Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1508/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2023-cü il tarixli, 2(104)-2240/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı və Cavabdeh qardaş-bacıdırlar.
2. İddiaçı ayrı-ayrı vaxtlarda Azərbaycan bankları və bank xidməti göstərən təşkilatları vasitəsi ilə Cavabdeh adına ******* rus rublu, 2510 ABŞ dolları və 10030 manat pul köçürmüşdür.
3. Həmçinin 15 iyun 2022-ci il tarixdə İddiaçı adından onun arvadı X9 tərəfindən Cavabdeh adına 65000 rus rublu məbləğində pul köçürülmüşdür. 4. 27 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh Gəncə şəhəri, X12 prospekti, ev 147, mənzil 10 ünvanında yerləşən ümumi sahəsi 33,6 kv.m. olan 1 otaqlı mənzili 31300 manata mülkiyyətinə almışdır. 5. 22 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh Tovuz rayonunun Aşağı Quşçu kəndində mülkiyyətdə olan 0,0116 ha torpaq sahəsində yerləşən 146,9 kv.m. qeyri-yaşayış sahəsini 60000 manata mülkiyyətinə almışdır. 6. 27 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh 2008-ci il buraxılışlı, “MAZDA CX-7” minik markalı avtomobili mülkiyyətinə almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Gəncə şəhərində alınmış mənzilə görə 45000 ABŞ dolları, avtomaşına görə ödənilmiş 14000 ABŞ dolları, Tovuz rayonu, Quşçu kəndində yerləşən qeyri-yaşayış binasının alınması üçün 61000 ABŞ dolları, həmin obyektin tikintisi və təmir-bərpasına çəkilmiş 80000 ABŞ dolları, obyektin icarəsi ilə əlaqədar əldən çıxmış faydaya görə 42000 manat, dövlət rüsumu hesabına ödənilmiş 670 manat və vəkil xərci kimi ödənilmiş 300 manatın, cəmi 200000 ABŞ dolları və 4297 0 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında münasibətlər çox yaxşı olmuşdur. İddiaçı Azərbaycanda yaşamadığı üçün ən etibarlı insanı cavabdeh olmuşdur. İddiaçı Azərbaycanda əmlak almaq qərarına gələrkən, bacısının adına əmlak almaq qərarına gəlmişdir. İddiaçı 2012-ci ildən əmlak alması üçün Rusiya Federasiyasından bank vasitəsi ilə cavabdehə pullar göndərmişdir. Bundan əlavə, iddiaçı Azərbaycana gələndə də nağd şəkildə pul gətirmiş, əmlakları birlikdə gedib taparaq almış, pulu isə iddiaçı ödəmişdir. O, Rusiyaya tez qayıtmalı olduğu üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı Azərbaycanda qalmaq imkanı olmamışdır. 2014-cü ildə Gəncə şəhəri, Heydər Əliyev prospektində, Mərkəzi Univerma ğın yanında, 9 mərtəbəli binanın 4-cü mərtəbəsində 2 otaqlı mənzili Gəncə Asan Xidmət mərkəzində dostu Rəhmanın yanında 45000 ABŞ dolları məbləğində pulu notariusun depozit hesabına qoyaraq Cavabdeh adına rəsmiləşdirmişdir. O, Rusiyaya getdikdən sonra qeyd olunan mənzil daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına rəsmiləşdirilmişdir. Bundan əlavə, o, 2017-ci ilin ortalarında anası xəstə olarkən Azərbaycanda olmuş, Tovuz rayonu, Dondar Quşçu dəmir yolu keçidi adlanan yerdə ət alveri ilə məşğul olan Rahib adlı şəxslə birlikdə Gəncə şəhərindən Elvin adlı şəxsdən 14000 dollara “MAZDA CX7” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alaraq cavabdehin adına rəsmiləşdirmişdir. Bundan əlavə, Rusiyada olarkən 2015-2019-cü illər arası müxtəlif vaxtlarda Tovuz rayonu, Aş ağı Quşçu kəndi ərazisindən qeyri-yaşayış sahəsinin, yəni obyektin alınması üçün bacısının adına Rusiyadan “Azərpoçt”un Tovuz filialı, "xxxx" ASC-nin Tovuz filialı, "xxxx" ASC-nin Tovuz filialı və "xxxx" ASC-nin Tovuz filialı vasitəsi ilə 250000, 200000, 200000, 100000, 200000, ******* rus rublu, 26000 ABŞ dolları, ümumilikdə məzənnə ilə 61000 ABŞ dolları pul göndərmişdir. Qeyd olunan obyektin alınmasında tərəflərin qardaşı Faiq Səfərov, anaları və iddiaçının dostu Rahib adlı şəxs iştirak etmişdir. Obyekt cavabdehin adına rəsmiləşdirdikdən sonra, iddiaçı tərəfindən əsaslı təmir-bərpa işləri aparılmışdır. Təmir işlərinin aparılması üçün 80000 dollardan artıq pullar xərclənmişdir. Obyekt alındığı vaxtdan başqa şəxsə icarəyə verilmiş, aylıq icarə haqqı orta hesabla 700 manatdan hesablanarsa, 60 ayın icarə haqqı 42000 manat təşkil etmişdir. Lakin, cavabdeh iddiaçıya heç bir ödəniş etməmişdir.
9. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qismən etiraf edərək, izahatında göstərmişdir ki, iddia tələbində göstərilən əmlaklar iddiaçı tərəfindən ona hədiyyə edilmişdir. İddiaçı Rusiya Federasiyasında yaşadığından anasının bütün yükü cavabdehin üzərinə düşmüşdür. O, analarına qulluq edərək baxmışdır. Qeyri-yaşayış sahəsi 60000 manata, Gəncə şəhərindəki ev 45000 ABŞ dollarına, yəni 2014-cü ildəki məzənnə ilə 31000 manata, avtomobil isə 14000 manata alınmışdır.
10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o tərəflərin anasıdır. Qızı ona baxmadığı üçün iddiaçı tərəfindən cavabdehə xeyli məbləğdə pul göndərilmişdir ki, sonunc u iş qursun və həmin işdən həm iddiaçı, həm də cavabdeh pul götürsün.
11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi ona məxsus olmuş, həmin sahəni 60000 manat məbləğində pulu iddiaçıdan alaraq, cavabdehin adına rəsmiləşdirmişdir.
12. Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)-1755/2022 nömrəli qətnaməsi ilə (hakim Z.A.Hünmətov) iddia qismən təmin edilmiş, ödəniş anında ödəniş yerinin manata məzənnəsinə uyğun hesablanmaqla ******* Rusiya rublunun, 47510 ABŞ dollarının, 144030 manatın, ödənilmiş 670 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ca vabdeh anasına baxmağın qarşılığında iddiaçı qarşısında əmlak vəzifəsindən azad edilməsi ilə bağlı dəlillər irəli sürsə də, bu hal məhkəmə iclasında dindirilmiş tərəflərin anasının ifadəsi ilə inkar edilmişdir. Cavabdehin göstərdiyi kimi, yəni anasına qulluğa görə qardaşı tərəfindən əmlakların alınması kimi hal mövcud olsa idi uzun illər qızının qulluğu ilə yaşayan bir ana yuxarıda göstərilmiş qaydada ifadə verməzdi. İddiaçının vəsaiti hesabına qiyməti tərəflər arasında mübahisə doğurmayan 60000 manatlıq qeyri-yaşayış sahəsi alınmış, həmin qeyri-yaşayış sahəsinə iddiaçının vəsaiti hesabına 60000 manatlıq xərclər çəkilmişdir. Cavabdeh qeyriyaşayış binasının Vaqifin vəsaiti hesabına 60000 manata alınmasını etiraf etsə də, çəkilmiş xərclərin 60000 manatdan az olduğunu bildirmişdir. İddiaçı çə kilmiş xərci təsdiq edən arayış (ərizə) məhkəməyə təqdim etmiş, iddiaçı bununla da çəkilmiş xərcə dair hissədə sübut etmə yükündən azad olmuşdur. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutlar məhkəməyə təqdim etməmişdir.
14. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya aid hissəsini də qismən əsaslı hesab etmişdir. Belə ki, iş materiallarında olan bank çıxarışlarından görünür ki, cavabdeh iddiaçıya məxsus pulu özündə saxlamaqla və həmin pulu iddiaçının tapşırığı əsasında təyinatı üzrə istifadə etməməklə iddiaçını əldə edəcəklərindən məhrum etmişdir.
15. Belə ki, cavabdeh iddiaçının qeyri-yaşayış sahəsinə görə (həm də təmirə çəkilən xərcə görə) 120000 manat pulunu əldə etmiş, həmin qeyri-yaşayış sahəsini icarəyə verərək müəyyən məbləğdə qazanclar götürmüşdür.
16. Avtomobil və Gən cə şəhərində yerləşən mənzildən isə cavabdeh hər hansı qazanc əldə etmədiyindən və həmin mənzilin cavabdeh tərəfindən kirayəyə verilməsi barədə tapşırıq verilmədiyindən məhkəmə hesab etmişdir ki, avtomaşına və mənzilə xərclənmiş pula münasibətdə əldən çıxmış faydanın təmin edilməsi qanuni deyildir. Belə ki, iddiaçının cavabdehə mənzilin və avtomaşının icarəyə verilməsi ilə bağlı tapşırıq vermək imkanları da mövcud olduğu halda belə bir tapşırıq verilməmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 135.1, 136.1, 399.3, 399.4, 445.7, 449.1, 779.1, 1096 və 1097.1ci, Mülki Prosessual Məcəllənin 14.2.ö 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh apellyas iya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(104)-310/2023 nömrəli qətnaməsi ilə (hakim A.V.Bayramovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Z.Mamedovdan və A.V.İsgəndərovadan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)1755/2022 nömrəli qətnaməsi qismən, yəni əldən çıxmış faydaya görə 12000 manat faiz məbləğinin Cavabdeh alınaraq İddiaçı verilməsinin təmin edildiyi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxla nılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər tapşırıq müqaviləsindən yaranmışdır. Belə ki, təqdim edilmiş sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda pul vermiş və göndərmiş, Cavabdeh isə İddiaçı tapşırığı əsasında iddiaçının vəsaiti hesabına müxtəlif əmlak almışdır. Tapşırığın şərtlərinə əsasən cavabdeh həmin əmlakları iddiaçının adına rəsmiləşdirməli olduğu halda sonradan bundan imtina etmişdir. Cavabdeh isə iddiaçı ilə aralarında hər hansı tapşırıq müqaviləsindən yaranmış öhdəlik münasibətlərinin olmadığını bildirmişdir. Lakin, cavabdehin bu xüsusatda etirazının dəlilləri iş materialları ilə təkzib edilir. Cavabdehin qeyd edilən tapşırığı həyata keçirməyi öhdəsinə götürdüyü işin faktiki halları ilə müəyyən edilir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaçının həmin əmlakları ona anasına qulluq etdiyi üçün bağışlaması ilə izah etmişdir. Belə ki, cavabdehin birinci instansiya məhkəməsindəki icraat zamanı verdiyi izahatı ilə bilavasitə müəyyən olunur ki, qardaşı həmin əmlakları ona anasına qulluq etməsi və baxmasının müqabilində bağışlamışdır. Apellyasiya icraatı zamanı bu xüsusatı bildirməmişdir. Göründüyü kimi, mübahisəli əmlakların mövcudluğu və onun iddiaçının vəsaiti hesabına alınması işin mübahisəndirilməyən halıdır. Bu hal tərəflərin izahatları ilə, iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə öz təsdiqini tapır. Cavabdeh mübahisəli əmlakların iddiaçı tərəfindən on a bağışlandığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
21. Digər tərəfdən, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla iddia tələbinin predmetini təşkil etmiş pul vəsaitinin, həmçinin həmin vəsait əsasında əldə edilmiş əmlakın tapşırıq müqaviləsinin şərtlərinə əsasən cavabdeh tərəfindən qəbul edilməsi müəyyən edilir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrinin mötəbərliyini isə təkzib edən əsaslar mövcud deyildir. Belə ki, şahid kimi dindirilmiş şəxslərdən biri tərəflərin hər ikisinin anasıdır, digər şahid isə cavabdehin müəllimi və həmçinin mübahisəli qeyri-yaşayış sahəsinin əvvəlki sahibi olmuş, onlar həmin faktların mövcudluğunu bilavasitə müşahidə etmişlər. Belə ki, birinci instansiya məhkəməsindəki icraat z amanı şahid qismində dindirilmiş X1 ifadəsində, İlahənin ona baxmadığını, iddiaçı tərəfindən cavabdehə xeyli sayda pullar göndərildiyini, iddiaçının bütün əmlakları bacısı olan cavabdehin adına aldığını və Azərbaycana qayıdanda həmin əmlakları oğlunun adına keçirməli olduğunu bilavasitə təsdiq etmişdir. Göründüyü kimi şahid ifadəsi ilə cavabdehin iddia tələbinə etirazının dəlilləri təkzib edilir. Həmçinin, hazırkı mübahisə üzrə iddiaçının cavabdehə pul vəsaiti və ya hər hansı əmlakını bağışlamaqla onu zənginləşdirmək kimi bir iradə ifadəsinin olması işin halları ilə istisna edilir. Belə ki, iş materiallarına əlavə edilmiş “Qərb İnşaat” Tikinti Materiallarının sahibi X3 1 sentyabr 2022-ci il tarixli ərizəsi ilə Tovuz rayonu, Quşçu kəndində yerləşən obyektin təmir-tikinti işlərinə İddiaçı tə rəfindən 60000 manat xərcin çəkildiyi müəyyən edilir.
22. Apellyasiya instansiyası məhkəməsi şahidin məhkəməyə dəvət edilməsi ilə bağlı vəsatətin təmin edilməməsi ilə əlaqədar şikayətinin dəlillərində göstərilənlərə münasibətdə qeyd etmişdir ki, iş materiallarında və keçirilmiş məhkəmə iclaslarının protokollarında cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə şahidin dindirilməsi ilə bağlı vəsatətin verilməsi müəyyən edilmir.
23. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin izahatının birinci instansiya məhkəməsi tərəfindən təhrif edilməsi ilə bağlı dəlilinə münasibətdə hesab etmişdir ki, belə olduğu halda, prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı protokola qeyd verilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməli idi. Lakin iş materiallarında belə bi r ərizənin verilməsi müşahidə olunmur.
24. İddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini əldən çıxmış fayda hissəsində təmin etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının pul vəsaiti onun sahibliyində olacağı təqdirdə adi dövriyyə şəraitində hansı formada fayda əldə edəcəyini təsdiqləyən mötəbər sübutlar iş materiallarında mövcud deyildir və belə sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Odur ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 16.1, 324.1, 385.1, 389.1, 390.1, 399.1, 405.1, 406.1, 425.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 777.1, 777.2, 778.1, 779.1-cu, Mülki Prosessu al Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini, yaxud işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 iyul 2023cü il tarixli, 2(102)-2324/2023 nömrəli qərarı ilə (hakim M.T.Əhmədovanın məruzəsi ilə, hakimlər Ə.Ə.Əliyevdən və V.T.Həsənovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(104)-310/2023 nömrəli qətnaməsi ləğv ed ilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
28. Kassasiya tərkibi qeyd etmişdir ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn digər əsaslar yoxlanılmalıdır.
29. Hazırkı işdə isə iddiaçı tələb etdiyi məbləğlərin, yəni mənzilə görə 45000 ABŞ dolları, avtomaşına görə ödənilmiş 14000 ABŞ dolları, qeyri-yaşayış binasının alınması üçün 61000 ABŞ dolları, həmin obyektin tikintisi və təmir-bərpasına çəkilmiş 80000 ABŞ dolları cavabdehə hansı məqsədlə və hansı məbləğdə göndərilməsini təsdiq edən sübutları məhkəmə araşdırmasına təqdim etsə də, hansı məbləğin hansı əmlakın alınması üçün göndərilməsi və hansı məbləğin özü tərəfindən birbaşa təqdim edilməsi dəqiq olaraq müəyyən deyildir.
30. Bundan başqa, işə baxan məhkəmələr iddiaçının cavabdehin məqsədli istifadəsi üçün göndərdiyi məbləğlərin həmin məqsədlər üçün istifadə edilib-edilməməsinin həqiqiliyini araşdırmadan qərar qəbul etmişlər. Belə ki, əgər iddia edildiyi kimi göndərilən pul vəsaitləri əmlakların alınmasına sərf edilmişdirsə, bu hal müvafiq əqdlərdə öz əksini tapmalı idi. Lakin, iş materiallarında əmlakların kim tərəfindən, hansı qaydada əldə edilməsinə dair sübut mövcud olmamışdır.
31. Həmçinin, göndərilən pul məbləğlərinin təyinat məqsədinin dəqiq müəyyən edilməsi zamanı o da nəzərə alınmalı idi ki, hər iki tərəf bəzi əmlakların alqı-satqısında iddiaçının iştirak etdiyini bildirir. İddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğundan əmlakları cavabdehin adına rəsmilə şdirdiyini qeyd etsə də, məhkəməyə müraciət edən zaman iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, mübahisələndirilən əmlakların alınması dövründə Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Habelə Azərbaycan Respublikasının qanunvericiliyi xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasında mülkiyyət əldə etmələrini də qadağan etmir.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası izah etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırması Mülki Prosessual Məcəllənin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul ed ilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər ki, bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə və gələcəkdə icra edilməsində ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, məhkəmə qərarı birmənalı və aydın qəbul edilməlidir ki, gələcəkdə onun praktiki cəhətdən icrası mümkün olsun. Bu baxımdan məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
33. İşə baxmış məhkəmələr mübahisə obyektləri ilə bağlı işdə olan sübutları dəqiq tədqiq etməli, həmin məlumatları sübut kimi qəbul etmədikdə bunu əsaslandırmalı, qəbul etdiyi halda isə MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq dig ər sübutlarla əlaqəli təhlil edib qiymətləndirməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
34. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2023-cü il tarixli, 2(104)-2240/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Q.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər L.S.Süleymanovdan və A.H.Hüseynzadədən ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)-1755/2022 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, Cavabdeh ödəniş anında Azərbaycan manatının məzənnəsinə uyğun hesablanmaqla ******* Rusiya rublunun, ödəniş anında Azərbaycan manatının məzənnəsinə uyğun hesablanmaqla 2510 ABŞ dollarının, 115330 manatın və ödənilmiş dövlət rüsumunun 461,69 manat hissəsinin alınaraq, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
35. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər tapşırıq müqaviləsindən yaranmışdır. Belə ki, İddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda pul vermiş və göndərmiş, Cavabdeh isə İddiaçı tapşırığı əsasında iddiaçının vəsaiti hesabına daşınar və daşınmaz əmlaklar almışdır. Tapşırığın şərtlərinə əsasən cavabdeh iddiaçının istədiyi vaxtda həmin əmlakları iddiaçının adına rəsmiləşdirməli olduğu halda sonradan bundan imtina etmişdir. Cavabdeh isə iddiaçı ilə aralarında hər hansı tapşırıq müqaviləsindən yaranmış öhdəlik münasibətlərinin olmadığını, iddiaçının həmin əmlakları və pulları ona hədiyyə olaraq verdiyini bildirmişdir. Lakin, cavabdehin bu xüsusatda etirazının dəlilləri məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən şahid ifadələri ilə təkzib edilir. Cavabdehin qeyd edilən tapşırığı həyata keçirməyi öhdəsinə götürdüyü işin faktiki halları ilə müəyyən edilir. Cavabdeh iddiaçının həmin əmlakları ona anasına qulluq etdiyi üçün bağışlaması ilə izah etsə də, həmin xüsusat işin hər hansı bir halı ilə təsdiq olunmur. Mübahisəli əmlakların mövcudluğu və onların iddiaçının vəsaiti hesabına alınması işin mübahisəndirilməyən hallarıdır. Bu hal tərəflərin izahatları ilə, iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə öz təsdiqini tapır. Cavabdeh tərəfin iddia tələbinə etirazının dəlilləri ondan ibarət o lmuşdur ki, iddia tələbinin predmetini təşkil edən pul vəsaiti və bu əsasda əldə edilmiş daşınmaz əmlak iddiaçı olan qardaşı tərəfindən ona bağışlanılmışdır. Apellyasiya kollegiyası iddiaçının daha dörd nəfər bacı-qardaşı olduğu halda böyük miqdarda pul vəsaitini, daşınmaz əmlakları, avtomobili iddiaçıya hədiyyə etməsini inandırıcı saymamışdır. Bunu, yəni həmin əmlakların cavabdehə hədiyyə olaraq verilmədiyini məhkəmə iclasında şahid qismində dindirilmiş tərəflərin anası və qardaşı da təsdiq etmişlər. Digər tərəfdən cavabdeh də həmin əmlakların iddiaçı tərəfindən ona bağışlandığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
36. Məhkəmə göstərmişdir ki, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinin mötəbərliyini təkzib edən əsaslar da mövcu d deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində, İlahənin ona baxmadığını, iddiaçı tərəfindən cavabdehə xeyli miqdarda pullar göndərildiyini, iddiaçının bütün əmlakları bacısı olan cavabdehin adına aldığını və Azərbaycana qayıdanda həmin əmlakları oğlunun adına keçirməli olduğunu bilavasitə təsdiq etmişdir. Göründüyü kimi şahid ifadəsi ilə cavabdehin iddia tələbinə etirazının dəlilləri təkzib edilir.
37. Digər tərəfdən, bağışlama müqaviləsinin anlayışını verən Mülki Məcəllənin 666.1-ci maddəsinə istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, maddənin dispozisya şərtlərindən göründüyü kimi bağışlama müqaviləsi zamanı bağışlayan şəxs öz əmlakını digər şəxsə bağışlamaqla onu zənginləşdirmək məqsədi daşıyır. Hazırkı mübahisə üzrə iddiaçının cavabdehə pul vəsaiti və ya hər hansı əmlakını bağışlamaqla onu zənginləşdirmək kimi bir iradə ifadəsinin olması işin halları ilə istisna edilir.
38. Birinci instansiya məhkəməsinin qeyri-yaşayış obyektinə çəkilmiş xərclə bağlı qənaəti, həmçinin iddiaçının nümayəndəsinin həmin xüsusatla bağlı dəlili ilə razılaşmayan apellyasiya məhkəməsi göstərilmiş ki, cavabdeh verdiyi izahatlarında həmin obyektin təmir edilməsi üçün materialları özü aldığını və pulunu da özü ödədiyini bildirmişdir. Digər tərəfdən obyektin təmirinə çəkilmiş xərci iddiaçının özü tərəfdən ödənildiyi halda cavabdehə pulun göndərilməsinə zərurət də qalmazdı. Bu baxımdan apellyasiya məhkəməsi iddia tələbini həmin hissədə əsassız saymışdır.
39. Daha sonra, apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı Gəncə şəhərində yerləşən mənzili 45000 ABŞ doll arına aldığını göstərmiş olsa da, iş materialları ilə həmin mənzilin 31300 manata alındığı müəyyən olunmuşdur və iddiaçı tərəfindən iddia tələbini həmin hissədə, yəni mənzilin 45000 ABŞ dollarına alındığını təsdiq edən digər sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı tərəfindən cavabdehə 2510 ABŞ dolları və ******* Rusiya rublu, həmçinin iddiaçının arvadı tərəfindən 65000 Rusiya rublu, 10030 manat pulun bank xidməti vasitəsilə göndərilməsi müəyyən olunmuşdur. Odur ki, göstərilən məbləğlər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
40. Nəhayət, apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçının pul vəsaiti onun sahibliyində olacağı təqdirdə adi dövriyyə şəraitində hansı formada fayda əldə edəcəyini təsdiqləyən mötəbər sübutlar iş materiallarında mövcud deyildir və belə sübutlar iddiaç ı tərəfindən təqdim edilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının yuxarıda qeyd olunan əmlakları öz adına yox, cavabdehin adına alması bir tərəfdən o, Azərbaycana gəldikdən sonra ölkədə qısa müddət qalması olmuşdursa, digər səbəbi isə arvadından boşanacağı halda əmlak bölgüsü məsələsinin ortada olması olmuşdur. İddiaçı göstərilmiş hüquqi yardıma görə cavabdehdən 300 manat pulun xeyrinə tutulmasını xahiş etmiş olsa da, iddia ərizəsinə həmin xərclə bağlı sübut əlavə edilməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 21, 324.1, 385.1, 389.1, 390.1, 399.1, 405.1, 406.1, 425.1, 427.3, 429.1.3, 442, 443.1, 443.2, 445.2.1, 448.1, 777.1, 777.2, 778.1, 779.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
42. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 666.1, 668.1.3-ci maddələri tətbiq olunmalı olduğu halda tətbiq olunmamış, həmin Məcəllənin 777.1, 777.2, 778-779-cu maddələri səhv istinad olunmuşdur. H əmçinin məhkəmə Mülki Prosessual Məcəllənin 77, 88, 217-ci maddələrini pozmuşdur.
44. Belə ki, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin, cavabdehin heç bir yazılı və ya digər öhdəliyi olmamışdır. Apellyasiya instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində MM-in bir sıra maddələrini sadalasa da, həmin normaları hazırkı mübahisənin müvafiq halları ilə əlaqəli şəkildə təhlil və tətbiq etməmişdir.
45. Kassator məhkəməyə vəsatət verərək, məhkəmə iclasında iştirak etmək istədiyini bildirməklə işin şifahi icraatda baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
46. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
47. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
48. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla h əyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməl i hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
52. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatlarda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükü düzgün bölüşdürülmüş və təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir.
54. Kassasiya şikayətinin dəlilləri üzrə qeyd olunmalıdır ki, cavabdehin mülkiyyətində olan daşınmaz əmlakların və avtomobilin iddiaçının vəsaiti hesabına alınmasını cavabdeh etiraf edir. Bununla belə, kassator mübahisəli pul vəsaitlərinin cavabdehə bağışlanmasını bildirmişdir.
55. Lakin, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflərin təqdim etdiyi sübutları əlaqəli olaraq qiymətləndirməklə, cavabdehin etirazının əsasını sübut olunmaması nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 89.3, 106.1-ci maddələrinin) pozulması müəyyən olunmur.
56. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
57. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
60. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2023-cü il tarixli, 2(104)-2240/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.