Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1513/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayəti vermə hüququ) 04.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)1588/2*16 nömrəli, 1 fevral 2*23-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 aprel 2*23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı2 ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı2 ASC-nin xeyrinə 4*8*7.*7 manat əsas, 929.*5 manat faiz borcu olmaqla cəmi 41736.12 manat kredit borcunun, 3* manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan Abşeron rayonu Məmmədli kəndi “Yeddi Gözəl” yaşayış komleksi ev 3-də yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra ünvan 1 ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqla rına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57*** manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2*15-ci il tarixli, 2(*21)-2363 saylı qətnaməsi ilə (hakim Ə.Sarıyev) iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2*16-cı il tarixli, 2(1*4)-1588/2*16 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının müyəndəsinin iddia tələbindən imtinasın ın qəbul edilməsi və bu əsasla iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
5. Həmin qərardaddan iddiaçı Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermişdir.
6. Apellyasiya instansiyası məhkəməsinin 1 fevral 2*23-cü il tarixli, 2(1*4)1588/2*16 saylı qərardadı ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və Ə.İ.Məmmədov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kassasiya şikayəti mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı 18 iyul 2*16-cı il tarixində qəbul olunmuş, həmin tarixdən 7 il keçmişdir. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişd irilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. İş materiallarından görünür ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 18 iyul 2*16-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş və məhkəmə kollegiyasına iddiadan imtina barədə ərizə vermişdir. Sonuncunun iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilərək, iş üzrə icraata həmin tarixdə xitam verilmişdir. Qəbul edilmiş məhkəmə aktı elan olunmuş və işin nəticəsindən kreditorun nümayəndəsi məlumatlı olmuşdur. Qəbul edilmiş qərardadın surətinin iddiaçıya rəsmi qaydada verilməsi barədə işdə sənəd olmasa da, lakin kollegiya hesab edir ki, hazırki işin vəziyyəti, kassasiya şikayətinin verilməsind ə müddətlərin həllində bir qədər ətraflı araşdırma aparılmasını tələb edir. Bundan əlavə, kassasiya şikayətinin mümkünlüyünün qəbul olunması onu ehtiva etmiş olar ki, qərardad ötən 7 il ərzində qüvvəyə minməmişdir. Halbuki kassasiya şikayətinin mümkünlüyü ağlabatanlıq meyarları əsasında təhlil olunduqda görünür ki, bank ötən 7 il ərzində cavabdehdən kredit müqaviləsi üzrə borc tələb etməmiş, habelə işdə iddiaçı qismində iştirak etməsinə baxmayaraq, işin həllinə maraq göstərməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4*2.2.2, 4*5, 4*8.3 və 4*8.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlər in Sığortalanması Fondu (Vəkil2) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi düzgün deyildir. Belə ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Qeyd olunduğu kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 22 yanvar 2*16-cı il tarixli, *5/5 nömrəli qərarına əsasən İddiaçı2 ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv olunmuş və Baş sazişə əsasən tələb hüquqları Azərbaycan İpoteka Fonduna ötürülmüşdür. AİF-in 13 iyul 2*16-cı il tarixli məktubuna əsasən həmin kredit portfeli "xxxx" ASC-yə xidmətə verilmişdir. İddiaçı2 ASC həmin dö vrdə səlahiyyəti olmamasına baxmayaraq, qanunvericiliyə zidd olaraq 2(1*4)-1588/2*16 saylı iş üzrə iddia tələbindən imtina etmiş və iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim etmişdir. Məhkəmə isə müvafiq səlahiyyətinin olmamasına baxmayaraq iş üzrə icraata xitam vermişdir. Əmanətlərin Sığortalanması Fondu bütün bu baş verənlərdən 7 il ərzində məlumatsız olmuşdur. Əmanətlərin Sığortalanması Fondunun məlumatsız olması həmçinin onunla öz təsdiqini tapır ki, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2*15-ci il tarixli 2(*21 )-2363 saylı qətnaməsinin icra olunmasına dair icra vərəqəsi verilmiş, kredit borcunun ipoteka predmetinə yönəldilməsi ilə bağlı hərrac keçirilmiş, 15 oktyabr 2*2*-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi Gözəl" yaşayış kompleksi, ev 3, mənzil 16 Bank "xxxx" ASC-yə satılmış və mənzil boşaldılmışdır. Nəticədə qətnamə icra olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən Gəncə Apelyasiya Məhkəməsinin *1.*2.2*23-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, ləğv prosesində olan İddiaçı2ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu verilmiş kassasiya şikayəti mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmişdir. Gəncə Apelyasiya Məhkəməsi əsaslı olaraq *1.*2.2*23-cü il tarixli qərard ad qəbul etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(1*4)-1588 saylı qərardadı 18 iyul 2*16cı il tarixdə qəbul edilmişdir. Həmin qərardadın qəbul edilməsindən 7 (yeddi) il keçmişdir. İddiaçı 2*21-ci ilin ortalarında İddia ərizəsi üzrə sözü gedən mənzilə dair “X1 Mərkəzi” MMC-nin hərracın keçirilməsinə dair 15 oktyabr 2*2*-ci il tarixli YP -*11 saylı satış protokolunun etibarsız sayılmasına dair iddia qaldırmışdır. Həmin vaxtda Əmanətlərin Sığortalanması Fondunun məsələdən xəbərdar olmuşdur. Əmanətlərin sığortalanması Fondu Gəncə Apelyasiya Məhkəməsinə Gəncə Apelyasiya Məhkəməsinin 2(1*4)-1588 saylı 18 iyul 2*16-cı il tarixli qərardadını heç rəsmi qaydada əldə etmək üçün müraciət etmədən həmin qərardaddan kassasiya şikayət vermişdir. Bu hal bir daha Əmanətlərin Sığortalanması Fondunun həmin q ərardaddan xeyli öncə xəbərdar olmasını bildirir. Əlavə olaraq da bildirilir ki, Əmanətlərin Sığortalanması Fondu Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.11.2*22-ci il tarixli qərarından da xəbərdar olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
15. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
16. Maddə 13*.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
17. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
18. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
19. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
20. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron m əhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
21. Maddə 4*2.2.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
22. Maddə 4*3.1. Bu Məcəllənin 4*2-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
23. Maddə 4*5.*.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
24. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 4*8.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhk əməsi tərəfindən qaytarılır.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-1588/2*16 nömrəli, 1 fevral 2*23-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.