Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1533/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1533/2025 (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-664/2025 nömrəli, 17 yanvar 2025ci il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə 1993-2022-ci illər ərzində Cavabdeh1 qeyri-rəsmi ər-arvad münasibətində olublar.
2. Mübahisə Bakı şəhəri Yasamal rayonu, A.Abbasov küçəsi, ev № 12-də yerləşən 1 №-li mənzillə bağlıdır. AN-İ seriyalı ******* nömrəli, xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh2 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 30/4497 saylı arayışına əsasən Bakı şəhəri, A.Abbasov küçəsi, ev 12, mənzil 1-də yerləşən yaşayış sahəsi 29,47 kv.m. olan 2 otaqlı mənzili 164.200.000 manata (köhnə manatla) alıcı Cavabdeh1 satmışdır.
3. Azərbaycan Respublikası DƏDRX-nin verdiyi xx.xx.2007-ci il tari xli MH ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(103)-1759/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılması, mənzildən çıxarılma, mənzildən qeyri-qanuni istifadə edilən müddət üçün pul ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı və onunla birgə mənzildən istifadə edən digər şəxslərin Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilindən çıxarılmaları, mənzilin boşaldılaraq mülkiyyətçisi Cavabdeh1 təhvil verilməsi, cavabdeh İddiaçı Bakı şəhəri Yasama l rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilindən qeyri-qanuni istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixdən başlayaraq mənzil boşaldılacağı tarixədək olan müddət üçün hər ay üçün 300 manat pulun tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-266/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(103)1759/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin nəticə hissəsində qeyd olunub ki, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla mənzilin alınmasına görə ödənilən məbləği əsassız varlanma qaydalarına uyğun olaraq yeni iddia qaldırmaqla tələb etmək hüququnun olması İddiaçı izah olunsun.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3410/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 139.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 439 manat olmaqla, cəmi 139.439 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh1 (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 115.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər ərzində fərdi sahibkarlıqla məşğul olduğuna görə həmişə maliyyə imkanları yaxşı olmuşdur. İddiaçı cavabdehlə təxminən 1993-cü ildə tanış olmuş və həmin vaxtdan aralarında yaranmış faktiki ər-arvad münasibətləri 2022-ci ilin əvvəllərinədək davam etmişdir. Başqa şəxslə qeydə alınmış rəsmi nikahı olduğu üçün iddiaçı əmlaklarının bölgüyə getməməsi üçün əmlaklarını cavabdehin adına almışdır. Belə ki, Bakı şəhəri 19 saylı Dövlət notariat kontorunda xx.xx.2005-ci il tarixli 4Ə/213 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2005-ci il tarixli AN-1 seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən ünvan 1 ünvanda yerləşən, 29,7 kv.m. olan 2 otaqlı mənzili 164.200.000 manata cavabdehin adına iddiaçı şəxsən onun adından aldığı etibarnamə ilə çıxış edərək özü üçün, lakin cavabdehin adına almışdır. Həmin mənzilin alğı-satqı müqaviləsində alıcı qismində cavabdeh özü imza etsə də, onun dəyərini satıcının nümayəndəsi X5 şəxsən iddiaçı öz vəsaiti ilə ödəmişdir. 2021-ci ildə cavabdehin onkoloji xəstə olduğu məlum olduqdan sonra ona 10.000 ABŞ dolları pul verib, müalicə olunması üçün Moskva şəhərində yaşayan bacısının yanına yola salmışdır. Bir müddət Moskva şəhərində tibbi müayinə və müalicə olunub, 2022-ci ilin əvvəllərində Bakı şəhərinə qaytdıqdan sonra cavabdeh onun xüsusi mülkiyyətində olan, lakin dəyəri iddiaçı tərəfindən ödənilmiş və əslində iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili satmaq niyyətində olduğunu bildirmişdir. Bundan sonra iddiaçı ona etiraz edərək həmin mənzilin iddiaçıya məxsus olması səbəbilə onun satılmasının düzgün olmamasını ona bi ldirmişdir. Lakin cavabdeh israr edərək həmin mənzili satacağını demişdir. Bundan sonra aralarında mülki mübahisələr yaranmağa başlamışdır. Nəticədə cavabdeh iddiaçının həmin əmlakdan çıxarılmağı üçün məcburi tədbirlər görülməsini tələb etmişdir. İddiaçı da bu işlərin gedişatında həmin mənzilin ona məxsus olmasını sübut edə bilməyi üçün əmlakın alınmasında şahid olan şəxslərin dindirilməsini təmin etmişdir. Məhkəmədə dindirilmiş şahidlər həmin əmlakın həqiqətdə iddiaçıya məxsus olması, əmlakın alınması ilə bağlı danışıqlar aparılarkən cavabdehi orada görməmələri, həmçinin əmlakın pulunun iddiaçı tərəfindən ödənilməsini təsdiq etdilər. Belə ki, iddiaya əlavə edilmiş 2(004)2333/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamədən göründüyü kimi həmin mənzilin alğısatqı müqaviləsində satıcının adı ndan müqaviləni imzalayan etibarnamə üzrə nümayəndə olmuş və şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, təxminən 15-20 il bundan qabaq Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 12 nömrəli binada yerləşən 1 nömrəli mənzili Cavabdeh2 adından Cavabdeh1 satmışdır. Mənzilin mülkiyyətçisi Cavabdeh2 olmuşdur. Mülkiyyətçi tərəfindən verilmiş etibarnaməyə əsasən o, mənzili satmışdır. Alğı-satqı onunla Cavabdeh1 arasında rəsmiləşdirilsə də, o, alıcı kimi İddiaçı tanımışdır. Mənzilin dəyərini İddiaçı ödəmişdir. Anna Petrovnanı yalnız notariusda alğısatqı rəsmiləşdirilən zaman görmüşdür. Bütün danışıqlar İddiaçıla aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 da ifadəsində bildirmişdir ki, makler kimi fəaliyyət göstərir. Təxminən 15-20 il bundan qabaq mənzil alğı-sat qısı ilə əlaqədar İddiaçı ilə tanış olmuşdur. O, Elçinə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 12 nömrəli binada yerləşən 1 nömrəli mənzili göstərmişdir, sonuncu isə həmin evi bəyənərək almaq qərarına gəlmişdir. İddiaçıla mənzilin qiyməti ilə bağlı danışıqlar aparılmışdır və o Cavabdeh1 tanımamışdır. Sonradan İddiaçı arvadı olmasını bilmişdir. Cavabdeh1 ilə həmin mənzilin alğı-satqısına dair danışıqlar aparılmamışdır. Göründüyü kimi Cavabdeh1 iddiaçı hesabına əsassız şəkildə yəni heç bir hüquqi əsas olmadan varlanmışdır. İddiaçının da ondan iddiaçı hesabına hüquqi əsas olmadan varlanması ilə bağlı əldə etdiklərini tələb etmək hüququ vardır. Bu səbəbdən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflər arasında olan mübahisələrlə bağlı qəbul edilmiş Bak ı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-266/2024 nömrəli, xx.xx.2024 tarixli qətnaməsinin 24-cü bəndində “İddiaçı iddia ərizəsində, öz izahatında, oxşar məzmunlu şikayətlərində mübahisəli evin Cavabdeh1 adına aldığını, lakin mənzilin dəyərinin bütövlükdə şəxsən özü tərəfindən ödənildiyini dəfələrlə bildirmişdir, bu hal şahid ifadələri ilə də təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində dindirilən hər iki şahid– X6 və X2 öz ifadələrində göstəriblər ki, ünvan 2 ünvanda yerləşən 1 saylı mənzilin alğı-satqısı zamanı Cavabdeh1 tanımamış, yalnız İddiaçı görmüş və tanımışlar, mənzilin dəyəri isə bütövlükdə İddiaçı tərəfindən ödənilmişdir. Bununla bağlı kollegiya qeyd etmişdir ki, bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla mübahisəli mənzilin alınmasına görə ödənilə n məbləğin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci fəslinin (əsassız varlanma) qaydalarına uyğun olaraq yeni iddia qaldırmaqla tələb etmək hüququnun olması İddiaçı izah olunmalıdır” deyə qeyd edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən əsassız varlanma halının olması və iddianın qaldırılmasının (müddətlə bağlı mübahisələr olmadan) həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra mümkün olması müəyyən edilmişdir. Qeyd olunanlar iddiaçıya mövcud iddia tələbi ilə iddia qaldırmaq hüququnu verməkdədir. Hal-hazırda həmin mənzilin orta bazar dəyəri 110-120 min arasında dəyişir. Belə ki, iddiaya əlavə edilmiş elanlardan görünür ki, A.Abbasov küçəsində yerləşən bir otaqlı mənzillərin dəyəri 110-120 min aralığındadır. Hal-hazırda cavabdeh iddiaçıdan həmin mənzili tələb etdiyindən yəni fakt iki olaraq həmin mənzildən məhrum olunduğundan həmin mənzilin bugünki bazar dəyərinə uyğun pul məbləğini cavabdehdən tələb etmək hüququ yaranır.
9. Həmçinin, İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2005-ci il tarixində 19 saylı Dövlət notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli, 4Ə/213 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2005-ci il tarixli AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvand a yerləşən mənzilə dair alğısatqı müqaviləsinin onunla bağlanılmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3537/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərardadına əsasən mülki işlərin bir icraatda birləşdirilməsi və mülki işə 2(004)-3069/2024 nömrə verilməsi qərara alınmışdır.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3069/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə və birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh2 dair hissədə xitam verilməsi qərara alınmışdır.
12. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 115.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(004)-3069/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (X7) iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli əmlakla bağlı “mənzilin faktiki nikahda olan ər-arvadın ümumi paylı mülkiyyəti hesab edilməsi və onun üzərində payların müəyyən edilməsi”, "mənzilin boşaldılması, mənzildən çıxarılma, mənzildən qeyriqanuni i stifadə edilən müddət üçün pul ödənilməsi” tələbləri üzrə məhkəmə qətnamələrinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mənzil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmir, İddiaçı cavabdehin tam mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzilin üzərində hər hansı bir hüququ yaranmamışdır. İddiaçının həmin əmlak barədə tələb irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Şahid ifadələrində mübahisəli mənzilin alğı-satqısı zamanı İddiaçı iştirak etdiyi, mənzilin dəyərinin onun tərəfindən ödənildiyi, Cavabdeh1 yalnız notariusda alğı-satqı rəsmiləşdirilən zaman gördükləri və onun İddiaçı arvadı olduğu bildirilmişdir. İddiaçı ilə cavabdeh uzun müddət nikahdan kənar münasibətlər qurmaqla birlikdə yaşamışlar. Mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən mənzili Cavabdeh1 164.200.000 manata almışdır. Həmin alğı-satqı müqaviləsi Cavabdeh1 tərəfindən imza edilmişdir. Azərbaycan Respublikası DƏDRX-nin verdiyi xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 12 nömrəli evin 1 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə iddiaçı Cavabdeh1 məxsusdur. İddiaçı Bakı şəhəri 23 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 8İ9561 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə ilə səlahiyyətli orqanlara müraciət edərək bildirmişdir ki, onun Cavabdeh1 qarşı heç bir iddiası və tələbi yoxdur.
15. Məhkəmə cavabdehin iddiaçının hesabına əsassız şəkildə, yəni qanuni əsas və ya müqavilə əsası olmadan varlanması halının müəyyən edilməsini əsassız hesab etmişdir.
16. Birinci in stansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092, 1093, 1095-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, əlavə ol araq qeyd edilmişdir ki, məhkəmə tərəflər arasında olan mülki mübahisə üzrə mübahisəli mənzilin tərəflərin birgə nikah müddətində əldə edilmiş əmlak hesab edilməməsini və həmin məsələ ilə bağlı qanuni qüvvəsini almış qətnamənin mövcud olmasını, bu səbəblə də həmin qətnamədən preyudisial əhəmiyyətə malik olmasını qeyd edərək iddianın məhz elə birinci olaraq buna görə rədd edilməli olması nəticəsinə gəlmişdir. Bununla bağlı qeyd etmişdir ki, tərəflər arasında olan əvvəl mövcud olmuş mübahisə (mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsi tələbi) nəticəsində qətnaməni qəbul etmiş məhkəmə məhz iddianın rədd edilməsini iddiaçının mübahisəli mənzilə heç bir aidiyyətinin olmaması kimi əsaslandırmamışdır. Bu əsaslandırma Konstitusiya məhkəməsinin birgə nikah dövründə əl də edilmiş əmlaklar üzərində bölgü aparılması ilə bağlı müvafiq qərarına istinadən olmuşdur. Belə ki, həmin qərarda əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsi üçün mütləq əsaslardan birinin də məhz tərəflərin rəsmi nikahda olmaları şərti qoyulmuşdur. Mübahisə tərəfləri arasında da rəsmi nikah olmadığı üçün məhkəmə buna əsaslanaraq həmin iddianı rədd etmişdir. Yəni indiki iş üzrə qətnaməni qəbul edən hakimin qeyd etdiyi kimi iddiaçını mənzilə aidiyyəti yəni subyektiv hüququ mübahisələndirilməmişdir.
19. Məhkəmənin tərəflər arasında bundan əvvəl mövcud olmuş məhkəmə mübahisəsi dövründə dindirilmiş şahidlərin ifadələrinə tənqidi yanaşması ilə bağlı isə qeyd etmişdir ki, məhkəmə vəsatətlərini təmin etməməklə yanaşı sanki tərəfindən belə vəsatətlərin verilməməsi kimi fikir y aradaraq qətnamədə bu barədə bir cümləyə belə yer verməmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-664/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Pərviz Hüseynov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilin alğısatqı müqaviləsində “alıcı” kimi Cavabdeh1 göstərilib, müqaviləni “alıcı” kimi də o, imzalayıb, o cümlədən müqavilənin 5-ci bəndində qeyd olunub ki, alıcı mənzilin qiymətinin nağd şəkildə satıcıya ödədi. İddianın əsası kimi İddiaçı istinad etdiyi halın (mənzilin qiymətinin onun tərəf indən ödənilməsinin) mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur, bu səbəbdən də həmin halın həqiqi olub-olmadığının araşdırılmasına zərurət yoxdur. Mənzilin qiymətini satıcıya (kreditora) ödəmək alıcı (borclu) Cavabdeh1 öhdəliyidir. Əgər həqiqətən mənzilin qiyməti İddiaçı tərəfindən ödənilibsə, onun bu hərəkəti öhdəliyin üçüncü şəxs tərəfindən icrası sayılır (Mülki Məcəllə, maddə 431). Üçüncü şəxsin hərəkəti nəticəsində alıcının (borclunun) əsassız varlanıb-varlanmadığı üçüncü şəxsin hərəkətinin motivindən asılıdır. İddiaçı özünün məhkəməyə verdiyi məlumatdan görünür ki, o, mənzilin qiymətini Cavabdeh1 olan sevgisini təsdiq etmək üçün ödəyib. Belə ki, İddiaçı daha əvvəl irəli sürdüyü “mənzilin ümumi paylı mülkiyyət hesab olunması və payların müəyyən edilməsi barədə” iddiada qeyd edib ki, uzun illər fərdi sahibkarlıqla məşğul olduğuna görə həmişə maliyyə imkanları yaxşı olub, başqa qadınla nikahda olduğuna görə Cavabdeh1 ilə nikahını qeydə aldıra bilməyib, Cavabdeh1 olan inamı, etibarı, sevgisi və möhkəm bağlılığının təsdiqi kimi faktiki nikah dövründə öz vəsaiti ilə əldə etdiyi bütün daşınmaz əmlakları Cavabdeh1 adına rəsmiləşdirib.
22. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, sevginin təsdiqi üçün ödənmiş pul 19 il keçdikdən sonra, yəni sevgi hissi itdikdən sonra əsassız varlanma obyekti kimi əks tərəfdən – onkoloji xəstəlikdən əziyyət çəkən qadından geri tələb oluna bilməz, çünki bu, Mülki Məcəllənin 1091-ci maddəsində müəyyən olunmuş əsassız varlanma anlayışına ziddir. Bu maddədə əsassız varlanmanın həm də sonralar aradan qalxmış əsasa söykəndiyi qeyd olun sa da, “sonralar aradan qalxmış əsas” deyiləndə sonralar itmiş sevgi hissi nəzərdə tutulmur.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 431, 1091ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən iddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmaqla qeyd olunmuşdur ki, iş üzrə qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103) 266/2024 nömrəli, xx.xx.2024-cü tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı qarşı “ mənzilin boşaldılması, mənzildən çıxarılma, mənzildən qeyri-qanuni istifadə edilən müddət üçün pul ödənilməsi” tələbinə dair və birləşmiş mülki işlə bağlı İddiaçı Cavabdeh1 qarşı “mənzilin faktiki nikahda olan ər-arvadın ümumi paylı mülkiyyəti hesab edilməsi və onun üzərində payların müəyyən edilməsi”nə dair mülki iş üzrə İddiaçı apellyasiya şikayətlərinin təmin olunmaması, Yasamal Rayon Məhkəməsinin 2(004)-1759/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2(004)-2333/23 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamələri dəyişdirilmədən saxlanılması qət edilmişdir və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla mübahisəli mənzilin alınmasına görə ödənilən məbləğin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci fəslinin (əsassız varlanma) qaydalarına uyğun olaraq yeni iddia qaldı rmaqla tələb etmək hüququnun olması İddiaçı izah olunmuşdur. Yəni mövcud mübahisədə əsassız varlanma faktının olmasının aşkar edilməsi səbəbilə vətəndaşa belə bir hüququnun olması izah edilərək onun həmin iddia ilə məhkəmədə iddia qaldırmalı olması bildirilmişdir. Bununla belə müddətlərlə bağlı mübahisə olması ehtimalını dəyərləndirərək məhkəmə həmçinin öz qətnaməsində iddiaçının həmin qətnamənin qanuni qüvvəsini almasından sonra əsassız varlanma ilə bağlı müddətin yenidən hesablanaraq vətəndaşa yenidən iddia qaldırmaq hüququ tanınmışdır. Lakin bütün bunlara baxmayaraq məhkəmə qanuni qüvvəsini almış iş üzrə qətnamədə qeyd edilənlərə əhəmiyyət verməyərək sadalanan qanunvericilik normalarını pozmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. Maddə 431.1 Borclu öh dəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.
27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
28. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
29. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum o lanın tələbi ilə ona qaytarmalıdır.
30. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
31. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
32. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düş ür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qü vvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Madd ə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tən zimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəm əsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə q əbul etmişdir.
51. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-664/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.