Məhkəmə qərarları › İş №2(102)-1521/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1521/2019

29.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1521/2019 29.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İbayev Vəfaddin Ələm oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.06.2018-ci il tarixli, 2(103)4984/2018 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhə ri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 25.01.2018-ci il tarixli, 2(006)-57/2018 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə iddiası qismən təmin olunmuş, Cavabdeh1 iddiaçının xeyrinə 14941 manat 16 qəpik əsas, 537 manat 88 qəpik faiz borcu olmaqla, cəmi 15479 manat 04 qəpik məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilən 30 manat dövlət rüsumunun və 01 manat bank xidmət haqqının tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 71000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışda n əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, Cavabdeh1 50 manat ekpertiza xərcinin dövlət nəfinə, 150 manat xərcin isə «xxxx» MMC-nin xeyrinə ödənilməsi qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov, S.Hacıyev, F.Talışinski) 12.06.2018-ci il tarixli, 2(103)-4984/2018 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin Cavabdeh1 və qeyrisinə qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(006)-57/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(006)-57/2018 sa ylı qətnaməsinin qismən, yəni tələbdən kənara çıxılan hissəsində ləğv olunması və cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləğinin14922 manat 44 qəpik müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.06.2018ci il tarixli, 2(103)-4984/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı ləğv prosesində olan «xxxx» ASC Cavabdeh1 və qeyrisinə qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət e dərək, Cavabdeh1 14922 manat 44 qəpik əsas borcun, 4037 manat 29 qəpik faiz borcunun, cəmi 18959 manat 73 qəpik borcun və 31 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh2 məxsus ünvan 1, mənzil 27-yə yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə satılması, hərracdan 1 ay sonra mənzilin boşaldılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işin faktiki halları araşdırılmamış, bununla da maddi və prosessual hüquq normalarının tələ bləri pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.06.2018ci il tarixli, 2(103)-4984/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş materiallarında olan keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 04 dekabr 2017-ci il tarixli 19967 saylı rəyinə əsasən, Cavabdeh1 28 sentyabr 2016-cı il tarixədək banka olan kredit borcunun 154790.04 manat (əsas borcu üzrə 14941.16 manat, faiz borcu üzrə 537.88 manat) məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, ekspertiza rəyi ilə faizlər iddia tələbindən (4037 manat 29 qəpik) daha aşağı məbləğdə müəyyən olunmuş, məhkəmə həmin hissə də iddianı qismən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə əsas borcun məbləği iddia tələbindən artıq məbləğdə müəyyən olunmuş, birinci instansiya məhkəməsi isə əsassız olaraq iddia tələbindən kənara çıxmış, əsas borcu ekspertiza rəyində göstərilən həddə təminet miş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə uyğun olaraq ipoteka predmetinin dəyərini də müstəqil qiymətləndirici vasitəsilə müəyyən edərək, qətnamədə ilkin satış qiymətini 71000 manat həddində göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh mənzilin dəyərinin daha artıq olmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olanhalda, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin dəyərinin (ilkin satış qiymətini) müstəqil qiymətləndirici «xxxx» MMC-nin ********** saylı 20 oktyabr 2017-ci il tarixli rəyinə əsasən müəyyən edilməsini qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tələbdən kənara çıxılan hissədə ləğv olunmalı, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləği 14922 manat 44 qəpik müəyyən olunmalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətlərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəli llər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.06.2018-ci il tarixli, 2(103)-4984/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar