Məhkəmə qərarları › İş №2(102)-1518/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1518/2019

13.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1518/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1ağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 mart 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.M.Əliyev, iş 2(009)-344/2018) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1ağa oğluna və Cavabdeh2 qar şı kredit borcu və ona hesablanmış faizlərin tutulması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1ağa oğlundan və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 8387 ABŞ dolları əsas və 5110 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13.497 ABŞ dolları məbləğində kredit borcunun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 12 manat notariat xərcinin müştərək qaydada tutulması, ödənilməmiş 10 manat dövlət rüsumunun Cavabdeh1ağa oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizanın dəyəri olan 50 manatın Cavabdeh1ağa oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), A. Q.Hüseynov və İ.K.Xəlilov, 2(103)-10521/2018 saylı mülki iş) Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-344/2018 saylı, 01 may 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh1ağa oğluna qarşı təmin olunan hissəsində dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları Kreditor İddiaçı ASC-nin borclular Cavabdeh1ağa oğluna və Cavabdeh2 qarşı borc tələbinə dair ərizəsi təmin edilmiş, bu barədə əmr verilmişdir. Cavabdeh1ağa oğlu həmin əmrə etiraz vermiş və bununla əlaqədar iddia icraatına keçilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1ağa oğlu apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərarın qəbul edilməsini xahi ş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya inst ansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 3944 NF saylı, 22.04.2014-cü il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən 21.09.2017-ci il tarixə cavabdehin banka əsas borcu 8503.55 ABŞ dolları, faiz borcu 4689.21 ABŞ dolları, 16.03.2018-ci il tarixə (rəyin tərtib edildiyi tarixə) əsas borcu 8503.55 ABŞ dolları, faiz borcu 5681.29 ABŞ dolları təşkil edir. Bank tərəfindən cavabdehlərə borcun qaytarılmasına dair bildiriş göndərilsə də, cavabdehlər tərəfindən borcun ödənilməsi təmin edilmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin olunmuşdur. Apellyasiya instansiyası məhkə məsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsini işin müəyyən edilmiş hallarına tətbiq etməklə borclunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas, faiz və cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni k eyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlm işdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1ağa oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 03 oktyabr 2018 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar