Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1535/2019 01.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, Ləğv Prosesində Olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyasının 25 iyul 2018-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Ləğv Prosesində Olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş ziyana görə 59500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 59530 manatın tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova, iş № 2(011)-478/2018) iddia təmin edilmiş, ləğv prosesində olan X4 Cəmiyyətindən 59500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 59530 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Ləğv Prosesində Olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Si ğortalanması Fondu həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 25 iyul 2018-ci il tаrixli qərardadı ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və S.Seyidova, iş № 2(103)8550/2018) cavabdeh Ləğv Prosesində Olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondunun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Ba kı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2018-ci iltarixli qərardadının ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ləğv Prosesində Olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2018-ci iltarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmay araq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı cavabdeh Ləğv Prosesində Olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş ziyana görə 59500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 59530 manatın tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ləğv prosesində olan X4 Cəmiyyətindən 59500 manat, ödənilm iş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 59530 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Ləğv Prosesində Olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondu həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ləğv Prosesində Olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Siğortalanması Fondu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia bankın hüququ şəxs kimi fəaliyyətindən irəli gələn münasibətlərin əsnasında yaranmış iddiadır və Konstitusiya Məhkəməsinin 13.06.2017-ci il tarixli qərarında öz əksini tapan müddüalara şamil edilmir. Hesab edir ki, məhkəmənin bu mövqeyi səhvdir. Belə ki, mövcud qanunvericiliyin və Konstitusiya Məhkəməsinin 13.06.2 017-ci il di qərarına əsasən bank iflas proseduruna başladığı andan banka qarşı istənilən hərəkətlər yalnız Banklar Haqqında Qanunun maddələri ilə tənzimlənir. Belə olan halda aydın olur ki, qeyd edilən maddi ziyanın ödənilməsi tələbi qorunmayan kreditor tələblər sırasına daxildir və qanunvericiliklə tənzimlənən növbəlik qaydasında təminatsız kreditor tələblər sırasına aiddir. Yəni hal hazırda həmin kredit borcunun depozit hesabındakı pul vəsaiti ilə əvəzləşdirilməsi qanunaziddir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiyası məhkəməsi işin qeyd olunan hallarını nəzərə almadan hazırki işə mahiyyəti üzrə baxaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq norma larının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Banklar haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır. Və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərba ycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildi rsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsasları kimi ona istinad etmişdir ki, “...apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində yalnışlığa qol vermiş və iş üzrə icraata xitam vermişdir. Bu da öz növbəsində mənim məhkəməyə müraciət və hüquqların məhkəmə müdafiəsi hüququmu məhdudlaşdırmış olur.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəmə sinin qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərardadında qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “İddiaçı tərəfindən irəli sürülmüş tələblərin mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyrimümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, bu səbəbə görə apellyasiya şikayəti təmin edilməli, həmçinin iddiaçıya izah olunmalıdır ki, o, pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edə bilər.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaə ti ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apell yasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(102)-1535/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1535/2019
01.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver