Məhkəmə qərarları › İş №2(102)-4438/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4438/2023

13.12.2023 · Sair mülki iş - Digər - Torpaq mübahisələri - Torpaq münasib
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4438/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “qanunsuz hərəkətlərə son qoyulması, maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, mülkiyyət hüququnun məhdudlaşdırılması) Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 avqust 2023-cü il tarixli, 2(105)-643/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 80,4 kv.m fərdi yaşayış evi İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İdd iaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsində tikinti işləri aparılması ilə bağlı SOCAR-ın Təhlükəsizlik İdarəsi və SOCAR-ın Neft Kəmərləri idarəsinin əsassız müdaxiləsinin qanunsuz hesab edilməsi və belə hərəkətlərin gələcəkdə cavabdehlərə qadağan olunması barədə qətnamə qəbul edilməsini məhkəməd ən xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ölçüləri 18 metr x 33,3 metr nisbətindədir. İddiaçı həmin torpaq sahəsini 2014-cü ildə əvvəlki mülkiyyətçiyə dəyərini ödəyib, notariusda alqı-satqı edərək almış, daha sonra isə adına rəsmiləşdirmişdir. İddiaçının həyat yoldaşı Nümayəndə2 1-ci Qarabağ müharibəsi qazisidir və səhhətinə görə heç yerdə işləmir. Ailələrini dolandırmaq məqsədi ilə torpaq sahəsini təyinatına uyğun olaraq texniki pasportunda göstərilən ölçülərdə uzunluğu 33,3 metr, eni 18 metr olan sərhədlərini daş hasara alaraq sərhədləri daxilində təsərrüfat otaqları tikərək, təsərrüfatla məşğul olmaq istəyirlər. Lakin, SOCAR-ın Neft Kəmərləri İdarəsinin sifarişli tapşırığına əsasən SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşla rı səlahiyyətlərindən sui-istifadə edərək, heç bır qanuni əsas olmadan xüsusi mülkiyyətə müdaxilə edərək, X2 Kəməri üçün tətbiq edilən Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli, 167 №-li Qərarına istinad edərək guya xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsinin yaxınlığındakı ərazidən yeraltı keçən və X2 X1 Sumqayıt Kəmərinin 33,3 metrliyində yerləşdiyini və mühafizə zonasına düşdüyünü iddia edərək, tikinti işləri aparmağına mane olurlar.

4. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 31 oktyabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 30 sentyabr 202 2-ci il tarixli **********26 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 0,0373 ha hissəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin həmin ərazidən keçən yeraltı magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edildi.

5. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(012)-3333/2022 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsində tikinti işləri aparılması ilə bağlı SOCAR-ın Təhlükəsizlik İdarəsi və SOCAR-ın Neft Kəmərləri idarəsinin müdaxiləsi qanunsuz hesab edilməsi və belə hərəkətlərin cavabdehlərə qadağan olunması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mülkiyyət hüququ ilə özünə məxsus torpaq sahəsində təyinatına uyğun olmaqla və qanunvericiliyin tələblərini gözləməklə müvafiq tikinti işləri aparmaq istəyir. Cavabdehlərin qeyd edilən hərəkətləri isə mülkiyyətçinin öz mülkiyyətindən sərbəst istifadə hüququnu məhdudlaşdırır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 152.1, 157.4, 157.9-cu, Torpaq Məcəlləsinin 84.1-ci, Mülki Prosessual Məcəllənin 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi apellyasiya şikayəti, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(012)-3333/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya instansiyası məhkəməsində təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2023-cü il tarixli rəyinə görə, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin və fərdi yaşayış evinin, 27 noyabr 2017-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən, İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin plan-cizgi sxeminin hüdudları daxilində yerləşdiyi müəyyən olundu.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 avqust 2023-cü il tarixli, 2(105)-643/2023 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahm udovun sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədovadan və S.A.Qafaridən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(012)3333/2022 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının torpaq sahəsinin bir hissəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməklə, bilavasitə iddiaçının özünün sağlamlığının qorunmasına xidmət edir və bu məhdudlaşdırma mütənasib olmaqla, onun konstitusion mülkiyyət hüququnun mahiyyətini dəyişdirmir. İddiaçının mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən müdaxilə qanuni olu b, ədalətli balans prinsipi gözlənilib və iddiaçının yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edəcəyi tikili fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Bütün bunlar özlüyündə cəmiyyətin ümumi marağına xidmət edib və cavabdehlər tərəfindən sözügedən tədbirlər tətbiq edilərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik olub. Göründüyü kimi, qanunvericilik hər hansı araşdırılma və mütəxəssis rəyinin əldə olunması şərtinin zəruriliyini nəzərdə tutmadan boru kəmərlərinin mühafizə zonasında tikinti və ya quraşdırma işlərinin aparılmasını qadağan etmişdir.

12. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq qanunvericiliyin tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, i ddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməklə, bilavasitə iddiaçının və onun ailə üzvlərinin sağlamlığının qorunmasına xidmət edir və bu məhdudlaşdırma mütənasib olmaqla, onun konstitusion mülkiyyət hüququnun mahiyyətini dəyişdirmir.

13. Beləliklə, iddiaçının mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən müdaxilə qanuni olub, ədalətli balans prinsipi gözlənilib və iddiaçının yuxarıda göstərilən qaydalara zidd olaraq həyata keçirəcəyi tikinti və ya quraşdırma işləri fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir. Bütün bunlar özlüyündə cəmiyyətin ümumi marağına xidmət edib və cavabdehlər tərəfindən sözügedən tədbirlər tətbiq edilərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik olub.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 157.1, 157.9, 169.1, 1098.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 384.0.2, 385, 387.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı, 02 noyabr 2004-cü il tarixli, 167 saylı qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 avqust 2023-cü il tarixli, 2(105)-643/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 6-cı maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı, 02 noyabr 2004-cü il tarixli, 167 saylı qərarları pozulmuşdur.

17. Belə ki, apellyasiya instansiya məhkəməsi qətnaməsi ilə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş mülkiyyətdən istifadə və sərəncam hüququnu əlindən almış, neft boru kəmərinin mühafizə zonasında böyük qeyri-yaşayış sahələrinin inşa edilməsini, iddiaçının torpaq sahəsinin isə açıq, hasarsız qalmasını nəzərə almamışdır.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə etiraz verilməmişdir. K assasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin h üquqi aktlarına təsir göstərə bilər.

21. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.

24. Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin mübahi sələndirilən hissəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həmin ərazidən keçən yeraltı magistral neft kəmərinin mühafizə zonasında yerləşməsi işin mübahisəsiz halıdır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X2 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə görə “Mühafizə Zonası”nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: bina və qurğuların tikintisi; ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilə rinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi; boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi; meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi; hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi.

28. Həmçinin, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirinin 2010-cu il 28 iyul tarixli 39 saylı əmri ilə təsdiq edilmiş və mübahisəl i hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları”nın 4.1.3-cü bəndinə əsasən, “Mühafizə zonasında” Sənaye və Energetika Nazirliyinin və ARDNŞ-nin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan aşağıdakıların edilməsi qadağandır: - bina və qurğuların tikintisi; - ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi; - boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi; - meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi; - hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi.

29. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsasını düzgün müəyyən etmiş və əsaslı olaraq hesab etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ olsa da, onun bu hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) qanuni məqsədlərə (neft kəmərinin mühafizəsi, fiziki şəxslərin həyatı və sağlamlığının müdafiəs i) xidmət edir, cavabdehlər tərəfindən məhudlaşdırıcı tədbirlər tətbiq edilərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik olmuşdur.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfin dən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 avqust 2023-cü il tarixli, 2(105)-643/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar