Məhkəmə qərarları › İş №2(102)-1522/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1522/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1522/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; öhdəliklərin icrasının təmin edilməsi üsulları; zaminlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2025-ci il tarixli 2(106)-266/2025 nömrəli qətnaməsində n İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kassasiya şikayətinə dair işə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı QSC ilə X5 arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli, 022A********** nömrəli kredit müqaviləsinə əsasən, X3 aylıq faiz dərəcəsi 2.0833% olmaqla 12 ay müddətinə 10.000 manat kredit verilmişdir.

2. Zaminlik müqaviləsinə əsasən, kreditin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin arasında zaminlik müqavilələri bağlanmışdır.

3. Zaminlik müqaviləsinə əsasən, kreditin təminatı olaraq Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin arasında zaminlik müqavilələri bağlanmışdır. 4. 15 fevral 2024-cü il tarixli Maliyyə arayışına əsasən, X2 İddiaçı QSC-yə (bu ndan sonra mətndə-iddiaçı) 15 yanvar 2020-ci il tarixli kredit razılaşması üzrə 6.936,37 manat məbləğində əsas borcu, 6.104,78 manat faiz borcu, 5.785,30 manat məbləğində cərimə borcu, cəmi 18.826,45 manat borcu vardır.

5. Cavabdehlərə iddiaçı tərəfindən borcun qaytarılmasına dair xəbərdarlıq olunmuşdur. 6. 01 avqust 2023-cü il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsi arayışına əsasən X2 xx.xx.1975-ci il tarixdə Neftçala rayonu, Şorkənd kəndində anadan olduğu, ölüm səbəbindən xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxdığı qeyd edilmişdir.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 14 fevral 2024-cü il tarixli sorğuya cavab məktubunda xx.xx.1975-ci il təvəllüdlü X2 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi olmadığı qeyd olunmuşdur.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 15 mart 2024-cü il tarixli sorğuya cavab məktubunda X2 adına ailə üzvləri ilə ümumi birgə Neftçala rayonu, Şorkənd kəndində yerləşən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli 0.5635 ha, ********** qeydiyyat nömrəli 1.102 ha, ********** qeydiyyat nömrəli 1.1653 ha və ********** qeydiyyat nömrəli 0.1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınması qeyd olunmuşdur.

9. Neftçala rayon notariat ofisinin 42 nömrəli sorğuya cavab məktubunda xx.xx.2020ci il tarixdə vəfat etmiş X1 qalan mirasla əlaqədar Neftçala rayon notariat ofisində vərəsəlik işi açılmadığı və vərəsələrin hazırki günə qədər notariat ofisinə müraciət etmədikləri qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 6.936,37 manat məbləğində kredit borcu, 6.104,78 manat faiz borcu, 5.785,30 manat məbləğində cərimə borcu, cəmi 18.826,45 manat borc və iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 146,48 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh X5 arasında 15 yanvar 2020-ci il tarixli, 022A********** nömrəli kredit xətti müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% olmaqla 12 ay müddətinə, kredit mü qaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 16 iyun 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3063,63 manat ödəniş etmiş və onun iddiaçıya 6.936,37 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1339 gün üçün hesablanmış faiz borcu 6104,78 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 1339 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 5.785,30 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etməl hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə X2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1, Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X5 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən borclu X2 vəfat etdiyi iddiaçıya məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********55 saylı məktubuna əsasən X2 adına Neftçala rayon, Şorkənd kəndində ümumi birgə payd a 2.96 ha torpaq sahəsinə dair JN-167, kod 80704068 olan torpaq mülkiyyətinə dair Dövlət Aktı tərtib edilmişdir.

12. Neftçala Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 11 oktyabr 2024-cü il tarixli 2(053)-932/2024 saylı qətnaməsi (hakim S.İ.Quliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6936,37 (altı min doqquz yüz otuz altı manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 6104,78 (altı min yüz dörd manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 486 (dörd yüz səksən altı) manat məbləğində cərimə borcu, cəmi 13527,15 (on üç min beş yüz iyirm yeddi manat on beş qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 130,58 (yüz otuz manat əlli səkkiz qəpik) manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərdən kredit məbləğini və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır.

14. Qanunvericiliyin müddəalarına əsaslanaraq məhkəmə hesab edib ki, cavabdehlər iddiaçı qarşısında müvafiq öhdəliyin yerinə yetirilmədiyinə görə birgə məsuliyyət daşıyırlar.

15. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edib ki dəbbə pulunun miqdarı 486 manat məbləğində müəyyən edilməlidir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 448.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdehlər apellyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, müqavilə müddəti 2021-ci ilin yanvarında bitmiş və iddiaçı tərəfindən 3 ildən çox müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları qanunvericiliyə uyğun olaraq yetərincə araşdırılmamış, qanunvericiliyin tələbləri doğru və düzgün diqqətə alınmamış, nəticədə qanunsuz və əsassız yekun qərar qəbul olunmuşdur. İddiaçı ilə zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış zaminlik müqavilələri 15 yanvar 2020-c i il tarixdə 12 ay müddətinə bağlanmışdır. Yəni zaminlik müqaviləsinin bitmə tarixi 2021-ci il 15 yanvar tarixi olmuşdur. Müqavilə müddəti 2021-ci ilin yanvarında bitmiş və iddiaçı bank tərəfindən 3 ildən çox müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi verilmişdir. Məhkəmə tərəfindən həmin müddət kəsici müddət kimi nəzərə alınaraq iddia rədd edilməli olduğu halda iddianın qismən təmin edilməsi ilə bağlı qətnamə qəbul edilmişdir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 477.0.4-cü maddəsi maddəsinin tələbi pozulmaqla qətnamə qəbul olunmuşdur. Məhkəmə tərəfindən zaminlik müqavilələrinin hansı tarixdə, hansı şərtlərlə bağlanması və hansı tarixdə bitməsi halları dolayısı ilə zaminlərdən tələb hüququ üçün müəyyən edilmiş müddətin ötürülməsi aydınlaşdırılmamış, həmç inin əsas borclunun vərəsələrinin cavabdeh kimi göstərilməməsinin səbəbləri araşdırılmamışdır.

19. İddiaçının nümayəndəsi Vəkil2 bildirmişdir ki, kredit alan şəxs vəfat etdiyi üçün həmin şəxsin vərəsələrinin dairəsinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular verilmiş, məhz bu səbəbdən də qanunla müəyyən edilmiş 1 illik müddət ötürülmüşdür. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının xx.xx.2025-ci il tarixli, 2(106)-266/2025 nömrəli (hakimlər P.T.Əhmədov sədrlik edən və məruzəçi), T.S.Kərimov, C.F.İmanov ibarət tərkibdə) qətnaməsi ilə, сavabdehlərin apellyasiya şikayəti təmin edilməsi, birinci instansiya məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(053)-932/2024 saylı qətnaməsinin ləğv edilməsi və iş üzr ə yeni qətnamə çıxarılması, iddianın rədd edilməsi və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi 74 (yetmiş dörd) manat məbləğində pul vəsaiti iddiaçıdan alınıb cavabdehlərə verilməsi qət edilmişdir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edib ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur.

22. Birinci instansiya məhkəməsinin kredit borcunun zaminlərdən tutulması hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir.

23. Qeyd edilməlidir ki, MM-in 477.0.4-ci maddəsində müəyyən edilmiş müddət məhkəmə tərəfindən kəsici müddət kimi nəzərə alınaraq iddia rədd edilməli olduğu halda iddianın təmin edilməsi ilə bağlı qətnamə qəbul edilmişdir.

24. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edib, çünki məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Beləcə, dövlət adından qəbul edilən qətnamə ehtimallar ə sasında çıxarılmamalıdır.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 85.1, 386.1, 477.0.4, 1306.1, 1307-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 16 oktyabr 2020-ci il qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri:

26. İddiaçı apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(106)-266/2025 saylı qətnaməsini ləğv edərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnaməsində yalnız hüquq normalarının düzgün tətbiq edilmədiyini deməklə kifayətlənmiş və bu düzgün tətbiq etməmənin tam nədən ibarət olduğunu qeyd etməyərək bu məsələyə səthi yanaşmışdır. Bank tərəfindən iddia müddəti ötürülməmiş, Bank xx.xx.2022-cı il tarixdə X4, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Neftçala rayon Məhkəməsinə müraciət olunmuşdur. Neftçala rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işin məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Lakin həmin mülki işlə bağlı sənədlərin əslləri banka təqdim olunmamışdır. Göründüyü kimi Bank Neftçala rayon məhkəməsinə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə müraciət etsə də məhkəmə onun hüquqlarının təmini ilə bağlı heç bir tədbir görməmiş, əksinə mülki işi baxılmamış saxlayaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədləri verilmiş sorğulardan sonra belə banka təqdim etməməklə bankın məhkəməyə müraciət edərək hüquqlarının müdafiəsi prinsipini pozmuşdur. Bundan sonra Bank tərəfindən dəfələrlə yenidən məhkəməyə müraciət olunması üçün iş materiallarının banka təqdim olunması barədə Neftçala rayon Məhkəməsinə sorğular yazılsa da həmin sorğulara heç bir cavab verilməmiş və bankın məhkəməyə müraciət etmək hüququ məhkəmə tərəfindən tam məhdudlaşdırılmışdır. Bundan başqa Bank vəkil tərəfindən də müvafiq sorğular verilmişd ir.

28. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.8, 372.1, 377.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

29. Cavabdehlər kassasiya şikayətinə etiraz ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-266/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Madd 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

33. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

34. Maddə 477.0.4 Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

40. İşin hallarından görünür ki, iddiaçı bankla zaminlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilələrin 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, kredit müqaviləsinin müddəti bitdikdən sonra zaminlik 3 il ərzində qüvvədə olacaq. Kredit müqaviləsi isə xx.xx.2020-ci il tarixdə bağlanmış, qüvvəsi 12 ay, yəni xx.xx.2021-ci i l tarixədək müəyyən edilmişdir.

41. MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilmə əsaslarından biri zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarması olduğundan hazırkı halda cavabdehlərin zaminliyi xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

42. Kollegiya iddianın təmin edilməli olmadığına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı halda zaminlik müqavilədə onun verilmə müddətinin keçməsi əsası ilə xitam olunduğundan kassasiya şikayəti əsassızdır.

43. Kollegiya eyni zamanda qeyd edir ki, zaminliyin verilmə müddəti kəsici müddət olmaqla bankın ölmüş borclunun vərəsələrinin axtarılması üçün sərf etdiyi müddət bu müddətin axımını dayandırmamışdır.

44. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəli r ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2025-ci il tarixli 2(106)-266/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar