Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1525/2023 27.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8414/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instan siya məhkəməsində icraat
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2022-ci il tarixli, 2(001)333/2022 nömrəli qərardadı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil1 ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6326/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilmiş, Azərbaycan Respublikası Baş Prokrorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları məbləğində vəsaitin 149.162,36 ABŞ dolları (həmin dövrün Azərbaycan manatına məzənnə ilə hesablanmaqla) məbləğində hissəsinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (onun tərəfindən verilmiş etibarnamə əsasında hər hansı digər şəxs) tərəfindən götürülməsinə (çıxarılmasına) qoyu lmuş qadağa götürülmüşdür. b) apelyasiya instansiyası məhkəməsində icraat
2. Həmin qərardaddan İddiaçı vəkili Vəkil2 tərəfindən verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(001)-333/2022 nömrəli qərardadı ilə təmin edilməyərək, şikayət mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8414/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.
4. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının MPM-nin 361.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
5. Göründüyü kimi mülki prosessual qanunvericiliyin tələbləri baxımından şikayəti imzalamaq üçün etibarnamənin olması labüddür. Elektron kabinet vasitəsi ilə verilmiş şikayət İddiaçı vəkili Vəkil2 tərəfindən imzalanaraq işə vəkil orderi əlavə edilsə də şikayəti imzalamaq üçün nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə şikayətə əlavə edilməmişdir.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə apellyasiya şikayəti i mzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
7. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(001)-333/2022 nömrəli qərardadından İddiaçı vəkili Vəkil2 tərəfindən verilmiş şikayət səlahiyyətli şəxs tərəfindən imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Ona görə də şikayət qeyri-mümkün hesab edilməlidir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
8. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək, apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsinin xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Elektron kabinet vasitəsi verilmiş şikayət iddiaçının vəkili Vəkil2 tərəfindən imzalanaraq işə vəkil orderi əlavə edilsə də şikayəti imzalamaq üçün nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə şikayətə əlavə edilməmişdir. Məhkəmənin sözügedən qənaəti ilə razılaşmayaraq iddiaçının vəkili tərəfindən istərsə vəkil orderi, istərsə nümayəndəyə nəzərdə tutulmuş etibarnamə (elektron etibarnamə) əvvəllər hazırkı işə apellyasiya qaydasında baxılarkən təqdim edilən sənədləri məhkəmə tərəfindən 7 avqust 2021-ci ildə vəkilin ad ına Bakı şəhəri 54 saylı notariat ofisində 3 il müddətinə etibarnamə rəsmiləşdirilmişdir.Vəkil həm nümayəndə həmdə vəkil kimi iştirak etmişdir.Bu səbəbdəndə şikayətin bu əsasla geri qaytarılmasını məhkəməyə müraciət etmək hüququnun pozulması kimi qəbul edilmişdir.
10. Kasator MPM-in 4,5,47,69,74-cü maddələrinin tələblərinin pozulması qeyd etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq n ümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir..
13. Maddə 363.1.1. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
15. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadı verilmiş kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunması xahiş edildiyindən, qərardad bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Belə ki, apellyasiya məhkəməsinin qənaətinə görə elektron kabinet vasitəsi ilə verilmiş şikayət İddiaçı vəkili Vəkil2 tərəfindən imzalanaraq işə vəkil orderi əlavə edilsə də, şikayəti imzalamaq üçün nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə şikayətə əlavə edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin mübahisə olunan qərardadı çıxarılnadək sözügedən etibarnamənin iş materiallarına əlavə olunması aşkar edilmədiyi üçün kassasiya kollegiyası apellyasiya məhkəməsin in qənaəti ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
20. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8414/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.