Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1510/2019 15.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)10421/2018 nömrəli iş üzrə 02 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Səadət Səlimova) 18 iyul 2018-ci il tarixli 2(011)-3466/2018 saylı qətnaməsi ilə iddia qismən t əmin edilərək, Cavabdeh 30.06.2015-ei il tarixli 17-A-1-0-609-15 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1322,34 ABŞ dolları, faiz borcuna görə 922,71 ABŞ dolları, dəbbə puluna görə 20 ABŞ dolları olmaqla, cəmi 2265,05 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 40 manatın “Nikoyl” İKB-nin xeyrinə tutulması, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 145 manatın dövlət nəfinə tutulması, Cavabdeh mülkiyyətində olan **--*** qeydiyyat nişanlı VAZ 21214 markalı avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 2265,05 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məh kəmə xərclərinə görə 40 manatın “Nikoyl” İKB-nin hesabına, 145 manatın dövlət nəfinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Azad İmanov, Etibar Nəbiyev) 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni faiz borcuna aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “Nikoyl” İKB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.06.2015-ci il tarixli **************** saylı kredit müqaviləsi üzrə əsas borca görə 1322,34 ABŞ dolları, faiz borcuna görə 1128,71 ABŞ dolları, dəbbə puluna görə 496,68 ABŞ dolları olm aqla, cəmi 2947,73 ABŞ dolları borcun, 40 manat məhkəmə xərclərinin tutulması, tutmanın **-ZK-*** nömrə nişanlı VAZ 21214 markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddia tələbi həcmində borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələbl ərini pozmuşdur. Faiz borcu düzgün hesablanmamış, məhkəmə bu halı araşdırmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş in müəyyən edilən hallarından görünür ki, tərəflər arasında 30 iyun 2015-ci il tarixli *************** saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 21 % dərəcəsi ilə 6200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 30 iyun 2015-ci il tarixli ************ saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh məxsus “VAZ 21214” markalı **--*** nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 1322,34 ABŞ dolları, faiz borcu 1128,71 ABŞ dolları, cərimə 496,68 ABŞ dolları, cəmi borc isə 2947,73 ABŞ dolları təşkil edir. Cavabdeh əsas və cərimə borcun tutulması hissəsində iddianı qəbul etmiş, faiz borcun tutulması hissəsində isə iddiaya etiraz edərək bildirmişdir ki, əgər iddiaçı yeni qrafik tərtib edərsə, borcu hissə-hissə ödəyə bilər. Məhkəmə Ekspertizası Mərkəzinin 29.06.2018-ci il tarixli 13346 saylı rəyinə əsasən 30.06.2015-ci il tarixli **************** saylı kredit müqaviləsi üzrə Cavabdeh 30.06.2017-ci il tarixə “Nikoyl” İKB-yə olan borcu ümumilikdə 2451,05 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 1322,34 ABŞ dolları, faiz borcu üzrə 1128,71 ABŞ dolları. Rəyin tədqiqat hissəsinə əsasən müəyyən olunur ki, 30.06.2017-ci il tarixdən sonra cavabdeh tərəfindən banka 206 ABŞ dolları məbləğində ödəniş edilmiş, lakin ekspert qarşısında qoyulmuş sualda kredit borcunun hesablanması müqavilə bitdiyi tarixədək soruşulduğundan, ödənilən 206 ABŞ dolları tədqiqatla hesablamada nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam təmin etmiş, faiz borcun tutulması hissəsində isə 29.06.2018-ci il tarixli 13346 saylı ekspert rəyinə uyğun olaraq iddianı qismən təmin etmiş, dəbbə pulunu da azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı və 29.06.2018-ci il tarixli 13346 saylı ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 741-ci maddəsinə əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh dəlillərinə dair apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi faiz borcun tutulması hissəsində 29.06.2018-ci il tarixli 13346 saylı rəyinə uyğun olaraq, onun tərəfindən müqavilə üzrə son ödəniş tarixindən sonra da edilmiş ödənişləri nəzərə alaraq iddianı qismən təmin etmişdir. Cavabdeh isə yenə faiz borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Borcun hissə-hissə ödənilməsi məsələsi isə qətnamənin icrası mərhələsində həll olunan məsələlərə aiddir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları təd qiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayət inin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10421/2018 nömrəli iş üzrə 02 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1510/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1510/2019
15.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver