın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək.

52. Beləliklə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi (qanuni sahib, səlahiyyətli şəxs) qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Belə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.

53. Bununla belə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olması birinci instansiya məhkəməsində işə baxılan zaman müəyyən edilə bilsə də, hazırkı hal da nəzərə alınmalıdır ki, mövcud vəziyyətdə iddiaçının nail olmaq istədiyi hüquqi nəticənin əldə edilməsi qeyri-mümkündür. Belə ki, işin mübahisələndirilməyən hallarından müəyyən edildiyi kimi hazırda bərpa olunması, həmçinin istifadəsinə maneələrin törədilməsinə qadağa qoyulması xahiş edilən daşınmaz əmlak məhv edilmişdir. Belə olan halda bu əmlakın əvvəlki vəziyyətinin (sökülmüş hasarın) cavabdehlər tərəfindən bərpa olunması mümkün deyildir. Belə ki, mülki hüquqlar və vəzifələri müəyyənləşdirən məhkəmə aktı icra oluna bilən olmalıdır. Halbuki hazırkı vəziyyətdə, yəni "xxxx" MMMC-nin tamamilə sökdüyü, üzərində uşaq meydançasını tikdirdiyi əmlakın cavabdehlər tərəfindən bərpa olunması, törədilən maneələrin aradan qaldırılması qeyri-mümkün olacaqdır.

54. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olmasına baxmayaraq verdiyi iddia, mövcud vəziyyətdə istinad etdiyi qanuni əsasın dispozisiya şərtləri müəyyən edilmədiyindən rədd edilməlidir.

55. Göstərlənlərdən aydın olur ki, yuxarıda qeyd olunan iş üçün mühüm əhəmiyyət kəsb edən hallar birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, Mülki Prosessual Məcəllənin 14.1 və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. Belə olan halda, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədiyindən, gəl diyi nəticə qanuni və əsaslı sayıla bilməz. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

56. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

57. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi maneənin aradan qaldırılmasının qeyri-mümkün olduğunu bildirsə də, böyük ehtimalla bu mümkün olmayan bir məsələ deyildir. Belə ki, iddiaçı hasarı bərpa etdiyi təqdirdə qarajların bərpa edilməsinə qanun çərcivəsində nail olacaqdır. Lakin bu günkü gündə hasarın b ərpa edilməməsi iddiaçının gələcəkdə qarajlarının bərpa edilməsi məsələlərində haqsız duruma düşməsinə səbəb olacaqdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin iddia tələbini qəbul etməsinə dair münasibət belə bildirməmişdir. Belə ki, mülki iş üzrə iddiaçının cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 2566-cı məhəllədə qarajların tikilməsi üçün Dövlət tərəfindən Kooperativə ayrılmış ərazidən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, hasarın əvvəlki vəziyyətinə bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər də iddiaçı tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim etmişlər. Bu da onu təsdiq edir ki, iddia ərizəsində göstərilən faktlar tamamilə doğrudur. Digər tərəfdən müstəqil tələb irəli sürməyən İİİ şəxsin nümayəndələri məhkəmə iclaslarında Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan 2(103)748/2016 nömrəli qətnaməsinə istinad etsələr də məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı QK-nin özünün mübahisəli ərazidən kənarlaşdırılması halı öz təsdiqini tapmamışdır. Bu əsaslar belə imkan verir ki, hasar əvvəlki vəziyyətdə bərpa edilsin. Qarajların bina sakinləri tərəfindən sökülməsi və faktiki olaraq mövcud olmaması isə mübahisənin başqa bir tərəfidir ki, iddiaçı tərəfindən gələcəkdə mübahisələndiriləcəkdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azər baycan Respublikasının Mülki Məcəlləsi

59. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata kemirməyə borcludurlar.

60. Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

61. Maddə 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.

62. Maddə 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.

63. Maddə 59.1. Hüquqi şəxs ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

64. Maddə 59.2. Hüquqi şəxs təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə; məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə ləğv edilə bilər.

65. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.

66. Maddə 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir.

67. Maddə 109-1.1. Kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır.

68. Maddə 109-2.2. Kooperativin üzvü olan hüquqi şəxslə kooperativdə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq səlahiyyət verdikləri nümayəndələri vasitəsilə təmsil olunmalıdırlar.

69. Maddə 109-3. Kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir.

70. Maddə 110.1. Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi koope rativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər.

71. Maddə 112.1. Kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayd a nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir.

72. Maddə 113.1. Kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Kooperativin yenidən təşkilinin və ləğvinin başqa əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.

73. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

74. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmla ka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

75. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

76. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

77. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mə nsubdur.

78. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmaqadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

79. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyinqaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

80. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbayca n Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı “.... Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcəlləsi

82. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

83. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

84. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

85. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

86. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

88. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul ed ilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

89. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

90. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

91. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

92. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd etmişdir ki, Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Məhz üzvlərin konkret ehtiyacının təmin e dilməsi məqsədilə yaradıldığı üçün kooperativlər istehlak xarakterli olmaqla müəyyən müddətə təşkil edilir, nəzərdə tutulmuş məqsədə nail olunduğu halda kooperativin fəaliyyətinə son qoyulur.

93. Qeyd edilməlidir ki, kooperativ üzvlüyünə qəbul və üzvlükdən çıxarılma kooperativ üzvlərinin ümumi yığıncağının müvafiq qərarı əsasında mümkündür. Hazırkı halda müəyyən edilir ki, iddiaçı, üzvlərinin sayı beşdən az olmayan, qarajlara olan tələbatının üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılmış, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmış, mövcudluğunu və fəaliyyətini qanunauyğun şəkildə davam etdirən hüquqi şəxsdir.

94. X1 “Kooperativin fəaliyyətinin məqsədi” başlıqlı 2-ci hissəsində göstərilmişdir ki, Kooperativin fəaliyyətinin məqsə di kooperativ üzvlərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların qaraj sahəsinə tələbatının təmin edilməsidir. Kooperativin Nizamnaməsinin 3.1-ci bəndinə görə, Kooperativ müstəqil surətdə əmlaka sahiblik, əmlakdan istifadə və əmlaka sərəncam vermək hüquqlarına malikdir; 12.1-ci bəndində isə qeyd olunmuşdur ki, Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaiti) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər.

95. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən, iş üzrə tam araşdı rma aparmadan, iddiaçının sonuncu dəfə xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmiş Kooperativ kimi fəaliyyətdə olan hüquqi şəxs olmasını nəzərə almadan və Mülki Məcəllənin Kooperativlər haqqında, kooperativdə üzvlüyə xitam verilməsi, üzvlüyündən çıxması barədə müddəalara istinad etmədən, Kooperativin hazırkı iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüququnun olmaması barədə yanlış nəticəyə gəlmişdir.

96. Halbuki, birinci instansiya məhkəməsinin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2016-cı il tarixli qətnaməsi ilə, X5, X13 və X9 dəyəri razılaşma yolu ilə ödənilmiş üç ədəd qarajın sökülməsi; cavabdehlər X12, X11, X7, X6 və X4 qarajlar olan ərazidən kənarlaşdırılması qət edilmişdir. Həmin qətnamədə eyni zamanda qeyd edilmişdir ki, Bakı Şəhəri, İcr a Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli, 247 saylı sərəncamının 41-ci bəndinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 2566-67 məhəllədə 0,7 ha torpaq sahəsi, həmin sahənin bir hissəsində yerləşən qarajların sahiblərindən alınaraq sökülməklə icarə əsasında yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən qarajların sökülməsi üçün mövcud qanunvericilik əsasında vəsaitlərin ödənilməsi həmin Cəmiyyətə həvalə edilmişdir. Həmçinin eskiz və ayrıc aktının surətləri, birinci instansiya məhkəməsinin keçirdiyi baxış protokolu əsasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 19 mart 1992-ci il tarixli, 1333 saylı sərəncamına əsasən Kooperativin üzvlərinə qeyd edilən ünvanda ayrılmış 7 ədəd fərdi qaraj iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində yerləşir və mübahisəli qarajların yerləşdiyi sahə ilə üst-üstə düşür. Həmin qətnamə ilə həmçinin Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 256667 məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə 0,7 ha torpaq sahəsinin verilməsi və həmin sahənin bir hissəsində yerləşən qarajların sahiblərindən alınaraq sökülməsi barədə Bakı Şəhəri, İcra Hakimiyyəti başçısının 15 sentyabr 2005-ci il tarixli, 247 saylı sərəncamında qeyd olunmuş qarajların 7 ədəd fərdi qaraja, yəni kooperativin üzvləri olan B.D.Şirinova, A.M.Əzimov, B.P.Hüseynov, E.Ş.Məmmədova, M.N.Əzimov, E.Ş.Namazova və A.İ.Malaninə aid olması müəyyən edilmişdir. Məmməd Əzimov, Aydın Əzimov və Vladimir Hüseynova məxsus qarajların dəyərinin onlara ödənildiyi və həmin qarajların onların razılığa ilə sökülə biləcəyi müvafiq sübutlarla öz təsdiqini tapmışdır. Bununla belə digər qaraj sahibləri, yəni sərəncamda adları qeyd olunan Böyükxanım Şirinovaya və E.Ş.Məmmədova məxsus qarajların dəyəri ödənilmədiyindən onlara münasibətdə iddia təmin edilməmiş, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən həmin qarajların digər şəxslərə verilməsi, ilkin order ləğv edilmədən və yerli icra hakimiyyəti orqanının qərarı və ya rəsmi razılığı olmadan verildiyindən, başqa şəxsə verilməsi qanunsuz hesab edilmiş, qarajlar kooperativin üzvləri olan Böyükxanım Şirinova və E.Ş.Məmmədova aidliyi, bu qarajların dəyərinin "xxxx" MMC tərəfindən ödənilmədiyi, hələ də Kooperativin balansında olduğu müəyyən e dilmişdir.

97. Bundan başqa qətnamədə sadalanan qarajlara (MMC-nin istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində yerləşən məhz 7 ədəd fərdi qaraja) 5 nəfər cavabdehin aidliyi müəyyən edilmədiyindən onların həmin ərazidən kənarlaşdırılmaları qət edilmişdir. Halbuki nəzərə alınmalıdır ki, Kooperativin balansında 13 qaraj olmuş və qalan kooperativ üzvlərinə münasibətdə hər hansı qərarın qəbul edilməsi müəyyən edilmir.

98. Bundan başqa nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının icraatında olan 2(103)-748/2016 nömrəli mülki iş üzrə cavabdeh qismində iddiaçı yox, məhz Zahid İsayev, Nargilə Həşimova, Vaqif Topçiyev, Ağaqulu Nizamov və Firdovsi Yusifov cəlb edilmişdir. Onlar Kooperativin üzvləri olsalar da, mülki işin araşdırmasında fiziki şəxs olaraq iştirak etmişlə r. Beləliklə də iddiaçının özünün mübahisəli ərazidən kənarlaşdırılması halı öz təsdiqini tapmamışdır.

99. Daha sonra, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilərkən izahatı alınmış "xxxx" MMMC-nin qanuni təmsilçisi verdiyi izahatında Kooperativə məxsus 4 qarajın sökülməmiş qalmasını etiraf etmişdir.

100. Qeyd edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hüquqi şəxs olaraq mövcuddur, "xxxx" MMC-nin istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində yerləşən fərdi qarajlardan ən azı ikisinin balansında olması aşkardı r, onun hüquqi şəxs olaraq mübahisəli ərazidən kənarlaşdırılması barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının icraatında olan 2(103)-748/2016 nömrəli mülki iş üzrə çıxarılmış 18 avqust 2016-cı il tarixli qətnamədə hər hansı qeyd-şərt müəyyən edilməmişdir. Belə olan halda iddiaçının müvafiq subyektiv hüququnun olmaması əsası ilə iddianı rədd etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iddiaçının müvafiq subyektiv hüququ mövcuddur və cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində həmin hüququn pozulduğu müəyyən edilir.

101. İddiaçının iddia ərizəsində bildirdiyi faktiki hallara uyğun gələn qanuni əsasla müəyyən edilir ki, o, neqator iddia vasitəsilə hüquqlarını qorumaq niyyətindədir. Neqator iddia mülkiyyətçinin (qanuni sahibin) ona məxsus o lan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Bu iddianın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək.

102. Beləli klə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi (qanuni sahib, səlahiyyətli şəxs) qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Belə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.

103. Bununla belə apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olması birinci instansiya məhkəməsində işə baxılan zaman müəyyən edilə bilsə də, hazırkı halda nəzərə alınmalıdır ki, mövcud vəziyyətdə iddiaçının nail olmaq istədiyi hüquqi nəticənin əldə edilməsi qeyri-mümkündür. Belə ki, işin mübahisələndirilməyən hallarından müəyyən edildiyi kimi hazırda bərpa olunması, həmçinin istifadəsinə maneələrin törədilməsinə qadağa qoyulması xahiş edilən daşınmaz əmlak məhv edilmişdir. Belə olan halda bu əmlakın əvvəlki vəziyyətinin (sökülmüş hasarın) cavabdehlər tərəfindən bərpa olunması mümkün deyil. Belə ki, mülki hüquqlar və vəzifələri müəyyənləşdirən məhkəmə aktı icra oluna bilən olmalıdır. Halbuki halda "xxxx" MMMC-nin tamamilə sökdüyü, üzərində uşaq meydançasını tikdirdiyi əmlakın cavabdehlər tərəfindən bərpa olunması, törədilən maneələrin aradan qaldırılması qeyri-mümkündür. Belə olan halda iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasına baxmayaraq verdiyi iddia, mövcud vəziyyətdə istinad e tdiyi qanuni əsasın dispozisiya şərtləri müəyyən edilmədiyindən rədd edilməlidir.

104. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

105. Yuxarıda göstərilənlər ə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 dekabr 2024-cü il tarixli, 2(103)-5200/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar