Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1530/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Sığorta fəaliyyətindən irəli gələn mübahisələr, subroqasiya qaydasında pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1853/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. AA 572862 saylı X2 məxsus olan sürücülük vəsiqəsinin surəti ilə müəyyən olunur ki, vəsiqə xx.xx.2003-cü il tarixdə verilmiş, xx.xx.2007-ci il tarixədək etibarlı olmuşdur. 2. 22.04.2015-ci il tarixli 016158 saylı sığorta aktına əsasən“Vaz-2103” markalı, **BB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək sığorta olunmuşdur. xx.xx.2014-cü il tarixdə sığortalanmış avtomobil “Toyoto Rav4” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.
3. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən ha lın təfərrüatları barədə arayışa əsasən, baş vermiş yolnəqliyyat hadisəsi zamanı X5 nəqliyyat vasitəsini ayıq vəziyyətdə idarə etmişdir. 4. 23.04.2015-ci il tarixli ödəniş tapşırığının surətinə əsasən, İddiaçı ASC tərəfindən "xxxx" ASC-yə dəymiş ziyana görə 5000 manat ödənilmişdir.
5. Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 03 sentyabr 2014-cü il tarixli 15/1257-1 saylı arayışa əsasən, 02 sentyabr 2014-cü il tarixdə saat 08:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 123-cü km-də X5 idarə etdiyi Vaz 2103 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan vaxtı əks istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi “Toyoto Rav4” markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. 6. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə 31 oktyabr 2014-cü il tarixli qərara əsasən sürücü K.Q.Hüseynov müddəti keçmiş sürücülük vəsiqəsi ilə avtomobil idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
7. Pretenziya məktubunun surətinə əsasən, Cavabdeh İddiaçı ASC tərəfindən borcunu 10 günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir.
8. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinə əsasən, xx.xx.2016-cı il tarixdə ölmüş X5 vərəsəsi Cavabdeh miras əmlakdan 1/1 hi ssədə pay almalıdır. Miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.9 kv.m., yaşayış sahəsi 32.9 kv.m. olan mənzildən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a)Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdeh “Toyota Rav 4” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 5.000 manat pulun və ödənilmiş 70,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 xx.xx.2014-cü il tarixində “Vaz2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat had isəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Toyota Rav 4” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 5.000 manat məbləğində ödəniş həyata keçirilmişdir. X5 xx.xx.2014-cü il tarixdə yolnəqliyyat hadisəsi zamanı müddəti keçmiş sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Bundan sonra X1 vərəsələrinin olub-olmaması barədə müvafiq qaydada notariat orqanlarına sorğular verilmiş, xx.xx.2017-ci il tarixdə Şamaxı rayon notariat kontorunun xüsusi notariusu X7 tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən aydın olmuşdur ki. xx.xx.2016-cı il tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh Şamaxı şəhər, N.Nərimanov küçə si, 78 saylı evin, 15 nömrəli mənzilindən 1/1 hissədə pay almışdır.
11. Şamaxı Rayon Məhkəməsinin (hakim Natiq İsmayılov) xx.xx.2023-cü il tarixli, 2(074)-259/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 5000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70,40 manat pulun alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. 12.Məhkəmə qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixdə X5 müddəti keçmiş sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi “VAZ 2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Rav 4” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İddiaçı ASC tərəfindən “Toyota Rav 4 markalı” **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 5.000 manat sığorta ödənişi edilmişdir. X5 xx.xx. 2016-cı il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlaka dair Cavabdeh adına xx.xx.2017-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da, iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan cavabdeh X1 vərəsəsi Cavabdeh qarşı, subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh 5.000 manat sığorta ödənişi məbləği tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. 13.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 883.1, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1146, 1255 və 1306.1-ci maddələrinə,“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya inst ansiyası məhkəməsində icraat 14.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutulub cavabdehə ödənilməsini xahiş etmişdir. 15.Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, subroqasiya hüququnun həyata keçirilməsi üçün tələb olunan iddia müddətinin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının müvafiq qərarı mühüm rol oynayır. Belə ki, kasko sığorta növü üzrə sığortaçının zərərvuran şəxsə qarşı qaldırdığı iddiaya münasibətdə hansı müddətin tətbiq olunacağına kollegiya aydınlıq gətirmişdir. Kollegiyanın qərarında qeyd olunur ki, subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi id dia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illlik iddia müddəti deyil, zərər vurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir, subrogasiya yolu ilə iddia təqdim etmək imkanı, avtomobillərin toqquşduğu andan üç ildən gec olmayaraq istifadə edilə bilər. Qətnamə iddia müddətlərinə dair tələblərin pozulması nəticəsində qəbul edilmişdir. Həmçinin Cavabdeh iştirakı təmin edilmədən baxılmışdır və Mülki-Prosessual Məcəllənin tələbləri ciddi şəkildə pozularaq qətnamə qəbul edilmişdir. 16.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X10 (sədrlik e dən və məruzəçi), X12 və X8) 2(105)-1853/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. 17.Kollegiya bildirmişdir ki, araşdırması zamanı obyektiv və hərtərəfli araşdırmanın təmin edilməsi məqsədilə Şamaxı Rayon Polis Şöbəsinə xx.xx.2014-cü il tarixdə X1 idarə etdiyi “Vaz-2103” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota Rav 4” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı-Şamaxı-Yevlax yolunun 123cü kilometrində toqquşması yol-nəqliyyat hadisəsi ilə bağlı inzibati xəta haqqında materialın olub-olmaması barədə məlumatın, eləcə də inzibati məsuliyyətə cəlb olunmaya dair yekun aktın məhkəməyə göndərilməsinə dair sorğu göndərilmişdir. 18.Kollegiya qeyd etmişdir ki, “İcbari sığ ortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına ver ilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, sözügedən maddədə “qanuni əsaslar” dedikdə avtomobili idarə etmək hüququnu verən sürücülük vəsiqəsi başa düşülür. Odur ki, şəxsin avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi, onun avtomobili idarə etmək hüququnun olmaması kimi qəbul edilməlidir. 19.Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab etmişdir ki, X5 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilir və bu səbə bdən də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. 20.Cavabdeh apellyasiya şikayətinin dəlillərində işə baxılarkən çəkişmə prinsipinin pozulması və onun iştirakının təmin edilməməsinə, iddia müddətinə dair tələblərin pozulmasına istinad etmişdir. Çəkişmə prinsipinin pozulmasına dair dəlillə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxılmasının vaxtı və yeri haqqında apellyatora lazımi qaydada məlumat verilməsi məqsədi ilə cavabdehin rəsmi qeydiyyat ünvanına məktub göndərdiyindən, kollegiya apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etməmişdir. 21.Kollegiya cavabdehin apellyasiya şikayətində iddia müddətinin keçməsi ilə bağlı dəlilinə hüquqi qiymət verərək, qeyd etmişdir ki, subroqasiya hüququ üzrə tələb müqavilədən irəli gələn tələb olmadığından, həmin iddiaya 3 illik müddət tətbiq oluna bilməz. Həmin iddiaya ümumi 10 il iddia müddəti tətbiq olunsa belə, hazırkı tələb üzrə iddia müddəti ötürülməmişdir.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. 23.Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1146, 1255, 1306.1, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununu 25.1.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmi şdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a)Kassasiya şikayətinin dəlilləri: 24.Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 25.Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cavabdehin məhrum əri həmin avtomaşının mülkiyyətçisi olmaqla yanaşı, sığorta müqaviləsi bağlayarkən mülkiyyətçi olmasına dair texniki pasportunu təqdim etməsəydi, o avtomaşını sığorta etmək mümkün olmazdı. İddiaçı sığorta Şirkəti onun avtomaşının sığorta edərkən texniki pasport üzrə mülkiyyətçi olmasını bilmiş və sığorta müqaviləsini bağlamışdır. Göründüyü kimi, cavabdehin hüquqi varisi olduğu şəxs, Kamil Hüseynovun sığorta hadisəsi baş verməsində təqsirliliyi aşağıd akı xüsusatlar üzrə yaranmır:
1. Kamil Hüseynovun sürücülük hüququnun müddətinin bitməsi “İcbari Sığorta haqqında” Qanunun 25.1-ci maddəsi il təqsirliliyi yaratmır.
2. Kamil Hüseynovun təqsirli bilinməsinə dair müvafiq inzibati məsuliyyətə cəlb edilmə barədə qərar yoxdur. (təqsirsizdir)
3. Hadisənin digər iştirakçısının inzibati xəta törətməsi ekspert rəyi və məhkəmənin istinad etdiyi 31.102014-cü il tarixli qərarla müəyyən edilir. 26.Məhkəmə hesab etmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Halbuki, cavabdehin mərhum əri qəza baş verəndə idarə etdiyi avtomaşının həm sahibi, həm də uzun illər həmin avtomobili idarə etmiş sürücüsü olub. Şəxsin avtomobili idarə etmək hüququnun vaxtının keçməsi hadisədə sığorta riskini artıran amil deyil, nə qədər ki, həmçinin mülkiyyətçidir. 27.“İcbarı sığorta haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən “Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəs i inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda” İş materiallarında olan məhkəmənin sübut olaraq istinad etdiyi qanuni qüvvədə oln xx.xx.2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə”qərarın 2-ci səhifəsindən görünür ki, məhkəmə yol nəqliyyat ekspertizasının xx.xx.2014-cü il tarixli 18528 №-li rəyi ilə müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsinin digər iştirakçısı, sığorta ödənişi verilmiş tərəf olan sürücü X6 hadisə zamanı idarə etdiyi “Toyota Rav 4” markalı avtomobilin hərəkət sürəti 60 km/saat dn çox olması şəraitində o, “Yol hərəkəti haqqında” Qanununun 50-ci maddə sinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. Cavabdehin mərhum ərinin sürücülük hüququ verən vəsiqəsinin vaxtının keçməsi sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən qanunazidd hərəkətlər deyildir. Əksinə inzibati xətanı və yol hərəkəti ilə bağlı qanunazidd hərəkəti etmiş şəxs digər sürücü (5 min sığorta ödənişi almış) Vüqar İsmayılov olmuşdur. Bundan başqa, həmin hadisə zamanı cavabdehin mərhum əri həmçinin bədən xəsarətləri də almışdır, lakin məhkəmə bu hallara qiymət verməmiş, həmin Qanunun eyni maddəsinin digər bəndinə istinad etmişdir. Eləcə də, cavabdehin mərhum ərinin inzibati məsuliyyətə cəlb olunması barədə hər hansı bir sübut mövcud deyildir. 28.Məhkəmə qətnaməni əsaslandırmaq üçün müvafiq hüquq normalarına istinad etməli olduğu halda bunu etməmişdir. Məhkəmə c avabdehin hüquqi varisi olduğu şəxsin sığorta hadisəsinin baş verməsində təqsirliliyinə dair sübut olmadan qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 29.İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 30.Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 31.Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 32.Maddə 936.2. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 33.Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs q arşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 34.Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 35.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 36.Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 37.Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 38.Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “İcbari sığortalar haqqında” Qanunun 39.Maddə 3.4 Mülki məsuliyyət üzrə sığorta təminatı əmlaki qanuni əsasla istismar edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 40.Maddə 25.1.3. Subroqasiya hüququnun yaranma əsası “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsidir”. 41.Maddə 52.1 Avtonəqliyyat vasitəsinin Azərbaycan Respub likasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları» 42.Bənd
12. Sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 43.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 45.Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticəüçünəhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına vəyaxud qətnamə vəqərardadda ifadəolunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 417.1.1 Kassasiya instansiyası m əhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
50. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 51.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 52.Hazırki kassasiya şikayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi 53.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instan siyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. 55.Məhkəmə kollegiyası kassasiya şikayətinin hüquqi dəlillərinə təkrar olaraq münasibət bildirərək qeyd edir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində subroqasiya hüququnun yaranma əsası, yəni “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi” ilə bağlıdır. Bu maddədə “hüququ olmayan şəxs” deyiləndə “nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs” nəzərdə tutulur. Çünki nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin avtomobil idarə edilməsi ilə bağlı nəzəri və təcrübi bilikləri olmadığından sığorta hadisəsinin baş verməsi ris ki artır və sığortaçının əsaslı mənafeləri pozulur. 56.Göstərilən qaydalar eyni zamanda sürücülük hüququ verən sənədin müddətinin keçməsinə dair hallara da aid edilir. 57.Kassasiya şikayətinin digər dəlili yol hərəkəti qaydaları pozan şəxsin barəsində cinayət və ya inzibati xətanın törədilməsini təsdiq edən məhkəmə və ya digər orqanın qərarının olmaması ilə bağlı olmuşdur. 58.Bununla bağlı olaraq qeyd edilməlidir ki, məhz yüksək təhlükə mənbəyinin sahibi tərəfindən hadisənin törədilməsi aşkardır. Bu fakt cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarla təsdiq olunur. Lakin həmin şəxsin haqqında inzibati xəta icraatının başlanmaması onun təqsirliliyini istisna etmir. 59.Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutl arı araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 60.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara a ldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1853/2023 nömrəli mülki iş üzrə 29 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.