Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3700/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): qonşu torpaq sahəsinin servitutla yüklü edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin servitutla yüklü edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 19 avqust tarixli 2(105)-73/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 13 yanvar 2026-cı ildə Azərbaycan Respublikası Al i Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin 0.03 ha hissəsi X1 tərəfindən 2009-cu ildə iddiaçıya, 0,648 ha hissəsi isə 2011ci ildə Cavabdeh satılmışdır.
2. İddiaçı özünə məxsus torpaq sahəsini əldə etdikdən sonra hazırda servitutla yüklü edilməsini xahiş etdiyi torpaq sahəsindən iddiaçı gediş-gəliş yolu kimi istifadə etmişdir.
3. Cavabdeh onun mülkiyyətində verilmiş həmin sahədən iddiaçının çıxarılması və tikililərin sökülməsi barədə iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-21/2022 saylı 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddia tələbi təmin edilərək Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray q əsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsinin 99.74 kv.m hissəsindən, o cümlədən həmin hissənin şimal qərbindən 79.94 kv.m gediş-gəliş yoluna və 19.80 kv.m çardaq hissəsində tikiliyə cavabdehlər İddiaçı və Nümayəndə tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, həmin hissədə cavabdehlər tərəfindən aparılan tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin iddiaçı Cavabdeh sahibliyinə qaytarılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin servitutla yüklü edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin onun xeyrinə servitutla yüklü edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbini onun la əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən faktiki olaraq ümumi istifadədə olan torpaq sahəsinin Cavabdeh sahibliyinə qaytarılması qət edilmişdir. Belə olan halda, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sərhədləri xx.xx.2009-cu il tarixli, ******* saylı çıxarışa əsasən iddiaçıya məxsus torpaq sahəsinə və evə keçidi tamamilə məhdudlaşmış və onun mülkiyyət hüquqları pozulmuşdur. Bu pozuntunun aradan qaldırılması üçün cavabdehin mülkiyyətində olan torpaq sahəsi servitutla yüklü edilməlidir.
6. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, o, sözügedən ərazidə torpaq sahəsini İddiaçı sonra 2011-ci il tarixdə almışdır. İddiaçının öz torpaq sahəsinə digər tərəfdən giriş-çıxış yolu vardır. O, qeyd olunan ərazidə torpaq sahəsini aldıqda digər tərəfdən yolu g örmüşdür. Uzun müddət aldığı torpaq sahəsinə getməmişdir. 2016-cı il tarixdə aldığı torpaq sahəsinə getmişdir. Səbəb isə ona məxsus torpaq sahəsinə başqa şəxsin girməsi olmuşdur. O, həmin şəxsi öz torpaq sahəsindən çıxarmışdır. Daha sonra onun torpaq sahəsindən yol kimi istifadə edən iddiaçını aralarında razılaşmaq üçün çağırmış, lakin iddiaçı onunla razılaşmamışdır. Bundan sonra o, mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmişdir. 2 dəfə məhkəmə prosesi zamanı sözügedən torpaq sahəsinə baxış keçirilmişdir. Nəticə etibarı ilə məhkəmə mübahisəsi onun xeyrinə həll olunmuşdur. Hazırda isə iddiaçı tərəf ona qarşı başqa bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(102)-3700/2025 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) i ddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin onun mülkiyyətində olan torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə keçidi tamamilə məhdudlaşdırdığını, ona məxsus torpaq sahəsinə və evə keçid üçün başqa yolun olmadığını, nəticə etibarı ilə bunun onun mülkiyyət hüquqlarının pozduğunu bildirərək, bu pozuntunun aradan qaldırılması üçün cavabdehin mülkiyyətində olan torpaq sahəsinin servitutla yüklü edilməsini xahiş etsə də, öz tələbini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə hər hansısa bir sübut təqdim edə bilməmişdir.
9. Əksinə, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü i l tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, MA ******* nömrəli, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********79 saylı daşınmaz əmlakın pasportuna əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsinin 99.74 kv.m hissəsindən o cümlədən həmin hissənin şimal qərbindən 79.94 kv.m gediş-gəliş yolu və 19.80 kv.m çardaq hissəsində tikili cavabdehlər İddiaçı və Nümayəndə tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, həmin hissədə cavabdehlər tərəfindən aparılan tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin Cavabdeh sahibliyinə qaytarılması qət edilmiş, cavabdeh Nümayəndə apellyasiya şikayətinin təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qətnaməsi Nümayəndə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə faktiki gediş-gəliş yolu Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinə yerli baxış zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsinə b aşqa giriş-çıxış yolunun mövcud olması müəyyən edilmişdir.
11. Göründüyü kimi iddiaçının servitutla yüklü edilməsini tələb etdiyi torpaq sahəsinin məhkəmə qətnaməsi ilə cavabdehin sahibliyinə qaytarılması qət edilmişdir. Eyni zamanda iddiaçıya məxsus torpaq sahəsinə və evə alternativ başqa giriş-çıxış yolu mövcuddur.
12. Məhkəmə qeyd etmişdir ki, sübutetmə yükü üzərinə düşən iddiaçı tərəf iddia tələbində qeyd edilən mülkiyyətində olan torpaq sahəsinə və həmin torpaq sahəsində tikdiyi evə başqa giriş-çıxış yolunun olmadığını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi, mütəxəssis rəyinə əlavə edilən sxem və fotoşəkildən görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa giriş-çıxış yolu mövcuddur.
13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 255.1, 255.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(102)-3700/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı 2009-cu il tarixli dövlət reyestrindən çıxarışa istinad edilərək, İddiaçı mülkiyyətinə torpaq sahəsi verildiyi və həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi tikildiyi, bu zaman torpaq sahəsinə giriş-çıxış üçün yol müəyyən edildiyi, həmin yolun üstündə qapı qoyulduğu, torpaq sahəsinə ünvan verildiyi, həmin yolun ünvana uyğunlaşdırılaraq bütün kommunal xətlərin ünvan və yola görə müəyyənləşdirildiyi müəyyən edilmişdir. Sonradan həmin ərazidə 2011-ci il tarixdə Cavabdeh torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsin cavabdehin adına reyestr qeydiyyatı aparılarkən, torpaq sahəsinin ümumi istifadədə olan yol olmasına əhəmiyyət verilməmişdir. Bu səbəbdən də cavabdehlə aralarında uzun illər məhkəmə çəkişmələri olmuş, torpaq sahəsinə bir neçə dəfə baxış keçirilmiş və ekspert rəyləri verilmişdir. Bu zaman servitutla yüklü edilməsi göstərilən iddiaçıya məxsus torpaq sahəsinin iddiaçının evinə yeganə giriş yolu olduğu müəyyən edilmişdir. Bu səbəbdən də hazırkı iddia tələbi qaldırılmışdır. Məhkəmə iddia tələbini rədd edərkən Daşınmaz Əml akın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyinə istinad edərək, iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə başqa giriş-çıxış yolunun mövcud olması qənaətinə gəlinmişdir. Mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa girişçıxış yolunun mövcud olmasının müəyyən edildiyi göstərilsə də, həmin yol kimi göstərilən torpaq sahəsinin dövlət reyestrində aparılmış qeydiyyatı barədə məlumat verilməmişdir. Bu mühüm xüsusatın müəyyənləşdirilməsi üçün rəy vermiş mütəxəssis məhkəmə iclasına dəvət edilərək rəyin qeyd hissəsi üzrə dinlənilməsi zəruri olsa da, məhkəmə vəsatəti təmin etməyərək, işin obyektiv araşdırılmasından yayınmışdır. Qeyd edilən xüsusatın araşdırılacağı təqdirdə müəyyən edilir ki, mütəx əssis rəyinin qeyd hissəsində yol kimi göstərilən torpaq sahəsi başqa bir şəxsin adına reyestrdə qeydiyyatı olan torpaq sahəsidir. Hazırkı iddia tələbi iddiaçıya məxsus, üzərində evin olduğu torpaq sahəsi hər bir tərəfdən mülkiyyət hüquqları ilə digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə əhatə olunduğu üçün həmin torpaq sahələrindən cavabdehə məxsus torpaq sahəsinin servitutla yüklü edilməsi xahiş edilmiş, bu zərurətin torpaq sahəsi və evə verilmiş ünvan və kommunal xətlərin artıq mövcudluğu ilə əsaslandırılmışdır. Məhkəmə tərəfindən iddia tələbinin təmin edilməməsi halında istinad etdiyi maddi hüquq norması olan Mülki Məcəllənin 152.1 və 152.4-cü maddələri düzgün tətbiq edilməmişdir. Hazırkı qətnamə iddiaçının mülkiyyətindən istifadə etmək hüququnu tamamilə məhdudlaşdırır. Məc əllənin 152.5-ci maddəsinin tələbi də mülkiyyətçiyə verilmiş hüquqların qonşuların və ya üçüncü şəxslərin hüquqlarının pozulması halında məhdudlaşdırılmışdır.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-73/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi) Fuad Məmmədov və Afiq Hüseynzadə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçıdan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pulun alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
17. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsi Nümayəndə 3 sot torpaq satmış, cavabdehlə isə tanışlıq münasibətləri olmuş, cavabdehdən borc almış və borcun müqabilində torpağı cavabdehə satmışdır. Evinin (yarımçıq tikilinin) arxasındakı yolla birlikdə torpağı Cavabdeh satmışdır. Qaraj evin altında, həyətin içində yerləşir və həmin qaraj yola baxmır. Nümayəndə verilən yol qarajın qarşısından keçir və yolun qaraja heç bir aidiyyəti yoxdur. Onun inşa etdiyi tikilinin arxasında iddiaçı ev tikmişdir. İddiaçının evi tərəfdən maşın yolu çıxdığından, həmin tərəfdə onun yolu olmamışdır. O, evi tam tikib qurtarmamışdır, evinin qarşısı əsas yola baxır. O, iddiaçıya yol verən zaman başqa qonşu da həmin yoldan istifadə etmək üçün ondan icazə istəmişdir. O, həmçinin göstərmişdir ki, Nümayəndə evini tikdiyi yerdən onun yolu olmamışdır.
18. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 1 iyul 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 3-21-3-34/2-189928/2024 nömrəli xx.xx.2024-cü il tarixli mütəxəssis məktubuna əsasən TEKUİS (torpaqların elektron kadastr uçot informasiya sistemi) məlumatlarında bələdiyyə müllkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur. Elektron məlumat bazasında həmin torpaq sahəsinə gedən yol barəsində heç bir məlumat aşkar olunmadığından sualın cavablandırılması mümkün olmamışdır, lakin sözügedən gediş-gəliş yolu necas elektron məlumat bazasına əsasən digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş (çıxarışla) torpaq sahələri ilə üst-üstə düşmür.
19. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinə yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan fərdi yaşayış evinə giriş-çıxış üçün nəzərdə tutulan yolun həmin evin yerləşdiyi ərazinin avtomobil yoluna çıxan istiqamətdə olduğu qeyd edilsə də, iddiaçı buna etiraz edərək göstərilən həmin yolun ümumi istifadədə olan yol olmadığını, qeyd olunan yolun digər qonşunun mülkiyyətində olan torpaq sahəsinə aid olduğunu və özü üçün yol kimi istifadə etdiyini bildirmişdir və həmin yerdən iddiaçıya məxsus yaşayış evinə hər hansı giriş-çıxış yolunun olmadığını qeyd etmişdir. Mübahisəli evə digər giriş-çıxış yolu ilə bağlı isə müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi məhz cavabdehin mülkiyyətində olmaqla bir tərəfinin sərhədləri tikilmiş yaşayış evinin divarları ilə, digər magistral yola baxan hissəsi mişar daşı ilə, məhəllə daxili hissəyə baxan hissəsi isə daş hasarla qismən bağlanmış, qalan hissəsidə - iddiaçının evinə getmək üçün yol kimi nəzərdə tutduğu torpaq sahəsində isə hasar mövcud olmamaqla açıq sahədir və həmin sahəyə digər qonşunun giriş qapısı mövcuddur.
20. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, araşdırma zamanı iddiaçının istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi ərazinin avtomobil yoluna çıxan istiqamətdə giriş-çıxış yolu olduğu və həmin yolun qonşuluqda yerləşən digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə çıxarışla verilmiş torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur.
21. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-73/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilib işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, MM-nin 6, 158, 2551, 255.4-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə araşdırması zamanı xx.xx.2009-cu il tarixli dövlət reyestrindən çıxarışa istinad edilərək, İddiaçı mülkiyyətinə torpaq sahəsi verildiyi və həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi tikildiyi, bu zaman torpaq sahəsinə giriş-çıxış üçün yol müəyyən edildiyi, həmin yolun üstündə qapı qoyulduğu, torpaq sahəsinə ünvan verildiyi, həmin yolun ünvana uyğunlaşdırılaraq bütün kommunal xətlərin ünvan və yola görə müəyyənləşdirildiyi müəyyən edilmişdir. Sonradan həmin ərazidə eyni satıcı tərəfindən 2011-ci il tarixdə Cavabdeh torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsin cavabdehin adına reyestr qeydiyyatı aparılarkən, torpaq sahəsinin ümumi istifadədə olan yol olmasına əhəmiyyət verilməmişdir. Bu səbəbdən də cavabdehlə aralarında uzun illər məhkəmə çəkişmələri olmuş, torpaq sahəsinə bir neçə dəfə baxış keçirilmiş və ekspert rəyləri verilmişdir. Bu zaman servitutla yüklü edilməsi göstərilən iddiaçıya məxsus torpaq sahəsinin iddiaçının evinə yeganə giriş yolu olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının mülkiyyət hüququnun təmin edilməsi üçün torpaq və yaşayış sahəsinə gedən yola hələ cavabdehdən əvvəlki mülkiyyətçinin dövründə əmlak (servitut) hüququna malik olduğunu nəzərə almamışdır. İddia tələbi rədd edilərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyinə üstün qiymət verilərək, iş üzrə digər sübutlar, o cümlədən iddiaçı tərəfindən təqd im edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli iddiaçıya məxsus fərdi yaşayış evinə gedən yolun qiymətləndirmə hesabatı nəzərə almadan iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə başqa giriş-çıxış yolunun mövcud olması qənaətinə gəlinmişdir. b)
24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
27. Maddə 138.1. Əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır.
28. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
29. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
30. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zər ər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
31. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
32. Maddə 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.
33. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkət ləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.
34. Maddə 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir.
35. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.
36. Maddə 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir.
37. Maddə 2 61.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər.
38. Maddə 261.2. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübu tun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərində n və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazır kı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normasının dispozisiya şərtlərinə uyğun tam araşdırılmadığından kassasiya şikayəti təmin edilərək mübahisələndirilən qətnamə ləğv edilməlidir.
49. İşdən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)-21/2022 saylı 31 oktyabr 2022-ci il tarixli qətnaməsi əsasında çıxarılmalı olduğu, cavabdehin mülkiyyətində olan, hazırda onun tərəfindən gediş-gəliş yolu kimi istifadə edilən qonşu torpaq sahəsi üzərində servitut müəyyən edilməsini xahiş et mişdir.
50. Servitut mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunla müəyyən edilmiş əsaslarından biridir. Mülki Məcəllənin 255.4-cü maddəsinin məzmunundan aydın olur ki, daşınmaz əmlak mülkiyyətçisi digər mülkiyyətçinin əşyası üzərində aşağıdakı hallarda servitut təyin edilməsini tələb edə bilər: -torpaq sahəsindən piyada və avtomobillə keçid üçün; - elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişi və istismarı, su təchizatı və meliorasiya məqsədləri üçün; -daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün.
51. Hazırkı halda işə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa giriş-çıxış yolunun mövcud olduğunun müəyyən edilməsi əsası ilə iddia rədd edilmişdır.
52. Kollegiya apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, Mülki Məcəllənin servitutun təyin edilməsi əsaslarını müəyyən edən 255.4-cü maddəsində əsas şərtlərdən biri torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə digər keçidinin olmaması və yüklü edilməsi tələb edilən torpaq sahəsindən istifadə etmədən mülkiyyətçinin ehtiyaclarının təmin edilməsinin mümkün olmamasıdır. Lakin məhkəmə nəzərə almamışdır ki, tələbin qanuniliyi bu norma əsasında yoxlanılarkən digər keçidin mövcud olması dedikdə, yalnız servitut tələb edən şəxsin torpağının yaxınlığından keçən digər yolun olması kifayət deyil, eyni zamanda şəxsin mövcud vəziyyətdə bu yola çıxış imkanı olması da nəzərdə tutulur. Məsələn: fərdi yaşayış evinin həm ön, həm də arxa tər əfindən yol keçirsə, lakin arxa tərəfdən evə giriş yoxdursa və evin divarları ilə bağlanmışsa, yalnız ön tərəfdəki yol keçid yolu sayılır. Belə olan halda əgər mülkiyyətçinin yola çıxışı mövcud tikililər sökülmədən mümkün deyilsə, bu hal digər yolun mövcudluğu kimi qiymətləndirilərək servitut verilməsindən imtina üçün əsas ola bilməz.
53. İddiaçı tərəfindən apellyasiya instansiyası mərhələsində təqdim edilmiş “Premium” Qiymətləndirmə şirkətinin xx.xx.2025-ci il tarixli hesabatında iddiaçıya məxsus fərdi yaşayış evinə yaxınlıqdan keçən digər yolun çəkilməsi nəticəsində evin divar hissəsinin sökülməli, kanalizasiya sisteminin dağıdılmalı, evin sanitar qovşağının yerinin dəyişdirilməli olduğu, yolun geniş ölçüdə olmaması səbəbindən qonşu sakinlərin girişinə məhdudiyyət yarada biləcəyi qeyd ed ilmişdir. Apellyasiya məhkəməsi qeyd edilən rəyi apellyasiya mərhələsində təqdim edildiyi üçün MPM-nin 372.2-ci maddəsinə əsasən sübut kimi qəbul etməmiş, mübahisəli torpaq sahəsinə baxış keçirərkən ikinci yoldan iddiaçının tikililəri sökülmədən çıxış imkanı olub-olmadığını yerində araşdırmaq imkanı olduğu halda, iş materiallarındakı yerli baxış protokolunda ikinci yolla bağlı məhkəmənin müəyyən etdiyi faktlar deyil, tərəflərin bildirdiyi fikirlər qeyd edilmişdir. Halbuki MPM-nin 202.3-cü maddəsinə əsasən yerində müayinədən sonra məhkəmə iclasının protokoluna müayinənin nəticələri yazılmalı idi.
54. Bundan əlavə iddiaçı servitutun təyin edilməsinin zəruriliyini yalnız giriş-çıxış yolu ilə bağlı deyil, eyni zamanda həmin sahədə əvvəlki mülkiyyətçinin razılığı ilə çəkilmiş kommunikasiya xətl ərinin mövcud olması ilə əsaslandırmış, məhkəmə tərəfindən isə ümumiyyətlə iddiaçıya məxsus evin mövcud kommunikasiya xətlərinin servitut tələb edilən sahədən keçib-keçmədiyi araşdırılmamışdır.
55. Kollegiya eyni zamanda hesab edir ki, məhkəmə tərəfindən iddia tələbinə hüquqi qiymət verilərkən tərəflərə məxsus qonşu torpaq sahələrinin əvvəllər bir mülkiyyətçiyə məxsus olduğu və servitut təyin edilməsi xahiş olunan sahədən iddiaçının keçid və digər məqsədlər üçün istifadə etməsinə əvvəlki mülkiyyətçinin etiraz etmədiyi nəzərə alınmaqla tələbin əsaslı olub-olmadığı həmçinin qonşuluq hüququ ilə bağlı münasibətlərdə tətbiq edilməli olan MM-nin 175.1-ci maddəsi əsasında yoxlanılmalı, qanunvericilikdə servitut təyin edilərkən servitutla yüklü edilən daşınmaz əmlak mülkiyyətçisinin bunun müqabili ndə birdəfəlik və ya aylıq ödəniş almaq hüququnun müəyyən edildiyi nəzərə alınmalıdır.
56. Göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
57. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-73/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.