Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1524/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanmaya görə pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2021-ci il tarixli, 2(105)-3441/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Su mqayıt şəhəri, 10-cu mikrorayonda yerləşin 55 saylı binanın 35-ci mənzili X5 məxsus olub. Qalina Kazımova 20.04.1999-cu ildə vəfat edib. Aslanova Xanımnaz Qüdrət qızı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri, 10cu mikrorayonda yerləşin 55 saylı binanın 35-ci mənzilinə dair Aslanova Xanımnaz Qüdrət qızı ilə X2 arasında alqı-satqı əqdinin 20.03.1999-cu il tarixdən bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
2. Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2007-ci il tarixli, 2-676 saylı qətnaməsi ilə iddia tələbi təmin edilib. Bu qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin MİÜMK-nin 04.10.2007-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb. Lakin Ali Məhkəmənin MİÜMK-nin 13.02.2008-ci il tarixli qətnaməsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin MİÜMK-nin 04.10.2007-ci il tarixli qətnaməsi ləğv edilib və iş yenidən baxılması üçün göndərilib. Sumqayıt Apellyasiya Məhkəməsinin MİÜMK-nin 19.05.2008-ci il tarixlu qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2007-ci il tarixli qətnaməsi ləğv edilib və iddia tələbi təmin edilməyib. Ali Məhkəmənin 08.08.2008-ci il tarixli, 2(102)-1999/08 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin MİÜMK-nin 19 may 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
3. Həmin mülki işin icraatı başa çatanadək Aslanova Xanımnaz Qüdrət qızı Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2007-ci il tarixli, 2-676 saylı qətnaməsini DƏDRX-nin Sumqayıt Ərazi İdarədinə təqdim edərək mənzil üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmış və mənzili 15 avqust 2007-ci il tarixdə İddiaçı Zaur oğluna satmışdır.
4. Qalina Kazımovanın vərəsəsi Cavabdehlər İddiaçı Zaur oğluna, Aslanova Xanımnaz Qüdrət qızına, X4 və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşin 55 saylı binanın 35-ci mənzilinnin alqısatqısına dair Aslanova Xanımnaz Qüdrət qızı ilə İddiaçı Zaur oğlunun arasında 15 avqust 2007-ci il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması, mənzilin cavadehlərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və əvvəlki qeydin bərpa olunması, cavabdehlərin ailə üzvləri ilə mənzildən və qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edib.
5. Eyni zamanda Əbülfəz Həşimov cavabdehlər Xanımnaz Aslanovaya və Cavabdeh qarşı qarşılıqlı iddia verərək, mənzilin alqı-sa tqısı üçün ödənilmiş 36500 manat pulun və mənzilin təmiri üçün xərclənmiş 5000 manat pulun cavabdehlərdən tutulub ona ödənilməsini xahiş edib.
6. Bundan başqa, Xanımqız Aslanova da qarşılıqlı iddia verərək, Cavabdeh, T.Kazımov və E.Kazımovadan mənzilin alğı-satqısı üçün Qalina Kazımovaya ödənilmiş 5500 ABŞ dolları, Cavabdeh və T.Kazımova verdiyi 2800 ABŞ dolları və koeffisent olaraq cəmi 60000 manat pulun tutulmasını xahiş edib.
7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2902/2008 saylı, 17 dekabr 2008-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı və digərlərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və digər tələblərinə dair iddiası təmin edilmiş, ünvan 1-ə dair Xanımqız Aslanova ilə İddiaçı arasında bağlanmış 15.08.2007-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilm iş, dövlət reyestrində qeyd ləğv edilmiş, X2 adına qeyd bərpa edilmiş, İddiaçı, Xanımqız Aslanova və digərləri mənzilə pasport qeydiyyatından çıxarılmışlar. Həmçinin mənzilin alqı-satqısı üçün ödənilmiş 36500 manat mənzilin dəyəri və 4000 manat təmir xərclərinin X6 Həşimovun xeyrinə tutulması qət edilmiş, İddiaçı iddiası qalan hissədə təmin edilməmişdir. X8 iddiası rədd edilmişdir. 8.Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-482/2009 saylı, 30.06.2009-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2008-ci il tarixli qətnaməsi qarşılıqlı iddialara aid hissədə ləğv edilmiş, İddiaçı qarşılıqlı iddiası qismən təmin edilmiş, X6 Həşimovun xeyrinə 36500 manat pul tutulmuş, Xanımqız Aslanovanın qarşılıqlı iddiası qismən təmin edilərək, Cavabdeh, T.S.Kazımovada n və E.S.X1 xeyrinə 5500 ABŞ dolları pul tutulmuş, Cavabdeh mənzildən çıxarılma barədə iddiası təmin olunmuş, Xanımqız Aslanova, İddiaçı və digərlərinin mənzildən çıxarılmaları qət edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Həmçinin müqavilənin etibarsız hesab edilməsi, qeydin ləğv edilməsi və qeydin bərpa edilməsi, cavabdehlərin mənzildən və pasport qeydiyyatından çıxarılmalarının pulun tutulması ilə eyni vaxta icra edilməsi qətnamədə göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavavdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 25000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələb i onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən əmlaka dair onunla X7 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X.Q.Aslanovadan mənzilə dair məbləğin geri qaytarılması qət edilmişdir. Məhkəmə qətnamələri ilə mənzil cavabdehə qaytarılmışdır. Həmçinin tərəflər əvvəlki vəziyyətinə gətirilmişdir. Cavabdeh onun şəxsi vəsaiti hesabına mənzildə aparılmış təmir nəticəsində əsassız varlanmışdır. Belə ki, mənzili aldıqdan sonra digər yaşayış sahəsi olmadığına görə cari təmir edərək mənzilə köçüb. Bundan sonra uzun müddət maddi imkanı olmadığına görə mənili əsaslı təmir etmirdi. Məhkəmə mübahisələri gedən zaman haqlı olduğunu bildiyi üçün və onun mənzildəki payından yazılı imtinası olduğu üçün ədalətli qətnamə çıx acağına inanırdı. Bu səbəbdən də həmin dövrdə artıq ailəsi ilə birgə təmirsiz evdə yaşaya bilmədiyinə görə məcbur qalaraq evi əsaslı təmir edib və həmin təmirə 25000 manat pul xərcləyib. Halhazırda məhkəmə qətnaməsi ilə mənzili təhvil verməli olduğu cavabdeh onun hesabına aparılan yüksək təmirli evə köçəcəkdir. Mənzillə bağlı məhkəmə mübahisələri 2009-cu ildə baş verib. Lakin o, mənzili 2013-cü ildə təmir etdirib. Təmirə 25000 manat pul xərcləyib. Ev təmirsiz olduğundan və onun başqa yaşayış yeri olmadığından evi təmir etdirmək məcburiyyətində qalıb. Mənzilin boşaldılması Xanımqız Aslanovadan pulun tutulması ilə eyni vaxtda icra edilməli olduğundan icra bu vaxta qədər ləngiyib.
11. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiy asının 2(105)-482/2009 saylı, 30 iyun 2009-cu il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə 12.11.2010-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraata başlanmışdır. İddiaçı borclu olan Aslanova Xanımqız ilə əlbir olaraq bilərəkdən müxtəlif predmetli əsassız iddialarla məhkəməyə müraciət etməklə qanuni qüvvəyə minmiş 30.06.2009-cu il tarxli məhkəmə qətnaməsinin icrasına süni maneələr yaradır. Cavabdeh mülkiyyət hüququnu əldə etməyinə baxmayaraq sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. İddiaçı isə cavabdehə məxsus daşınmaz əmlakdan gen-bol istifadə etməklə qanunsuz olaraq ondan faydalanır. Etibarsız hesab olunmuş alğı-satqı müqaviləsi Xanımqız Aslanova ilə iddiaçı arasında bağlanılmışdır, buna görə də müqavilə üzrə cavabdehliyi Xanımqız Aslanova daşımalıdır.
12. Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh oğluna qarşı cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 25.000 manat pulun iddiaçının xeyrinə tutulması barədə iddianın təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1-ə dair məhkəmə mübahisəsi gedən vaxt iddiaçı cavabdehə qarşı təmir xərcləri ilə bağlı iddia qaldırmış və qanuni qüvvəyə minmiş məhkəmə aktında bu iddiaya qiymət verilmişdir. Lakin iddiaçının özünün də bildirdiyi kimi hazırkı iddia tələbində iddiaçı mənzilin təmirinə sonradan, yəni 2013-cü ildə sərf etdiyi xərci cavabdehdən tələb edir. Bu səbəbdən hazırkı iddia həmin vaxt verilmiş iddia ilə eyni predmet və əsas təşkil etmir.
14. İş üzrə tədqiq edilmiş məhkəmə aktları ilə müəyyən edilir ki, ünvan 1, 15.08.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Xanımqız Aslanova tərəfindən iddiaçıya satılmışdır. Bundan sonra isə cavabdehin iddiası əsasında həmin alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. X3 iddiaçının xeyrinə 36500 manat pulun tutulması qət edilmişdir. Hal-hazıra kimi qətnamə icra edilməmişdir. İddiaçı isə 2013-cü ildə mübahisəli mənzili təmir etdirdiyini bildirərək həmin təmir xərcinin cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz tələbini mənzilin cavabdehə qaytarılacağı təqdirdə cavabdehin əsassız varlanacağı ilə əsaslandırır.
15. Mülki Məcəlləyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1.). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1092.2.).
16. İşdən göründüyü kimi mübahisəli mənzil 2009-cu ildə yekunlaşmış məhkəmə mübahisəsi üzrə qəbul edilmiş qətnaməyə əsasən cavabdehə qaytarılmalıdır. İddiaçı mənzili 2013-cü ildə təmir etdirdiyini bildirir və həmin təmir xərcini cavabdehdən tələb edir. Halbuki, həmin vaxt iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən mənzili cavabdehə qayt armalı olduğunu bilirdi. Belə olan halda iddiaçının mübahisəli mənzilin təmirinə çəkdiyi xərclərlə bağlı cavabdeh hər hansı öhdəlik daşıya bilməz. İddiaçı həmin mənzili həqiqətən təmir etdirmiş və təmir işlərinə iddia ərizəsində göstərilən məbləğdə vəsait sərf etmiş olsa belə cavabdeh mənzilin ona qaytarılacağı halda əsassız varlanmış sayıla bilməz. Çünki bu varlanmaya əsas verəcək qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud idi və iddiaçı bunu bilirdi. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunma sı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2021-ci il tarixli, 2(105)-3441/2021 saylı qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 21.İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qa ytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətində iddia ərizəsində göstərilən işin faktik halları təkrarlanmış, həmçinin göstərilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Onun mənzildə təmir işlərini aparıb evin dəyərini kifayət qədər artırmasına, Cavabdeh mənzilə çəkilmiş təmir tikinti xərclərinin tutulmasına haqqı var. Əks halda Cavabdeh təmirsiz mənzili yeni təmirli mənzil qazanırsa əsassız varlanmaya gətirib çıxarır. Məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 10-cu mkr., ev 55, 35 saylı mənzil 15 avqust 2007-ci ildə alqı-satqı müqaviləsinə əsasən Xanımqız Aslanova tərəfindən satılmışdır, belə olan təqdirdə varlanmış şəxs X.Aslanova hesab edilməlidir. Bu halda o, əsl cavabdeh kimi işdə ola bilməz. Qanunun mənasına əsasən məhkəmə cavabdehin əsl cavabdehlə əvəz edilməsi üçün təşəbbüs irəli sürməlidir, amma məhkəmə bunu etməmişdir. Məhkəmə tərəfindən bir çox prosessual normalar pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonrala r aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
25. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 31.İşin müəyyən olunan hallarından göründüyü kimi iddiaçının yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 55 saylı binanın 35-ci mənzili X5 məxsus olmuş, Qalina Kazımova 20.04.1999-cu ildə vəfat etmiş, Aslanova Xanımnaz Qüdrət qızı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, sözügedən mənzilə dair Aslanova Xanımnaz Qüdrət qızı ilə X2 arasında alqı-satqı əqdinin 20.03.1999-cu il tarixdən bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2007-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin MİÜMK-nin 19.05.2008-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2007-ci il tarixli qətnaməsi ləğv edilib və iddia tələbi təmin edilməyib. Həmin mülki işin icraatı başa çatmamış Aslanova Xanımnaz Qüdrət qızı Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2007-ci il tarixli qətnaməsini DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinə təqdim edərək mənzil üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmış və mənzili 15 avqust 2007-ci il tarixdə İddiaçı Zaur oğluna satmışdır.
32. Bundan xəbər tutan Qalina Kazımovanın vərəsəsi Cavabdehlər İddiaçı Zaur oğluna, Aslanova Xanımnaz Qüdrət qızına, X4 və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin alğı-satqısına dair 15 avqust 2007-ci il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması, mənzilin cavadehlərin adına daşınmaz əmlakın dövlət reyest rində aparılmış qeydiyyatın ləğv edilməsi və əvvəlki qeydin bərpa olunması, cavabdehlərin ailə üzvləri ilə mənzildən və qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda X12 Aslanovaya və Cavabdeh qarşı qarşılıqlı iddia verərək, mənzilin alğı-satqısı üçün ödənilmiş 36500 manat pulun və mənzilin təmiri üçün xərclənmiş 5000 manat pulun cavabdehlərdən tutulub ona ödənilməsini xahiş etmişdir. Bundan başqa, Xanımqız Aslanova da qarşılıqlı iddia verərək, Cavabdeh, T.Kazımov və E.Kazımovadan mənzilin alğı-satqısı üçün Qalina Kazımovaya ödənilmiş 5500 ABŞ dolları, Cavabdeh və T.Kazımova verdiyi 2800 ABŞ dolları və koeffisent olaraq cəmi 60000 manat pulun tutulmasını xahiş etmişdir.
33. Həmin mülki iş üzrə ünvan 1-ə dair Xanımqız Aslanova ilə İddiaçı arasında bağlan mış 15.08.2007-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, dövlət reyestrində X2 adına qeyd bərpa edilmiş, İddiaçı, Xanımqız Aslanova və digərlərinin mənzildən və mənzilə pasport qeydiyyatından çıxarılması, mənzilin alqı-satqısı üçün ödənilmiş 36500 manat pulun X6 Həşimovun xeyrinə tutulması, Cavabdeh, T.Kazımovadan və E.X1 xeyrinə 5500 ABŞ dolları məbləğdə pulun tutulması qət edilmişdir. Həmçinin müqavilənin etibarsız hesab edilməsi, qeydin ləğv edilməsi və qeydin bərpa edilməsi, cavabdehlərin mənzildən və pasport qeydiyyatından çıxarılmanın pulun tutulması ilə eyni vaxta icra edilməsi qətnamədə göstərilmişdir.
34. Həmin iddiaya baxılanda Sumqayıt Apellyasiya Məhkəməsi MÜMK X9 Aslanovaya və Cavabdeh qarşı mənzilin təmiri üçün xərclənmiş 4000 manat pulun tutulması tələbinə münasibətdə bildirmişdir ki, İddiaçı bu hissədə iddia tələbini əsaslandırmaq üçün kifayət qədər sübutlar təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi bu hissədə iddianı əsassız təmin etmişdir, Ş.Həşimovun iddiası təmin olunmamalıdır.
35. İddiaçı hazırda bildirir ki, həmin işə baxıldıqdan sonra, yəni 2013-cü ildə mənzildə yenidən təmir işləri görmüşdür və həmin təmir işlərinə 25.000 manat xərc çəkmişdir.
36. İddianı rədd edərkən məhkəmələrin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil 2009-cu ildə yekunlaşmış məhkəmə mübahisəsi üzrə qəbul edilmiş qətnaməyə əsasən cavabdehə qaytarılmalıdır. İddiaçı mənzili 2013-cü ildə təmir etdirdiyini bildirir və həmin təmir xərcini cavabdehdən tələb edir. Halbuki, həmin vaxt iddiaçı qanuni qü vvəyə minmiş məhkəmə aktına əsasən mənzili cavabdehə qaytarmalı olduğunu bilirdi. Belə olan halda iddiaçının mübahisəli mənzilin təmirinə çəkdiyi xərclərlə bağlı cavabdeh hər hansı öhdəlik daşıya bilməz. İddiaçı həmin mənzili həqiqətən təmir etdirmiş və təmir işlərinə iddia ərizəsində göstərilən məbləğdə vəsait sərf etmiş olsa belə cavabdeh mənzilin ona qaytarılacağı halda əsassız varlanmış sayıla bilməz. Çünki bu varlanmaya əsas verəcək qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud idi və iddiaçı bunu bilirdi. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz.
37. Məhkəmə kollegiyası iddianın rədd olunması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmaların ı özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər (Mülki Məcəllənin 157.7-ci maddəsi).
38. Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məh kəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
39. Göründüyü kimi iddiaçı əmlakın onda olmasının qanunsuz olduğunu, mənzili təhvil verməli olduğunu 2008-ci ildə bilmişdir. Bundan sonra iddiaçı mənzildə təkrar təmir aparmaqla mülkiyyətçidən xərclərin ödənilməsini tələb edir. Halbuki, bu xərclərin çəkilməsinə mülkiyyətçinin razılığı müəyyən edilmir.
40. İddiaçı tələbini əsassız varlanmaya istinadla irəli sürdüyünə görə, ümumiyy ətlə cavabdehin əsl cavabdehlə əvəz olunması kimi prosessual məsələ aktual olmamışdır. Buna görə də bu barədə kassasiya dəlili formal dəlildir.
41. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən v erilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2021-ci il tarixli, 2(105)-3441/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.