Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1534/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi (borcun qaytarılması). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2470/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyənetdi: İşin halları
1. Notariat qa ydasında təsdiq olunmuş 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, Kərimov X1 Ramil Ramiz oğluna 7500 manat məbləğində pulu tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Sumqayıt 8 saylı» şöbəsi vasitəsi ilə borc vermişdir. Cavabdeh 12 noyabr 2022-ci il tarixədək həmin borcun 37500 manat, digər 37500 manat məbləğində hissəsini isə 12 noyabr 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7500 manat, pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi qismində 847 ma nat 50 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 317 manat 54 qəpik, cəmi 76154 manat 04 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Sumqayıt şəhər 4 saylı notariat kontorunda bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 12 noyabr 2021-ci il tarixdə ondan 7500 manat məbləğdə pul borc almışdır. Həmin müqaviləyə əsasən cavabdeh kreditini 12 noyabr 2022-ci il tarixədək 37500 manat, qalan 37500 manat pulu isə 12 noyabr 2022-ci il tarixdən 12 noyabr 2023- cü il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdalıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müq aviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, müqavilə ilə müəyyən olunmuş müddətlər daxilində kredit geri qaytarılmamışdır. Hazırda cavabdeh tərəfindən 12 noyabr 2022-ci il tarixinədək 37500 manat iddiaçıya qaytarmalı olduğu halda qaytarılmamışdır. Buna görə də Sumqayıt şəhər 4 saylı notariat kontorunda cavabdehlə iddiaçı arasında bağlanmış 12 noyabr 2021- ci il tarixli kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7500 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən qaytarılmalıdır. Göstərilənlərə əsasən o, Cavabdeh ünvanına məktub göndərərək, ünvan 1abr 2021-ci il tarixli kredir müqaviləsinin ləğv edilməsinə münasibət bildirməyi və həmin müqavilə üzrə borc aldığı 7500 manat məbləğində pul vəsaitinin ona qaytarılmasını xahiş etmişdir. Məktubu n göndərilməsindən 30 gündən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ona cavab verilməmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, cavabdeh öz öhdəliklərini icra etməmiş və nəticədə gecikdirilmiş 165 günə görə 847 manat 50 qəpik məbləğində faiz borcu yaranmışdır.
4. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirmişdir ki, onunla iddiaçı arasında 12 noyabr 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi formal xarakterli olmuş, əsl həqiqətdə o, iddiaçıdan hər hansı məbləğdə borc almamışdır. Buna görə də iddia tələbi əsassızdır. Sonda cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
5. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-3939/2023 nömrəli iş üzrə 4 avqust 2023-cü il tarixli qətnaməsi ilə (haki m Camal Quliyev) iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilərək, Cavabdeh 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7500 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 317 manat 54 qəpik, cəmi 75.317 manat 54 qəpik məbləğində pul vəsaitinin X2 xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 7500 manat məbləğində pul vəsaitini borc vermiş cav abdeh 12 noyabr 2022-ci il tarixədək həmin borcun 37500 manat, digər 37500 manat məbləğində hissəsini isə 12 noyabr 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh hazırki tarixədək həmin kredit müqavilə üzrə heç bir ödəniş etməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdeh ilə aralarında borc müqaviləsinin bağlanmasını və 7500 manat məbləğində pul vəsaitini cavabdehə borc verməsini xx.xx.2021-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsini təqdim etməklə sübuta yetirsə də, cavabdeh iddia tələbinin əsassızlığına, eləcə də həmin məbləğdə pul vəsaitinin borc alınmamasına, yaxud borc alınsa da qaytarılmasına, eləcə də həmin müqavilənin et ibarsızlığına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin 3-cü bəndində kreditin faizsiz verilməsi göstərilsə də, Nümayəndə Cavabdeh ödənilməmiş əsas borca hesablanmış faiz borcu qismində 847 manat 50 qəpik məbləğində pul vəsaitinin tutulmasını tələb etmiş, lakin iddia tələbində həmin faiz borcunun hansı əsasla hesablandığı göstərilməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəll əsinin 385.1, 421.2, 427.3, 448.1, 529.3, 739.1, 743-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 477-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 158 manat 77 qəpik pulun tutularaq cavabdehə ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Sumqayıt şəhər 4 saylı notariat kontorunda cavabdehlə iddiaçı arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndində göstərilmişdir ki, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərilməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Gəncə Şəhər Məhkəməsi qətnamə çıxararkən 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndinin tələblərini pozmuş, belə ki, borcun icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əhəmiyyət verməmiş, iddia ərizəsinin baxılmasını mümkün saymış, işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə ic ra edilmədikdə mübahisəsiz qaydada alınması üçün müraciət etməli idi, həmin tələblə bağlı məhkəməyə müraciət etməməli idi. Gəncə Şəhər Məhkəməsi qətnamə çıxararkən “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsini və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinin tələblərini pozmuş, belə ki, borcun icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əhəmiyyət verməmiş, iddia ərizəsini baxılmasını mümkün saymış, işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2470/2023 nömrəli mülki iş üzrə 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müqavilə şərtinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirərək razılaşdırılmış məbləğdə borc pulu cavabdehə vermiş olsa da, cavabdeh müqavilə öhdəliyinə əməl etməmiş, götürülmüş krediti ümumiyyətlə qaytarmamış, nəticədə yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Ona görə də kollegiya hesab etmişdir ki, məhkəmə iddia tələbini müqavilənin ləğv edilməsi və əsas borc hissəsində haqlı olaraq təmin etmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehdən müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 847,50 manat bo rc tələbi hissəsində iddianı təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. İddiaçının özü də məhkəmənin gəldiyi həmin nəticə ilə razılaşmışdır. Odur ki, kollegiya tələbin həmin hissədə əsaslılığını araşdırılmasını zəruri saymamışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndində göstərilir ki, “Borc alan” krediti xx.xx.2022-ci il tarixədək 37500 manat, qalan 37500 manat pulu isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Lakin işin hallarından görünür ki, cavabdeh müqavilə üzrə hər hansı məbləğdə ödəniş etməməklə müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, kollegiya hesab edir ki, iddiaçı verdiyi borcu müqavilə üzrə icra müddəti başa çatmamış geri tələb etməkdə haqlı olmuşdur.
16. Kollegiya qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmiş olmasa da, birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan hansısa məbləğdə borc almadığını, müqavilənin formal xarakter daşıdığını göstərmiş olsa da, həmin müqaviləni mübahisələndirməmiş və müqaviləni bağlamaqda məqsədinin nədən ibarət olduğunu izah etməmiş, məhkəmə kollegiyasının iclası dəfələrlə təxirə salınmış olsa da, cavabdeh məhkəmə iclasına gəlməmiş bağlanmış müqavilənin formallığının nədə ifadə olunduğunu izah etməmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini cavabdehin formal mülahizəsi hesab etmişdir
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1, 421.2, 442, 443.1, 445.1, 445.2, 447.1, 448.1, 448.2, 739, 743-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 477-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 158 manat 77 qəpik pulun tutularaq cavabdehə ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayət i ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı borcluya bildiriş göndərdikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə mübahisəsiz qaydada alınması üçün müraciət etməli idi. Gəncə Apellyasiya Məhkəməsi borcun icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına fikir verməli, iddia ərizəsinin baxılmasını mümkün saymamalı, işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etməməli idi. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verməli idi. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən tərəflərə bərabər qaydada yanaşılmamış, qərəzliliyə yol verilmiş, mötəbər sübutlara və faktlara əsaslanmadan, qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq, düzgün əsaslandırmadan qətnamə qəbul edilmişdir.
20. Kas sasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 385.1, 425.1, 427.3, 442, 448.1, 739.1 və 740.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 9, 14.1,76, 77.1, 88, 106.1, 217 və 261.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak vermə li, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
24. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
27. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəs iz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
31. Maddə 739.1.Bo rc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
32. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
33. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun ve rildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.
34. Maddə 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz.
35. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
36. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
37. Maddə 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüqu q normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillər apellyasiya şikayətində də irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
48. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün fak tiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həm çinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2470/2023 nömrəli iş üzrə 20 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.