Məhkəmə qərarları › İş №2(102)-1537/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1537/2019

04.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1537/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1537/2019 04 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı vəkili Məmmədov Natiq Sədrəddin oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli, 2(103)3714/2018 nömrəli qətnaməsindən cavabdeh 2nın kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim R.Y.Həsənov) 16 may 2016-ci il tarixli, 2(010)-2521/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh 2ndan iddiaçı "İddiaçı” X2 xeyrinə 95467 (doxsan beş min dörd yüz altmış yeddi) ABŞ dolları əsas borc, 18628 (on səkkiz min altı yüz iyirmi səkkiz) ABŞ Dolları faiz borcu, 2000 (iki min) ABŞ Dolları dəbbə borcu, cəmi 116095 (bir yüz on altı min doxsan beş) ABŞ Dolları məbləğində borc pulun ödəniş gününə manat məzənnəsinə uyğun olaraq, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 (on) manat dövlət rüsumunu n və 20 (iyirmi) manat xidmət haqqına dair xərcin tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi 2 ilə bağlanmış 26.12.2014-cü il tarixli 1 l-MG-2-0-1181-14 №-li ipoteka müqaviləsinə əsasən 2na məxsus olan ünvan 1 ünvanında yerləşən 38.5 kv.m yaşayış sahəli 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda ilkin satış qiyməti 160 000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğ hesabına iddiaçı “İddiaçı" İKB-nin xeyrinə cəmi 116095 (bir yüz on altı min doxsan beş) ABŞ Dolları məbləğində borc pulun ödəniş gününə manat məzənnəsinə uyğun olaraq, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) ma nat xidmət haqqına dair xərcin ödənilməsi, cavabdehin kredit borcu iddiaçı banka tam ödənildikdən sonra, ipoteka predmetinin satışından artıq qalan pul vəsaitinin cavabdeh 2na qaytarılması, ipotekaya qoyulmuş ünvan 2 ünvanında yerləşən 38.5 kv.m yaşayış sahəli 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi satıldıqdan 1 ay sonra, həmin evin cavabdeh 2 tərəfindən məcburi tərk edilərək boşaldılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.N.İmanov, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) 03.10.2018-ci il tarixli, 2(103)-3714/2018 nömrəli qətnaməsi ilə cavabdeh 2nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 may 2016-ci il tarixli qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 38.5 kv.m yaşayış sahəli 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 165 000 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği X5 aid edilmiş, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə “xxxx” LTD MMC tərəfindən aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) manat X3 alınaraq “xxxx” LTD MMC-yə ödənilməsi, “xxxx” MMC tərəfindən aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) manat isə "İddiaçı” X1 alınaraq “xxxx” MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ34AZEG**********5171300001, “xxxx” ASC) köçürülməsi qət edilmişdir. Cavabdeh 2 və onun vəkili X6 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 03.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh 2 və onun vəkili X6 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun qismən ləğv, müqavilə üzrə əsas və faiz borcu hissəsinin araşdırılaraq qərar qəbul edilməsi üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya şikayətində göstərdiyi əsas və faiz borcu hissəsinə hüquqi qiymət verilməmişdir. Halbuki, apellyasiya şikayətində həm mülkiyyətində olan ipoteka predmeti olan fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinin aparılımaması səbəbi ilə, həm də əsas və faiz borcunun düzgün müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilmədiyi səbəbi ilə apellyasiya şikayəti vermişdi. Ancaq yuxarı instansiya məhkəməsi apellyasiya şikayətində yenidən qiymətləndirmə aparılması hissəsində araşdırma apararaq mülkiyyətində olan fərdi yaşayış evinin real bazar qiymətini müəyyən etmiş, apellyasiya şikayətinin digər hissəsində hər hansı bir araşdırma aparmamış və bu hala qətnamədə hər hansı bir hüquqi münasibət göstərilməmişdir. Şikayətdə irəli sürdüyü arqument, yəni əsas və faiz borcu ilə əlaqədar şikayəti, işin mahiyyəti ilə, yəni ona qarşı irəli sürülən tələblə birbaşa bağlı olduğu üçün həmin hissə də əsaslı şəkildə araşdırılaraq qərar qəbul edilməlidir. Apellyasiya şikayəti yuxarı instansiya tərəfindən qismən araşdırılmışdır. Məhkəməmühasibatlıq ekspertizası keçirilsəydi ol a bilsin ki, mütəxəssis rəyi ilə iddiaçı bankın onnan tələb etdiyi məbləğdən daha az məbləğin iddiaçıya ödənilməsi müəyyən edilə bilərdi. Onun bu hüququ, yəni məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi hüququmun qarşısı hər iki instansiya məhkməsi tərəfindən pozulmuşdur. O, iddiaçıya tələb etdiyi məbləği deyil, bu sahə üzrə xüsusi biliyə sahib ekspertin vermiş olduğu rəy əsasında müəyyən edilmiş məbləği ödəmək isətyir. Tələb edilən məbləğin süni şəkildə artırılması və ya iddiaçının keyfinə görə hesablanması onun mülkiyyət hüququnun əlindən çıxmasına səbəb ola bilər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı İKB-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyiş dirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İlk növbədə qeyd edilməlidir ki, kassasiya şikayəti ilə qətnamənin qismən, yəni yalnız borcun tutulması hissəsində ləğvi xahiş edildiyindən elə həmin hissədə də yoxlanmalıdır. Odur ki, kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri baxımından belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 03.10.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 26.12.2014-ci il tarixli, 1 l-MG-2-0-1181-14 №-li əlavə kredit müqaviləsinə əsasən, 2 İddiaçı 11 saylı filialından illik 22% olmaqla 48 aylıq müddətə 100.000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. “İddiaçı" X4 tərəfindən 2na ünvanlanmış bildirişə əsasən, bank borcluya borcun ödənilməsi barədə rəsmi xəbərdarlıq edilmişdir. Maliyyə arayışına əsasən 2nın banka 03.02.2016-c ı il tarixə kredit öhdəliyi üzrə 95467 ABŞ dollar əsas borc, 18628 ABŞ dolları faiz borcu və 28638 ABŞ dolları cərimə borcu - cəmi 142733 ABŞ dolları məbləğində borcu mövcuddur. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi mübahsiələndirilən hissədə iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir; 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya la zımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qayda da icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və aşağı instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Tələb edilən borcun məbləğinin düzgün hesablanmadığı arqumenti ilə bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-cimaddəsinəəsasən, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifad əetməli, 77.1ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahsiələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh 2nın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli, 2(103)-3714/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar