Məhkəmə qərarları › İş №2(102)-1535/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1535/2022

20.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1535/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququ 20.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Əliyev Zaur Əli oğlunun məruzəsi, hakimlər Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9170/2021 nömrəli, 2 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları

1. İşə mahiyyəti üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyətinin «Cavabdeh 6 nəfər ailə tərkibi ilə birlikdə ünvan 1 ünvana daimi qeydiyyata götürülməsi barədə» 296/97 nömrəli 02.04.1992-ci il tarixli sərəncamına əsasən Cavabdeh 6 nəfər ailə üzvü ilə birlikdə ünvan 1 ünvanına qeydiyyata düşmələri üçün müraciət etmişdir. Ərizəçi Cavabdeh ilə hazırki mənzilin icarədarı arasında (notariat qaydada təsdiq edilmiş) qarşılıqlı razılaşma əsasında mənzil dəyişdirilmişdir. Mənzildə faktiki ərizəçi ailəsi ilə qeydiyyatsız yaşayır. Azərbaycan SSR Ali Sovetinin 247-Xİİ №-li Qərarının icrası ilə bağlı Cavabdeh – özü, X4 – bacısı, X5 – qardaşı, X7 – qardaşı, Hacıyev Allahyar Bilal oğlu – atası, X6 – anası ilə birlikdə daimi qeydiyyata götürülmələrinə razılıq verilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanlanmış 20.12.2019-cu il tarixli məktuba əsasən ünvan 3, ev 18, mənzil 15 Cavabdeh adına Nəsimi rayon İcra Hakimiyyətinin 02.04.1992-ci il tarixli, 296/92 saylı qərarına, 17 nömrəli Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilən 23.01.1999-cu il tarixli, V 661 nömrəli forma 2 arayışına, X16, Fərzani Allahyar oğlu, X8, X2, X3, X1 razılıq ərizələrinə əsasən 02.03.1999-cu il tarixdə ilkin qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 07.12.2019-cu il tarixli, 965 nömrəli qərarına əsasən Naxçıvan MR Culfa RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış İddia çı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı və 02.02.1995-ci ildən 01.03.1995-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travma-diaqnoz: «Ayaqların İİ-İİİ dərəcəli donvurması, sol pəncənin İ barmağının infeksiyalaşmış yarası» (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsinin 12.11.2019cu il tarixli 42 nömrəli göndərişi, 12.11.2019-cu il tarixli 135 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş 01.03.1995-ci il tarixli çıxarış epikrizi, SQ Baş Klinik Hospitalından verilmiş 23.12.2013-cü il tarixli 2/457 nömrəli arayışı, 1 saylı Bakı İnziati İqtisadi Məhkəməsinin 17.10.2019-cu il tarixli, 2-1(81)-4144 nömrəli qərarı, MN MHHK-nın həkim–mütəxəssisinin rəyi ilə təsdiq edilmişdir), «Hərbi tr avmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri yerinə yetirərkən alınmışdır» və 10.10.1995-ci ildən 06.11.1995-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunduğu xəstəlik-diaqnoz: «Kəskin pielosistit. Sidik turşusu diatez» (MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş 06.11.1995-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim-mütəxəssisin rəyi ilə təsdiq edilmişdir), «xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır».

4. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin kserosurətinə əsasən ünvan 3ndə yerləşən 18 saylı evin 15 saylı mənzili 23.02.1999-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətinə verilib.

5. Nəsimi rayon MKTB-nin 17 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən ver ilmiş 04.02.2021-ci il tarixli arayışa əsasən İddiaçı 4 nəfər ailə üzvləri ilə Bakı şəhəri, S.Rüstəm küçəsində yerləşən 18 saylı evin 15 saylı mənzilində 1996-cı ildən qeydiyyatsız yaşayır.

6. AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 29.04.2021-ci il tarixli arayışa əsasən Cavabdeh ünvan 3ndə yerləşən 18 saylı evin 15 saylı mənzildə qeydiyyatdadır.

7. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.10.2018-ci il tarixli, 2-1(81)-3240/2018 saylı qərarın surətindən görünür ki, İddiaçı cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər Cavabdeh və qeyriləri işə cəlb edilməklə sərəncamda dəyişiklik edilməsi barədə iddia tələbi təmin edilməmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 24.04.2019-cu il tarixli, 2-1(102)-14 01/2019 saylı qərarın kserosurətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 15.01.2019-cu il tarixli, 2-1(103)181/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Ali Məhkəməsinin 24.04.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 15.01.2019-cu il tarixli, 21(103)-181/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qardaşıdır. 1990-cı ildə cəmi 7 nə fərdən ibarət olan ailəsi Naxçıvan MR-nın Culfa rayonundan Bakı şəhərinə köçmüş və ünvan 1-də məskunlaşmışdır. İddiaçı xx.xx.1973-cü il təvəllüdlü olmaqla ailəsinin ən kiçik üzvüdür və ailəsi Bakıya köçərkən yetkinlik yaşına çatmamışdır. Bir müddət ailə üzvləri ilə birlikdə bu ünvanda yaşadıqdan və 18 yaşı tamam olandan sonra, 15.06.1991-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış və 30.07.1996-cı ildə hərbi xidmətini başa vurub ordudan təxris olunmuşdur. Hərbi xidmətdən sonra daimi yaşayış yeri olan ünvan 1-ə qayıtmış və hal-hazıradək 30 ildən çoxdur ki, bu mənzildə yaşayır. İddiaçı ailəlidir, himayəsində 3 uşağı vardır. Bu ünvanda yaşadığı müddətdə heç kimin yaşayış sahəsi ilə əlaqədar iddiaçıya qarşı narazılığını və etirazı olmamışdır. Bu evdən başqa yaşayış yeri yoxdur. Mübahisəli mənzil cavabdehin adında olsa da, sonuncu heç vaxt bu mənzildə yaşamamışdır. Evin sənədləri olmadığına görə yaşayış sahəsinə qeydiyyata düşə bilməmişdir və məcbur qalıb digər qardaşının mənzilinə – Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 24, mənzil 14-ə qeydiyyata düşmüşdür. Sonradan iddiaçı bilmişdir ki, yaşadığı mənzilin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 296/97 saylı 02.04.1992-ci il tarixli sərəncamı əsasında 02.03.1999-cu il tarixdə qardaşı Cavabdeh adına özəlləşdirilmişdir. Bundan narazı qalıb qardaşı cavabdehə etiraz etmiş və mənzilin müəyyən hissəsinə qanunla iddiaçının da payının olmasını bildirib bir hissəsinin iddiaçının adına keçirilməsini ondan xahiş etmişdir. Lakin, cavabdeh etiraz etmişdir. 1990cı ildən iddiaçı ailə üzvləri ilə birlikdə bu mənzildə yaşasa da, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ailəsinin məskunlaşmasına dair qərar qəbul edilərkən yaşayış sahəsinin istifadə hüquqları nəzərə alınmamış və iddiaçı mənzilə ehtiyacı olan ailə üzvü kimi qeydiyyata götürülməmişdir. Ailəsi ilə bu ünvana köçərkən yetkinlik yaşına çatmadığına görə sənədlərdə adını yazılmamışdır. Lakin, buna baxmayaraq, valideynləri ilə və digər ailə üzvləri ilə birlikdə yaşadığına görə onlarla birlikdə həmin mənzildən onun da istifadə hüququ olmuşdur. 02.04.1992-ci ildə icra hakimiyyəti tərəfindən qərar qəbul edilərkən iddiaçı hərbi xidmətdə olmuşdur. Həmin vaxt hərbi qulluqçu olmasına baxmayaraq icra hakimiyyəti, cavabdeh və ailə üzvləri onun hüquqlarını nəzərə almadan adını yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi sərəncama daxil etməmişlər. Halbuki, müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq yaşayış sahəsindən istifadə hüququ mütləq nəzərə alınmalı idi. Döyüş bölgəsində hərbi xidmət zamanı ağır xəstələnmiş və 1996-cı ildə hərbi xidmətdən təxris olunduqdan sonra uzun müddət müalicə almışdır. Sahhətində yaranmış ağır problemlər səbəbindən 2-ci qrup hərbi xidmət əlili hesab edilmişdir. Hazırda hərbi həkim komissiyasında barəsində əlavə araşdırma aparılır və iddiaçıya müharibə əlili statusunun verilməsi nəzərdə tutulmuşdur. Hərbi xidmətdən sonra daimi müayinə və müalicələrdə olduğuna görə evin sənədləri və ya evin özəlləşib-özəlləşməməsi ilə ciddi məşğul ola bilməmişdir. MİS-dən iddiaçıya bildirmişlər ki, ev özbaşına tikilidir və daxili sənədləşmə kitablarında evin sahibi kimi cavabdeh qeyd olunmuşdur. Lakin, sonradan evin qardaşının adına ol duğunu bilib DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə 23.04.2018-ci il tarixli məktubla cavab verən reyestr xidməti mənzilin Nəsimi rayon İcra Hakimiyyətinin 02.04.1992-ci il tarixli 296/97 saylı sərəncamı və evdə qeydiyyatda olan şəxslərin razılığı ilə cavabdehin adına qeydiyyatdan keçdiyini bildirmişdir. Mübahisəli sərəncamla mənzildən istifadə hüquqları və özəlləşdirmə zamanı mənzildən pay hüququ olan şəxs kimi maraqları nəzərə alınmayaraq icazəsi olmadan mənzil cavabdehin adına özəlləşdirilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 15 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, onun qardaşı İddiaçı onun mənzilinə qeydiyyata düşmək üçün yalan məlumatlar verərək inzibati akta dəyişiklik edilməsinə dair tələblər irəli sürmüşdür. Belə ki, o, mübahisəli mənzili 1989-cu ildə keçmiş Bakı sakini erməni Ayrapetovadan etibarnamə yolu ilə 7000 publ verərək almışdır. Sənədləşmə işi 1992-ci ilədək uzanmışdır. Onun qardaşı İddiaçı o dövrdə 13-14 yaşlarında idi. Atası və anası vəfat edərək qədər qardaşı ilə Naxçıvan Muxtar Respublikası Culfa rayonu Əbrəqunus kəndində yaşayırdılar. Atası və qardaşlarının mübahisəli mənzili almaşda cavabdehə heç bir köməyi olmayıbdır. Əksinə, o, ailəsinin bütün üzvlərinə həm maddi, həm mənəvi dəstək olmuşdur. O, 19871989-cu illərdə Ukraynada mühəndis, 1989-1996-cı illərdə Rusiyada «Volqa» kooperativində çalışmışdır. Atasının 11 uşağı olmuşdur. Onlardan 3-ü ruhi xəstə, ca vabdehin anası ağır şəkər xəstəsi olmuşdur. Onun onlara necə dəstək olduğunu vicdanlı bacı-qardaşları bilir. İddiaçının iddia etdiyi kimi, guya 1990-cı ildə onların ailəliklə Bakıya köçməsi tamamilə yalandır. İddiaçı ordu sıralarına Naxçıvandan gedib. Naxçıvanda bir qədər qulluq etdikdən sonra Gədəbəyə göndəriblər. Oradan isə qaçıb gəlmişdir. Fərari olmasın deyə iddiaçını Ağdamda hərbi qulluğa aparmışlar. Atası ölənədək (2012-ci ildə) iddiaçı və ailəsi Naxçıvan MR Culfa rayonu Əbrəqunus kəndində daimi qeydiyyatda olmuş və yaşamışdır. Atası 8-10 il əvvəl iki mərtəbəli evini, 25 sot torpağı və təsərrüfatda olan 120 arı ailəsini oğlu Habilin adına keçmişdir. Lakin iddiaçı məhkəməyə yalan iddia edir ki, onun yaşayış yeri yoxdur. Halbuki 2016-cı ildə Naxçıvandan qeydiyyatdan çıxıb Bakı şəhərinə gəlmişdir. İddiaçı digər qardaşı Ramizin ünvan 5 ünvana müvəqqəti qeydiyyata son illərdə düşmüşdür. Uzun illərdir ki, onun aldığı mağazadan kirayə pulunu iddiaçı alır. İddiaçının toy xərcini çəkmiş, 150 qram toy qızılları da o, almışdır. İddiaçı iddia edir ki, 1990-cı ildə bütün ailəsi Bakıya köçmüşdür. Tamamilə yalandır. İddiaçı mübahisəli mənzildə bir gün də olsa yaşamayıb. İddiaçı ailəsi ilə 2012-ci ildən Bakıya gəlib ondan qış aylarına onun mənzildindən istifadə etmək üçün icazə istəmiş, o, da razılamışdır. Sonralar o, iddiaçıya kənddə olan evə qayıtmasını tələb edəndə müxtəlif bəhanələrlə rədd etmişdir. İddiaçı halhazırda onun mənzilini zəbt etmişdir. Qeyd edir ki, bu günə qədər qardaşı Habilin ona qarşı qaldırdığı bütün iddiaları bütün məhkəmə instansiyaları tərəfindən rədd edilmi şdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Xəlilov) 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd olunan hüquq münasibəti iddiaçının özünüdə qeyd etdiyi kimi 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmışdır. İddiaçı köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən cavabdehin ailə üzvü deyil, onunla birgə yaşayıb ümumi təsərrüfat aparmamışdır. İddiaçı başqa ünvanda ünvan 6 qeydiyyatdadır. Beləliklə məhkəmə iddiaçının cavabdehin ailə üzvü olmamasını və mübahisəli mənzildə yaşamamasını əsas tutaraq hesab etmişdir ki, iddiaçının mübahisəli mənzilə hər hansı istifadə hüququ yaranmamışdır. Məhkəmə öz mövqeyini 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü maddələr inə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) 2 noyabr 2021-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-2398/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 24.04.2019-cu il tarixli, 2-1(102)-1401/2019 saylı qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçının mübahisələndirdiyi sərəncamın qəbul edildiyi 1992-ci ilədə k və bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 №-li evin 15-ci mənzilinə münasibətdə hər hansı subyektiv hüquqa malik olduğunu təsdiq edən sübut işdə yoxdur.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddiaçının mübahisəli mənzilə hər hansı istifadə hüququ yaranmamışdır, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə irəli sürülmüş tələb əsassız hesab edilməli və təmin edilməməlidir” mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qeyd olunan hüquq münasibəti iddiaçının özünüdə qeyd etdiyi kimi 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmışdır. Beləliklə məhkəmə kollegiyası iddiaçının cavabdehin ailə üzvü olmamasını əsas tutaraq hesab etmişdir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır və onun belə hüquqları yoxdur. 1

7. Məhkəmə öz mövqeyini 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28, 123-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 noyabr 2021-ci il tarixli, 2(103)-9170/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələblə ri üzrə qanun pozuntularına yol vermişdir. Kassator qeyd etmişdir ki, iddiaçının icarədarın razılığı ilə onunla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparması nəzərə alınaraq iddiaçının həmin mənzilə istifadə hüququ yarandığına görə onun bu hüququ tanınmalı idi. İş materiallarına əsasən mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına 02.03.1999-cu il tarixdə qeydiyyata alınmış və həmin mənzil hazırda cavabdehin mülkiyyətindədir. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 17 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli arayışa əsasən İddiaçı Bakı şəhəri, S.Rüstəm küçəsində yerləşən 18 saylı evin 15 saylı mənzilində 1996-cı ildən qeydiyyatsız yaşayır. Bu hal rəsmi sənədlərlə sübuta yetmiş, cavabdeh də bunun əksini sübut etməmişdir. M əhkəmənin öz qətnaməsini yuxarıda qeyd edilən kimi əsaslandırmasının səbəbi əslində işin hallarına düzgün qiymət verməməsi olmuşdur. Yəni iddiaçının həmin evdə cavabdehlə birlikdə yaşaması və onunla birgə təsərrüfat aparması rəsmi sənədlərlə sübuta yetir. Cavabdeh işin bu halına etiraz edərək göstərmişdir ki, guya iddiaçı heç bir zaman o mənzildə yaşamamışdır. Belə olduqda isə cavabdeh öz etirazının əsaslandığı halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Lakin cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə də Mənzil Məcəlləsinə əsasən iddiaçı cavabdehin ailə üzvü sayılmasa da, cavabdehin qardaşı kimi onunla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmasını sübut etmək üçün məhkəməyə rəsmi sənəd olaraq Nəsimi rayon MKTB-nin 17 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 04.02.2021-ci il tarix arayışı təqdim etmiş və bununla da iddianın əsaslandığı halları sübut etmişdir. Əgər məhkəmə iddiçının bu sübutu əsasında işə baxmağı mümkün hesab etmirdisə, bu zaman zəruri əlavə sübutlar təqdim etməyi iddiaçıya edə bilərdi. Lakin məhkəmə bunu etməmiş, eyni zamanda iddiaçının həmin sübutunu da nəzərə almamışdır. Halbuki, iddiaçı məhkəməyə həmin sübutla birlikdə əlavə sübutlar da - şahidlər və s. - təqdim edə bilərdi. Belə ki, cavabdeh bu vaxta qədər də iddiaçının həmin mənzildə yaşamasına pretenziya bildirməmişdir. Hal-hazırda onun məhkəmə izahat verərək iddiaçının həmin mənzildə yaşamamasını bildirməsi rəsmi sənədlərlə təkzib edilmişdir. Yəni iddiaçının icarədarın razılığı ilə onunla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparm ası nəzərə alınaraq iddiaçının həmin mənzilə istifadə hüququ yarandığına görə o, bu hüququnun tanınmasını tələb etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:

21. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

22. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

23. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sa yılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarı:

24. Bənd 1. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 22 8.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyin dən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, iddiaçı, ərizəsində qeyd etmişdir ki, “mübahisəli mənzil cavabdehin adına olsa da o, heç vaxt bu mənzildə yaşamamışdır”. İşə mahiyyəti üzrə baxan məhkəmələr sübutları qiymətləndirərək belə qənaətə gəlmişlər ki, iddiaçı, mübahisəli mənzildə mülkiyyətçisi ilə ümumi təsərrüfat aparmadan yaşadığı üçün istifadə hüququna malik olan ailə üzvü statusu qazanmamışdır. Belə olan halda məhkəmələr iddianın təmin olunması üçün qanuni əsasları müəyyən etməmişlər.

32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirm ək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

33. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9170/2021 nömrəli iş üzrə 2 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar