Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1528/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(006)-xx/17) İddiaçı Cavabdeh qarşı “kredit müqaviləs inin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası rədd edilmiş, Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası isə təmin olunaraq İddiaçı 168 000 (bir yüz altmış səkkiz min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ilə tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Hüseynov, iş № 2(103)xx/18) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli 2(102)-xx/18 qərarı ilə (hakiml ər E.Vəliyeva-sədrlik edən və məruzəçi, Q.Əsgərov və Ə.Şadiyev) İddiaçı kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və İ.Vəliyev, iş № 2(103)xx/18)İddiaçı apellyasiya şikayəti təmin edilərək Nəsimi Rayon Məhkəməsinin xx xx 2017ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi”tələbinə dair iddiası təmin edilməklə Cavabdeh ilə İddiaçı arasında xx xx 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 18 saylı notariat kontorund a 3M-6 saylı reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsi etibarsız hesab edilmiş,Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası isə rədd olunmuşdur. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlə arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat kontorunda təsdiq edilmiş xx xx 2016cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildə biznes qurmaq m əqsədilə Orxan, Elşən və Mikayıl adlı şəxslərlə iş birliyi olmuş, biznesləri İrandan bitum alıb Gürcüstanda yerli şirkətlərə satmaqdan və gəlir əldə etməkdən ibarət olmuş, onun vəzifəsi marketinlik fəaliyyətini həyata keçirmək, xarici şirkətləri tapmaq və cəlb etməkdən ibarət olmuş, bu məqsədlə dəfələrlə İran və Gürcüstan Respublikalarına səfərlər etmişdir. Mikayılın deməsinə görə layihəyə qoyulan vəsaitin təxminən 160000 ABŞ dolları, yəni Orxan və Elşənin təxminən 40000 ABŞ dolları, Mikayılın isə 120000 ABŞ dolları Mikayılın atası Cavabdeh alınan vəsait olmuşdur. Ödəmələr gecikdiyindən Mikayılın atası pulunu tələb etməyə başlamış, bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə şikayət etmiş, onu sakitləşdirmək üçün Mi kayılın təklifi ilə borc müqaviləsi bağlamaq qərarına gəlmişlər. xx xx 2016-cı il tarixdə o, Orxan və Elşən ilə birlikdə Bakı şəhəri 18 saylı notariat kontoruna getmiş, həmin vaxt Mikayıl və atası Cavabdeh də orada olmuş və notariat kontorunda onunla Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Lakin kredit müqaviləsi bağlanarkən Cavabdeh ona bir manat da pul verməmişdir. O, kredit müqaviləsinin surətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə təqdim etmişdir. Müstəntiqin təkidi ilə izahatında kredit müqaviləsində göstərilən məbləği aldığını göstərsə də, əsl həqiqətdə o, müqavilə üzrə bir manat da almamışdır. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 340.1-ci maddələrini rəhbər tutaraq kredit müqaviləs inin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək İddiaçı 168 000 (bir yüz altmış səkkiz min) ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla İddiaçı Elbrus oğlu arasında xx xx 2016-cı il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı ona 168 000 (bir yüz altmış səkkiz min) ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı pulu İran İslam Respublikasından bitum məhsulunu alıb Gürcüstan Respublikasında tanıdığı şirkətlərə satmaqla bağlı biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün müxtəlif vədlər verərək almış, sonradan ondan pulun qaytarılması tələb olunsa da o, müxtəlif bəhanələrlə bundan yayınaraq bildirmişdir ki, Gürcüstandakı şirkətlər pulun ödənilməsini gecikdirirlər. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edilmiş, İddiaçı idarədə ifadə verərkən bağlanılmış kredit müqaviləsini əlində əsas tutaraq cinayət məsuliyyətindən kənarda qalmaq üçün borclu olduğunu, bu işin cinayət işi deyil, mülki xarakterli iş olduğunu qeyd edərək, pulu tez bir zamanda qaytaracağı vədini vermişdir. Kredit müqaviləsində göstərilən 168 000 ABŞ dolları pul ona məxsusdur və tərəfindən İddiaçı şəxsən verilmişdir. Əks halda İddiaçı kredit müqaviləsini bağlamazdı. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin d əlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Cavabdeh və vəkili Vəkil izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx2018-ci il tarixli qətnaməsiləğvedilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
1. Hazırkı kassasiya baxışının predmeti olan kassasiya şikayətinin əsas dəlillərindən biri apellyasiya instansiyası məhkəməsi tərəfindən kredit müqaviləsinin etibarsızlığı barədə iddianın qanunda nəzərdə tutulmuş müddət ötürülməklə verilməsinə münasibət bildirilməməsi və bununla da Mülki Məcəllənin 354-c ü maddəsinin tələbinin pozulması barədədir. İşdən göründüyü kimi, mübahisələndirilən kredit müqaviləsi xx xx 2016-cı il tarixdə bağlanmışdır. İddiaçı məhkəmədə həmin müqavilənin etibarsız hesab olunması barədə iddianı xx xx 2017-ci ildə, yəni müqavilənin bağlandığı vaxtdan 1 il 4 ay sonra qaldırmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən ilk iddia üzrə Cavabdeh yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı iddianın Mülki Məcəllənin 354-cü maddəsində müəyyən edilmiş müddət ötürülməklə verildiyini bildirmiş və bu əsasla iddianın rədd olunmasını xahiş etmişdir (i.v.34-35). İddiaçı isə buraxılmış müddətin üzrlü hesab olunması barədə ərizə vermişdir (i.v.7).