Məhkəmə qərarları › İş №2(102)-1508/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1508/2023

11.04.2023 · Sair mülki iş - Digər - Torpaq mübahisələri - Torpaq münasib
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1508/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, “Şirvan-Yaşma” X4 Cəmiyyətinə, DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, “Şirvan-Yaşma” X4 Cəmiyyətinə, DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı “protokolun, bağçın ın üzvlük kitabçasının, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planının etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(105)2236/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 11 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X5 idarə heyətinin xx.xx.1990-cı il tarixli 02 saylı protokoluna əsasən, Cavabdeh1 23/104 №-li bağ ilə “Şirvan-Yaşma” KBY-ya üzvlüyə qəbul edilmiş, ona 23/104 nömrəli bağ sahəsi verilmişdir.

2. Bağçılıq cəmiyyəti üzvlərinin 1991-ci il tarixli 02 №-li protokoluna əsasən, İ ddiaçı bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. “Şirvan” Nasosnu bağçılıq cəmiyyətinin xx.xx.1991-ci il tarixli qərarına əsasən sahəsi 600 kv.m olan 23 №-li ba sahəsi daimi istifadə üçün İddiaçı verilmişdir. 3. "xxxx" ASC-nin HİK-nin 1988-90-cı illərdə kollektiv bağçılıq üçün ayrılmış torpaq sahələri ilə bağlı məsələnin müzakirəsinə həsr olunmuş iclasının xx.xx.2008-ci il tarixli protokoluna əsasən, Sumqayıt “Alüminium” İS-də “Şirvan-Yaşma” bağçılıq təsərrüfatlarının yenidən bərpa olunması qərara alınmış, bağçılıq təsərrüfatına sədr İnqilab Həsənov təyin olunmuşdur. Həmin protokolda qeyd olunmuşdur ki, torpaq sahəsi olanların, sənədi olanların və olmayanların siyahısı tutulsun, dəqiqləşdirilsin, sənədi olmayanlara sənəd verilsin və torpaqla təmin olunsunlar. Həmin torpaqlarda indiyə qədə r yerini tutub nə isə iş görən işçilərə toxunulmasın, bağçıların üzvlük kitabçasındakı bağ nömrələrində düzəliş aparılaraq faktiki bağ nömrələri göstərilməklə cəmiyyət sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilsin.

4. İddiaçı Şirvan Bağçılıq Cəmiyyətinin sədrinə xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edərək Yaşma Bağlar ərazisində yerləşən 0,06 ha, 23 nömrəli torpaq sahəsini özəlləşdirmək üçün protokoldan çıxarış verilməsini xahiş etmişdir. “Şirvan-Yaşma” KBY-ın sədri tərəfindən X10 xx.xx.2018-ci il tarixli ərizəsinə cavaba əsasən, işləmiş olduğu SİTTİ tərəfindən 23 №-li bağ sahəsinin ona verildiyini bildirən bağçının üzvlük kitabçasının biri də həmin idarədə işləmiş Cavabdeh1 adına verilmiş və o şəhər Bələdiyyəsində qeydiyyata düşərək torpaq vergisini ödəyərək həmin 23 №-li bağ sahəsində müəyyən işlər görmüşdür. Ona görə də bu bağ sahəsinin özəlləşdirilməsi üçün tələb olunan sənədlər Bağçının üzvülük kitabçası, bağ sahəsi ilə əlaqədar görülən işlər və SİTTİ-nin sabiq sədri X6 verdiyi arayışa əsasən Cavabdeh1 verildiyindən həmin sənədlərin yenidən verilməsinin mümkün olmadığı qeyd edilmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9682/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən “Şirvan” Bağçılıq Cəmiyyətinin 23 saylı bağ sahəsinə görə xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsi üzərində hüququnun bərp a olunması, əks halda 5000 manatın İnqilab Həsənovdan, Cavabdeh1 və Həmkarlar ittifaqının rəhbəri Kamil Qəribovdan ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9682/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1594/2019 nömrəli iş üzə 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir. Qətnamədən narazı qalan müstəqil tələb irəli sürməyən 3-cü şəxs kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5830/2019 üzrə 27 sentyabr 2019-cu il tarixli qərarı ilə 3-cü şəxsin kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-382/2020 nömrəli iş üzə 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4917/20201 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-382/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, “Şirvan-Yaşma” X4 Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRXnin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra – cavabdehlər) (üçüncü şəxs X11) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 İdarə Heyətinin Cavabdeh1 verdiyi özəlləşdirmə üçün əsas olmuş xx.xx.1990-cı il tarixli, 02 saylı protokolun, bağçının üzvlük kitabçasının, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planının etibarsız hesab edilməsi və bunların əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən onun adına verilmiş xüsusi mülkiyyət hüquqlarının qeydiyyatı haqqında xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı reyestrdən çıxarışın ləğv edilməsi və ödənilən 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı 1978-ci ildə “Azərəlvanmetaltəmirtikinti” trestinin Sumqayıt İxtisaslaşmış Təmir-Tikinti İdarəsinə quraşdırıcı vəzifəsinə qəbul edilmişdir. 1998-ci ildə idarə “Sumqayıt Tikinti-Servis” X25 Cəmiyyətə çevrilmiş, daha sonra həmin Cəmiyyətdə xx.xx.2001-ci il tarixədək işləmişdir. Cəmiyyət bu gün də fəaliyyət göstərir. Sumqayıt İxtisaslaşmış TəmirTikinti İdarəsi 1988-1991-ci illərdə işçilərinə, o cümlədən, iddiaçıya bağçılıqla məşğul olmaq üçün “X3 Yoldaşlığı Cəmiyyət i” xətti ilə “Şirvan Nasoslu” ünvanında torpaq sahəsi vermişdir. 1991-2006-cı illər üçün torpaq vergisini ödəmişdir. 2017-ci ilin iyul ayında bağ torpaq sahəsini özəlləşdirmək üçün “Şirvan” Bağçılıq Cəmiyyətinin sədri cavabdeh İnqilab Həsənova müraciət etmişdir. İnqilab Həsənov iddiaçıdan bu məsələnin araşdırılması üçün vaxt istəmişdir. Bundan sonra o, idarənin Həmkarlar İttifaqı Komitəsinin keçmiş sədri Kamil Qəribovla əlbir olub bağ sahəsini Cavabdeh1 vermişlər. Onların verdikləri saxta bağçının üzvlük kitabçası və protokoldan çıxarışa əsasən Cavabdeh1 iddiaçının bağ sahəsini xx.xx.2017-ci il tarixdə özəlləşdirərək reyestrdən çıxarış almışdır. Göründüyü kimi onların bütün saxtakarlıqları 2017-ci ilin iyul ayında iddiaçı ona ərizə yazdıqdan sonra baş vermişdir. Hüquqlarının pozulduğunu bi ldiyi həmin vaxtdan sonra Sumqayıt şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt şəhər XDS İK-nin qərarı ilə işlədiyi Sumqayıt İxtisaslaşmış TTİ-yə 104 bağ sahəsi ayrılmışdır. İdarənin Müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsi birgə qərarı ilə həmin sayda torpaq sahəsi ayrılan işçilərin siyahısını təsdiq etmişdir. xx.xx.1991-ci il tarixdə Müdiriyyətin və Həmkarlar İttifaqının həmin tarixli birgə qərarı (protokolu) ilə iddiaçıya “ŞirvanNasosnu” bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.metr 23 nömrəli bağ verilmişdir. Həmin qərara (protokola) cavabdeh İnqilab Həsənovla birlikdə baxmışlar, iddiaçının adı, soyadı qarşısında bağın nömrəsi 23 göstərilən vərəqin surəti hazırda iddiaçıdadır. Müdiriyyət və HİK tərəfindən bağçılıq cəmiyyətin üzvlüyünə daxil edilməsi üçün təsdiq e dilmiş 104 nəfərdən ibarət işçinin siyahısında 23 nömrəli bağın qarşısında iddiaçının adı və soyadı göstərilmiş, Cavabdeh1 adı və soyadı isə protokolda ümumiyyətlə yoxdur. Bu protokolun əslinin Cavabdeh4 tələb edilməsini xahiş etmişdir. İddiaçı ilə cavabdehlər arasında bundan əvvəl məhkəmə çəkişməsi olmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1594/2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 həqiqətən keçmiş “Azərəlvanmetaltəmirtikinti” trestinin Sumqayıt İxtisaslaşmış TəmirTikinti İdarəsində xx.xx.1979-cu ildən xx.xx.1990-cı il tarixə qədər işləmişdir. Bundan sonra o, işini onların idarə və trestə tabeliyi və heç bir bağlılığı olmayan Sumqayıt Alüminium zavoduna dəyişmişdir. Göründüyü kimi bağ sahələrinin paylanması barədə bağçılıq cəmiyyəti üzvlərinin iclası Cavabdeh1 i şdən çıxdıqdan 7ay 17 gün sonra, xx.xx.1991-ci il tarixdə keçirilmiş, o, həmin iclasda iştirak etməmiş, Sumqayıt İxtisaslaşmış TTİ-nin müdiriyyəti və HİK Sumqayıt şəhər XDS İK tərəfindən idarənin işçiləri üçün ayrılmış “Şirvan-Nasoslu” bağçılıq cəmiyyətinin bağından xx.xx.1991-ci il tarixli 2 nömrəli qərar (protokolla) ona bağ torpaq sahəsi ayrılmamışdır. Onun bağçılıq kitabçasında 1991-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul edilməsi, həmin vaxt Sumqayıt İxtisaslaşmış TTİ-də işləməsi və kitabçanın ona 1988-ci ildə verilməsi, topraqların paylanması haqqında 2 nömrəli xx.xx.1991-ci il tarixli qərarla (protokolla) və Cavabdeh1 işdən çıxması barədə əmrlə təkzib olunur. 1988-ci ildə kitabçanı verən bağçılıq cəmiyyəti sədrinin, torpaq sahələrinin işçilərə bundan 3 il sonra paylanacağını və Cavab deh1 23104 nömrəli bağın veriləcəyini bilməsi mümkün deyildir. Bundan başqa, Cavabdeh1 kitabçasında idarənin sədri və idarənin katibi qarşısındakı imzalar iddiaçının kitabçasındakı həmin şəxslərin imzasından fərqlənir, adi gözlə baxdıqda belə oxşamadığı aydın görünür. 1991-ci ildə idarənin bütün işçilərinə paylanmış kitabçalarda torpaq sahələrinin “Şirvan Nasosnu” bağçılıq cəmiyyətinin bağından verilməsi göstərildiyi halda, Cavabdeh1 kitabçasında “Şirvan” bağçılıq cəmiyyətinin bağından verilməsi göstərilməsi onun saxta sonradan yazılmasını göstərir. İnqilab Həsənov və Kamil Qəribov bundan əvvəl keçirilən məhkəmə iclasında idarənin işçilərinə verilən bağ sahələrinin nömrələri kitabçalarda 1-dən 104-ə qədər ardıcıl nömrə ilə göstərildiyi halda Cavabdeh1 kitabçasında bağ sahəsinin 23104 yazıl masının səbəbini izah edə bilməmişdirlər. Cavabdeh İnqilab Həsənovun təqdim etdiyi mülki iş materiallarında olan Sumqayıt Alüminium Zavodunun Həmkarlar Komitəsinin sədri Yarıyev və “Şirvan” Kollektiv Bağçılıq Cəmiyyətinin sədri Həşimovun tarixi göstərilməyən Sumqayıt İxtisaslaşmış TTİnin “Şirvan” Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş işçilərinin siyahısında Cavabdeh1 qarşısında sahə göstərilən qrafada 23 rəqəmi göstərilmişdir. İmzaların üzərinə vurulmuş möhürün rəngi yaxşı düşməsinə baxmayaraq, hərfləri qəsdən korlandığı üçün oxunmur, onun hansı idarə və ya müəssisənin möhürü olduğunu müəyyən etmək mümkün deyildir. Həmin siyahıda olan şəxslərin bir neçəsini çıxmaqla şərti ilə əksəriyyəti həmin idarədə işləmədiyi üçün tanımır. Göründüyü kimi idarənin bağçılıq cəmiyyətinin üzvlərinin siyah ısını başqa idarənin Aliminium zavodunun həmkarlar komitəsinin sədri tərəfindən rus dilində sonradan çap formada təsdiq edilməsi onda olan məlumatların həqiqətə uyğun olmadığını və sənədin saxta olmaqla hüquqi əhəmiyyət kəsb etmədiyini göstərir. X5 idarə heyətinin xx.xx.1990-cı il tarixli protokoluna əsasən, Cavabdeh1 "Şirvan- Yaşma" X2 üzvlüyünə qəbul olunmuş və ona 23104 nömrəli bağ verilmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı tərtib edilmişdir. Bu protokoldan çıxarış "xxxx" ASC "Şirvan" bağçılıq cəmiyyətinin möhürü ilə təsdiq edilmiş və həmin qərar əsasında bağ sahəsi Cavabdeh1 adına özəlləşdirilmişdir. Halbuki idarədə iclas bundan 1 il sonra keçirilmişdir. İddiaçı kimi idarənin bütün işçilərinə torpaq sahələri bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1991-ci il tarixli i clasının 2 nömrəli protokolu ilə verilmişdir. Həmin tarixli protokolla Cavabdeh1 bağ torpaq sahəsi ayrılmadığına görə ona cavabdeh İnqilab Həsənov və Kamil Qəribov tərəfindən verilən bağ kitabçası və X5 idarə heyətinin xx.xx.1990-cı il tarixli, 02 saylı protokolu saxtadır. Göründüyü kimi saxta kitabça və protokol əsasında Cavabdeh1 bağ sahəsini özəlləşdirərək qanunsuz xüsusi mülkiyyətinə keçirmişdir. Özəlləşməyə əsas olmuş saxta sənədlər mübahisəli bağ sahəsinin Cavabdeh1 verildiyini göstərsə də, bu saxtalığı həyata keçirən məhkəmədə dindirilmiş İnqilab Həsənov və Kamil Qəribov torpaq sahəsindən istifadə etmədiyinə görə iddiaçıdan alınıb Cavabdeh1 verilməsini göstərmiş, bu ziddiyyətlə mübahisəli bağ sahəsinin eyni bağ olması və Cavabdeh1 özəlləşdirməyə təqdim etdiyi sənədlərin saxta olması təsdiq olunur. X7 haqqında Nümunəvi Nizamnamənin 12-ci bəndindən görünür ki, idarə müəssisə və təşkilatın müdiriyyəti və həmkarlar komitəsi birgə qərarı və öz işçilərinə qanunla müəyyən olunmuş ölçüdə torpaq sahəsi ayırır, X13 Heyəti isə həmin qərar əsasında işçinin Yoldaşlığa üzv qəbul edilməsini rəsmiləşdirir. Nümunəvi Nizamnamənin 16-cı bəndinə görə bağçılıq cəmiyyətinin üzvlüyündən idarə, müssisə, təşkilatlarının müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarına əsasən xaric edir. Lakin cavabdeh İnqilab Həsənov və keçmiş həmkarlar komitəsinin sədri Kamil Qəribov etirazlarının əsası kimi istinad etdikləri bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədilər. Kamil Qəribov bağ sahələrinin paylanması barədə xx.xx.1991-ci il tarixli protokolu idarənin m üdiri ilə bərabər imzalayan şəxsdir. Torpaq istifadəçilərinə püşkatmanın nəticəsində bağ sahələrinə 1-dən 104-ə qədər indeksiz nömrə verilməsini bildiyi halda, 1988-ci ildə 23 nömrəli bağın bağçılıq cəmiyyəti tərəfindən xx.xx.1991-ci il tarixli qərarla Cavabdeh1 verildiyi bildirməklə məhkəməyə yalan ifadə vermişdir. İddiaçı bağçılıq cəmiyyətinə müraciət etdikdən sonra X24 Qədimovun bağçılıq kitabçasına 2017-ci ilin yayından sonra bilə-bilə 23104 nömrəli, 600 kv.m bağın xx.xx.1991-ci il tarixli qərarla (protokolla) Cavabdeh1 verilməsi barədə yalan həqiqəti əks etdirməyən məlumatlar daxil etməklə idarənin 1998-ci ildə özəlləşdirilərək ASC-yə çevrilməsinə baxmayaraq, bu günə kimi özündə saxladığı ləğv edilmiş Sumqayıt İxtisaslaşdırılmış TTİ Həmkarlar İttifaqının möhürünü vuraraq Cavabdeh1 sax ta bağçılıq kitabçası vermişdir. Məhkəmədə ifadəsində idarənin işçilərinə bağların Şirvan-Nasosnu bağından verilməsini bildirməsinə baxmayaraq, saxta kitabçada bağın “Şirvan” bağçılıq cəmiyyəti bağından verildiyini qeyd etmişdir. 23104 nömrəli bağ sahəsinin xx.xx.1991-ci il tarixdən Cavabdeh1 verilməsi barədə saxta kitabçadakı bu barədəki qeyd Cavabdeh4 və K.Qəribovun 2 il bağdan istifadə etmədiyinə görə 23 nömrəli bağın iddiaçıdan alınıb Cavabdeh1 verilməsi barədə izahat və ifadəni təkzib edir, onların bu barədə məhkəməyə yalan ifadə verdiklərini və belə bir halın olmadığını təsdiq edir.

8. Cavabdeh2 sədri X14 iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırkı iş üzrə də mülki iddiaçı kimi edən İddiaçı 23№-li bağ sahəsi ilə əlaqədar cavabdehə və digərlərinə qarşı müxtəlif vaxtlarda idd ialar irəli sürmüşdür. O şəhər bələdiyyəsinə, iki dəfə şəhər prokuroru və bir dəfə Azərbaycan Respublikasının baş prokuroruna ərizə ilə müraciət etmişdir. Bütün hallarda həmin iddialarla bağlı, SİTTİ-nə məxsus olan 23 №-li bağ sahəsinin həmin idarənin bir işçisindən alaraq başqa bir işçisinə verilməsində cavabdehin heç bir əlaqəsinin və rolunun olmadığı sübuta yetirilmiş və hər dəfə də bununla bağlı iddiaçıya geniş izah olunmuşdur. Tərəflər arasında olan əvvəlki məhkəmə prosesləri zamanı da müəyyənləşdirilmişdir ki, «Şirvan-Yaşma» KBY-yə xx.xx.2008-ci ildə sədr seçilmiş və buna qədər 23 №-li bağ sahəsi Cavabdeh1 məxsus olmuşdur. Qərib tərəfindən, 2017-ci ilin oktyabr ayında 23 №-li bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlər («Şirvan» bağçılıq cəmiyyətinin sabiq sədrinin imzaladığı və sovet dövrünə məxsus möhürlə təsdiqlənmiş SİTTİ-də bağ sahəsi verilmiş işçilərin 23№-li yerin Qəribə məxsus olduğu göstərilən adlı siyahını və yerin Qəribə verilməsini bildirən özünün yazıb imzaladığı arayış) Kamil tərəfindən təqdim edildikdən sonra bu yerin Qəribə məxsus olmasından irəli gəlinərək müvafiq sxem və cizgi planları hazırlanaraq özəlləşməsi başa çatdırılmışdır. Buna qədər artıq Cavabdeh1 şəhər Bələdiyyəsinə və cavabdeh İnqilab Həsənovun tabe olduğu "xxxx" ASC-nin HT-nın sədrinə özəlləşdirmə üçün sənəd verdiyinə görə şifahi olaraq şikayət etmişdir. Göstərilən sənədləri Kamil təqdim etdikdən sonra həmin sənədlər və bağ sahəsində görmüş olduğu işləri nəzərə alaraq özü (İnqilab Həsənov) Qəribə 2017-ci ilin noyabr ayında 23 №-li bağ sahəsinin özəlləşməsinə tələb olunan sənədlər i vermişdir. Cəmiyyət sədri kimi fəaliyyət göstərdiyi 11 ildə “Şirvan” cəmiyyətini təşkil edən 5 idarədən heç birinin X23 seçilənə qədər bağ sahələri ilə əlaqədar gördükləri heç bir işə müdaxilə etməmişdir və belə bir səlahiyyəti də yoxdur. Qanunvericiliyin tələblərinə görə, xüsusi mülkiyyət hüququ Cavabdeh1 məxsus bağ sahəsi tam qanuni əsaslarla Cavabdeh1 istifadəsində olmuş və müvafiq qaydada dövlət qeydiyyatından keçməklə mülkiyyət obyektinə çevrilmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 iyul 2022-ci il tarixli, 2(060)-1321/2022 nömrəli qətnaməsi ilə (hakim: Elmir Hüseynov) iddia qismən təmin edilmiş, “Şirvan-Yaşma” X5 İdarə Heyətinin Cavabdeh1 verdiyi, özəlləşdirmə üçün əsas olmuş xx.xx.1990-cı il tarixli, 02 saylı protokol, bağçının üzvlü k kitabçası, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xüsusi mülkiyyət hüquqlarının qeydiyyatı haqqında xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı reyestrdən çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin tədqiq olunan faktiki hallarından göründüyü kimi “Yaşma” bağlar massivində İdarə tərəfindən X12 verilmiş 23 №-li bağ sahəsindən istifadə etməməsi və Sumqayıt şəhərindən köçüb getməsi səbəbilə həmin bağ sahəsi İdarənin rəhbərliyi və HİK tərəfidən bağçılıq cəmiyyəti haqqında olan Nizamnaməy ə əsaslanaraq bu İdarənin digər işçisi Cavabdeh1 verilmişdir. Bu hal İdarənin HİKnin keçmiş sədrinin işə əlavə edilmiş arayışı, işdə olan “Azərəlvanmetaltəmirtikinti” trestinin Sumqayıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinin müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1991-ci il tarixli birgə yığıncağının 03 saylı protokolu, "xxxx"ASC-in HİK-in 1988-90-cı illərdə kollektiv bağçılıq üçün ayrılmış torpaq sahələri ilə bağlı məsələnin müzakirəsinə həsr olunmuş xx.xx.2008-ci il tarixli iclas protokolu ilə də təsdiq edilir. İşdən görünür ki, mübahisəli bağ sahəsinin nömrəsi 23 və 23/104 göstərilsə də, faktiki eyni bağ sahəsidir. Cavabdeh1 iş materialarına əlavə edilmiş bağçının üzvlük kitabçasında da həmin nömrə 23 göstərilmişdir. Lakin həmin bağ sahəsinin özəlləşdirilməsi üçün DƏDR X-nə təqdim edilmiş "xxxx" ASC X21 Cəmiyyəti tərəfindən təsdiq edilmiş bağçılıq kitabçasında nömrə 23/104 göstərilmişdir.

11. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 23 nömrəli bağ sahəsi ən azı 1991-2006-cı illər ərzində iddiaçının istifadəsində olmuşdur. Başqa sözlə, həmin bağ sahəsi artıq 1997-ci ildən onun mülkiyyətinə verilmiş hesab olunur. Cavabdeh1 fərqli olaraq o, mülkiyyətinə verilmiş həmin bağ sahəsinin özəlləşdirilməsinin rəsmiləşdirməsini başa çatdırmasa da, qeyd edilən Cəmiyyətə üzvlükdən çıxarılmamış, 23 nömrəli bağ torpaq sahəsinə dair ona verilmiş üzvlük kitabçası ləğv edilməmişdir. Belə olan təqdirdə 23 nömrəli bağ sahəsinin 23/104 nömrə altında Cavabdeh1 verilməsi qanuni sayıla bilməz. Öncə istinad olunan maddi hüquq normalarının tələblərinə görə könüllü ö zünü idarə təşkilatı kimi “Yaşma” Bağçılıq Yoldaşlıq təşkilatı səlahiyyət həddini aşaraq iddiaçıya ayrılmış torpaq sahəsindən sonuncunu məhrum etmişdir.

12. Birinci instansiya məhkəməsi bildirmişdir ki, hazırda “Şirvan-Yaşma” X9 Cəmiyyətinin rəhbəri Həsənov İnqilab oğlu, iddiaçıya cəmiyyətin ərazisində başqa torpaq sahəsi ayrıla biləcəyini təqdirdə də, sonuncu bundan imtina etmişdir. İşin bu halı da Cəmiyyətin səlahiyyət həddini aşaraq qanunsuz qərar qəbul etməsini təsdiq edir.

13. Cavabdeh1 tərəfindən 23/104 nömrəli bağ sahəsi özəlləşdirilərkən DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə əsas kimi X5 İdarə Неyətinin xx.xx.1990-cı il tarixli protokolundan çıxarış təqdim edilmişdir. Həmin çıxarışdan məlum olur ki, qeyd edilən tarixdə Cavabdeh1 “Şirvan-Yaşma” X7 üzvlüyünə qəbul olunmuş və ona 23/104 № -li bağ sahəsi ayrılmışdır. Halbuki, elə sənədlər qovluğunda olan Bağçının üzvlük kitabçasında 23/104 nömrəli bağ sahəsinin ona xx.xx.1991 ildə verildiyi qeyd edilmişdir. Digər tərəfdən, “Yaşma” bağ massivində idarə tərəfindən iddiaçıya verilmiş 23 №-li bağ sahəsindən etməməsi və Sumqayıt şəhərindən köçüb getməsi səbəbilə həmin bağ sahəsi İdarənin rəhbərliyi və HİK tərəfidən bağçılıq cəmiyyəti haqqında olan nizamnaməyə əsaslanaraq bu İdarənin digər Cavabdeh1 verilmişdir. Baxmayaraq ki, Cavabdeh1 Sumqayıt İxtisaslaşdırılmış TəmirTikinti İdarəsində xx.xx.1990-cı ilə qədər işləmişdir. 14. “Yaşma” Yoldaşlıq Bağçılıq, iddiaçıya məxsus bağ torpaq sahəsini Cavabdeh1 verərkən onu əsas götürmüşdür ki, bağ sahibi uzun müddət həmin sahədən istifadə etməmişdir. Belə ki, iddiaçıya 23 №-li bağ sahəsi xx.xx.1991-ci ildə verilmişdir. Qeyd edildiyi kimi Cavabdeh1 tərəfindən 23/104 nömrəli bağ sahəsi özəlləşdirilərkən DƏDRXnin 2 saylı Ərazi İdarəsinə əsafl X5 İdarə Heyətinin xx.xx.1990-cı il tarixli, 02 saylı protokolu təqdim edilmişdir. Lakin Bağçının üzvlük kitabçasında 23104 nömrəli bağ sahəsinin ona xx.xx.1991-ci ildə ildə verildiyi qeyd edilmişdir. Bu fakt iddiaçının ona verilmiş bağ sahəsindən istifadə etməməsi halını inkar etdiyi kimi, Cavabdeh1 verilməsinin əsassız olduğuna dəlalət edir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya və onun iş yoldaşlarına Yeni Yaşma bağları ərazisində torpaq sahələri səlahiyyətli orqan olan Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin qərarı əsasında ayrılmışdır. Həmin torpaq sahəsinin iddiaçıya ayrılması barədə üzvlərin yığıncağının qər arı, bağçının üzvlük kitabçası ləğv edilməmiş, bu gün də qüvvədədir. Belə olan halda, səlahiyyətli orqanın qərarını nəzərə almadan “Yaşma” Bağçılıq Yoldaşlıq tərəfindən Cavabdeh1 23 saylı bağ torpaq sahəsinə dair üzvlük kitabçası verilməsi qanunsuz olduğu üçün əhəmiyyətsizdir. Başqa sözlə, “Yaşma” Bağçılıq Yoldaşlığın qeyd edilən qərarı Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin məlum qərarından üstün ola bilməz və ona Sumqayıt şəhəri üzrə yüksək icra orqanı hesab edilən qurumun qərarını ləğv etmək səlahiyyəti verilməmişdir və verilə də bilməzdi.

16. Birinci instansiya məhkəməsi Cavabdeh2 sədri X8 iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsinə dair ərizəsini araşdıraraq hesab etmişdir ki, cavabdehin istinad etdiyi Mülki Məcəllənin 373-cü maddəsi hazırki halda tətbiq edilə bilməz, bel ə ki, tərəflər arasında müqavilə münasibətləri mövcud deyildir. İddiaçı ilə cavabdehin hazırki mübahissəsi Mülki Məcəllənin 384.0.4-cü maddəsi ilə tənzimlənir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 139-1, 152.1, 152.3, 337.1, 337.2, 337.3, 337.4, 384.0.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 84.1, 84.2-ci, «Torpaq islahatı haqqında» Qanunun 9-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.7-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkə məsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin bütünlüklə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 28 noyabr 2022-ci il tarixli, 2(105)-2236/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, bi rinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur.

21. Məhkəmə kollegiyası Cavabdeh1 əvvəllər bu tələblə iddiaçının belə bir iddia tələbi irəli sürməsinə və iddiasının rədd olunmasına baxmayaraq, yenidən işə baxılmasının düzgün olmaması barədə gətirdiyi dəlilə qiymət verərək hesab etmişdir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, həmin iddianın rədd edilməsi üçün əsas iddiaçının “Şirvan-Yaşma” X5 İdarə Heyətinin Cavabdeh1 verdiyi, özəlləşdirmə üçün əsas olmuş xx.xx.1990-cı il t arixli, 02 saylı protokolun, bağçının üzvlük kitabçasının, torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planının etibarsızlığını tələb etmədən, Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsinə dair iddia verməsi olmuşdur.

22. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi 23 nömrəli bağ sahəsinin 23/104 nömrə altında Cavabdeh1 verilməsi qanuni sayıla bilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmişdir.

23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 139-1, 152.1, 152.3, 337.1, 337.2, 337.3, 337.4, 384.0.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 84.1, 84.2-ci, «Torpaq islahatı haqqında» Qanunun 9-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqı nda” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.7-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilərək iddia tələbinin bütünlüklə rədd edilməsi barədə qərar qəbul edil məsini xahiş etmişdir.

25. Kassator şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, halbuki iddiaçının iddia tələbində qaldırmış olduğu eyni əsaslarla işə baxılmış və yekun məhkəmə aktı qəbul edilmişdir. Belə ki, məhkəmə artıq başqa bir məhkəmə mübahisəsi zamanı iddiaçının iddia etdiyi torpaq sahəsinə hüquqlarının olmamasının tam təsdiq edilməsinə baxmayaraq, həmin halları nəzərə almamış və əsassız iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarmışdır. Məhkəmə Cavabdeh1 hüquqlarına təminat verməmiş, 2017-ci ildən onun mülkiyyət hüquqlarının qeydə alındığı torpaq sahəsinə dair adına olan çıxarışı etibarsız hesab etmişdir, cavabdehin dövlət tərəfindən tanınan mülkiyyət hüquqlarına müdaxilə edilmişdir. Məhkəmədə tədqiq olunan hallar ə qdlərin etibarsız hesab olunmasına əsaslar yaratmadığı halda məhkəmə AR Mülki Məcəlləsinin 337-ci maddəsinə istinad etməklə əqdləri ləğv etmiş, tətbiq edilməli olmayan maddi normanı tətbiq etməklə iş üzrə səhv nəticəyə gəlmişdir.

26. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13,29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157-ci, Mülki Prosessual Məcəlləsinin 8, 9, 14, 82-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası

28. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin m ülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 3

1. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Torpaq Məcəll əsi

35. Maddə

5. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

36. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qo runur.

37. Maddə 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

38. Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

39. Maddə 8.0.7. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yük lülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarı

40. Sahibl ik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə İ nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir şrraprinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sü rülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

48. Hazırki kassasiya şikayətində Cavabdeh1 tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 51. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətn amə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

52. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2236/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar