Məhkəmə qərarları › İş №2(102)-1538/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1538/2019

05.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1538/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nə simi rayon Məhkəməsinin 06 iyul 2017-cı il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbi qismən təmin edilmiş, Cavabdeh1 olundan və Cavabdeh2 müştərək qaydada 01R000011613 saylı kredit razılaşması üzrə 57 663,27 ABŞ dolları əsas, 20 915,60 ABŞ dolları faiz və 1001,13 ABŞ dolları cərimə borcu olmaqla cəmi 79 580 ABŞ dolları məbləğində borcun; 001KK**********01 saylı kredit razılaşması üzrə 4999,83 ABŞ dolları əsas, 150,17 ABŞ dolları cərimə borcu olmaqla cəmi 5150 ABŞ dolları borcun, cəmi 61 manat məhkəmə xərclərinin tutulması, tutmanın Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospektində yerləşən 81 A saylı qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmla kın 53 727,52 manat ilkin satış qiyməti ilə hərraca çıxarılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 oradan çıxarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və İ.Vəliyev) Nəsimi rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 01R000011613 saylı kredit razılaşması üzrə 20 915,60 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilərək, Cavabdeh1 və Cavabdeh2 01R000011613 saylı kredit razılaşması üzrə müştərək qaydada tutulmalı olan faiz borcunun 14 178,02 (on dörd min yüz yetmiş səkkiz dollar 2 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəz i Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində müəyyənləşdirilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı QSC (bank) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia verərək, cavabdehlərdən müştərək qayd ada 01R000011613 saylı kredit razılaşması üzrə 57 663,27 ABŞ dolları əsas, 20 915,60 ABŞ dolları faiz və 18 040,83 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 96 619,70 ABŞ dolları məbləğində borcun; 001KK**********01 saylı kredit razılaşması üzrə 4999,83 ABŞ dolları əsas, 2365 ABŞ dolları cərimə borcu olmaqla cəmi 7364,83 ABŞ dolları borcun, yəni ümumilikdə 103 984,53 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməl i, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, bankla Cavabdeh1 arasında bağlanmış 06.12.2006-cı il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 200 000 ABŞ dolları məbləğində kredit xətti açılmış, sonradan kredit limiti 500 000 ABŞ dollarına artırılaraq müqavilə müddəti 06 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Bundan sonra tərəflər arasında 08.11.2013-cü il tarixli kredit razılaşması ilə Cavabdeh1 48 ay müddətinə, aylıq 1,6667% ödəmək şərtilə 85 000 ABŞ dolları, 30.01.2015-ci il tarixli kredit razılaşması ilə isə 12 ay müddətinə aylıq 1,9167% ödəmək şərtilə 5000 ABŞ dolları kredit verilmişdir. Kredit xətti öhdəliyinin təminatı olaraq bankla Cavabdeh2 arasında 31.10.2011-ci il tarixli zami nlik müqaviləsi bağlanmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 07.12.2006-cı il tarixli ipoteka müqaviləsinə və ipoteka müqaviləsinə dəyişiklik edilməsi haaqında 28.10.2011-ci il tarixli sazişə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospektində yerləşən 81 A saylı qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini t əşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə t utmanın yönəldilməsi hüququnu yaradır. İşin mübahisələndirilməyən hallarına görə, bankla Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı kimi özünə məxsus olan əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, borcalan isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Zaminə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci madd əsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zaminlər borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə ey ni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar