Məhkəmə qərarları › İş №2(102)-1509/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1509/2020

19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1509/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, vəkili X1, cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2019- cu il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) İddiaçı cavabdehlər X6 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 8890 (səkkiz min səkkiz yüz doxsan) manat məbləğində dəymiş ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən S.Qafari, hakimlər F.Məmmədov və L.Məmmədova) Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti ü zrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işüzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 8890 manat məbləğində dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə k ollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları və həmin hallara tətbiq edilməli olan maddi-hüquq normaları ilə əsaslandırmışdır. Belə ki, iddiaçı iddia edir ki, xx xxxxxx 2018-ci il tarixdə, saat 09 radələrində ona məxsus “Volkswagen Passat" markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, N küçəsi ilə kəsişməyə çatmamış yolun sol tərəfi kənarında dayandığı zaman arxadan gələn (hərəkətdə olan) “Ford Fusion” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı (X4 məxsus) avtomobi lin sürücüsü Cavabdeh1 sağdan sola yerdəyişmə-manevr edərkən idarə etməni itirərək onun dayanmış avtomaşına arxa hissəsindən vurmuş, zərbənin təsirindən onun avtomobilinin sol arxa təkər diski də bardiora dəymiş və bardiorun üzərinə çıxmışdır. Hadisədən sonra yol nəqliyyat hadisəsi yerinə Bakı şəhər DYP YPXA-nın əməkdaşları gəlmiş, hadisə yerinin sxemi çəkilmiş, izahatlar alınmış, sürücü alkoqol testindən keçirilmiş və sair hərəkətlər edilmişdir. Müəyyən olunmuşdur ki, hadisənin günahkarı "Ford Fusion" markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1dur. Bundan sonra DYP əməkdaşları tərəfindən hadisə yerinin sxemi çəkilmiş, inzibati xəta törədən şəxs Cavabdeh1 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh haqqında qərar qəbul edilmiş, avtomobillər müvəqqəti saxlama meydançasına yerləşdirilmişdir. Bundan sonra xx xxxxxx 2018-ci il tarixdə o, avtomobilini "Euro Style LTD" şirkətinə aparmış və orada avtomobilində avto qəza nəticəsində nə qədər zərər dəydiyini, dəymiş zərərin dəydiyini, dəymiş zərərin (qüsurun) və görüləcək işlər barədə rəsmi akt verilməsini xahiş etmiş və müayinə üçün lazımı ödənişi etmişdir. Bundan sonra "Euro Style LTD" şirkəti tərəfindən avtomobilə baxış keçirilmiş və avtomobilə dəymiş zərər, görüləcək işlərin xərci və s. barədə qüsur aktı tərtib edilmişdir. Qüsur aktından da göründüyü kimi ümumilikdə avto qəza nəticəsində avtomobilə 13850 manat məbləğində maddi ziyan dəymişdir. Hadisədən sonra müvafiq sığorta şirkəti tərəfindən ona 4960 manat pul ödənilmişdir. O, dəfələrlə cavabdehlərə müraciətlər etm işdir ki, avtomobilinə dəymiş zərərin qalan hissəsini aradan qaldırsınlar. İş materiallarında olan yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Woslfagen Passat" markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil N küçəsi ilə kəsişməyə çatmamış yolun, sol tərəfi kənarında dayandığı zaman arxadan gələn (hərəkətdə olan) “Ford Fusion” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı (X4 məxsus) avtomobilin sürücüsü Cavabdeh1 sağdan sola yerdəyişmə-manevr edərkən idarə etməni itirərək onun däyanmış avtomaşınına arxa hissəsindən vurmuşdur. İş materiallarında olan “EURO STAYL LTD” tərəfindən verilmiş qüsur aktından görünür ki, “Woslfagen Passat” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13850 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, TP ** ***** saylı inzibati tənbeh vermə haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1 -ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, baş vermiş avtoqəza nəticəsində iddiaçının avtomobilinə 13850 manat zərər dəymişdir. Həmin məbləğin 4960 manatı sığorta şirkəti tərəfindən ödənilmiş, qalan 8890 manat məbləğində pul isə dəymiş zərərin əvəzi olaraq Cavabdeh1 tərəfindən İddiaçı verilməmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericili yin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gə rginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hər əkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (Mülki Məcəllənin 1108.1. və 1108.2. maddələri). Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar