Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-151/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borc, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1777/2023 nömrəli, 12 sentyabr 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları 1. "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin (yeni adı İddiaçı Açıq Səhmdar Cəmiyyəti, bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) adından bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Bank cavabdehə illik 29 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 13000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit borcunu ödəniş cədvəlinə uyğun olaraq, hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 3142,42 manat əsas borc, 1023,36 manat faiz borcu, 135,69 manat cərimə, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il ta rixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 924,60 manat əldən çıxmış fayda olmaqla, cəmi 5226,07 manat məbləğində borcun və 72,26 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış və nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-5791/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə iddia tələbi təmin edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımı nca icra edilməməsi kimi qiymətləndirilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.7, 467, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun hazırkı məhkəmə mübahisəsindən məlumatı olmamış, bu səbəbdən iddia tələbinə etirazlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, onun heç bir kredit müqaviləsindən məlumatı olmamışdır. Bununla bağlı kredit müqaviləsindəki imzanın ona məxsus olub-olmamasının m üəyyən edilməsi üçün iş üzrə xətşünaslıq ekspertizası keçirilməli idi.
9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, sənədlərin əsillərinin olmadığı halda ekspertiza keçirilməsinə ehtiyac olmadığını qeyd edərək, bildirmişdir ki, 2018-ci ildə iddia qaldırılıb, baxılmamış saxlanılmışdır. Müqavilədəki imzalar cavabdehə aid deyil, onun adına kredit götürülmüşdür. Bununla bağlı ekspertiza keçirilsə də, həmin sənədlərin əsli Bank tərəfindən təqdim edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. Bu səbəbdən, hazırda elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddia müddətinin tətbiqinə dair ərizə verdiklərini, iddia müddəti tətbiq edilməklə, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbu l edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli, 4/658 nömrəli ekspert vəsatəti ilə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin əslinin təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflər ekspert vəsatəti barədə məlumatlandırılmış, Bankdan bir neçə dəfə vəsatətin icra edilməsi istənilsə də, vəsatət icra olunmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-ci il tarixli, 4/658 nömrəli ekspertizanın aparılmasından imtina barədə məktubu məhkəməyə daxil olmuşdur.
11. Apellyasiya instansiyası məhkəməsinin 2(103) -1777/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 12 ay müddətinə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2015-ci ildə bitmişdir. İddiaçı kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2015-ci il tarixdən üç illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etmək imkanına xx.xx.2018-ci il tarixədək malik olmuşdur.
13. İddiaçı cavabdehə qarşı müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə mü ddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etmək imkanına xx.xx.2018-ci il tarixədək malik olsa da, hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.
14. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası barədə cavabdehə ünvanlanmış məhkəmə bildirişləri poçt vasitəsilə cavabdehin məhkəməyə məlum olan ünvanına göndərilmiş, lakin zərf “tələb edilməyib” qeydi ilə geri qayıtmışdır. Belə olan halda, cavabdehin hə min ərizəni apellyasiya icraatı zamanı verməsi gecikmiş kimi qiymətləndirilə bilməz, çünki o birinci instansiya məhkəməsində aparılan icraatdan məlumatsız olmuş və məhkəmədə iştirak etməmişdir, bu səbəbdən də məhkəmə tərəfindən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi qəbul edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 385.1, 372.1, 372.2, 373.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xita mına səbəb olması barədə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir və müqavilədə belə bir şərt də nəzərdə tutulmamışdır. Cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəlləsi (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya)
19. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
20. Mad də 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
21. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri süb utları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddə sində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının k assasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsini n mövqeyi ilə razılaşır.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1777/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.