Məhkəmə qərarları › İş №2(102)-1516/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1516/2019

26.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1516/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxr 2018-ciil tarixli qətnaməsindən iş üzrə iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsi ilə (hakim R.Ataşova, iş № 2(011)- 2987/14) iddiaçı “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 1179,26 manat əsas borc, 2009,92 manat faiz borcu olmaqla, cəmi 3189,18 manat borcun, eyni zamanda 60 manat cərimə faizi borcunun və 30 manat dövlət rüsumunun əvəzinin “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ciil tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova-sədrlik edən və məruzəçi, İ.Xəlilov və İ.Kərimov, iş № 2(103)-xx/18) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Xətai Rayon Məhkəməsinin 2(011)-xx/2014 saylı xx xxx 2014-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ciil tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış, 10.01.2008-ci il tarixli 569 İ saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh “xxxx” ASC-nin xeyrinə 11 79,26 manat əsas borc, 2009,92 manat faiz borcu olmaqla, cəmi 3189,18 manat borcun, eyni zamanda 60 manat cərimə faizi borcunun və 30 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etdi və kassasiya şikayətində g östərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Vəkil izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n iş üzrə xx xxx 2018-ciil tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın rədd olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 569İ nömrəli 10.01.2008-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə illik 30% hesablanmaqla 3200 manat məbləğində kredit verilmişdir. Həmin tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh “xxxx” ASC-yə 10.01.2009-cu il tarixə kimi 3200 manat əsas borc, 543,51 manat faiz borcu olmaqla, cəmi 3743,51 manat məbləğində vəsait ödəməli idi. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh 11.03.2014-cü il tarixinə banka kredit üzrə 1179,26 manat əsas borcu, 2009,92 manat faiz borcu, cəmi 3198,18 manat borcu, eyni zamanda 707 manat cərimə faizi borcu olmuşdur. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 739-cu maddəsini rəhbər tutaraq iddianı təmin etmişdir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). İşə apellyasiya məhkəməsində baxılan zaman cavabdehin nümayəndəsi və vəkili Nüsrət Hüseyinov 13.11.2018-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə vermiş və həmin ərizənin apellyasiya instansiyasında verilməsini işə birinci instansiyada baxılarkən keçirilmiş məhkəmə iclasları barədə cavabdehin lazımi qaydada məlumatlandırılmaması, bu səbəbdən də qanunla qorunan müvafiq hüquqlarının həyata keçirilməsindən məhrum olması ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hal apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılarkən məlum olmuşdur ki, birinci instansiya məhkəməsində 25.06.2014-cü il tarixə təyin edilmiş məhkəmə iclası barədə cavabdehin adına göndərilmiş məhkəmə bildirişi poç t zərfinin üzərindəki qeydə əsasən «bu ünvanda yaşamır» səbəbindən geri qaytarıldığı üçün cavabdeh tərəfindən alınmamış və bu səbəbdən işə cavabdehin iştirakı olmadan baxılmışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə iddia müddətinin tətbiqi barədə ərizənin apellyasiya baxışı zamanı verilməsini və müzakirəsini mümkün hesab etmişdir. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq ed ilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 10.01.2009-cu il tarixdə bitmiş, iddiaçı isə hazırkı id dia ərizəsi ilə birinci instansiya məhkəməsinə 21.04.2014-cü il tarixdə müraciət etmişdir ki, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışda qeyd edilmiş cavabdehin 09.04.2012-ci il tarixdə banka 258,70 manat ödəniş etməsi ilə bağlı gətirdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, apellyasiya baxışı zamanı cavabdeh həmin məbləğin kredit üzrə ödəniş olmadığını, bank vasitəsilə apardığı köçürmə əməliyyatı ilə bağlı olduğunu bildirmiş və bu hal iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hətta cavabdeh 09.04.2012-ci il tarixdə banka ödəniş etmiş olsaydı belə, bu ödəniş üç illik iddia müddəti keçdikdən sonra aparılmışdır ki, bu hal da iddia müddətinin axımının kəsilməsi kimi nəzərə alına bilməz. Mülki Məcəllənin 380-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, müddəti 10.01.2009-cü il tarixdə bitmiş kredit müqaviləsi üzrə iddiaçının 10.01.2012-ci il tarixə kimi cavabdehə qarşı tələb etmək hüququ olmuşdur. Cavabdeh tərəfindən 10.01.2009-cu ildən 10.01.2012-ci il tarixə kimi banka heç bir ödəniş edilmədiyi hazırda işin mübahisəsiz halıdır. Əgər cavabdeh göstərilən müddət intervalında banka kredit müqaviləsi üzrə hər han sı bir ödəniş etsəydi, o zaman iddia müddətinin axımı kəsilər və fasilədən sonra iddia müddəti yenidən başlanmış hesab olunardı. Bu baxımdan iddiaçının 09.04.2012-ci il tarixdə banka ödəniş etdiyi nəzərə alınsa belə, bu hal artıq iddia müddətinin başa çatmasından sonra olduğundan, iddia müddətinin axımının kəsilməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etməmiş və həmin qətnaməni ləğv edib iş üzrə yeni qətnamə çıxarmaqla iddianı rədd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Kassasiya şikayətinin əsas dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı maddi hüquq normalarının düzgün tətbiq olunmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə iddia müddətini düzgün tətbiq etmiş və bu zaman maddi hüquq normalarının pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə 07.07.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddə tləri, 2000-ci il sentyabrın 1nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2007-ci il tarixli qərarında iddia müddətinin düzgün tətbiq olunmasının vacibliyini vurğulayaraq göstərmişdir: “İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir”. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ciil tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar