Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1546/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı İKB-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli 2(103)-11136/2018 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB Cavabdeh qarşı kredit müqaviləsi üzrə b orcun ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1-Y-4-0-909-15 nömrəli, 27.10.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4990,97 ABŞ dolları əsas borc, 2878,24 ABŞ dolları faiz borcu, 1581,46 ABŞ dolları manat cərimə borcu, cəmi 9450,67 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı X1 ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4873/2018 nömrəli, 10.05.2018-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinə etiraz verərək Yasamal Rayon Məhkəməsinin 2(004)4873/2018 nömrəli, 10.05.2018-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsin in 2(004)-4873/2018 nömrəli, 27.06.2018-ci il tarixli qərardadı ilə etiraz təmin olunmuş və Yasamal Rayon Məhkəməsinin 2(004)-4873/2018 nömrəli, 10.05.2018ci il tarixli məhkəmə əmri ləğv edilərək iş üzrə iddia icraatına keçirilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Toğrul Axundov) 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, 1-Y-4-0-909-15 saylı 27.10.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4985.09 ABŞ dolları əsas borcun, 2576.55 ABŞ dolları faiz borcunun, cəmi 7561.64 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manat məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı İKB-yə ödənilməsi, iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 20%-nin iddiaçıya aid edilməsi, qalan 80%-nin, yəni 16 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı İKB-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, hakimlər Abiddin Hüseynov və İsmayıl Xəlilov) 24.10.2018-ci il tarixli 2(103)-11136/2018 nömrəli qətnaməsi ilə İddiaçı İKB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4873/2018 saylı 08 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. K ASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr cavabdehin borcu barədə verilmiş əvvəlki maliyyə arayışlarına əsaslanmışlar. Halbuki, iş materiallarında 01.05.2018ci il tarixli maliyyə arayışı da mövcuddur. Həmin maliyyə arayışına görə cavabdehin əsas borcu 4990.97 ABŞ dolları, faiz borcu 2878,24 ABŞ dolları, cərimə borcu 1581,46 ABŞ dolları, cəmi 9450.67 ABŞ dolları borcu vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit və hesablanmış" faizlərin müqavilənin 4.1-ci bəndində göstərilmiş qaydada və müddətdə ödəmək və həmçinin vaxtı keçmiş ssuda borcuna görə cərimə faizlərin, qrafik üzrə ödəmələrin vaxtında ödənilməməsinə görə hesablanmış cərimə faizlərini, dəbbə pulunu və yaranmış mübahisələrin məhkəmə yolu ilə həlli z amanı Bank tərəfindən çəkilən bütün xərcləri ödəmək Borcalananın öhdəliyi kimi nəzərdə tutulmuşdur (müqavilənin 3.2-bəndinin 3-cü hissəsi), İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3. 399.4. 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: "Həmin norma müqa vilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə "öhdəliklər vicdanla yerinə yetirilməlidir (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilm iş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, "kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər". Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Məhkəmə müqa vilə müddətindən sonra tələb edilmiş faiz və cərimə məbləğinin təmin edilməməsini konstitusiya məhkəməsinin məlum qərarı ilə əsaslandırmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin müddətdən sonra da Bankın tələb hüququ vardır. Müqavilə müddətindən sonra üçün Bank faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə və ya mücərrəd hesablama qaydasında hesablamaqla tələb edə bilər. Göründüyü kimi Bank müqavilə müddətindən sonra üçün də faizləri hesablamaqda haqlı olmuşdur. Məhkəmə əgər qeyd olunan mücərrəd hesablama və ya əsaslandırmanı düzgün hesab etmirdisə belə həmin hissədə də iddianı qismən təmin edə, əsaslandırmanı isə özü müəyyən edə bilərdi. Bundan başqa borc alan tərəfindən kreditora əsas borc məbləğinin qaytarıl ması üzrə öhdəliyinin icrasının gecikdirilməsinə görə qaytarılması gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün Kredit müqaviləsinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.1% miqdarında Banka dəbbə pulu ödəməlidir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 1-Y-4-0-909-15 saylı 27.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB Cavabdeh 24 ay müddətinə illik 27.90% ödəmək şərtilə 5000 ABŞ dolları məbləğində kredit ve rmişdir. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh 27.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə 27.10.2017-ci il tarixinə İddiaçı İKB-yə 4985.09 ABŞ dolları əsas borcu, 2576.55 ABŞ dolları faiz borcu, cərimə borcu üzrə 0 ABŞ dolları, cəmi 7561.64 ABŞ dolları borcu vardır. 01.05.2018-ci il tarixli xəbərdarlıq məktubuna əsasən Cavabdeh 5 gün müddətində borcunu ödəməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdar edilmiş, lakin onun tərəfindən borcun ödənilməsi təmin edilmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hü quqla bağlı düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının özü tərəfindən təqdim edilmiş maliyyə arayışına istinadən cavabdehdən tutulmalı olan əsas borc və faiz məbləğini azaltmış, cərimə borcu isə həmin tarixə mövcud olmadığı üçün cavabdehdən tutulmamışdır. Bundan başqa iddiaçı hazırki iddia ilə cavabdehdən tələb etdiyi əsas borcun məhz 4990,97 ABŞ dolları, faiz borcunun 2878,24 ABŞ dolları, cərimə borcunun isə 1581,46 ABŞ dolları olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, işə birinci instansiya qaydasında baxılarkən məhkəmə əsas borc və faiz borcunu azaldarkən, cərimə borcunun isə tutulmaması barədə nəticəyə gələrkən iddiaçının özünün təqdim etdiyi maliyyə arayışına əsaslanmışdır ki, bununla da düzgün qənaətə gəlmişdir. Kassasiya şika yətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator əsas və faiz borcunun düzgün hesablanmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialla rı ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli 2(103)11136/2018 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1546/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1546/2019
06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver