Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-152/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin vəkili X4, Cavabdeh1 vəkili X3 iştirakı ilə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10354/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hakim Şahin Ab dullayev) xx xxxx 2019-cu il tarixli, 2(009)-580/2019 saylı qətnaməsi ilə İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı Cavabdeh1 İddiaçı1 ASC-nin xeyrinə ümumilikdə 127825,60 Avro, hüquqi təmsilçiyə görə 250 manat və ödənilmiş dövlət rüsumunun 4 manat məbləğinin tutulması və həmin məbləğin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli, 2(103)-2851/2015 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(103)-10669/2017 saylı qətnamələrinə əsasən verilmiş icra sənədlərində müəyyən olunmuş və İddiaçı1 ASC-dən tələbkar Elizabeth Feuchtenbergerə ödənilməsi tələb olunan məbləğlərlə əvəzləşdirilməsi barədə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya M əhkəməsi mülki kollegiyasının (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı1 ASC-nin xeyrinə ümumilikdə 127825,60 Avro, hüquqi təmsilçiyə görə 250 manat və ödənilmiş dövlət rüsumunun 4 manat məbləğinin tutulması və həmin məbləğin Bakı Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının xx xxxx 2015-ci il tarixli, 2(103)-2851/2015 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(103)-10669/2017 saylı qətnamələrinə əsasən verilmiş icra sənədlərində müəyyən olunmuş və İddiaçı1 ASC-dən tələbkar xxxxxxxxxxxx ödənilməsi tələb olunan məbləğlərlə əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx xxxxx 2017-ci il tarixli, 04 saylı iclas protokoluna əsasən “X8” (CDB) ASC-nin İddiaçı1 ASC-yə qoşulması şəklində İddiaçı1 ASC-nin yenidən təşkil edilməsi, “X8” (CDB) ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı1 ASC-yə keçirilməsi qə rara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx xxx 2017-ci il tarixli Çıxarışına əsasən İddiaçı1 ASC “X8” (CDB) ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. “X8” (CDB) (əvvəlki adı “xxxx” ASC-nin) satılmasına dair xx xxxxxx 2014-cü il tarixli İlkin Müqavilədən görünür ki, Cavabdeh1 (“Potensial satıcı”), X5 (“Potensial alıcı”) və “xxxx” ASC arasında Cavabdeh1 tərəfindən D.N.Quliyevə bankın səhmlərinin satılmasına dair İlkin Müqavilə bağlanmışdır. X10 İİİ hissəsinin 3.2-ci maddəsinin “C” bəndinin 12-ci abzasına əsasən “Əqd(lər) bağlanandan sonra ortaya çıxacaq, lakin əqd(lər) bağlanandan əvvəl edilmiş və/və ya törədilmiş vergi və digər bu k imi məcburi öhdəliklər üzrə əməliyyatlardan törənən itkilərə görə tam məsuliyyət “Potensial satıcının” və (və ya) əqd(lər) baş tutmazsa “bankın” üzərinə düşür”. Beləliklə sözügedən xx xxxxxx 2014-cü il tarixli İlkin müqaviləyə müvafiq olaraq əqd(lər) bağlanandan sonra ortaya çıxacaq, lakin əqd(lər) bağlanandan əvvəl edilmiş və (və ya) törədilmiş vergi və digər bu kimi məcburi öhdəliklər üzrə əməliyyatlardan törənən itkilərə görə tam məsuliyyət Cavabdeh1 üzərinə düşür. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli, 2(103)-2851/2015 saylı qətnaməsi ilə “xxxx” ASC-dən 73000 avro əsas borc, 45780,10 avro məbləğində faiz borcu, 2000 avro məbləğində nümayəndə xərci, ümumilikdə 120780,10 Avro məbləğində (ödəniş gününə Azərbaycan manatına uyğun məzənnə ilə) pulun al ınaraq iddiaçı xeyrinə tutulması qət edilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(103)10669/2017 saylı qətnaməsi ilə İddiaçı1 ASC-dən 7045,50 avro (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın avroya nisbətindən müəyyən edilmiş məzənnəsi ekvivalentində), hüquqi təmsilçiliyə görə 250 manat və ödənilmiş dövlət rüsumunun 4 manat məbləğinin cavabdeh İddiaçı1 ASC-dən tutularaq iddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həm Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli, 2(103)-2851/2015 saylı qətnaməsi, həm də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(103)-10669/2017 saylı qətnamələri qanuni qüvvəsini almış və icra olunması üçün müvaf iq olaraq Yasamal və Nəsimi rayon İcra və Probasiya Şöbələrinə göndərilmişdir. Hal-hazırda həm Yasamal rayon İcra vəProbasiya Şöbəsi, həm də Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən hər iki qətnamədə qeyd olunan məbləğlərinin İddiaçı1 ASC tərəfindən ödənilməsini məcburi qaydada tələb edirlər. Lakin yuxarıda artıq göstərildiyi kimi “xxxx” ASC-nin satılmasına dair xx xxxxxx 2014-cü il tarixli İlkin Müqaviləyə görə sözügedən borc məbləğlərinin ödənilməsi öhdəliyi Cavabdeh1 üzərinə düşür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. “X8 (CDB)” (əvvəlki adı “xxxx”) ASC-nin satılmasına dair xx xxxxxx 2014-cü il tarixli İlkin Müqavilədən görünür ki, Cavabdeh1 (“Potensial satıcı”), X5 “Potensial alıcı”) və “xxxx” arasında Cavabdeh1 tərəfindən D.N.Quliyevə əmlakın səhmlərinin satılmasına dair İlkin Müqavilə bağlanmışdır. X10 İİİ hissəsinin 3.2-ci maddəsinin “C” bəndinin 12-ci abzasına ısasən “Əqd (lər)” bağlanandan sonra ortaya çıxacaq, lakin əqd (lər) bağlanandan əvvəl edilmiş və (və ya) törədilmiş vergi və digər bu kimi məcburi öhdəliklər üzrə əməliyyatlardan törənən tikilərə görə tam məsuliyyət “Potensial s atıcının” və (və ya) əqd (lər) baş tutmazsa “bankın” izərinə düşür”. Beləliklə sözügedən xx xxxxxx 2014-cü il tarixli İlkin Müqaviləyə müvafiq olaraq əqd (lər) bağlanandan sonra ortaya çıxacaq, lakin əqd (lər) bağlanandan əvvəl edilmiş və (və ya) örədilmiş vergi və digər bu kimi məcburi öhdəliklər üzrə əməliyyatlardan törənən itkilərə görə tam məsuliyyət Cavabdeh1 üzərinə düşür. Bir daha qeyd etmək işəyirəm ki, yuxarıda artıq göstərildiyi kimi “xxxx” ASC-nin satılmasına dair xx xxxxxx 2014-cü il tarixli İlkin Müqaviləyə görə sözü gedən borc ləbləğlərinin ödənilməsi öhdəliyi Cavabdeh1 üzərinə düşür. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmamış və sonda yanlış nəticəyə əlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya Məhkəməsi qətnamədə qeyd etmişdir ki, İddiaçı1 ASC Cavabdeh1 ilə birlikdə həmin öhdəlik üzrə borcludur. O zaman sual olunur, belə olan halda borc məbləği hansı səbəbə görə Cavabdeh1 tutula bilməz, ax ı Cavabdeh1 məhkəmənin özü tərəfindən öhdəlik üzrə borclu hesab edilmişdir. Halbuki məhkəmə Cavabdeh1 «xxxx» ASC-nin xxxxxxxx qarşısında olan öhdəliklərin icrasına məsul olduğunu, öhdəlik üzrə borclu olduğunu özü qətnaməsində göstərmişdir. Belə olan halda məhkəmənin gəldiyi nəticə ilə müəyyən etdiyi işin halları arasında olan ziddiyyətlərin olması aşkardır. Tərəflərin izahatları: İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin vəkili X9 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələr inin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını y oxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin və Cavabdeh1 vəkili X3 izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı1 ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx xxxxx 2017-ci il tarixli, 04 saylı protokoluna əsasən “X8” (CDB) ASC-nin İddiaçı1 ASC-yə qoşulması şəklində İddiaçı1 ASC-nin yenidən təşkil edilməsi, “X8” (CDB) ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı1 ASC-yə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx xxx 2017-ci il tarixli Çıxarışına əsasən İddiaçı1 ASC “X8” (CDB) ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir (“X8” (CDB) əvvəlki adı “xxxx” ASC olmuşdur). Həmçinin müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli, 2(103)-2851/2015 saylı qətnaməsi ilə “xxxx” ASC-dən 73000 avro əsas borc, 45780,10 avro məbləğində faiz b orcu, 2000 Avro məbləğində nümayəndə xərci, ümumilikdə 120780,10 avro məbləğində (ödəniş gününə Azərbaycan manatına uyğun məzənnə ilə) pulun alınaraq iddiaçı xeyrinə tutulması qət edilmişdir. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(103)-10669/2017 saylı qətnaməsi ilə İddiaçı1 ASC-dən 7045,50 avro (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın avroya nisbətindən müəyyən edilmiş məzənnəsi ekvivalentində), hüquqi təmsilçiliyə görə 250 manat və ödənilmiş dövlət rüsumunun 4 manat məbləğinin cavabdeh İddiaçı1 ASC-dən tutularaq iddiaçı Elizabeth Feuchtenbergerin xeyrinə ödənilməsi qət edilmişdir. Həm Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli, 2(103)-2851/2015 saylı qətnaməsi, hə m də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(103)-10669/2017 saylı qətnamələri qanuni qüvvəsini almış və icra olunması üçün müvafiq olaraq Yasamal və Nəsimi rayon İcra və Probasiya Şöbələrinə göndərilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx xxxxxx 2014-cü il tarixli İlkin Müqaviləyə müvafiq olaraq əqd (lər) bağlanandan əvvəl edilmiş və (və ya) törədilmiş vergi və digər bu kimi məcburi öhdəliklər üzrə əməliyyatlardan törənən itkilərə görə tam məsuliyyət Cavabdeh1 üzərinə düşsə də, Cavabdeh1 “X8” (CDB) ASC-nin (əvvəlki adı «xxxx» ASC) öhdəliklərinə görə İddiaçı1 ASC qarşısında öhdəliyinin yaranması üçün hər hansı əqd mövcud deyil. Bununla belə nə qədər ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli ilkin müqavilə üzrə “X8” (CDB) ASC-ni n (əvvəlki adı “xxxx” ASC) yaranmış öhdəliklərinə məsuliyyəti öz üzərinə götürmüşdür, İddiaçı1 ASC “X8 CDB)” ASC-nin hüquqi varisi kimi sonuncunun öhdəliklərini icra etdikdən sonra icra edilmiş öhdəlik həcmində kreditorun hüquqlarını əldə edir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə “xxxx” ASC-dən tutulmalı olan pul məbləğləri üzrə İddiaçı1 ASC hüquqi varis kimi borclu hesab olunduğundan, onun tərəfindən həmin pul məbləği ödənildikdən sonra Cavabdeh1 qarşı reqres hüququ keçir. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən birgə öhdəlik yalnız icra edildikdən sonra onu icra etmiş borclunun digər borcluya qarşı reqress hüququ yaranır. Digər tərəfdən ləğv edilmiş hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyəti onun hüquqi varisi daşıyır. Belə olan halda xx xxxxxx 201 4-cü il tarixli İlkin müqavilə üzrə yaranmış öhdəliklərinə məsuliyyəti R.Cavabdeh1 daşıdığı kimi, “xxxx” ASC-nin başqa şəxs qarşısında yaranmış öhdəliklərinə görə məsuliyyəti də onun hüquqi varisi kimi İddiaçı1 ASC daşıyır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən gbründüyü kimi “xxxx” ASC-nin qarşısında yaranmış öhdəliyin icra edilməsi (pulun ödənilməsi öhdəliyi) İddiaçı1 ASC-nin üzərinə qoyulmuşdur. Lakin xx xxxxxx 2014-cü il tarixli İlkin Müqavilə üzrə “xxxx” ASC-nin məcburi öhdəlikləri icrasını R.Cavabdeh1 öz üzərinə götürdüyündən, o, “xxxx” ASC-nin qarşısında olan öhdəliklərin icrasına məsuldur. Lakin məhkəmə qətnamələri ilə “xxxx” ASC-dən tutulmalı olan pul vəsaiti üzrə İddiaçı1 ASC hüquq varisliyi qaydasında borclu “xxxx” ASC ilə əvəz olunduğundan, o Cavabdeh1 ilə birlikdə həmi n öhdəlik üzrə borcluya çevrilmişdir. Bu səbəbdən qanunvericiliyin tələblərinə əsasən İddiaçı1 ASC borclu kimi həmin öhdəliyi icra etdikdən sonra onun digər borclu olan Cavabdeh1 qarşı reqres hüququ yarana bilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələbi faktiki olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icra qaydasını dəyişdirmək mahiyyətini daşıyır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(103)-2851/2015 saylı və xx xxxxxxx 2017-ci il tarixli, 2(103)-10669/2017 saylı qətnamələri ilə İddiaçı1 ASC-dən (“xxxx” ASC-nin hüquqi varisi kimi) pul vəsaitinin tutularaq xxxxxxxxxx ödənilməsi müəyyən edilsə də, hazırki iddia tələbləri təmin ediləcəyi halda pul vəsaitinin Cav abdeh1 tutulmalı olması müəyyən ediləcəkdir. İddia tələblərinin təmini faktiki olaraq qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə aktının icrasına maneələr yaradılması, mülki prosesin təməl prinsiplərindən olan məhkəmə aktların məcburiliyi və ədalətli məhkəmə araşdırılması prinsiplərinin və son nəticədə həmin qətnamələr üzrə tələbkar olan qanunla qorunan hüquq və mənafelərinin pozulması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, i ctimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “X1 şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyə tlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” işdə göstərmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəsin məhkəmədə və ya məhkəmə funksiyalarını həyata keçirən orqanda mülki hüquq və vəzifələri ilə bağlı iddia qaldırmaq hüququnu təmin edir; beləliklə, həmin bənd “məhkəmə araşdırması” hüququnu təsbit edir; məhkəməyə müraciət etmək imkanına malik olmaq hüququ, yəni mülki məsələlərlə bağlı məhkəmə prosesinə başlamaq hüququ isə həmin hüququn bir aspektini təşkil edir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. 6-cı maddənin 1-ci bəndində mübahisə tərəflərini məhkəmə qərarlarının i cra olunması hüququ ilə təmin edən prosessual təminatların ətraflı təsvir edilməsi ağlabatan olmazdı; 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifıkasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” tərkib hissəsi sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında olan müqavilənin şərtləri qanuni qüvvəyə minmiş, üçüncü şəxsin xeyrinə olan məhkəmə aktının icra qaydasını dəyişdirə bilməz və birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi həmin müqavilə yalnız məhkəmə qətnaməsi borcu tərəfindən icra edildikdən sonra qarşı tərəfdən reqres qaydasında tələb etmə hüququnu verir. Şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri t əmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)10354/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-152/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-152/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver