Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1510/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı X10, Cavabdeh iştirakı ilə, Cavabdehtərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)2620/2019 nömrəli iş üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Quba rayon məhkəməsinin (hakim Fərid Yaqubov) 2(027)-1284/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edil miş, Cavabdeh 3600 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun alınaraq iddiaçı X12 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Şəmsəddin Abbasov sədrlik edən və məruzəçi, Aqil Abbasov, Telman Məmmədov) 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba rayon məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı X18 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3600 ABŞ dolları məbləğində pulun, 15000 manat dəymiş zərərin əvəzinin, mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X2 2003-cü ilin yanvar ayında X1 və onun oğlu Cavabdeh ilə cavabdehə məxsus Birinci Nügədi kəndində yerləşən 0,08 ha torpaq sahəsini və üzərindəki tikililəri Niyaziyə satması barədə razılaşmışlar. Həyat yoldaşı cavabdehlərə 1800 ABŞ dolları məbləğində pul ödəmişdir. Bu barədə şahidlərin iştirakı ilə akt tərtib olunmuşdur. Tərəflərin yazılı razılaşmasına əsasən torpağı satan X1 və Cavabdeh gələcəkdə müvafiq sənədləşmə aparanədək razılığı pozmuş olarlarsa, X6 3600 ABŞ dolları qaytaracaqdır. Razılaşmadan bir il sonra X1, 17 mart 2005-ci il tarixdə is ə əri X2 vəfat etmişdir. 2014-cü ildə aldıqları torpaq sahəsindən başqa şəxsin istifadə etdiyini öyrənmişdir. Bundan sonra ona məlum olmuşdur ki, cavabdeh torpaq sahəsinin satılmasına dair X2lə olan razılaşmanı pozaraq torpaq sahəsini 11 may 2013-cü il tarixdə alqı-satqı müqaviləsi ilə X1. Bununla da razılaşmanın şərtlərinə cavabdeh tərəfindən riayət edilməmişdir. Dəfələrlə bununla bağlı cavabdehə müraciət etsə də, müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdehdən aldıqları torpaq sahəsində 15000 manat dəyərində tikinti işləri aparmışdır. Razılaşmanın cavabdeh tərəfindən pozulması nəticəsində ona 15000 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda bu baş verənlər ona zərbə vurmuş, psixoloji sarsıntı keçirmiş, səhhəti pisləşmiş, mədəsində şiş yaranmışdır. 2014-cü ildə əməliyyat ol unmuş və əməliyyatdan sonra isə il yarım reablitasiya dövrü yaşamışdır. Ona vurulan mənəvi zərbə heç bir meyarla ölçülə bilməz. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışd ır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçının qeyd etdiyi razılaşma barədə akta o imza çəkməmiş, akt onun yerinə imzalanmışdır. Həmçinin, akt notarial qaydada təsdiq olunmamış, alqı-satqı aktında qeyd olunan məbləğin tələbi üzrə 3 illik iddia müddəti ötürülmüşdür. Mənəvi zərərə görə təzminat isə əsaslandırılmamışdır. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Məhkəmə bu hallara əhəmiyyət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı X18 və vavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görün ür ki, İddiaçı Cavabdeh 3600 ABŞ dolları pulun, 15000 manat dəymiş maddi zərərin əvəzinin və 10000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsin tələb edir. İddiaçı iddia edir ki, Cavabdeh və onun atası X1 iddiaçının mərhum əri X13 ilə 2003-cü ilin yanvar ayında akt bağlayaraq cavabdehə məxsus olan Quba rayonu, Birinci Nügədi kəndinə yerləşən 0,08 ha torpaq sahəsini 1800 ABŞ dolları pul ödəməsi müqabilində X2ə satmışlar. Akta əsasən gələcəkdə razılıq pozularsa, X6 3600 ABŞ dolları məbləğində pul ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının həyat yoldaşı X14 17 mart 2005-ci il tarixdə, cavabdehin atası X1 isə 03 iyul 2006-cı il tarixdə ölmüşdür. X2in vəfatından sonra cavabdeh razılaşma şərtlərini pozaraq torpaq sahəsini X2. Hazırda iddiaçı qeyd olunan razılaşma üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmiş, iddiaçı rədd edilən hissədə qətnaməni mübahisələndirməmişdir. Ona görə də, iddia tələbinin rədd edilən və mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının həddlərini təşkil etmir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edilən hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında öhdəlik münasibəti yaranmışdır. Belə ki, cavabdehin mübahisə premeti olan əmlakı üçüncü şəxsə satması ilə 2003-cü il tarixli aktda nəzərdə tutulan razılaşma pozulmuş və cavabdehin iddiaçı qarşısında aktda nəzərdə tutulmuş 3600 ABŞ dolları məbləğində pul öhdəliyi yaranmışdır. Ona görə də, iddia q ismən təmin edilərək 3600 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş akta istinad etmişdir. Quba rayonu, Birinci Nügədi kənd sakinləri X26, X16, X15, X17, torpaq satan X1, Cavabdeh və torpaq alan X5 iştirakı ilə 2003-cü ilin yanvar ayında tərtib edilmiş aktdan görünür ki, Cavabdeh özünə məxsus (kəndin İİİ məhəllə ərazisində yerləşən) 0,08 ha (20x40 metr ölçüdə) küçə tərəfdən kubik daşla hasarlanmış sahənin içərisində 6,4x4,4 ölçüdə yarımçıq tikili, bir otaq və bundan əlavə yarımçıq hörülmüş hamam binası olan həyətyanı torpaq sahəsini X3, satdığı torpaq sahəsinin (ata və oğlun öz razılığı ilə) əvəzində X1 və Cavabdeh X4 1800 ABŞ dolları pul vəsaiti almışlar. Tərəflər razılığa gəlmişlər ki, torpağı satan X1 və Cavabdeh gələcəkdə razılaşmanı pozarlarsa, X6 3600 ABŞ dolları qaytaracaqlar. Akt 2003-cü ilin yanvar ayında tərtib edilmiş, X3 və Cavabdeh 1800 ABŞ dollarını almaqları, X4 isə 0,08 ha həyətyanı torpaq sahəsini aldığını imzaları ilə təsdiq etmişlər. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsində verdiyi apellyasiya şikayətində məhkəmənin istinad etdiyi aktdakı imzanın ona məxsus olmamasını, imzanın başqa şəxs tərəfindən icra edilməsini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlili ilə bağlı hər hansı bir araşdırma aparmamış, aktdakı imzanın cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək üçün məhkəmə-xəttşunaslıq ekspertizasının keçirilməsi ni təyin etməmişdir. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 22.01.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələ binə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994 -cü il tarixli qərar).” Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı araşdırmaqla aktda icra edilən imzanın Cavabdeh aid olubolmamasını müəyyən etməli, imza cavabdeh təərfindən icra edildiyi halda iddia tələbinə hüquqi qiymət verməli, imzanın cavabdeh tərəfindən icra edilmədiyi halda, cavabdehin atası X1nun öhdəliklərinə görə (miras passivinə) maddi məsuliyyyət daşıması üçün mərhum atasının miras aktivini qəbul edib-etməməsi məsələlərini araşdırmalı, iddianın təmini məsələsi buna uyğun həll edilməlidir. “Azərbaycan Respub likası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun” 04.06.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu da xildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Göründüyü kimi, qa nunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir. Bu baxımdan vərəsələr, bir qayda olaraq, miras açıldığı gündən altı ay ərzində əmlaka dair sərəncam vermək hüququna malik olmadığından, miras qoyanın kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirə bilmirlər. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası ilə bağlı tələb irəli sürülərkən mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır”. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilən cavabdehdən 2000 manat mənəvi ziyanın iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin tələb maddi ziyanın ödənilməsi tələbi ilə bağlı olduğundan işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi maddi ziyanla bağlı tələbin həllindən asılı olaraq tələbin mənəvi ziyanın tutulması hissəsinə hüquqi qiymət verməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2620/2019 nömrəli iş üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1510/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1510/2020
12.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver