Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-885/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Hacəhməd oğlunun cavabdeh Qusar rayon Hil Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Hacəhməd oğlunun cavabdeh Qusar rayon Hil Bələdiyyəsinə qarşı «sərəncamın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1537/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı H acəhməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Hacəhməd oğluna ailə üzvləri ilə birlikdə Qusar rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 24 oktyabr tarixli, 17/3 saylı qərarı ilə 3,55 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN2381 Kod 30111018 nömrəli dövlət aktı ilə rəsmiləşdirilmişdir.
2. İddiaçı həmin dövlət aktında göstərilən torpaq sahəsinin bir hissəsi yararsız olduğuna görə Hil bələdiyyəsinə müraciət edərək, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə dəyişdirilməsini xahiş etmişdir.
3. Hil Bələdiyyəsinin qərarı ilə İddiaçı Hacəhməd oğlunun ailəsinə JN381, JN382 və JN383 saylı dövlət aktları ndakı torpaqların Hil bələdiyyəsinə məxsus torpaqlarla əvəz edilməklə 3 hektar torpaq sahəsi «Qirgit qoza» adlı sahədən 0,41 hektar torpaq sahəsi isə kəndin «Tulab» adlı sahəsindən verilməsi qərara alınmışdır.
4. Hil Bələdiyyəsi İddiaçıla 29 avqust 2003-cü il tarixli müqavilə bağlayaraq, İddiaçı Hacəhməd oğluna Qusar rayonu Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli, 17/3 saylı qərarı ilə verilmiş yararsız torpaq sahələrini bələdiyyənin ehtiyat fondu torpaqlarında olan yararlı torpaq sahəsi ilə dəyişdirmişdir. Müqavilənin şərtinə görə həmin müqavilə hər iki tərəfin razılığı ilə torpağın təhkim edilməsi barədə akt tərtib edildikdən sonra qüvvəyə minir.
5. Dəyişdirilmiş torpaq sahələri Hil Bələdiyyəsinin sədri və üzvünün, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şəbə sinin mütəxəssisinin və iddiaçının iştirakı ilə 03 aprel 2003-cü il tarixdə tərtib edilmiş akla İddiaçı təhvil verilmiş, akt bələdiyyənin möhürü və DTXK Qusar rayon şəbəsinin möhürü ilə təsdiq edilmişdir.
6. Qusar rayonu Hil Bələdiyyəsinin sədri, İddiaçı Hacəhməd oğlunun mülkiyyətində olan 381, 382 və 383 №-li dövlət aktlarında göstərilən torpaqların Hil Bələdiyyəsinin ehtiyat fondu torpaqları ilə dəyişdirilməsi haqqında Hil bələdiyyəsinin 29 mart 2003-cü il tarixli, 09 saylı protokol qərarının qüvvədən düşmüş hesab edilməsi barədə 34 saylı, 02 noyabr 2004-cü il tarixli sərəncam vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Hacəhməd oğlu cavabdeh Qusar rayon Hil Bələdiyyəsinə qarşı (maraqlı şəxs DTXK Qusar rayon şöbəsi olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qusar rayonu Hil Bələdiyyəsi sədrinin 02 noyabr 2004-cü il tarixli, 34 saylı sərəncamının ləğv edilməsi, 3,41 hektar torpaq sahəsi üzərində hüquqlarının pozulmasının aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli, 17/3 saylı qərarı ilə ailəsinin mülkiyyətinə torpaq payları verilmiş, hüquqları JN382 və JN383 saylı dövlət aktları ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahələrindən JN381 saylı akt üzrə 2,60 ha, JN382 saylı akt üzrə 0,21 və JN383 saylı akt üzrə 0,6 ha sahələr kənd təsərrüfatı istehsalı üçün tam yararsızdır. Sahələrə mütəxəssislərdən ibarət komissiya tərəfindən baxış keçirilmiş, cəmi 3,41 ha sa hənin yararsız olduğu müəyyən edilərək 03 aprel 2003-cu il tarixdə müvafiq akt tərtib edilmişdir. Yararsız torpağın yararlı sahə ilə əvəz edilməsi barədə rəsmi qərar qəbul edilmiş, lakin Hil Bələdiyyəsinin sabiq sədri bələdiyyə qərarının etibarsız sayılmasına dair sərəncam vermişdir.
9. Cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinin sədri Tərlan Şərifov məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, bələdiyyənin sabiq sədri sərəncamı təkbaşına verdiyi üçün 2 noyabr 2004-cü il tarixli sərəncamı qanunsuz saydığndan iddianın qanuni həll edilməsini xahiş edir.
10. Maraqlı şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsinin mütəxəssisi məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddiaçının ailəsinə verilmiş torpaq sahələrinin bir qismi - 3,41 hektarı tam yararsız olduğu üçün h əmin torpaq sahələri kənd təsərrüfatı istehsalına yararlı sahələrlə əvəz edilməlidir. Həmçinin həmin sərəncamı qanunsuz hesab edərək, ləğv edilməsinə etiraz etməmişdir.
11. Qusar Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 17 may 2005-ci il tarixli 2172/2004 nömrəli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia tələbi təmin edilərək, Hil Bələdiyyəsinin sabiq sədri tərəfindən verilmiş 02 noyabr 2004-cü il tarixli, 34 saylı sərəncamın ertibarsız sayılaraq ləğv edilməsi, Hil Bələdiyyəsinin 29 mart 2003-cü il tarixli (protokol №9) qərarı ilə iddiaçının ailəsinə verilmiş 3,41 hektar torpaq sahələrinin onun adına sənədləşdirilməsi qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, 03 aprel 2003-cü il tarixli aktla müəyyən edilir ki, İddiaçı Hacəhməd oğlunun ailəsinə JN381, JN382 və JN383 saylı dövlət aktları ilə verilmiş cəmi 3.41 ha yararsız sahələr əvəz edilməlidir, ona Hil Bələdiyyəsinin 29 mart 2003-cü il tarixli qərarına əsasən «Qirgit qoza» adlı sahədən 3,41 hektar kənd təsərrüfatı istehsalına yararlı sahə verilməlidir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bələdiyyə sədri bələdiyyə mülkiyyəti barəsində hər hansı bir təkbaşına sərəncam vermək hüququna malik deyil, belə bir sərəncam və ya qərar verilsə də, hüquqi qüvvəyə malik ola bilməz, belə sərəncam və ya qərar hüquq və vəzifələr yarada bilməz.
14. Məhkəmə gəldiyi nəticəni “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 32 və 33-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əm lak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş edilmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Hacəhməd oğluna verilmiş 3,41 hektar torpaq sahəsi üzərində Qusar rayon Hil Bələdiyyəsi mülkiyyət hüququna malik deyildir. Qətnamədə göstərilir ki, 03 aprel 2003-cü il tarixli aktla müəyyən edilir ki, İddiaçı Hacəhməd oğlunun ailəsinə JN381, JN382 və JN383 saylı dövlət aktları ilə verilmiş cəmi 3.41 ha yararsız sahələr əvəz edilməlidir, ona Hil bələdiyyəsinin 29 mart 2003-cü il tarixli qərarına əsasən «Qirgit qoza» adl ı sahədən 3,41 hektar kənd təsərrüfatı istehsalına yararlı sahə verilməlidir. Lakin məhkəmə tərəfindən əvəz edilməsi nəzərdə tutulan torpaq sahələrinə aid JN381, JN382 və JN383 saylı dövlət aktları ilə verilmiş cəmi 3.41 ha hissədə ləğvi ilə, o cümlədən həmin aktların verilməsinə əsas olmuş Qusar Rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli, 17/3 saylı qərarının ləğvinə münasibət bildirməmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında 2000-ci ildən etibarən və hal-hazırda yeni torpaq sahəsindən istifadə etdiyini, həmin torpaq sahəsinin 3 hektar olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qusar rayon Hil Bələdiyyəsinin nümayəndəsi X1 izahatında iddia çının uzun illərdir həmin torpaqdan istifadə etdiyini, imtina olunmuş köhnə torpaqların bələdiyyə torpağı kimi göstərildiyini, lakin bələdiyyənin adına rəsmiləşdirilməsinin mümkün olmadığini bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiasından xahiş etmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1537/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının ailəsinə məxsus 3,41 ha yararsız sahələrin Hil bələdiyyəsinin 29 mart 2003-cü il tarixli, 09 saylı protokol qərarına əsasən Hil bələdiyyəsinə məxsus torpaqlarla əvəz edilərək 3 hektar torpaq sahəsi «Qirgit qoza» adlı sahədən, 0,41 hektar torpaq sahəsi isə kəndin «Tulab» adlı sahəsindən verilməsi qanunvericiliyin tələblərinə uyğun olmadan, yəni həmin torpaq sahəsinə Hil Bələdiyyəsinin mülkiyyət hüququnun olub-olmaması müəyyən edilmədən, torpaq sahəsinin sərhədləri yerində müəyyən edilmədən, onun plan və ölçüsü tərtib edilmədən, torpaq sahəsinin verilməsi barədə müqavilə bağlanmadan və müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilmədən həmin torpaq sahələri Hil Bələdiyyəsinin qərarı ilə əvəz edilmişdir. Bundan əlavə, Qusar rayonu Hil Bələdiyyəsi sədrinin 34 saylı, 02 noyabr 2004-cü il tarixli sərəncamına əsasən İddiaçı Hacəhməd oğlunun mülkiyyətində o lan 381, 382 və 383 №-li dövlət aktlarında göstərilən torpaqların Hil bələdiyyəsinin ehtiyat fondu torpaqları ilə dəyişdirilməsi haqqında Hil bələdiyyəsinin 29 mart 2003-cü il tarixli, 09 saylı protokol qərarı qüvvədən düşmüş hesab edilmişdir.
21. Məhkəmə öz mövqeyini “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11 və 13-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə, 67-ci maddəsinin 3-cü bəndinə, 67-ci maddəsinin 4-cü bəndinə, 68-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkil Nümayəndə) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yen i apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası tərəfindən Qusar rayonu Hil Bələdiyəsinin qərarının ləğv edilməsi ilə bağlı iddianın ümumi məhkəməyə deyil, inzibati məhkəməyə verilməli olmasına, qeyd olunan torpaq sahəsinin yararsız hissəsinin yararlı torpaq sahəsi ilə əvəz edilib təmin olunması təminatının dövlətin üzərinə düşən vəzifə olmasına və iş üzrə iddia tələbinin təmin olunmamasının onun dövlət tərəfindən təminat verilməli olan, tanınması və qorunması konstitusiyada təsbit olunmuş mülkiyyət hüququndan məhrum olmasına gətirib çıxarması, Daşınmaz Əmlakın Dövlət Reyestri orqanının və yerli özünüidarə etmə orqanı olan Hil Bələdiyyəsinin ümumilikdə 3,41 ha torpaq sahəsinin bələd iyyənin mülkiyyəti kimi qeydə alınması ilə bağlı aparılmalı hərəkətlərin yerinə yetirilməməsində iddiaçının hər hansı bir öhdəliyinin və vəzifəsinin olmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul etmişdir.
24. Həmçinin, iddiaçının reyestr orqanı və bələdiyyənin səlahiyyətli hərəkətləri yerinə yetirməmələri səbəbindən məhrum olduğu pay torpağını necə bərpa etməli olması ilə bağlı heç bir izah, göstəriş verilməmişdir. Belə hallarda məhkəmələrin pozulmuş hüququ bərpa etmənin yolunu göstərmək kimi humanist yanaşması və vəzifəsi mövcuddur. Burada iddiaçının yararlı kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə təmin olunmadığı və hüququnun pozulduğu mübahisəsiz təsdiqini tapdığı halda həmin hüququ necə bərpa etməli olması göstərilməmişdir. Qətnamənin ləğvi üçün torpaq sahəsinin bələdiyyənin mülkiyyəti kimi qeydiyyatdan keçməli olduğuna və bu qeydiyyatı aparmalı olan reyestr orqanının şikayətinə istinad olunmuşdur. Halbuki, qeyd olunan hərəkətlərin yerinə yetirilməsi vətəndaş olaraq onun iradəsi xaricindədir. Lakin, məhkəmə buna münasibət bildirməmişdir.
25. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1, 31.2, 32.3. 32.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu
29. Maddə
11. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir.
30. Maddə
13. Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
31. Maddə
66. İ bəndi. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. X üsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
32. Maddə
67. İİİ bənd. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
33. Maddə 67 İV bənd. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət t əminat vermir.
34. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
36. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən son ra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
37. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə.
38. Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.
39. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
40. Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması 41. 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün pros essual əsasların olması daxildir. 42. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 43. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.
44. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər
45. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası işin mahiyyəti üzrə araşdırılmasından öncə bəzi prosessual məsələlərin təhlil olunmasını zərur i sayır.
49. Belə ki, baxılan işdən göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2005-ci il tarixdə çıxarılmışdır və həmin tarixdən 18 il keçdikdən sonra apellyasiya şikayəti verilmişdir. Qətnamənin çıxarılmasından bu qədər uzun müddət keçdikdən sonra şikayət verilməsi, apellyasiyanın mümkünlüyü şərtlərinin daha dəqiq yoxlanmasını tələb edir.
50. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.
51. Ədalətli məhk əmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz.
52. Qanuni qüv vəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.
53. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qey ri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.
54. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.
55. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.
56. Azərbaycan Respublikası MPM-nin 227.3-cü maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir.
57. MPM-nin 360-cı maddəsində apellyasiya şikayəti vermək üçün bir ay müddətin başlanğıcı məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən başlanır. (Həmin maddədə bəhs onunan “rəsmi qaydada verildiyi” sözləri 26 may 2009 -cu il tarixli 819-İİİQD nömrəli Qanunla dəyişiklik edilənədək “təqdim olunan (alınan)” kimi ifadə olunmuşdu).
58. Həmçinin MPM-nin 357.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
59. MPM-nin 357.2-ci maddəsində bü hüquq həm də işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər üçün də tanınmışdır.
60. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiyası məhkəməsi apellyasiya şikayətinin 361-ci maddəsinin tələblərinə uyğunluğunu araşdırmalıdır. MPM-nin 364-cü maddəsində konkret olaraq göstərilməsə də, bu norma birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda apellyasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 363-cü maddəsində nəzərdə tutulmuş əsasların yoxlanılmasını da ehtiva edir. MPM-nin 363 və 364-cü maddələri apellyasiya şikayətinin forma və məzmun tələblərinə cavab verməsini, şikayətin verilməsi üçün müəyyən olunmuş müddətlərə riayət olunmasını, apelyasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini araşdırmağı birinci instansiya məhkəməsinin vəzifəsi kimi müəyyən etmişdir. Bu tələblərə cavab vermədikdə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qərardad çıxarılmaqla geri qaytarılır. Qanunvericilik bu halda proses iştirakçısına apellyasiya şikayətinin geri qaytarı lması barədə qərardadı iki mərhələdə (MPM-nin 267.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində və 269.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində) mübahisələndirmək hüququ verir və bu qayda şəxsin məhkəmə müdafiəsi hüququnun təminatı (reallaşdırılması) baxımından əhəmiyyətlidir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 364-cü maddəsində müəyyən olunmuş qaydalara düzgün riayət olunmalıdır.
61. Xüsusilə qeyd olunmalıdır ki, MPM-nin 364.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şik ayət verilə bilər.
62. İş materiallarından görünür ki, apelyasiya şikayəti vermiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi birinci instansiya məhkəməsində tərəf olmamışdır.
63. Birinci instansiya məhkəməsi bu halda MPM-nin 364.2-ci maddəsindən irəli gələn vəzifələrinə uyğun olaraq, qəbul edilmiş qətnamənin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmasını yoxlamalı və nəticəsindən asılı olaraq qərardad qəbul etməli idi. Lakin birinci instansiya məhəməsi tərəfindən MPM-nin bu tələbi pozulmuşdur.
64. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi də bu xüsusatı araşdırmamış, faktiki olaraq prosessual statusu müəyyən edilməyən subyektin apelyasiya şikayəti əsasında işə baxmışdır. 65. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X3 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”
66. Bundan başqa, MPM-nin 357.1-ci maddəsindən göründüyü kimi birinci instansiya məhkəməsinin o qətnaməsindən apellyasiya şikayəti verilə bilər ki, həmin qətnamə qanuni qüvvəyə minməmiş olsun. Bu baxımdan baxılan iş üzrə apellyasiya şikayətinin qəbul olunmasının mümkünlüyü onu ehtiva etmiş olur ki, qətnamə ötən 18 il ərzində qanuni qüvv əyə minməmişdir. Halbuki, tərəflərin izahatlarından göründüyü kimi cavabdeh Hil bələdiyyəsi iddiaçının torpaq sahəsindən ötən müddət ərzidə istifadə etməsini qəbul etmişdir.
67. İmperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPM-də nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir.
68. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmu ş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.
69. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü məsələsini həll edərkən birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə, şikayət vermis şəxsin iş üzrə tərəf olmamasına baxmayaraq, əlavə araşdırma apararaq apellyasiyanın mümkünlüyünü əsaslandırmamış və ya bunun araşdırılması üçün apellyasiya şikayətinin ictaata qəbul edilməsinin araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərməmişdir.
70. Nəzərə alı nmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini müddətlərlə bağlı mümkünlük şərtlərini araşdırmadan, apelyasiya şikayətinin iş üzrə tərəf olmayan şəxs tərəfindən verilməsinə baxmayaraq, qətnamənin onun hüquqlarına toxunmasını araşdırıb mümkünlüyünü əsaslandırmadan icraata qəbul etdiyinə görə qətnamə ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həlli üşün çöndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırm aqla yanaşı, prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1537/2024 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş apellyasiya şikayətinin mükünlüyü məsələsinin həlli üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.