Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1542/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi, borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2023-cü il tarixli 2(107)-1203/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İşdə olan əlyazmaya (qəbzə) əsasən Cavabdeh İddiaçı 100000 ABŞ dolları məbləğində borcu yaranmışdır.
2. İşdə olan qəbzə əsasən, Cavabdeh İddiaçı 85000 (səksən beş min) manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür.
3. İş materiallarında olan 5 aprel 2021-ci il tarixli 5 nömrəli kredit müqaviləsinə əsasən 5.000 ABŞ dolları, 07 aprel 2021-ci il tarixli 5/a nömrəli kredit müqaviləsinə əsasən Babayev X1 Rövşən Məmməd oğluna 4500 ABŞ dolları, 08 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1.000.000 rus rublu, 09 may 2021-ci il tarixli 22 nömrəli kredit müqaviləsinə əsasən 500.000 rus rublu məbləğində borc pul vermişdir.
4. İddiaçı Babayev X2 oğlu RPŞ-yə şikayət etmiş, iş polis şöbəsində araşdırılaraq m ülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 100.000 ABŞ dolları, 85.000 manat məbləğində pulun və 545 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə inanaraq müəyyən müddət ərzində onun adına Rusiya Federasiyasına pullar göndərmişdir. Sonradan hesabına qadağa qoyulduğunu bəhanə gətirərək ona pul verməmişdir. Cavabdeh dəfələrlə pullarını tələb etdikdən sonra ona zəng edərək şirkətə əlavə pul yatırmasını xahiş etmiş və qazancın daha yüksək olacağını bildirmşdir. İlk öncə ona inanmamış və ona pul göndərməyəcəyini bildirmişdir. Dəfələrlə ona yalvarış mesajları yazaraq ona olan borcunu qaytaracağına söz vermiş və bu barədə ona öz xətti ilə yazdığı 100000 ABŞ dollara dair qəbzin şəklini göndərmişdir. O da inanaraq və həm də əvvəlki pullarını geri almaq üçün yenə də onun adına Rusiya Federasiyasına pullar göndərmişdir. Lakin, dəfələrlə pullarını istəsədə heç bir nəticəsi olmamışdır. Cavabdehdən Masallı RPŞ-yə şikayət etmişdir. İş polis şöbəsində araşdırılaraq mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh polis şöbəsində izahat verərək ona olan borclarını etiraf etmiş 100 min dolların qəbzi onda olduğundan, o, polisdə sonrakı borcu barəsində 85.000 manatlıq qəbz yazmış və borcunu hissə-hissə qaytaracağını öhdəsinə götürmüşdür. Üzərindən xeyli vaxt keçmə sinə baxmayaraq cavabdeh borcunu qaytarmamışdır.
7. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq Cavabdeh ona borclu olduğu 100.000 ABŞ dolları və 85.000 manat məbləğində pulun, həmçinin 545 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Sonradan iddiaçı iddia həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh ona borclu olduğu 97.750 ABŞ dolları və 85.000 manat məbləğində pulun və 545 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəməsinə etiraz ərizəsi ünvanlayaraq xahiş etmişdir ki, cavabdehin iddiaçıya 26.382,75 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etmə yə məcbur qalsa da, faktiki olaraq heç bir borcunun olmaması, eyni zamanda iddiaçının bu borcu təsdiq edən maliyyə sənədlərini təqdim edə bilməməsi səbəblərindən iddia tələbləri tamamilə əsassız və böhtan olduğundan rədd olunmalıdır.
10. İddiaçı birinci instansiya məhkəməsinə etiraz ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, o, cavabdehlə müqaviləni Azərbaycanda olarkən bağlamışdır. Cavabdeh qeyd edir ki, müharibə səbəbindən götürdüyü pulları qaytara bilməmiş, qurmuş olduğu biznes çökmüşdür. O, cavabdehə pulları göndərəndə Rusiya-Ukrayna müharibəsi başlamamışdır. Həmin dövrdə də cavabdeh ona pul qaytarmamışdır. Ümumiyyətlə, cavabdehin biznesi olmamış və onu aldatmışdır. Müqavilələrin müddəti 6 ay olmuş, lakin üzərindən 1 il keçdikdən sonra müharibə başlamışdır. Ona müqavilədən əlavə digər bizneslərin qurulmasından ötrü çoxlu pullar göndərmişdir.
11. İşdə olan sorğu ilə əldə edilmiş HK-1/2162 saylı iş materiallarında olan 14 avqust 2022-ci il tarixli raporta əsasən, İddiaçı həmin saat 12:46-da 102 zəng xidməti mərkəzinə zəng edərək, Cavabdeh birgə iş qurmaq adı ilə ondan 50.000 ABŞ dolları alması, 05 aprel 2021-ci il tarixdən etibarən Cavabdeh kartına vəsaitlər köçürməsi, lakin həmin şəxsin vədinə əməl etməməsi bildirilmişdir.
12. Həmin HK-1/2162 saylı iş materiallarında olan İddiaçı Masallı PŞ-nin rəisinin adına yazdığı 14 avqust 2022-ci il tarixli ərizəyə əsasən Rusiya Federasiyasında yaşayan tanışı birgə iş qurmaq adıyla ondan 2021-ci ilin aprel ayından 2022-ci ilin aprel ayınadək 50.000 ABŞ dolları pul almışdır.
13. Həmin HK-1/2162 saylı iş materiallarında olan İdd iaçı izahatına əsasən o, Rusiya Federasiyasında yaşayan Cavabdeh 05 aprel 2021-ci il tarixdə 5.000 ABŞ dolları, 2021-ci ilin iyun ayınadək hissə-hissə 29.000 ABŞ dolları, 2021-ci ilin iyun ayından 2022-ci ilin iyun ayınadək hissə-hissə olaraq 16.000 ABŞ dolları borc pul vermişdir. Rövşənə göndərdiyi pulların bir hissəsini özü, müəyyən hissəsini isə onun xahişi ilə Rusiya Federasiyasında yaşayan dostları Rövşənin kart hesabına göndərmişlər. Rövşəndən bütün pulları geri qaytarılmasını xahiş edir.
14. Həmin HK-1/2162 saylı işin materiallarında olan Cavabdeh izahatına əsasən, o, ümumilikdə İddiaçı 50.000 ABŞ dolları pul almış, həmin 50.000 ABŞ dolları pulun qarşılığında tender təşkilatının ona ödəyəcəyi puldan Afəddinə aylıq qazanc 15% gələcəkdi. Lakin tender şirkəti ödənişi uzatdığı üçün Afəd din narazılıq edirdi, ona görə də məcbur olub Afəddinə 100.000 ABŞ dolları məbləğində borc pulu qaytaracağına əlyazma ilə yazıb göndərmişdir. Özü də 200.000 ABŞ dolları ziyan etmişdir. Hazırda onun Afəddinə borcu yoxdur. Lakin ortada özü qaldığı və Afəddin ondan pulunu tələb etdiyi üçün onun 50.000 dollar pulunu özü qaytaracaqdır.Əgər Tender şirkəti onların pullarını ödəsə, Afəddinə 50.000 dollara görə əlavə 15% qazancları da qaytaracaqdır.
15. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həmin qəbzlər, eyni zamanda polis bölməsində yazılan qəbzdə cavabdeh tərəfindən yazılsa da, hədə qorxu altında yazılmışdır, ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir.
16. Mingəçevir Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tаrixli, 2(051)-992/2023 nömrəli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddia tələbi təmin edilərək Cavabdeh 97750 (doxsan yeddi min yeddi yüz əlli) ABŞ dolları və 85000 (səksən beş min) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 545 məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normalar ı əlaqəli şəkildə tətbiq edilməlidir. Tərəflər arasında öhdəlik hüquq münasibəti yarandığından, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıdığından iddiaçının cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ vardır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 427, 442.1, 448.2, 739.1, 740.1 və 740.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, İddiaçı iddialarının rədd olunması haqqında yeni məhkəmə qətnaməsinin çıxarılmasını xah iş etmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunlu olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, iddiaçı düşünülmüş şəkildə doğru olmayan iddia tələbi ilə məhkəməyə müraciət edərək, tamamilə qanunsuz və əsassız qətnamənin çıxarılmasına nail olmuşdur.
21. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli 2(107)-1203/2023 nömrəli qətnaməsi ilə (hakimlər: Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Vəzirxan Məlikov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - “iddia tələbinin Cavabdeh 47750 ABŞ dolları və 85.000 manat tutulması” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələ binin rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 345 manatının cavabdehə aid edilməsi, Cavabdeh 345 manat məbləğində pulun alınıb İddiaçı verilməsi, qətnamənin baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət etmişdir.
22. Apellyasiya instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, tərəflərin istinad etdikləri borc müqavilələrinin Rusiya Federasiyasının Mülki Məcələsinin müddəları əsas götürülməklə bağlandığı müəyyən edilir.
23. Belə ki, iş üzrə tərəflərin hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğundan iddiaçı hazırkı iddianı cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə vermişdir. Birinci instansiya məhkəməsi də iddia ərizəsini icraata götürüb mahiyyəti üzrə baxmaqda haqlı olmuşdur. Yəni müqavilədə tətbiq olunmalı hüquq barədə razılaşma olsa da, tərəflər Azərbaycan Resublikasının vətəndaşları olmaqla hazırda öz vətənində yaşayırlar. Cavabdeh sözügedən müqavilələrdən çıxış edərək borcun ödənilməsinə dair öhdəliyini Azərbaycan Respublikasında yeniləmişdir (pulun alınmasına dair qəbz).
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəflər arasında borc münasibətlərinin olması barədə qənaəti ilə razılaşsa da, qeyd etmişdir ki, məhkəmə borc məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir.
25. Belə ki, nə iddiaçının 102 zəng xidməti mərkəzinə müraciətində, nə polis şöbəsində yazdığı ərizəsində, nə də vermiş olduğu izahatında 85.000 manatdan bəhs edilmir.
26. Cavabdeh isə polis şöbəsində 85.000 manata dair qəbz yazmamışdır. Polis şöbəsində araşdırma 24 avqust 2022-c i ildə qurtardığı halda, 85.000 manatla bağlı “qəbz”in yazılma tarixi isə 02 sentyabr 2022-ci ildir.
27. İşdə olan 100.000 ABŞ dollarına dair qəbzin tarixi 07 mart 2022-ci il kimi qeyd olunmuşdur. İddiaçı Masallı RPŞ-yə ərizə və izahatı isə 14 və 23 avqust 2022-ci il tarixdə vermişdir.
28. Məhkəmə kollegiyasının iclasında iddiaçı onda cavabdehin 100.000 ABŞ dolları ilə bağlı “qəbz”i olduğu halda, nə üçün polisə 50.000 ABŞ dolları ilə bağlı müraciət etdiyinin inandırıcı və ağlabatan izahını verə bilməmişdir.
29. İddiaçı cavabdehə həmin məbləğdən əlavə pul verdiyini təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim edə bilməmiş, tələb etdiyi 100.000 ABŞ dolları və 85.000 manat borcun yaranma mexanizminin ağlabatan izahını verə bilməmişdir.
30. İddiaçı cavabdehin 100.000 ABŞ dolları borcu olduğu və həmin borcu qaytarmadığı halda, yenidən cavabdehə 85.000 manat verməsinin də inandırıcı və ağlabatan izahını verə bilməmiş, həmin borcun olmasını sadəcə bəyan etməklə kifayətlənmişdir.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin iddiaçıya olan borcu 50.000 ABŞ dolları təşkil edir. Kollegiya öz qənaətini belə əsaslandırmışdır ki, cavabdehin 100.000 ABŞ dolları borclu olmasına dair qəbzin 50.000 ABŞ dolları onun borcunun etirafıdır, 50.000 dolları isə işlərinin normal getməsi müqabilində iddiaçıya vəd etdiyi əlavə məbləğdir. Cavabdehin sonradan yazmış olduğu 85.000 manatla bağlı qəbz isə 50.000 ABŞ dollarının Azərbaycan manatına ekvalentidir. Kollegiya bu nəticəyə gələrkən cavabdehin 50.000 ABŞ dolları borcunun olması barədə etirafına əsaslanmışdır.
32. Apellyasiya instan siyası məhkəməsi, Mülki Məcəlləsinin 385.1, 386.1, 406.1, 329.2, 385, 427, 442.1, 448.2, 739.1, 740.1, 740.2-ci və MPM-nin 14.2, 77.1, 88, 217.3, 218.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddia tələbini tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin hakimi işi əsassız olaraq, heç bir əsas gətirmədən xx.xx.2023-cü il tarixə təxirə salmışdır. Həmin məhkəmə iclasında iddiaçıya geniş izahat verməyə, işin faktiki hallarını bildirməyə imkan verməmişdir. Bundan əlavə, ortad a olan qəbzlərdə cavabdehin işləri rəvan getdiyi təqdirdə verdiyini bildirmişdir. Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş qəbzləri nəyə görə mötəbər saymadığını qətnamədə əsaslandıra bilməmişdir.
35. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 385, 386, 406, 427, 442, 448, 739, 740-cı və MPM-nin 14, 102, 103, 376, 388, 389, 390, 385, 386, 387 və 418-ci maddələri ilə əsaslandırılmışdır.
36. Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsinə cavabdeh tərəfindən təqdim edilmiş dəlillərə, (bank koçürmə sənədlərinə) və faktiki olaraq iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında, İddiaçı, iddiaçının, özü tərəfindən öz adı ilə, rublla göndərdiyi, id diasında yalnız bu tələbi etməsinə hüququ olduğu, müvafiq kursla hesablandıqda 134.03 ABŞ dolları məbləğinə görə də Cavabdeh özünün, İddiaçı Müzəfər oğluna 3850 ABŞ dolları məbləğində pulun ödənildiyini qeyd etməklə yanaşı İddiaçı mülki iddiaları ilə əlaqədar iddialarının tamamilə rədd olunaraq, təmin olunmaması, daha düzgünü isə bu mülki işə aidiyyəti üzrə Rusiya Federasiyasının məhkəmələri tərəfindən baxıla bilməsi ilə bağlı yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bütün müqavilələr Rusiya Federasiyasının Novosibirsk şəhərində bağlanmışdır. Azərbaycan Respublikası və Rusiya Federasiyasının mövcud qanunvericiliyinə, eyni zamanda, qeyd olunan müqavilələrin 5-ci maddəsinin (Tərəflərin məsuliyyəti) 5.1-ci bəndində xüsusi olara q qeyd olunmuşdur ki, tərəflər arasındakı mübahisələrə Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində baxıla bilər, yəni yalnız Rusiya Federasiyasında və Rusiya Federasiyasının Məhkəmələri tərəfindən baxıla bilər. 38.Kassasiya şikayəti Mülki Məcəllənin 8.1, 8.2 və 9-cu və MPM-nin 8.1, 8.2, 8.3 və 9-cu maddələri ilə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
40. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hər iki tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 385.1. Öhdə liyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır.
44. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
45. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
46. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
47. Maddə
427. Öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
48. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür.
49. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsir li pozuntusu üçün məsuliyyət daşıyır.
50. Maddə 739.1 (köhnə redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
51. Maddə 740.1 (köhnə redaksiyada). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
52. Maddə 740.2 (köhnə redaksiyada). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
56. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan m üəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
59. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövq eyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya M əhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2023-cü il tarixli 2(107)-1203/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.