Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-153/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-934/2022 nömrəli, 9 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2008-ci ildən Şəki rayonu Baş Göynük kəndində "xxxx" MMC adlı müəssisədə tütün və taxıl əkini ilə məşğul olur.
2. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər dost olmuş, duzlu fındıq emalı sexi açmaq üçün cavabdeh iddiaçıdan pul götürmüş və mübahisə həmin pulun qaytarılmaması ilə bağlı yaranmışdır. 3. xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qax rayon polis şöbəsinin qərarından göründüyü kimi sexin açılması üçün cəmi 125.000 manat xərclənmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28000 ABŞ dolları, 20700 manat məbləğində pulu və ödənilmiş 294.90 manat məbləğindəki dövlət rüsumunun alınaraq özü nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh 2018-ci ildə ondan ilk dəfə 3000 (üç min) manat götürmüş və təxminən bir ay sonra qaytarmışdır. Daha sonra yenə 1500 (bir min beş yüz) manat borc götürmüş və bir müddət sonra qaytarmışdır. Beləcə onunla sıx dostluq münasibətləri yaranmışdır. Təxminən 2018-ci ilin sentyabr ayında çay süfrəsi zamanı Cavabdeh iş qurmaq istədiyini bildirərək, duzlu fındıq emalı sexi açmaq fikrində olduğunu və bunun üçün ona 20000 (iyirmi min) ABŞ Dolları pul lazım olduğunu və həmin pulu bir il altı ay ərzində qaytaracağını bildirmişdir. Təxminən 3 ay sonra cavabdeh təkrar zəng etmiş və işin yarımçıq qaldığını və 8000 (səkkiz min) ABŞ Dolla rına ehtiyac olduğunu bildirmişdir. İş yarımçıq qalmasın deyə həmin 8000 (səkkiz min) ABŞ Dollarını cavabdehə vermişdir. Təxminən 5 ay sonra cavabdehin açmaq istədiyi fındıq sexinə baxmaq üçün gedərkən işlərin tam yekunlaşmadığını görmüşdür. Cavabdeh işlərin tam yekunlaşıb fəaliyyətə başlaması üçün 10000 (on min) manat pul lazım olduğunu bildirmişdir. 15 gün sonra cavabdeh işləri yekunlaşdırıb fındıq almaq üçün yenidən 10700 (on min yeddi yüz) manat pul lazım olduğu bildirmişdir. O həmin pulu da vermişdir. Beləliklə cavabdehə işin qurub başa çatdırılması üçün cəmi 68300 manat (28000 ABŞ Dolları + 20700 manat) pul vermişdir. Cavabdeh həmin məbləğ üzrə işi quraraq fəaliyyətə başladıqdan sonra onun işin qurulması üçün qoyduğu pulu 1 il 6 ay ərzində qaytarmalı idi. Lakin bu müddət başa çatdıqd an sonra cavabdeh istehsal etdiyi fındığı sata bilmədiyini və özünə məxsus fındıq bağını sataraq pulun bir hissəsini verəcəyini bildirsə də bu günə kimi həmin pulu qaytarmamışdır.
6. Birinci instansiya məhkəməsində cavabdeh iddiaçıya iş qurmaq istədiyini bildirmişdir. Bu iş üçün cavabdeh iddiaçıdan 1 il 6 ay sonra qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində borc almışdır. Sonra işi yekunlaşdırmaq məqsədi ilə cavabdeh iddiaçıdan yenidən 7000 manat məbləğində borc almışdır. İddiaçının tələb etdiyi məbləğdə pul almamışdır. Aldığı cəmi pul 41000 manat olmuşdur. Həmin pulu işi düzgün getmədiyi üçün qurduqları şərikli iş alınmadığı üçün qaytara bilməmişdir. İddianın qismən təmin edilməsini xahiş etmişdir.
7. X1, X2 və X4 iddiaçını və cavabdehi tanıdıqlarını, aralarında şərikli işin olduğunu bilmişlər, lakin borc məbləğinin bilmədiyini qeyd etmişlər.
8. Qax Rayon Məhkəməsinin 2(024)-119/2022 saylı işi üzrə 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Qarayev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 20000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə), 7000 manat məbləğində pul və ödənilmiş 294.90 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh Qax rayonu, Marsan kəndində yaşayır. Tərəflər 2018-ci ilin sentyabr ayında birlikdə olan zaman, cavabdeh iddiaçıya iş qurmaq istədiyini bildirmişdir. Bu iş üçün cavabdeh iddiaçıdan 1 il 6 ay sonra qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində borc pul almışdır. Daha sonra işi yekunlaşdırmaq mə qsədi ilə cavabdeh iddiaçıdan yenidən 7000 manat məbləğində borc pul almışdır. Lakin keçən müddət ərzində cavabdeh vədinə əməl etməyərək aldığı pulu iddiaçıya geri verməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin iddiaçıya 20000 ABŞ dolları və 7000 manat borcunun olması cavabdehin etirafedici izahatı, işin halları və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20000 ABŞ dolları və 7000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə), 7000 ma nat məbləğində pul və ödənilmiş 294.90 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –MM-nin) 385.1, 386.1, Mülki Prosessual Məcəlləsinin (MPMnin) 14.2, 76.1, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verib qətnamənin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh işin qurulması üçün ondan borc olaraq götürdüyü pulu bu günə kimi qaytarmadığı üçün ərizə ilə Qax rayon polis şöbəsinə müraciət etmişdir. Müraciətinə baxılaraq xx.xx.2021-ci il tarixli qərarla işin mülki xarakterli o lması səbəbindən cinayət işinin başlanmasından rədd edilmişdir. Polis şöbəsində cavabdehin izahatı alınmış və o izahatında onun dediklərini qismən etiraf etmiş və bildirmişdir ki, onunla ortaq sex açmaq üçün razılaşdığını və sexin fəaliyyətə başlaması üçün cəmi 125.000 (bir yüz iyirmi beş min manat) pul xərcləndiyini və həmin pulun cəmi 41000 manat (20000 ABŞ Dolları +7000 manat) hissəsini onun tərəfindən verildiyini qeyd etmişdir. Eyni zamanda bildirmişdir ki, sexi 2020-ci ilin fevral ayında "Toti" brendi adı altında fəaliyyətə başlamış cəmi 15 gün fəaliyyət göstərmiş və 15 gün sonra pandemiya başladığı üçün sexin fəaliyyəti dayandırılmışdır. 15 günlük satışdan 1500 manat ona qaytardığını qeyd etmişdir. İş materiallarına əlavə etdiyi xx.xx.2021-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" Qax rayon polis şöbəsinin qərarından göründüyü kimi sexin açılması üçün cəmi 125000 manat xərclənmişdir. Həmin xərcin yarı hissəsi o dediyi məbləğə bərabərdir. Eyni zamandan cavabdehə verdiyi pulların əksər hissəsi şahidlər yanında verilmişdir. Həmin şahidlər məhkəmə iclasında deyilənləri bir daha sübut etmişdir. Bundan başqa cavabdeh məhkəmə iclasında da bir daha ondan 20000 ABŞ Dolları və 7000 manat məbləğində pul aldığını etiraf etmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə şahid ifadələrini nəzərə almamış və cavabdehin etirafı həcmində 20000 ABŞ Dolları və 7000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir.
14. Cavabdeh apellyasiya şikayəti verib qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin təmin ed ilməməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, cavabdeh iddiaçıya iş qurmaq istədiyini bildirmişdir. Bu iş üçün cavabdeh iddiaçıdan 1 il 6 ay sonra qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində borc almışdır. Sonra işi yekunlaşdırmaq məqsədi ilə cavabdeh iddiaçıdan yenidən 7000 manat məbləğində borc almışdır. Lakin keçən müddət ərzində cavabdeh vədinə əməl etməyərək aldığı pulu iddiaçıya geri verməmişdir. Cavabdehin iddiaçıya borcunun olması cavabdehin etirafedici izahatı, işin halları və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə tam sübuta yetirilmişdir.
16. Məhkəmənin qeyd olunan mövqeyi ilə razı deyil. İstər məhkəmə iclaslarında, istərsə də Qax rayon Polis şöbəs ində alınmış izahatında iddiaçıya hər hansı bir borcu olmadığını bildirmişdir. İddiaçı ilə şəriklik münasibətində iş görmüşlər. İddiaçının ona qeyd olunan məbləğləri borc pul qismində verməsi istər cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, istərsə də məhkəmə iclaslarında sübuta yetirilməmişdir. İddiaçı tərəfindən şahid qismində dəvət olunmuş şəxslər X3, X2 və X4 eyni məzmunda izahat verərək iddiaçı ilə cavabdehin şərikli münasibətlərinin olduğunu, aralarında borc pul ilə bağlı hər hansı bir münasibətlərinin olmağından məlumatları olmadıqlarını bildirmişlər. Belə olan təqdirdə iddiaçı cavabdehə pul verilməsini təsdiq edən hər hansı bir mötəbər sübutu təqdim edə bilmədiyi üçün iddia rədd olunmalı idi. Çünki tərəflər arasında olan münasibətlər borc münasibətləri deyil, şərikl ik münasibətidir ki, həmin münasibəti iddiaçı tərəfindən məhkəməyə şahid kimi dəvət edilmiş şəxslər təsdiq edirlər. Şərikli Kapital hesabına qurulmuş sex və alınmış avadanlıqlar şərikli alındıqları üçün hər hansı öhdəlik münasibətindən yəni borc pul öhdəliyindən bəhs oluna bilməz. İddiaçıya məxsus əmlaklar sexdə olduğu üçün cavabdehdən hər hansı məbləğdə pulun alınaraq iddiaçıya ödənilməsinə dair iddiaçının tələbi təmin oluna bilməzdi. Eyni zamanda nə cavabdeh, nə də ki, vəkili tərəfindən iddia qəbul olunmamış, iddianın rədd olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə tərəfindən cavabdehin və vəkilinin iddianı qismən qəbul etməsi ilə bağlı məhkəmə qətnaməsində yazılması məhkəmənin işə birtərəfli baxmasını və qərəzli mövqeyini nümayiş etdirir.
17. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 2(107)-934/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov, Ələddin Məcidov) iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Məhkəmə öz mövqeyini MM-nin 14.2.1, 385, 386.1, 425, 442, 739.1, 739.2, 1091, 1092.1, 1093.1 və MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2 Mustafa oğlu) kassasiya şikayəti verib, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təmin edilməyən h issəsində ləğv edilməsini, iddia tələbinin tam edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verib, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətləri apellyasiya şikayətlərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
23. Kassasiya şikayətlərinə tərəflərin etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
27. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş pr osessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası h esab edir ki, cavabdehin birinci instansiya məhkəməsinə iddiaçıdan 1 il 6 ay sonra qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində borc alması, sonra işi yekunlaşdırmaq məqsədi ilə cavabdeh iddiaçıdan yenidən 7000 manat məbləğində borc alması, iddiaçının tələb etdiyi məbləğdə pul yox, aldığı cəmi pul 41000 manat olması, həmin pulu işi düzgün getmədiyi üçün qurduqları şərikli iş alınmadığı üçün qaytara bilməməsini bildirməsi tərəflərin arasında borc münasibətləri üzrə hüquq və vəzifələrin yaranmasını təsdiq edir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, borc müqaviləsinin qanunla müəyyən edilmiş formasına riayət edilmədiyinə görə həmin əqd etibarsız olsa da, lakin bu hal alınmış borcun qaytarılmasından imtinaya əsas vermir.
42. Çünki Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız ol duqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
43. Cavabdeh aldığını etiraf etdiyi 25.080 manat borcdan 3750 manatdan artıq qaytarmasını heç bir sübutla təsdiq etməmişdir. Kassasiya şikayətində bununla bağlı cavabdeh onun apellyasiya şikayətinə şəxsiyyət vəsiqələrini əlavə etdiyi şahidlərin dindirilmədiyi dəlilini irəli sürsə də, bu dəlil əsassızdır.
44. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
45. Azərbaycan Respublikasının MPM-nin: - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
46. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
47. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı kassasiya şikayətlərinin dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
48. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə ə lavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də, kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir.
49. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-934/2022 nömrəli 9 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.