Məhkəmə qərarları › İş №2(102)-1525/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1525/2022

01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1525/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2(103)8751/2021 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 5654,05 manat məbləğində zərərin, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat xərcin, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 5984,05 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5654,05 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(003)- 1001/2021 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 1209,6 manatın və 15 manat məbləğində dövlət rüsumunun, cəmi 1224,6 manatın tutularaq İddiaçınə ödənilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh **********10000 sayla qeydiyyata alınmış abonent hesabına hesablanmış 4444,45 manat borcun silinməsi, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(103)-8751/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(003)-1001/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İlkin iddia üzrə iddiaçı (qarş ılıqlı iddia üzrə cavabdeh) İddiaçı İB kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(103)-8751/2021 nömrəli qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymə ti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti qaytarılır. İş materiallarından müəyyən olunur ki, tərəflərin qarşılıqlı iddia üzrə iddiaların qiyməti 5654,05 manat təşkil etmiş, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia üzrə təmin olunmuş iddianın qiyməti 1209,6 manat və müvafiq olaraq qarşılıqlı iddiaya uyğun silinmiş iddianın qiyməti 4444,45 manat olmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmış və ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) məhz sonuncu məbləği (4444,45 manat) hazırki kassasiya şikayətində mübahisələndirmişdir. Belə olan halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan aşağı olduğundan ondan kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu M əcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsində həmin qətnamədən kassasiya şikayəti verilməsinin mümkünlüyü ilə bağlı izah qətnamə qəbul edildiyi dövr üçün mülki prosessual qanunvericiliyinə uyğun olmuşdur. Lakin cavabdeh tərəfindən kassasiya şikayəti verildiyi dövrdə artıq MPM-in 402-ci maddəsinin yeni redaksiyası qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-in 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qeyd olunanlara əsasən, kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(103)-8751/20 21 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar