Məhkəmə qərarları › İş №2(102)-151/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-151/2020

07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-151/2020 07.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkili X2, Cavabdeh oğlu və onun vəkili X1 iştirakları ilə, Cavabdeh oğlunun Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh oğlu Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən kas sasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini,işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh oğluna qarşı 20000 ABŞ dolları məbləğində borcun, 100 manat hüquqi xidmət xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən L.Talıbova, iş 2(011)-3429/2018) iddia təmin edilmiş, Cavabdeh oğlundan 20000 (iyirmi min) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) məbləğində borcun, 100 (yüz) manat hüquqi xidmət xərcinin və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)-11447/2018) Cavabdeh oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh oğlu Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 Məhkəmə kollegiyasına ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbindən imtina edirlər və belə olan halda iş ü zrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə kollegiyası iddiadan imtinanın qanuna zidd olmamasını və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alıb hesab edir ki, iddiadan imtina qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası iddiaçıya Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tə ləblərini izah edərək bildirir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə müəyyən edir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını tamamilə ləğv edib, MPM-nin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1, 261, 262, 417.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar