Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1543/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və Ağsu rayon Dilman bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına zəbt olunmuş gediş-gəliş yolunun açılması, həmin yolun üzərində tikilmiş özbaşına tikililərin sökülməsi) Kateqoriya: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb), ekspert rəylərinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqi l tələb irəli sürməyən üçüncü şəxs Ağsu rayon Dilman Bələdiyyəsi) qarşı özbaşına zəbt edilmiş gediş-gəliş yolunun açılması və gediş-gəliş yolunun üzərində tikilmiş özbaşına tikililərin öz vəsaiti hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-42/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli qərarı ilə Ağsu rayonu Hacman kəndində 0.15 ha torpaq sahəsi İddiaçı (ailə üzvləri ilə birlikdə) mülkiyyətinə verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair30 mart 2004-cü il tarixli JN – 105F KOD 40911048 saylı şəhadətnaməyə əsasən İddiaçı torpaq üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsində İddiaçı məxsus ümumi sahəsi 89,2 kv.metr olan fərdi yaşayış evi vardır.
2. Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə X1 (X3 anası) mülkiyyətinə 0,16 ha torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair30 mart 2004-cü il tarixli JN – 104F KOD 40911048 saylı şəhadətnaməyə əsasən Firəngiz Əliyevanın torpaq üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsində Firəngiz Əliyevaya məxsus ümumi sahəsi 79.2 kv.metr olan fərdi yaşayış evi olmuş, 17 yanvar 2007-ci ildə Firəngiz Əliyeva öləndən sonra torpaq sahəsi və fərdi yaşayış evi X3 mülkiyyətinə keçmiş, xx.xx.2018-ci il tarixdə X6 həmin əmlakı oğlu – X7 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) X4 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin özbaşına zəbt etdiyi gediş-gəliş yolunun açılması və gediş-gəliş yolunun üzərində tikdiyi özbaşına tikililərin öz vəsaiti hesabına sökdürərək çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Ağsu rayonunun Hacman kəndində yerləşən həyətyanı torpaq sahəsini sovxoz dövründə ona vermişlər. O da, həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmişdir. Evi yolun kənarında yerləşmiş və kəndin qırağında sonuncu ev olmuşdur. Onunla qonşuluqda isə həmin kənd sakini cavabdehə məxsus olan fərdi yaşayış evi yerləşmişdir. Qonşusu hər ikisinin evlərinin yaxınlığından keçən piyada və nəqliyyat vasitələrinin gediş-gəlişi üçün nəzərdə tutulmuş 8 metr enində kənd arası yolu 2015-ci ildən zəbt etmişdir. Həmin yoldan hər ikisi istifadə etmişdir. Hazırda yolun eni 2,5 metrə çatdırılmış və cavabdehin yolun zəbt etdiyi hissəsində quruluq, tayalıq və sair tikililəri inşa etmişdir. Bu barədə Dilman Bələdiyyəsinin sədrinə müraciət etsə də, nəticəsi olmamışdır. Həmçinin, həmin yolu bələdiyyə də düzgün müəyyən etməmişdir.
5. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, o, özbaşına tikinti işi aparmamış və heç kimin gediş-gəliş yolunu kəsməmişdir. Ağsu rayonu, Hacman kəndində yerləşən, sahəsi 79.2 kv.metr olan 4 otaql ı ev 4 iyul 2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən mərhum anası X2 məxsus olmuş, hazırda isə onun xüsusi mülkiyyətinə keçmişdir. Ekspertiza keçirilərək, onun torpaq sahəsinin hüdudları ətraflı ölçülmüş, onun kimsənin torpağını zəbt etmədiyi müəyyən edilmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Üçüncü şəxs Ağsu rayon Dilman Bələdiyyəsinin nümayəndəsi X9 verdiyi izahatında göstərmişdir ki, həmin ərazidə elə ağaclar var ki, 20 ildir əkilmişdir, Sınqılbulağa kimi yollar düzəldilmişdir. Lakin bulağın yanından keçən yollar daralmışdır. Kənd yollarının sxemi tərtib edilməmişdir. Ondan əvvəlki bələdiyyə sədri yolları ölçüb vermişdir.
7. Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəy inin verilməsi Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmiş, xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 saylı qərarı ilə iddiaçının (ailə üzvləri ilə birlikdə) Ağsu rayonunun Hacman kəndində verilmiş 0.15 ha həyətyanı torpaq sahəsi ilə Ağsu rayon Aqrar İslahat Komissiyasının qərarı ilə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsindən başqa digər torpaq sahəsinin gediş-gəliş yolunu tutmamış, cavabdehin inşa etdirdiyi fərdi yaşayış evi öz mülkiyyətinə verilmiş torpaq sahəsində inşa etmişdir.
8. Ağsu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(016)173/20 19 nömrəli iş üzrə 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim Tahir İsmayılov) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsindən başqa digər torpaq sahəsini, gediş-gəliş yolunu tutmadığı, cavabdehin inşa etdirdiyi fərdi yaşayış evinin öz mülkiyyətinə verilmiş torpaq sahəsində inşa etdiyi sübuta yetirilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Ape llyasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə heç bir hüquqa əsaslanmayan qətnamə qəbul edərək, onun hüquqlarını pozmuşdur. İşə baxılarkən ona heç bir məhkəmə bildirişi göndərilməmişdir. Cavabdeh onun əvvəlki iddiası üzrə qadağa qoyulması barədə qərardada əhəmiyyət vermədən, bələdiyyə və daşınmaz əmlakla əlbir olaraq qeyri-qanuni olaraq sənədləşmə aparmışdır. Cavabdehin torpaq sahəsinin hüdudları müəyyən olunan zaman onun yolu zəbt etməsi tərtib edilmiş çıxarışda əks olunmamışdır. Hal-hazırda gedişgəliş yolunun eni 2.5 metrdən az qalmışdır. Həmin yol həm kənd qəbirstanlığına və kənd əkin sahələrinə gedən yol olmuşdur. İlkin arxiv sənədlərində yolun eni 7-8 metr müəyyən edilmişdir.
13. Apellyasiya bax ışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 1 oktyabr 2021-ci il tarixli, 10/4352 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 14 aprel 2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş sənədlərdə iddiaçının iddia ərizəsi təqdim edilmədiyindən iddia ərizəsində yolun hansı istiqamətdə nəzərdə tutulmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçının fərdi yaşayış evinə naturada yol mövcud olduğu müəyyən edilmiş və tərtib edilmiş sxemdə göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan xəritə (DWG) materiallarında tədqiq olunan yolun eni 6,0 metr qeyd edilmişdir. Naturada həmin yolun eni 4 - 6 metr təşkil etmişdir. Mübahisəli yolun naturada cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən olunmuşdur. Lakin yolun zəbt edilib-edilməməsinin müəyyən olunması tikinti ekspertinin səlahiyyətlərinə aid olmamışdır.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-13/2021 nömrəli mülki iş üzrə 9 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev və Ələddin Məcidov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin dəlilləri birin ci instansiya məhkəməsinin ləğv edilməsi üçün əsas deyildir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 1 oktyabr 2021-ci il tarixli, 10/4352 nömrəli ekspert rəyi verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, ekspertin rəyi sübut növlərindən biridir. Ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Yəni hazırkı halda ekspertin rəyi iddianın təmin edilməsi üçün əsas ola bilməz.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən yolun cavabdeh tərəfindən tutulduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, cavabdehin yolu tutması müəyyən edilməmişdir. Ekspert rəyinby mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud olmamış, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 152, 157, 170, 560-cı maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmiş, təhqiqat obyekt inin hansı yol olduğunu müəyyən etmədən əsassız olaraq cavabdehin yolu tutmadığı qənaətinə gəlmiş, qətnamə özü-özlüyündə ziddiyyətli olmuşdur. Sənədlərə görə yolun eninin 6 metr nəzərdə tutulduğu, amma faktiki yolun eninin 4-6 metr olduğu göstərilən ekspert rəyinə də məhkəmə düzgün qiymət verməmişdir. Təkrar ekspertiza keçirilməsi barədə yazılı vəsatətini məhkəmə heç bir əsas göstərmədən təmin etməmişdir.
21. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2579/2022 nömrəli mülki iş üzrə 13 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (məruzəçi), İlqar Xələfov və Abiddin Hüseynov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılm ası üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
22. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, aşağı instansiya məhkəmələri sübutlara obyektiv, hərtərəfli və tam baxmamışlar. Həm iddiaçı, həm də cavabdeh tərəfin adına torpaq sahəsinə dair tərtib edilmiş texniki sənədlərdə onların mülkiyyətində olan sahədən başqa, əlavə torpaq sahələrinin zəbt olunması göstərilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli rəyə əsasən tərtib edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 1 oktyabr 2021-ci il tarixli rəyinə görə mübahisəli ərazidə eni 6 metr olan yol nəzərdə tutulmuş, hazırda həmin yolun eni 4-6 metrdir, iddiaçının yaşayış evinə naturada yol mövcud olmuşdur. Lakin iddia ərizəsi təqdim olunmad ığına görə iddiaçı tərəfindən yolun hansı istiqamətdə nəzərdə tutulmasını müəyyən etmək mümkün olmamışdır.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, rəy ziddiyyətli və natamam olmuş, tədqiqat obyekti, yəni iddiaçının hansı yolun açılmasını tələb etməsi, həmin yerdə yolun mövcud olub-olmaması müəyyən edilmədən rəy verilmişdir. Belə olan halda həmin rəyin verilməsi üçün aparılmış tədqiqatın hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb etməsi kifayət qədər şübhəli olmuşdur. İddiaçı vəsatət verərək göstərilən halları apellyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırmaqla təkrar ekspertiza təyin olunmasını xahiş etsə də, məhkəmə “iş üzrə ekspertiza rəyinin” olduğunu əsas gətirərək vəsatəti təmin etməmişdir.
24. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iş üzrə birinci instansiya məh kəməsinin qətnaməsi qəbul edilən zaman cavabdehin mülkiyyətində nə torpaq sahəsi, nə də yaşayış evi olmamışdır. Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə cavabdehin mərhum anası X1 mülkiyyətinə 0,16 ha torpaq sahəsini cavabdeh miras əmlak kimi qəbul etmiş, sonra isə həmin torpaq sahəsini və adına olan yaşayış evini oğlu Etibar Musayevə 14 avqust 2018-ci il tarixdə bağışlamış, Daşınmaz Əmlakın Dövlət Reyestrindən 4 aprel 2019-cu il tarixdə verilmiş çıxarışa görə həmin əmlaklar Etibar Musayevin adına dövlət qeydiyyatına alınmışdır. İddia tələbi rədd olunduğundan qəbul edilmiş qətnamə Etibar Musayevin mənafeyinə toxunmasa da məhkəmələr onu cavabdeh tərəfdən üçüncü şəxs kimi cəlb etməməklə səhvə yol vermiş, sübutlara tam və hərtərəfli baxılması barədə qanunvericiliyin tələblərini pozmuşdur.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 170-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18, 20-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. İkinci apellyasiya baxışı zamanı X8 cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
27. Məhkəmə kollegiyası tərəfindən 31 mart 2023-cü il tarixdə mübahisə predmeti olan əraziyə baxış keçirilmişdir. Yerli baxışa gələn tərəflərin və mütəxəssisin iştirakları ilə iddiaçının mübahisələndirdiyi əraziyə baxış keçirərək müəyyən edilmişdir ki, Ağsu rayonunun Hacman kəndində tərəflərin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evləri vardır. Hər iki tərəfin evinin yaxınlı ğından keçən piyada və nəqliyyat vasitələrinin gedişgəlişi üçün nəzərdə tutulmuş kəndarası yol mövcud olmuş və tərəflər həmin yoldan hazırda istifadə etmişlər. Lakin vizual baxışla iddiaçının iddia etdiyi xüsusatlar, yəni cavabdehin həm kənd yolunu, həm də iddiaçının evinin arasında olan boş sahəni və ümumiyyətlə yolun çox hissəsini zəbt edərək yolların enini daraltması və gediş-gəliş üçün nəzərdə tutulan yolun üzərində qanunsuz tikililər inşa etməsi aşkar olunmamışdır. Tərəflərin bildirdiklərinə görə, iddiaçının həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi 1990-cı ildə, cavabdehin (üçüncü şəxsin) həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi isə 1987-ci ildə inşa edilmişdir. Cavabdehin (üçüncü şəxsin) həyətyanı torpaq sahəsində ictimai yola yaxın ərazidə yerləşən yardımçı tikililərin də keçmiş zamanlarda inşa edildiyi (son illərdə tikilmədiyi) müəyyən olunmuşdur. Əraziyə baxış zamanı mübahisəli yerdə bitən ağacların yaşının da çox (təxminən 25-30 il, bəlkə də daha da çox) olduğu müəyyən olunmuşdur. Baxış zamanı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin əməkdaşı müvafiq rəyin verilməsi üçün GPS aləti vasitəsi ilə çöl ölçmə işlərini aparmışdır.
28. Həmçinin, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6899 nömrəli ekspert rəyinə əsasən (AR İN yanında ƏMDX DƏDKR PHŞ 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla) Ağsu rayonunu n Hacman kəndinin xəritəsində və elektron baza məlumatlarında iddiaçı və X7 məxsus həyətyanı torpaq sahələrinə gedən ictimai yolun eni 6-8 metr nəzərdə tutulmuşdur. Belə ki, nəzərdə tutulan 6-8 metr yol yolun əks tərəfində olan həyətyanı torpaq sahələri ilə mübahisə predmeti olan həyətyanı torpaq sahələri arasında olan məsafə olmuşdur. Naturada faktiki həmin həyətyanı torpaq sahələri arasında 4-6 metr məsafə mövcud olmuşdur. Yolun hərəkət hissəsi isə 3 metr təşkil etmişdir. Hacman kəndinin həyətyanı torpaq sahələrinə dair hazırlanmış yerquruluşu layihəsindəki cizgilərlə naturada istifadəçilik arasında uyğunsuzluq olduğundan cavabdeh və ya X8 tərəfindən ictimai yolun tutulmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında təqdim olunmuş cavabdehin adına olan seriya RX ******* nömrəl i çıxarışa əsasən cavabdehin mülkiyyətinə verilmiş 0.16 ha torpaq sahəsi naturada istifadə etdiyi torpaq sahəsi ilə eynilik təşkil etmişdir. Ağsu rayonunun Hacman kəndinin xəritəsində və elektron baza məlumatlarında iddiaçı və X7 məxsus həyətyanı torpaq sahələri arasında ictimai yol (sahəyə gedən yol) nəzərdə tutulmuşdur. Elektron baza məlumatlarında iddiaçı və X7 məxsus həyətyanı torpaq sahələri arasında nəzərdə tutulan ictimai yol (sahəyə gedən yol) naturada mövcud olmuş və hər hansı müdaxilə müşahidə olunmamışdır. İddiaçının mübahisələndirdiyi yol iş materiallarında olan 1 oktyabr 2021-ci il tarixli 10/4352 saylı ekspert rəyində göstərilən ictimai yolla eyni olmuşdur.
29. Apellyasiya instansiyası məhkəməsinin 2(107)-42/2023 nömrəli mülki iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Hüseynov (məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
30. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı Ağsu RAİK-in 28 aprel 1998-ci il tarixli, 16 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin Ağsu rayonunun Hacman kəndində verilmiş 0.15 ha həyətyanı torpaq sahəsi ilə X1 mülkiyyətinə verilmiş (sonradan növbə ilə cavabdehin və X5 mülkiyyətinə keçmiş) torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, X5 öz mülkiyyətində olan torpaq sahəsindən başqa digər torpaq sahəsini, gediş-gəliş yolunu tutmadığı, sonuncunun mülkiyyətində olan fərdi yaşayış evinin və yardımçı tikililərin öz mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edildiyi müəyyən olunmuşdur. Həmin faktlar iş üzrə alınmış 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6899 nömrəli məhkəmə tikinti-texniki ekspert rəyi ilə də təsdiq olunmuşdur. İş üzrə verilmiş sözügedən ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qiymətləndirmişdir.
31. Məhkəmə kollegiyası 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6899 nömrəli ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmış və belə nəticəyə gəlmişdir ki, həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.
32. Birinci instansiya mə hkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsindən başqa digər torpaq sahəsini, gediş-gəliş yolunu tutmadığı, cavabdehin (hazırda üçüncü şəxsin) inşa etdirdiyi fərdi yaşayış evinin və yardımçı tikililərin öz mülkiyyətinə verilmiş torpaq sahəsində inşa etdiyi sübuta yetirilmişdir.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 170-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18, 20-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6899 nömrəli ekspert rəyi ziddiyyətli və natamam olmuşdur. Həmin rəyə əsasən müəyyən edilmişdir ki, Ağsu rayonunun Hacman kəndinin xəritəsində və elektron baza məlumatlarında iddiaçı və X7 məxsus həyətyanı torpaq sahələrinə gedən ictimai yolun eni 6-8 metr nəzərdə tutulmuşdur. Naturada faktiki həmin həyətyanı torpaq sahələri arasında 4-6 metr məsafə mövcud olmuş, yolun hərəkət hissəsi isə 3 metr təşkil etmişdir. İctimai yolun xeyli hissəsinin zəbt edilməsi işin mübahisəsiz halı olmuşdur. Lakin ekspert rəyində Hacman kəndinin həyətyanı torpaq sahələrinə dair hazırlan mış yerquruluşu layihəsindəki cizgilərlə naturada istifadəçilik arasında uyğunsuzluq olduğundan cavabdeh və X8 tərəfindən ictimai yolun tutulmasını müəyyən etmək mümkün olmadığı qeyd olunmuşdur. Həmin hissədə rəy ziddiyyətli və natamam olmuşdur. Hacman kəndinin həyətyanı torpaq sahələrinə dair hazırlanmış yerquruluşu layihəsindəki cizgilərlə naturada istifadəçilik arasında uyğunsuzluq olduğu məhz elə cavabdehin həmin yolu zəbt etməsi faktını təsdiq etmişdir.
36. İddiaçı qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2579/2022 nömrəli qərarında həm iddiaçı, həm də cavabdeh tərəfin adına torpaq sahəsinə dair tərtib edilmiş texniki sənədlərdə onların mülkiyyətində olan sahədən başqa, əlavə torpaq sahələrinin zəbt olunması göstərilmiş və bu baxımdan tə qdim olunmuş sübutları tam və hərtərəfli araşdırmaq və onlara lazımi hüquqi qiymət verməklə bağlı göstərişlər verilmişdir. İctimai yolun eninin 6-8 metrdən 3 metrə qədər azalması müəyyən edilsə də, Hacman kəndinin həyətyanı torpaq sahələrinə dair hazırlanmış yerquruluşu layihəsindəki cizgilərlə naturada istifadəçilik arasında uyğunsuzluq olduğu dəqiq müəyyən edilməsinə baxmayaraq cavabdeh və X8 tərəfindən ictimai yolun tutulmasını müəyyən etməyin mümkün olmadığı barədə ekspert rəyi ziddiyyətli olmuş və əsaslı hesab edilə bilməz.
37. Şikayət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.4, 170.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 20.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 102, 103-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
39. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
40. Maddə 13 (hissə İİ). Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
41. Maddə 13 (hissə İİİ). Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
42. Maddə 29 (hissə İ). Hər kəsin mülkiyyət hüququ vardır.
43. Maddə 29 (hissə İİ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
44. Maddə 29 (hissə İV). Heç kəs məhkəmənin qərarı olm adan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
46. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
47. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
48. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
49. Ma ddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
50. Maddə 157.2. İddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın fakti ki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir.
51. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
52. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
53. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
54. Maddə 18.1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
55. Maddə 20.1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.
56. Maddə 20.2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
61. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
62. Maddə 217.2. Qətnamə mübahisəli hüquq müna sibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhk əməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
70. Belə ki, iddiaçı tərəfi ndən mübahisələndirilən Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6899 nömrəli ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut növü kimi qiymətləndirmişdir. Həmin ekspert rəyi ilə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsindən başqa digər torpaq sahəsini, gediş-gəliş yolunu tutmadığı, cavabdehin (hazırda üçüncü şəxsin) inşa etdirdiyi fərdi yaşayış evinin və yardımçı tikililərin öz mülkiyyətinə verilmiş torpaq sahəsində inşa etdiyi sübuta yetirilmişdir.
71. Apellyasiya instansiyası məhkəməsi 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/210/6899 nömrəli ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmış və haqlı ol araq belə nəticəyə gəlmişdir ki, həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.
72. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
73. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 dekabr 2023-cü il tarixli, 2(107)42/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.