Məhkəmə qərarları › İş №2(102)-1544/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1544/2019

20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1544/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Qaplı Səhmdar Cəmiyyətinin vəkili X6, Cavabdeh cavabdehnun iştirakı ilə, Cavabdeh cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1539/2018 nömrəli iş üzrə 07 avqust 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim Anar Rza yev) 28 mart 2016-cı il tarixli, 2(008)-485/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 04R000008083 saylı kredit razılaşması üzrə 4372,77 ABŞ dolları əsas borcun, 2561,12 ABŞ dolları faiz borcunun və 300 ABŞ dolları cərimə daxil olmaqla, cəmi 7233,89 ABŞ dolları kredit borcunun, 04R000008990 saylı kredit razılaşması üzrə 31810,09 ABŞ dolları əsas borcun, 17915,16 ABŞ dolları faiz borcunun, 2500 ABŞ dolları cərimə olmaqla, cəmi 52225,25 ABŞ dolları kredit borcunun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla) tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində istifadədə olan 0,01407 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 92 m2 yaşayış, 130,8 m2 köməkçi sahədən ibarət 8/1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Sənan Hacıyev, Fuad Talışinski) 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 28 mart 2016-cı il tarixli qətnaməsi - ipoteka predmetinin ilkin satış qiyməti 52000 manat müəyyən edilməklə, həmçinin 04R000008083 saylı kredit razılaşması üzrə iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləği 4293,75 ABŞ dolları, 04R000008990 saylı kredit razılaşması üzrə isə əsas borcun məbləği 31646,14 ABŞ dolları müəyyən olunmaqla dəyişdirilmiş, qətnamə qalan hissələrdə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh cavabdehna və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 04R000008083 saylı kredit razılaşması üzrə 4372,77 ABŞ dolları məbləğində əsas borc, 2561,12 ABŞ dolları faiz borcu və 2862 ABŞ dolları cərimə daxil olmaqla, cəmi 9795,89 ABŞ dolları məbləğində kredit borcunun, 04R000008990 saylı kredit razılaşması üzrə 31810,09 ABŞ doll arı məbləğində əsas borc, 17915,16 ABŞ dolları faiz borcu, 22637 ABŞ dolları cərimə olmaqla, cəmi 72362,25 ABŞ dolları kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulmasını, tələbin Cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində istifadədə olan 0,01407 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 92 kvadrat metr yaşayış, 130.8 kvadrat metr köməkçi sahədən ibarət 8/1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət et mədikdə tələbin X4, X1 və Cavabdeh2 ümumi qaydada tutulması, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra X2 həmin fərdi yaşayış evinə yaşayış və istifadə hüququnun itirilməsinə və onun həmin fərdi yaşayış evindən çıxarılması, evin boşaldılması və İddiaçı-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X10 arasında bağlanmış 12.03.2010-cu il tarixli 04L000002766 saylı kredit xətti müqaviləsinə əsasən cavabdeh X9 120 ay müddətinə 150000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşmaları ilə müəyyən olunur. tərəflər arasında bağlanmış 19.09.2011-ci il tarixli 04R000008083 saylı kredit razılaşm ası əsasında cavabdeh cavabdehna 22 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 12500 ABŞ dolları məbləğində kredit verilmişdir. cavabdeh 19.09.2011-ci il tarixli 05R000008083 saylı ödəniş planına əsasən ödəməli olduğu ödənişləri yubatmış və 25.06.2013-cü il tarixdən kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh cavabdeh 05R000008083 saylı kredit razılaşması üzrə götürdüyü kredit borcundan 8127,23 ABŞ dolları qaytarmış və onun 4372,77 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri İddiaçı-yə qaytarmadığı üçün 16.10.2015-ci il tarixə 432 gün üçün hesablanmış faiz borcu 2561,12 ABŞ dolları təşkil edir. 16.10.2015-ci il tarixə 432 gün üçün hesablanmış cərimə isə 22637 ABŞ dolları təşkil edir. Yuxarıda göstərilən 12.03.2010-cu il tarixli 04L000002766 saylı kredit xətti müqaviləsi üzrə cavabdeh X7 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdeh X8 iddiaçı ilə bağladığı 12.03.2010-cu il tarixli 04M000000876 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində istifadədə olan 0,01407 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 92 kvadrat metr yaşayış, 130.8 kvadrat metr köməkçi sahədən ibarət 8/1 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X3 22.07.2015-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, eyni zamanda bildirişin qeydə alınması h aqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və 03.08.2015-ci il tarixdə həmin İdarədə qeydə alınmışdır. 12.03.2010-cu il tarixli 04L000002766 saylı kredit xətti müqaviləsi üzrə cavabdeh X7 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 12.03.2010-cu il tarixli 04S000004081 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Bundan başqa, yuxarıda qeyd edilən kredit xətti müqaviləsi üzrə cavabdeh X7 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X8 12.03.2010-cu il tarixli 04S000004082 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Qeyd edilənl ərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh cavabdeh kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi kollegiyasının 07 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. mülki Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə borc məbləğinin şişirdilməsini, ölkədə baş verən devalvasiyanı və ipoteka predmetinin ilkin satış qiymətinin dəyərindən aşağı qiymətə qiymətləndirilməsini nəzərə almamış, bu hallara əhəmiyyət verməmişdir. Ona görə də, qətnamə ləğv edilməlidir. Tərəflərin izaha tları: İddiaçı Qaplı Səhmdar Cəmiyyətinin vəkili X11 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X10 arasında bağlanmış 12 mart 2010-cu il tarixli 04L000002766 saylı kredit xətti müqaviləsi üzrə kredit razılaşmasına əsasən bank borcalana 120 ay müddətində 150000 manat məbləğində kredit xətti açmağı üzərinə öhdəlik götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X10 arasında bağlanmış 12 mart 2010-cu il tarixli 04R000008990 saylı kredit razılaşmasına əsasən, bank məbləği 40000 ABŞ dolları krediti aylıq faiz dərəcəsi 2,0833 % olmaqla 30 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə gö türür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X10 arasında bağlanmış 13 mart 2013-cü il tarixli 8990 saylı kredit sazişə əsasən, bank ilə Kredit Alan arasında 12.03.2010-cu il tarixli 04L000002766 saylı Kredit Xətti müqaviləsi üzrə 25 aprel 2012-ci il tarixdə bağlanmış 04R000008990 №li Kredit Razılaşmasında aylıq faiz dərəcəsi dəyişdirilərək 2,0833% yazılmış, bank ilə kredit alan arasında 12.03.2010-cu il tarixli 04L000002766 saylı Kredit Xətti müqaviləsi üzrə 25 aprel 2012-ci il tarixdə bağlanmış 04R000008990 №li Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 25 aprel 2012-ci il tarixli ödəniş planına ilə müəyyən olunmuş ödəniş məbləğləri bu Sazişə əlavə olunan 26 fevral 2013-cü il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmiş, kredit alan, tərəflər arasında 12.03.2010-cu il tarixli 04L000 002766 saylı Kredit Xətti müqaviləsi üzrə 25 aprel 2012-ci il tarixdə bağlanmış 04R000008990 №li Kredit Razılaşması üzrə götürdüyü kredititin qalan hissəsini və hesablanmış faizləri bu Sazişə əlavə olunan 26 fevral 2013-cü il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməsi razılaşdırılmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X10 arasında bağlanmış 12 mart 2010-cu il tarixli 04R000008083 saylı kredit razılaşmasına əsasən, bank məbləği 12500 ABŞ dolları krediti aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 22 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İddiaçı Qapalı Səhmdar Cəmiy yəti ilə X10 arasında bağlanmış 13 mart 2013-cü il tarixli 8083 saylı kredit sazişinə əsasən, bank ilə kredit alan arasında 12.03.2010-cu il tarixli 04L000002766 saylı kredit xətti müqaviləsi üzrə 19 sentyabr 2011-ci il tarixdə bağlanmış 04R000008083 №li Kredit Razılaşmasında aylıq faiz dərəcəsi dəyişdirilərək 2,1667% yazılmış, bank ilə kredit alan arasında 12.03.2010-cu il tarixli 04L000002766 saylı Kredit Xətti müqaviləsi üzrə 19 sentyabr 2011-ci il tarixdə bağlanmış 04R000008083 №li Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 19 sentyabr 2011-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri bu Sazişə əlavə olunan 26 fevral 2013-cü il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmiş, kredit alan, tərəflər arasında 12.03.2010-cu il tarixli 04L000002766 saylı Kredit Xətti müqaviləsi üzrə 19 sentyabr 2011-ci il tarixdə bağlanmış 04R000008083 № li Kredit Razılaşması üzrə götürdüyü kreditin qalan hissəsini və hesablanmış faizləri bu Sazişə əlavə olunan 26 fevral 2013-cü il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməsi razılaşdırılmışdır. Öhdəliyin icrasının təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində istifadədə olan 0,01407 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 92 kvadrat metr yaşayış, 130,8 kvadrat metr köməkçi sahədən ibarət 8/1 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması üçün bankla cavabdeh və bank arasında 12.03.2010-cu il tarixli, 04M000000876 saylı ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsas ən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icr anı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında kredit müqaviləsinin bağlanması, cavabdeh Şəfahət Baxşıyevə borc verilməsi, borcun təminatı kimi digər Cavabdeh3 məxsus olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi, cavabdeh tərəfindən kredit vaxtında qaytarılmadığına görə onun banka borcunun yaranması, xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməməsi işin mübahisə edilməyən hallarıdır. Birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qismən təmin etmiş, məhkəmənin qətnaməsi ilə razılşamayan cavabdeh Şəfahət Baxşıyev qətnamədən apellyasiya şikayəti ve rmişdir. Cavabdeh apellyasiya şikayətində borcun düzgün hesablanmadığını mübahisələndirmişdir. Cavabdehin apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini təmin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2018-ci il tarixli, 13525 saylı rəyindən görünür ki, 19 sentyabr 2011-ci il tarixli, 04R000008083 saylı kredit müqaviləsi üzrə və 25 aprel 2012-ci il tarixli 04R000008990 saylı kredit müqaviləsi üzrə X5 21 oktyabr 2015-ci il tarixədək banka olan borcu aşağıdakı kimi müəyyən edilmişdir. 19 sentyabr 2011-ci il tarixli, 04R000008083 saylı kredit müqaviləsi üzrə əsas borc 4293,75 ABŞ dolları, faiz borcu üzrə 2592,47 ABŞ dolları; 25 aprel 2012-ci il tarixli 04R000008990 saylı kredit m üqaviləsi üzrə əsas borc 31646,14 ABŞ dolları, faiz borcu üzrə 18372,34 ABŞ dolları. Apellyasiya instansiya məhkəməsi ekspert rəyinə istinad edərək rəydə göstərilən borc məbləğlərinin tutulmasını müəyyən etmiş, birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilən əsas borc məbləğlərini ekspert rəyinə uyğun olaraq dəyişdirmişdir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 avqust 2018-ci il tarixli qətnaməsi cavabdehlərdən ümumi borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrdə ləğv edilməli və iş həmin hissəl ərdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi əsas borcu ekspert rəyinə uyğun olaraq müəyyən edib azaltsa da, cavabdehdən tutulmalı olan ümumi borc məbləğini dəyişdirməyərək səhvə yol vermiş, müvafiq olaraq ümumi borc məbləğinin də azaldılmalı olmasını diqqətdən qaçırmışdır. Belə ki, birinci instansiya məhkəməsi 04R000008083 saylı kredit razılaşması üzrə 4372,77 ABŞ dolları əsas borcun, 2561,12 ABŞ dolları faiz borcunun və 300 ABŞ dolları cərimə daxil olmaqla, cəmi 7233,89 ABŞ dolları kredit borcunun, 04R000008990 saylı kredit razılaşması üzrə 31810,09 ABŞ dolları əsas borcun, 17915,16 ABŞ dolları faiz borcunun, 2500 ABŞ dolları cərimə olmaqla, cəmi 52225,25 ABŞ dollar ı kredit borcunun cavabdehlərdən tutulmasını qət etmişdir. Apellyasiya instansiyası məhkəməsi 04R000008083 saylı kredit razılaşması üzrə məhkəmə tərəfindən müəyyən edilmiş 4372,77 ABŞ dolları əsas borcu 4293,75 ABŞ dollarına, 04R000008990 saylı kredit razılaşması üzrə isə müəyyən edilmiş 31810,09 ABŞ dolları əsas borcu 31646,14 ABŞ dollarına dəyişmişdir. Lakin məhkəmə hər iki kredit razılaşması üzrə cavabdehlərdən ümumilikdə tutulan məbləği dəyişdirməyərək pozuntuya yol vermişdir. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Digər tərəfdən birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satı ş qiymətini qətnamədə göstərmədiyindən apellyasiya instansiyası məhkəməsi bu nöqsanı aradan qaldırmaq məqsədi ilə mütəxəssis rəyi alaraq ipoteka predmetini qiymətləndirmişdir. Məhkəmə bu qənaətini «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə istinad edərək belə əsaslandırmışdır ki, ipoteka müqaviləsi 2010-cu il tarixdə bağlandığından və üzərindən uzun müddət keçdiyindən, ipoteka predmetinin dəyərinin obyektiv müəyyən olunması üçün müstəqil qiymətləndirici cəlb edilməlidir. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricin in rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. «xxxx» MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin rəyindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində istifadədə olan 0,01407 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 92 m2 yaşayış, 130,8 m2 köməkçi sahədən ibarət 8/1 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 52000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin rəyə istinad edərək ipoteka predmetinin ilkin satış qiymətini 52000 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə işin hallarına uyğun olmamış, məhkəmə mütəxəssis rəyini tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İşdə olan ipoteka müqaviləsindən görünür ki, tərəflərin qarşılıqlı razılığına əsasən 12.03.2010-cu ildə bağlanmış ipoteka müqaviləsi ilə ipoteka predmetinin dəyəri 42896,22 manat həddində müəyyən olunmuşdur. Həmin dövr məzənnəsinə uyğun olaraq 42896,22 manat 55000 ABŞ dollarına bərabər idi (1 ABŞ dolları 0,78 manat). 2010-cu ildən sonra ölkədə iki dəfə devalvasiya baş vermiş və hazırda 1 Azərbaycan manatının ABŞ dollarına nisbətdə məzənnəsi 1,70 manat olmuşdur. Göründüyü kimi, 2010-cu ildən hazırki vaxta Azərbaycan manatı dollara nisətdə 0,92 manat dəyərdən düşmüşdür. Belə olan halda 2010-cu ildə 42896,22 manat (55000 ABŞ dolları) qiymətləndirilən fərdi yaşayış evinin dəyəri hazırki məzənnəyə uyğun olaraq dəyişməli idi. Lakin məhkəmə tərəfindən cəlb edilmiş mütəxəssis rəyində az fərqlə evin dəyərinin 52000 manat olması göstərilmişdir ki, bu da manatın dəyərdən düşmə əmsalına uyğun deyildir, kəskin fərqlənir. Hamıya bəllidir ki, 2010-cu ildən hal-hazıra kimi daşınmaz əmlakın dəyərdən düşməsi müşahidə olunmamışdır. Ona görə də, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində bu barədə göstərdiyi dəlilləri əsaslı hesab edir. Apellyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi cavabdehlərdən ümumi borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrdə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissələrdə ləğv edilməli və iş ləğv edilən hissələrdə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-c i maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh cavabdehnun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1539/2018 nömrəli iş üzrə 07 avqust 2018-ci il tar ixli qətnaməsi cavabdehdən ümumi borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrdə ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar