Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1547/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə çəkilmiş xərcin və əldən çıxmış faydanın ödənilməsi, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə çəkilmiş xərcin və əldən çıxmış faydan ın ödənilməsi barədə ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və İddiaçı2 qarşı “pul tələbi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-477/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 kassasiya şikayətinə 07 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Baş Göynük kəndində yerləşən 1,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və onların övladları X5 və X3 ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Şəki Rayon Məhkəməsinin 2 2 oktyabr 2019-cu il tarixli, 2(075)-1713/2019 saylı qətnaməsinə əsasən, İddiaçı2 və İddiaçı1 Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən, DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********77 reyestr nömrəli çıxarış üzrə 1,48 ha torpaq sahəsindən çıxarılmaları, Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahələrindən istifadələrinə İddiaçı2 və İddiaçı1 tərəfindən edilən hər cür maneələrin aradan qaldırılmaqla qadağan edilməsi, həmçinin İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1, X5 və X6 və ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinə qarşı “onların adına verilmiş torpaq sahəsinə dair reyestr nömrəsi **********77 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmi n edilməməsi qət edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(107)-261/2020 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tаrixli, 2(075)1713/2019 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Şəki rayonu Baş Göynük kəndində yerləşən 1,48 ha və 1,8 ha torpaq sahəsinə çəkilmiş xərcin, yəni 12.321 manatın, Şəki rayonu Baş Göynük kəndində yerləşən 1,48 ha torpaq sahəsində tərəflərindən əkilmiş ağacların dəyəri olan 34.495 manatın və əldən çıxmış faydanın, yəni 21.3 12 manatın, rəy tərtib edilməsi üçün "xxxx" MMC-yə ödənilmiş 1100 manat xidmət haqqının və ödənilmiş 298 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, Azərbaycan SSR-nin zamanında, yəni 80-cı illərdə onlar və ailələri kolxozda işlədikləri üçün onların istifadələrinə hazırda mübahisəli olan torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Həmin torpaq sahəsi həmin vaxt Şəki rayonu, Biləcik kəndinin ərazisi olmuşdur. Daha sonra torpaqların yerdəyişməsi zamanı həmin torpaq sahəsi Şəki rayonu, Biləcik kəndindən alınaraq Şəki rayonu, Baş Göynük kəndinin ərazisinə verilmişdir.
6. İddiaçı1 atası(digər İddiaçı2 əri) vəfat edənd ən sonra onlar həmin əraziyə yaxın ev də inşa etmişlər. Həmin vaxtlarda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şəki rayonu, Cumakənd kəndində yaşamış və Azərbaycanda aqrar islahat aparılan zaman onlara oradan pay torpağı verilmişdir. Cavabdeh1 iddiaçılar İddiaçı1 bacısı, İddiaçı2 isə qızıdır. Cavabdeh2 isə iddiaçıların yeznəsidir.
7. Daha sonra cavabdehlər Şəki rayonu, Cumakənd kəndindəki pay torpaqlarını sataraq qanunsuz olaraq Şəki rayonu, Baş Göynük kəndinə qeydiyyata düşərək Şəki rayonu, Baş Göynük kəndindən yenidən pay torpağı almışlar. Həmin torpaq sahələri iddiaçılara məxsus olmaqla istifadələrində olmasına baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeyri-qanuni yolla iddiaçılara məxsus torpaq sahəsinə çıxarış əldə etmiş və iddiaçılara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, onların mülkiyyətlərində olan Şəki Rayonu, Baş Göyünk kəndində yerləşən 1,48 ha torpaq sahəsindən çıxarılmaları və onların sözügedən torpaq sahəsindən istifadə etmələrinə etdikləri maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Müvafiq qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və iddiaçılar uzun illər istifadələrində olan 1,48 ha torpaq sahəsindən çıxarılmışlar. Lakin həmin torpaq sahəsi uzun illər onların istifadələrində olmuş və onlar həmin torpaq sahəsində yaxşılaşdırma işləri apararaq, orada öz hesablarına fındıq bağı salmış, 485 ədəd fındıq və digər ağac tingləri əkmişlər. Beləliklə, bütün bu işlərin görülməsinə 10.647,20 manat pul xərcləmişlər. Həmin əraziyə əkdikləri meyvə ağacları artıq çoxillik tinglər olmuş və onlar bu illər ərzində kifayət qədər dəyər qazanmışlar. Hazırda həmin ağac tinglərinin dəyəri 34.495 manat təşkil etmişdir. Onların istifadələrində olan, daha sonra cavabdehlər tərəfindən zorla çıxarıldıqları 1,48 ha əkin sahəsinin daşlardan və kollardan təmizlənməsi, peyinlənməsi və yonca sahəsinin əkilməsinə də 1674 manat pul xərcləmişlər. Onlar həmin torpaq sahəsindən çıxarılmaqları nəticəsində həmin ağac tinglərindən və yonca sahəsindən əldə edəcəkləri gəlirdən də məhrum olmuşlar. Hər iki torpaq sahəsindən, yəni ağaclardan və yonca sahəsindən əldən çıxmış fayda 21.312 manat təşkil etmişdir. Bu əsasla da, onlar torpaq sahəsinə çəkdikləri xərcləri, ağac tinglərinin dəyərini və əldən çıxmış faydanı cavabdehlərdən tələb etsələr də, cavabdehlər həmin məbləğin onlara ödənilməsindən imtina etmişlər.
9. İddiaçılar t ələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096 və 1097.1-ci maddələrinə istinad etmişlər.
10. İddiaçı1 birinci instansiya məhkəməsində əlavə olaraq göstərmişdir ki, qeyd edilən ərazidə istifadələrində 1.48 və 1.8 ha torpaq sahəsi mövcud olmuşdur. 1.48 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının 2002-ci il tarixli qərarı ilə cavabdehlərin ailəsinə verilmişdir. 1.8 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyəti olmaqla icarə əsasında hazırda onun istifadəsində olmuşdur. Aqrar İslahat Komissiyasının 2002-ci il tarixli qərarı cavabdehlərin mülkiyyətinə verilmiş 1.48 ha torpaq sahəsində onun və ailəsi tərəfindən hələ 1994-1996-cı illərdə fındıq bağı salmışlar. Həmin sahədə dəqiq olaraq 416 ədəd findıq ağacı topası, 20 ədəd qoz, 22 ədəd şaftalı, 5 ədəd alça, 12 ədəd nar, 2 ədəd alma, 3 ədə d ərik, 3 ədəd əzgil və 2 ədəd zoğal ağacları olmuşdur. Torpaq sahəsində bitən ağacları 1994-1996-cı illərdə əkmələrinə baxmayaraq, onların barını 2000-ci ildən yığmağa başlamışdır. Həmin ildən etibarən 2021-ci ilin bar mövsümü də daxil olmaqla qeyd edilən bağda olan ağacların findıqlar da daxil olmaqla barını o, anası və ailəsi yığmışdır.Bir sözlə 2000-ci ildən 2021-ci ilədək qeyd edilən bağdakı ağaclara o qulluq etmiş, barlarını da özləri yığmışlar. Lakin cavabdehlər hazırda onların əkərək böyütdükləri bağa sahib çıxmışlar.
11. Cavabdeh2 və Cavabdeh1 da qarşılıqlı iddia ərizəsi verərək, 36.750 manat vurulmuş maddi ziyanın və ödənilmiş 201 manat dövlət rüsumunun cavabdehlər (iddiaçılar) İddiaçı1 və İddiaçı2 alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Qarşılı qlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahatı Komissiyasının 23 iyul 2002-ci il tarixli qərarı ilə Cavabdeh2 və Cavabdeh1 ailəsinə Baş Göynük kəndində 1,48 ha torpaq sahəsi ayrılmış və onlar çıxarış da almışlar. Torpaq sahəsi onlara verildikdən sonra 2-3 il həmin torpaqda tütün əkməklə özləri istifadə etmiş, həmin torpağı təmizləmiş, münbitləşdirmə işləri aparmışlar. Bu işdə Cavabdeh1 atası Sabir Aslanov onlara yaxından köməklik etmişdir. Onlar mərhum Sabir Aslanov ilə birlikdə, onun dəstəyi ilə həmin torpaq sahəsində fındıq bağı salmış, həmin findıq bağına 3 il qulluq etmişlər. Həmin dövrlərdə findıq ağacları bar gətirməmişdir. Daha sonra Cavabdeh2 mütamadi olaraq Rusiya Federasiyasına gedib-gəldiyindən, həmçinin azyaşlı uşaqları olduğundan qeyd edilən torpaq sa həsində istifadə edə bilməmişlər. Buna görə də mərhum Sabir Aslanovun təklifi ilə qeyd edilən torpaq sahəsini atasının istifadəsinə və bağa baxmasına vermişlər. Cavabdeh1 atası həmin torpaq sahəsindən təxminən 10-14 il istifadə etmişdir. Cavabdeh1 atası Sabir Aslanov 2018-ci ilin oktyabr ayında vəfat etdikdən sonra qeyd edilən həmin torpaq sahəsindən anası İddiaçı2 qızı və qardaşı İddiaçı1 istifadə etmişlər. Artıq uşaqları böyüdüyündən və öz təsərrüfatlarından istifadə etmək istədiklərindən Cavabdeh1 sonunculara müraciət edərək öz torpaqlarından çıxmasını istəmişlər. Lakin İddiaçı1 və İddiaçı2 onların tələblərini qəbul etməmiş torpaq sahələrini onlara verməkdən imtina etmişlər. Bu səbəbdən də, onlar məcbur qalaraq mülkiyyətlərində olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən 1,48 ha to rpaq sahəsindən çıxarılmaları və cavabdehlərin onların sözügedən torpaq sahəsindən istifadə etmələrinə maneələrin aradan qaldırılması tələbinə dair iddia irəli sürmüşlər.
13. İddiaçılar iddia ərizələrində hazırki mübahisəli ərazidə özləri tərəfindən 416 ədəd fındıq kolu və digər ağaclardan ibarət 485 ədəd bağ salmalarını göstərmələrinə baxmayaraq, həmin torpaqda 350 ədəd fındıq ağacları cavabdehlər tərəfindən əkilmişdir. Həmin bağda 416 ədəd deyil, 350 ədəd fındıq ağacı əkilmiş həmin ağaclardan da 350 ədədi böyümüşdür. Ancaq keçən müddət ərzində, 2021-ci ilin də bar mövsümü daxil olmaqla həmin bağdan hazırki iş üzrə iddiaçılar istifadə etməklə bəhrələnmiş, bağın məhsulunu yığmaqla satıb gəlir əldə etmişlər. İddiaçılar onların mülkiyyətlərində olan torpaq sahəsindən və həmin torpaq sahəsind ə yerləşən bağdan qanunsuz olaraq istifadə etməklə uzun müddət gəlir əldə etmiş və əsassız varlanmışlar. Onların bu əməlləri nəticəsində də, cavabdehlər həmin sahədən istifadə edərək gəlir əldə etmək imkanından məhrum olmuşlar.
14. Cavabdehlər hər dəfə iddiaçılarla barışmağa, razılığa gəlməyə çalışsalar da, onların aqressiv münasibəti ilə qarşılaşmış və bu səbəbdən də aralarında olan mübahisə sona çatmamışdır. İddiaçılar onların torpaqlarını vaxtında tərk etsəydilər, onlar həmin torpaq sahəsindən istifadə etməklə gəlir əldə edə bilərdilər. Bütün bunlara baxmayaraq, onlar yenə də hazırki iş üzrə iddiaçılarla qohum olmalarını nəzərə alaraq iddiaçıların onların həmin torpaqdan çıxmağı tələb etdikləri ilə kimi, yəni 2018-ci ilə kimi əldə etdikləri gəliri vəfat etmiş atasının xətrinə onlara bağ ışlamış, lakin 2018-ci ilin bar mövsümündən sonra, yəni 2019-2020-2021-ci ilin bar mövsümündə fındıq ağaclarından əldə etdikləri gəliri onlardan tələb etmişlər.
15. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəki X23 Mərkəzi tərəfindən 20 may 2022-ci ildə tərtib edilmiş aktla müəyyən edilmişdir ki, Şəki rayonu, Baş Göynük kənd sakini Cavabdeh1 istifadəsində olan torpaq sahəsində əkilən fındıq topalarının orta məhsuldarlığının hesablanması barədə Şəki X23 Mərkəzinə 2022-ci ilin may ayında edilmiş müraciəti əsasında əraziyə baxış müşahidə keçirilmiş, aparılmış baxış müşahidə zamanı 1.48 ha ərazidə (23-25 il əvvəl) 7x6 m, 6x5 m əkin sxemləri ilə salınmış fındıq bağının bar verən yaşda olması və normal aqrotexniki qulluq edilməsi səbəbli hər top fındıq bitkisindən orta hesabla 10 (o n) kq fındıq məhsulu alınması ehtimal olunmuşdur. 2018-2021-ci illərdə fındığın orta bazar qiyməti 3,50-4,0 manat arasında dəyişmişdir. İddiaçı1 və İddiaçı2 2019-2021-ci illərdə cavabdehlərin mülkiyyətində olan torpaqda yerləşən fındıq bağından istifadəyə imkan vermədikləri üçün cavabdehlər 36.750 (otuz altı min yeddi yüz əlli) manat maddi ziyan görmüşlər.
16. Qarşılıqlı iddia tələbini hüquqi əsası kimi Mülki Məcllənin 1096 və 1097.1-ci maddələrinə istinad edilmişdir.
17. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlərin qarşılıqlı iddiasına etiraz edərək göstərmişlər ki, qeyd edilən torpaq sahəsi cavabdehlərin mülkiyyətində olsa da həmin torpaq üzərində əkilən və yetişdirilən bütün bitkilərdən cavabdehlərin və onların ailəsinin xəbəri olmamışdır.
18. Birinci instansiya məhkəməsində iddiaçılar ın vəsatəti əsasında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, o, Şəki rayonu Baş Göynük kəndində yaşamış, hazırki mülki iş üzrə iddiaçı olan İddiaçı2 ilə Şəki rayonu, Qarasov adlanan ərazidə qonşu olmuşlar, kənddə isə qonşu deyillər. Qeyd edilən ərazidə olan mübahisəli torpaq sahəsini iddiaçı və cavabdeh tərəfin atası X13 olmuşdur. Sabirlə münasibətləri yaxşı olmuş, onu yaxşı biri kimi tanımışdır. Sabir həmin ərazini sovet dövründə istifadə etmişdir. Əvvəlllər Sabir, ailəsi və onun uşaqları orada tütün əkmişdilər. Cavabdeh Məhbubənin və Sabirin digər uşaqlarının da həmin torpaq sahəsində işləməsini görmüşdür. Sabir qeyd edilən ərazidə tütünlə yanaşı, tək-tək, gizlincə qoz, fındıq ağacı da əkmişdi. Çünki həmin vaxtlar əkin sahəsində ağaclar əkilməsinə icazə verilmirdi. Torpaq islahatl arı keçiriləndən sonra həmin torpağın Məhbubə və onun ailəsinin pay torpağı olmasını bilməmişdir. Orada bağlar torpaqlar islahat nəticəsində paylanandan sonra salınmağa başlanılmışdır. 2-3-ildir bilmişdir ki, qeyd edilən torpaq sahəsi Məhbubə və onun ailəsinə verilmişdir. Lakin həmin ərazi ilə qonşuluqda Sabirgilin istifadəsində olan bələdiyyə torpağı da olmuşdur. Hazırda həmin torpaq sahəsi İddiaçı1 və İddiaçı2 istifadəsində olmuş və orada olan findıqları və digər ağacların barlarını onlar yığmışlar.
19. Birinci instansiya məhkəməsində iddiaçıların vəsatəti əsasında şahid qismində dindirilmiş X8 göstərmişdir ki, o, İddiaçı1 2003-cü ildən tanımış, onunla bir yerdə işləmişlər. Onun Mayisin istifadə etdiyi torpaq sahəsinin qonşuluğunda torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsində Mayisin fındıq bağı olmuş, təxminən 6-7 il olar ki, o, öz torpaq sahəsində fındıq bağı salmışdır. Sözügedən fındıq bağından Mayis istifadə etmiş, məhsulunu da, özü yığmışdır. 2003-cü ildən bəri həmin fındıq bağında yalnız Mayisi işləyən görmüşdür. Hərdən bir Mayisin atası da, həmin torpaq sahəsinə gəlib-getmiş, Mayisin anasını bağda arada-bir görmüşdür. Həmin torpaq sahəsində fındıq bağının nə vaxt salınmasını bilmir, amma bağı Mayis, yoldaşı və atası salmışdır. Ancaq həmin ərazidə artıq 2005-2006-cı illərdə fındıq bağı var idi. Fındıq bağında təxminən 200-300 topa fındıq ola bilərdi, həmin bağdakı məhsulları kimin yığmasını görməmişdir. Ancaq Mayisin araba ilə findıq yığaraq məhsullarını apardığını görmüşdür. Onun həmin torpaq sahəsinin Məhbubəgilə məxsus olmasından məlumatı olmamışdır.
20. Biri nci instansiya məhkəməsində iddiaçıların vəsatəti əsasında şahid qismində dindirilmiş X12 göstərmişdir ki, Mayisi 30 ildir ki, tanıyır. O, Mayisə əkmək üçün 10 il qabaq, hissə-hissə 1000 fındıq tingi vermişdir. Həmin tingləri Mayisə həm pulla, həm də pay olaraq vermişdir. Mayisin evinin yanında da 2 ha fındıq bağı olmuşdur. Mayis ona həmin tingləri ora basdıracağını demişdir. Ancaq Mayisin ondan aldığı fındıq tinglərini ora basdırıb-basdırmamasını bilmir. Həmin fındıq bağında kimin işlədiyini, bağdakı fındıqları kimin yığıb, satdığını görməmişdir. Həmin bağda təxminən 300-400 fındıq topası ola bilərdi.
21. Birinci instansiya məhkəməsində iddiaçıların vəsatəti əsasında şahid qismində dindirilmiş X1 göstərmişdir ki, hazırki mülki iş üzrə tərəfləri tanımışdır. Uşaqlıqda həmin torpaq sahəsində Aslanov Sabirin, İddiaçı2 və uşaqlarının tütün əkdiyini görmüşdür. Tütündən başqa həmin torpaq sahəsində bir-iki fındıq ağacları da əkilmişdir. Mayisin bacısı Məhbubəni gəlin köçməmişdən əvvəl həmin bağda işlədiyini görmüş, lakin ailə qurduqdan sonra onu, bağda görməmişdir. Bağın fındıqlarını Mayis yığıb satmışdır. Halhazırda fındıqları kimin yığıb satmağından məlumatı yoxdur, onun tərəflər arasında mübahisə olduğundan xəbəri olmamışdır. Həmçinin Mayisin başqa torpaq sahəsinin olmasını bilməmişdir. Onların kəndində əvvəllər kim hansı torpaqdan istifadə edirdisə, həmin torpağı həmin ailəyə pay torpağı kimi vermişdilər.
22. Birinci instansiya məhkəməsində iddiaçıların vəsatəti əsasında şahid qismində dindirilmiş X18 göstərmişdir ki, tərəflər onun yaxın qohumudur. Sözü gedən fındıq bağını 13 il əvvəl Mayis salmışdır. 2000-ci illərdə həmin torpaq sahəsində Məhbubə və Fazil işləmişdir. Sonradan həmin torpaq sahəsində Mayisi işləyən görmüşdür. Fındıqları da həmişə Mayis yığıb satmışdır. Həmin fındıq bağında təxminən 300 topa fındıq ola bilərdi. 1-2 il qabaq həmin torpaq sahəsində Məhbubəgili işləyən görmüşdür. Onun Mayisin bundan başqa torpaq sahəsinin olmasından məlumatı olmamışdır.
23. Birinci instansiya məhkəməsində cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 göstərmişdir ki, mülki iş üzrə hər iki tərəf onun qonşusu olmuşdur. Sözügedən fındıq bağını Aslanov Sabir və ailəsi salmışdır. Cavabdeh1 də həmin bağda işləmişdir. Həmin bağda fındıq, armud və heyva əkmişlər. Daha sonradan Fazil və Məhbubə torpaq sahəsini Aslanov Sabirə vermiş və özləri Rusiya Federasiy asına getmişlər. X25 münasibətləri yaxşı olmuşdur. Aslanov Sabiri həmin bağda çox görmüşdür. Fındıq bağının məhsullarını həmişə Mayis yığmışdır. Onun Mayisin başqa fındıq bağının olmasından məlumatı yoxdur.
24. Birinci instansiya məhkəməsində cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, tərəfləri tanıyır, hər iki tərəflə münasibəti vardır. Onların arasında torpaq sahəsinə görə mübahisə olduğundan xəbərdardır. Sözügedən fındıq bağının kim tərəfindən salınmasından məlumatı olmamışdır. Əvvəllər həmin torpaq sahəsində Cavabdeh2 və Cavabdeh1 işləməsini görmüşdür. Həmin bağın məhsullarını isə həmişə Mayıs və Qəndəvət yığmışdır. Bu il bağdakı fındıqları Məhbubəgil yığmışdır. Məhbubəgil bu il tikanlı məftillə bağın kənarlarını bağlamışlar. Həmçinin X25 münasibət ləri yaxşı olmuş, onlar 40 il qonşu olmuşlar. Aslanov Sabir həmin bağda işləmiş, o, həmişə həmin fındıq bağında olmuşdur.
25. Birinci instansiya məhkəməsində cavabdehlərin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 göstərmişdir ki, onun hər iki tərəflə tanışlığı olmuşdur. Sözügedən torpaq sahəsi onların evlərinə yaxın olmuş və onun tərəflər arasında baş vermiş mübahisədən xəbəri olmuşdur. Həmin bağın kim tərəfindən salınmasından məlumatı yoxdur. O, Məhbubəni və onun ərini təxminən 15-16 il qabaq 3-4 il həmin torpaq sahəsində işləyən görmüşdür. Lakin sonralar həmin bağda Sabiri işləyən görmüşdür. Bağın məhsullarını həmişə Mayis yığmış, lakin son bir ildə Məhbubə də həmin bağın məhsullarından yığmışdır.
26. Şəki Rayon Məhkəməsinin e-2(075)-1201/2022 nömrəli, 5 sentyabr 2022-ci il tarix li qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia isə təmin edilərək, İddiaçı1 və İddiaçı2 36.750 manat məbləğdə pul vəsaitinin və ödənilmiş 201 manat dövlət rüsumunun alınaraq Cavabdeh1 və Cavabdeh2 verilməsi qət edilmişdir. (hakim Cahid İmanov)
27. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılardan Qəndəvət cavabdeh Məhbubənin anası, Mayıs isə onun qardaşıdır. Digər cavabdeh Fazil isə Məhbubənin əri olmaqla iddiaçıların yeznəsidir. İddiaçılar cavabdehlərin mülkiyyətində olan 1.48 ha torpaq sahəsi və onların özlərinin icarəsində olan 1.8 ha torpaq sahəsi üzrə yaxşılaşdırmaları və əkilmiş ağaclara görə müəyyən məbləğ tələb etsə də, həmin torpaqlardan yalnız 1.48 ha olanı cavabdehlərin mülkiyyətindədir. Digər 1.8 ha torpaq sahəsi isə iddiaçıların da məhkəmə iclasında qeyd etdiyi kimi bələdiyyə torpağı olmaqla onların öz icarələrindədir. Mübahisəli 1.48 ha torpaq sahəsi hələ Aqrar İslahat keçirilməmişdən əvvəl iddiaçı və cavabdeh Məhbubənin ailəsinin, yəni ailə başçısı Sabir Aslanovun istifadəsində olmuşdur. Sabir Aslanov, onun ailəsi və uşaqları, o cümlədən Məhbubə də həmin torpaq sahəsində tütün əkib becərmişlər. Həmin dövr sovet dövrü olduğundan əkin sahələrində hər hansı bağ salınmasına icazə verilməmişdir. Azərbaycanda Aqrar İslahatı başladıqdan sonra vaxtilə ailənin istifadəsində olmuş qeyd edilən 1.48 ha torpaq sahəsi Şəki rayon, Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli qərarı ilə cavabdehlərə pay torpaq sahəsi kimi ayrılmış və cavabdehlər xx.xx.2019cu il tarixdə həmin torpağa dair ƏMDK yanında DƏDRX-dən **********77 reyestr nömrə si olan çıxarış almışlar. Qeyd edilən həmin mübahisəli torpaq sahəsi hazırda cavabdehlərin qanuni mülkiyyətindədir. Təxminən 2002-ci ildən etibarən cavabdehlər və onun vəfat etmiş atasının köməkliyi ilə qeyd edilən 1.48 ha torpaq sahəsində onlar tərəfindən findıq ağacları əkilmiş və hazırda həmin torpaq sahəsində 350 ədəd findıq kolu vardır. Cavabdehlər həmin ərazidə fındıq bağının salınmasına və tinglərin böyüdülməsinə təxminən 3 il vaxt sərf etmişlər. Cavabdeh Fazil mövsümü işlə əlaqədar RF-na təxminən 2005-2006-cı illərdə RF-na getmiş və torpaqda əkilən ağaclara qulluq edilməsini qayınatası Sabirə həvalə etmişdir. Fazil ilk vaxtlarda ailəsini də özü ilə RF-na aparmışdır. Cavabdehlər həmçinin Sabir Aslanovla razılaşmışlar ki, həm fındıq ağaclarına qulluq edəcək, bar verəndə isə onun barı nı yığacaq, həm də həmin torpaqdan mal-qarasına ot tədarükü görəcəkdir. Belə də olmuş X29 etdiyi 2018-ci ilin oktyabr ayınadək qeyd edilən fındıq bağına baxmış, fındığın məhsulunu yığmış və həmin ərazidən mal-qarası üçün ot tədarükü görmüşdür. S.Aslanov vəfat etdikdən sonra cavabdehlər iddiaçılardan bağlarına özlərinin baxmasını bildirmiş, lakin iddiaçılar buna razı olmayaraq qeyd edilən bağdan çıxmaq istəməmişlər. Bu səbəbdən də, cavabdehlər məcbur qalaraq İddiaçı2 və İddiaçı1 mülkiyyətlərində olan Şəki Rayonu Baş Göyünk kəndində yerləşən 1,48 ha torpaq sahəsindən çıxarılmaları və cavabdehlərin onların sözügedən torpaq sahəsindən istifadə etməklərinə etdikləri maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. Şəki Rayon Məhkəməsinin 2 2 oktyabr 2019-cu il tarixli, 2(075)- 1713/2019 saylı qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 onların mülkiyyətində olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən, DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********77 reyestr nömrəli çıxarış üzrə 1,48 ha torpaq sahəsindən çıxarılmaları, onların həmin torpaq sahələrindən istifadələrinə İddiaçı2 və İddiaçı1 tərəfindən edilən hər cür maneələrin aradan qaldırılmaqla qadağan edilməsi, İddiaçı2, İddiaçı1 onlara, həmçinin övladları X5, X6 və ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinə qarşı “onların adına verilmiş torpaq sahəsinə dair reyestr nömrəsi **********77 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdehlər İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(107)- 261/2020 nömrəli qətnaməsi ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1713/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini alsa da bütün bu dövr ərzində cavabdehlər qanuni mülkiyyətlərində olan torpaq sahəsindən və onun üzərində olan bağdan istifadə edə bilməmişlər. Məhkəmə qətnaməsi tam olaraq 2022-ci ilin əvvəllərində icra edilmiş və həmin torpaq sahəsi icra məmurları tərəfindən cavabdehlərə təhvil verilmişdir. Lakin hələ də tərəflər arasında münaqişə səngiməyib və iddiaçılar cavabdehlərin öz t orpaqlarından və bağından istifadə etmələrinə müəyyən maneələr yaradırlar.
28. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət etsələr də öz iddialarını əsaslandıracaq mötəbər sübutu məhkəməyə təqdim etməmişlər.
29. Həmçinin birinci instansiya məhkəməsi iddiaçıların təqdim etdikləri sübutlara tənqidi yanaşaraq göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 qeyd edilən mübahisəli bağın məhz onlar tərəfindən salınmasını sübuta yetirə bilməmişlər. Hətta onların vəsatəti ilə şahid qismində dindirilən şahidlər də həmin bağın Mayıs və ya Qəndəvət tərəfindən salınmasını, həmin bağın yerləşdiyi torpaq sahəsinin əkin və bağın salınması üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı məhkəməyə dolğun ifadə verməmişlər. Əksinə, həmin şahidlərdən bəziləri cavabdeh Məhbubənin həmin bağda işləməsini gördüklərini bildirmişdir. Buna görə də ilk iddia əsaslı deyil.
30. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə isə hesab etmişdir ki, qarşılıqlı iddia əsaslıdır və onun təmin edilməsi üçün işdə mötəbər sübutlar vardır. Belə ki, iddiaçıların özlərinin etirafı, onların vəsatəti ilə məhkəmə iclasında dindirilən şahidlərin ifadəsi, həmçinin cavabdehlərin izahatı ilə müəyyən edilir ki, 2019-2020-2021-ci ilin bar mövsümündə bağda olan fındıq məhsulunu iddiaçıar qeyri-qanuni olaraq özləri yığmış və həmin məhsulu sataraq gəlir əldə etmişlər. Həmin dövrdə iddiaçıların qeyd edilən torpaq sahəsindən çıxarılmaları və cavabdehlərə maneçilik yaratmamaları ilə bağlı məhkəmə qətnamələri olmasına baxmayaraq, iddiaçılar cavabdehlərin mülkiyyətində olan həmin bağdan çıxmamış, bu 3 il ərzində onlara bağda olan məhsulları yığmalarına mane olmuşlar.
31. Birinci instansiya məhkəməsi işdə olan sənədlərə əsasən qeyd etmişdir ki, 1.48 ha torpaq sahəsində 350 findıq kolu (topası) vardır. İşdə olan "xxxx" şirkətinin 30 noyabr 2021- ci il tarixli, 1107/21 saylı qiymətləndirmə rəyinə əsasən hər fındıq topasından hər il 10 kq findiq almaq mümkündür. Həmçinin müəyyən olunur ki, 2018-2021-ci illərdə Şəki rayonu üzrə fındığın orta bazar qiyməti 3,50-4 manat arasında dəyişmişdir.
32. Bununla da birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, 2019-20202021-ci illərdə bar mövsümündə hazırki iş üzrə iddiaçıların cavabdehlərə məxsus bağdan fındıq məhsulunu qeyri-qanuni yığmaları nəticəsində cavabdehlərə ən azı 36750 (otuz altı min yeddi yüz əll i) manat maddi ziyan dəymişdir. Belə ki, 1 ildə 350 ədəd fındıq kolu (350 x 10 kq = 3500 kq) 3500 kq məhsul verir. Fındığın orta bazar qiymətini 3.5 manat götürdükdə 1 ildə toplanan (3500 kq x 3.5 =12.250) fındığın dəyəri 12250 manat təşkil edər. Belə olan halda ildə qeyd edilən bağdan əldə edilən fındıqdan götürən gəlir 3 ilə (12250 x 3 = 36750 manat) 36750 manat təşkil edər.
33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 152.5, 157.4, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
34. İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edil məsini xahiş etmişdir.
35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhbubə torpaq islahatından əvvəl Cavabdeh2 ilə ailə quraraq köçmüşdür. Ailə də islahatadək həmin torpaq sahələrində tütün və digər kənd təsərrüfatı məhsulları əkib becərmişdir. Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli Qərarı ilə 1,48 ha torpaq sahəsi cavabdehlərə pay torpaq sahəsi kimi verilmişdir. Cavabdeh2 Rusiya Federasiyasında işlədiyindən torpaq sahəsi ilə məşğul olmamışdır. Buna görə də onun ailəsinin mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsini ayırıb götürməmiş və əvəzsiz olaraq onların istifadəsinə vermişdir. 2005-ci ildə Fazil arvadı Məhbubəni də ozü ilə Rusiya Federasiyasına aparmışdır. Hər iki torpaq sahəsi tam olaraq onların istifadəsinə verildiyindən orada fındıq bağı və di gər meyvə ağacları əkib becərmişlər. Cavabdehlər tərəfindən onlara verilmiş boş torpaq sahəsində 19 il ərzində tam məhsuldar bağ əmələ gətirmişlər. 19 il ərzində cavabdehlərin onlara qarşı torpaq sahəsi barəsində heç bir iradı olmamışdır. Torpaq sahəsinin üzərində saldıqları bağ onların gözü qarşısında əmələ gəlmişdir. Onların bağın salınmasına heç bir etirazları olmamışdır. 2018-ci ildə X29 etmişdir. Bunu fürsət bilən cavabdehlər 2019-cu ildə torpaq sahəsinin qaytarılmasını istəmişlər. Onlar isə (iddiaçılar) torpaq sahəsinin üzərində bağın salınıb böyüdülməsi üçün çəkilmiş xərcləri istəmişlər. Cavabdehlər qarşılıqlı iddia ərizəsində göstərmişlər ki, guya torpaq sahəsini onlara deyil, mərhum Aslanov Sabirə həvalə etmişlər. Halbuki, Sabir Aslanov onların ailə başçısı olmaqla birgə təsərufat aparmış və bağın salınmasında bilavasitə əməkləri olmuşdur. Müvafiq qətnamə ilə iddiaçılar sözügedən torpaqdan çıxarılmış, lakin cavabdehlər 2022-ci ilədək qətnamənin icrasını tələb etməmiş və həyata keçirməmişlər. 2022-ci ildə qətnamənin icrası rəsmi qaydada təmin edildikdən sonra onlar iddia qaldıraraq çəkdikləri xərcləri istəmişlər. Məhkəmə qarşılıqlı iddianı təmin edərkən hesab etmişdir ki, 2018-ci ildən 2022-ci ilədək iddiaçıların bağdan istifadələri qanunsuz olmuşdur. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, bağ sahəsinin onlar tərəfindən salınması sübuta yetirilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi torpaq islahatından əvvəl onların, ailənin istifadəsində olmuşdur. İslahat zamanı 1,48 ha torpaq sahəsi cavabdehlərin mülkiyyətinə verilmişdir. Lakin onlar həmi n torpaq sahəsinin ailənin əvəzsiz istifadəsinə vermişdir. Cavabdeh2 islahat vaxtı və ondan sonra da Rusiya Federasiyasına işləmək üçün gedibgəlmiş, 2005-ci ildə isə ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçüb getmiş, gedən zaman torpaq sahəsini mərhum Aslanov Sabirə həvalə etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Sabir onların ailə başçısı olmuş, onun rəhbərliyi ilə 1,48 ha torpaq sahəsinin üzərində bağ əkib becərmişlər. Torpaq sahəsinin cavabdeh tərəfindən məhz Aslanov Sabirə tapşırması halı və bağın onların əməyilə deyil, yalnız Sabir tərəfindən ərsəyə gətirilməsi sübut edilməmişdir. Bağın cavabdehlər tərəfindən əkilib-becərilməsi, istifadə edilməsi və tam məhsuldar vəziyyətə gətirilməsinə dair sübutlar mövcud olmamışdır. Əksinə cavabdehlər etiraf edərək bildirirmişlər ki, torpaq sah əsini baxılıb becərilməsi işini ailə başçısı olmuş, mərhum Aslanov Sabirə tapşırmışlar. Məhkəmə səhv nəticəyə gələrək hesab etmişdir ki, bağın ərsəyə gətirilməsində Sabirin əməyi olmuş, lakin onların (iddiaçıların) əməyi olmamışdır.
36. Apellyasiya baxışında İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, ilkin iddia üzrə cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsindən koordinatlarına görə istifadə etməmişlər. Buna görə də, onların torpaq sahələrində yerləşməyən findıq topalarına görə əldən çıxmış fayda tələb etmələri qanunsuz olmuşdur. İlkin iddia üzrə iddiaçıların cavabdehlərə məxsus torpaq sahəsindən çıxarılması barədə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi icra olunarkən səhv icra olunmuş, icra məmuru ilkin iddia tələbi üzrə iddiaçıları ilkin o laraq cavabdehlərə məxsus 1,48 ha torpaq sahəsindən deyil, həmin sahəyə qonşu olan 1,8 ha yonca sahəsindən çıxarmışlar. Buna görə də, iddiaçılar təqsirləri olmadan 2022-ci ilə qədər cavabdehlərin torpağını istifadə etmişlər.
37. Apellyasiya instanasiyası məhkəməsi İddiaçı2 nümayəndəsi və vəkilinin bildirdiyi xüsusatla bağlı tikinti-texniki ekspertizası təyin etmişdir.
38. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2019-cu il qeydiyyat tarixli, **********77 reyestr nömrəli çıxarışa əsasən cavabdehlərin və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1,48 ha torpaq sahəsinin plan-ölçüsü cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin plan-ölçüsü ilə uyğun olmuş, 1,48 ha torpaq sahəsi cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsi ilə tam şəkildə üstüstə düşmüşdür. Sadəcə olaraq şimal hissədə cüzi bir fərq yaranmış, 1,48 ha torpaq sahəsinin plan-ölçüsü cavabdehlərin faktiki istifadəsində olan və üst-üstə düşən hissəsində fındıq bağı mövcud olmuşdur.
39. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-477/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov, Vəzirxan Məlikov)
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işdə olan sənədlərə və tərəflərin izahatlarına əsasən 1,48 ha torpaq sahəsi Şəki rayon, Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların ailə üzvlərinə pay torpaq sahəsi kimi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh2, Cavabdeh1 onların övladları X5 və X3 ümumi birgə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********77 nömrə ilə qeydə alınmışdır. İş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən məlum olur ki, hazırda ilkin iddia üzrə iddiaçılar bələdiyyənin mülkiyyətində olan 1,8 ha torpaq sahəsindən istifadə edirlər.
41. Apellyasiya instansiyası məhkəməsi məhkəmə aktlarına və işdə olan sənədlərə əsasən göstərmişdir ki, təxminən 2002-ci ildən etibarən cavabdehlər, mərhum Sabir Aslanovun köməkliyi ilə qeyd edilən 1,48 ha torpaq s ahəsində findıq ağacları əkmiş və həmin torpaq sahəsində 350 ədəd findıq kolu olmuşdur. Cavabdehlər həmin ərazidə fındıq bağının salınmasına və tinglərin böyüdülməsinə təxminən 3 il vaxt sərf etmişlər. Cavabdeh2 mövsümü işlə əlaqədar Rusiya Federasiyasına gedib-gəldiyindən təxminən 2005-2006-cı illərdə torpaqda əkilən ağaclara qulluq edilməsini qayınatası Sabir Aslanova həvalə etmiş, bunun əvəzində isə sonuncunun ağacların verdiyi barı yığacağına və həmin torpaqdan mal-qarasına ot tədarükü görəcəyinə razılıq vermişdir. Sabir Aslanov 2018-ci ilin oktyabr ayınadək bağa baxmış, fındığın məhsulunu yığmış və həmin ərazidən malqarası üçün ot tədarükü görmüşdür. X29 etdikdən sonra cavabdehlər artıq bağa özlərinin baxacağı barədə iddiaçıları xəbərdarlıq etsələr də, iddiaçılar bağ sahəsinin onlara məxsus olmasını bildirərək sahəni cavabdehlərə qaytarmaqdan imtina etmişlər. Bu səbəbdən aralarında mülki mübahisə yaranmış və cavabdehlər, müvafiq iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçılar da öz növbələrində cavabdehlərə qarşı “1,48 ha torpaq sahəsinə dair cavabdehlərin adına verilmiş **********77 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə” qarşılıqlı iddia irəli sürmüşlər. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnаməsi ilə qarşılıqlı iddianın rədd edilməsi, ilk iddianın isə təmin edilməsi, iddiaçıların cavabdehlərə məxsus həmin mübahisəli torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsindən cavabdehlərin istifadəsinə törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli, 2(107)- 261/2020 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq edilir ki, cavabdehlər, onlara ayrılmış 1,48 ha pay torpaq sahəsini müvəqqəti olaraq mərhum Sabir Aslanovun istifadəsinə vermişlər. Həmin torpaq sahəsinin cavabdehlər tərəfindən daimi əsaslarla əvəzsiz olaraq iddiaçıların istifadələrinə verilməsi sözügedən məhkəmə aktları ilə təkzib olunur.
43. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçılar bütün bu işlərin görülməsinə cavabdehlərin hər hansı bir etirazlarının olmadıqları bildirmiş, hətta bunu sübut etmək üçün şahid ifadələrinə istinad edilmişdir. Lakin işə baxılan zaman iddiaçıların təşəbbüsü ilə şahid qismində dindirilmiş X8, X12, X1 bağ sahəsinin məhz iddiaçılar tərəfindən salınması barədə hər hansı ifadə verməmişlər. Yalnız iddiaçılar tərəfindən şahid qismində dindirilmiş X19 bağın 13 il əvvəl Mayis tərəfindən salındığını təsdiq etsə də, eyni zamanda da 2000-ci illərdə həmin torpaq sahəsində Məhbubə və Fazilin işlədiklərini, sonradan həmin torpaq sahəsində Mayisin işləyən gördüyünü bildirmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi buna əsalanaraq bildirmişdir ki, iddiaçıların təşəbbüsü ilə şahid qismində dindirilmiş şəxslər fındıq bağının məhz iddiaçılar tərəfindən salınması, həmin bağın yerləşdiyi torpaq sahəsinin əkin və bağın salınması üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı məhkəməyə dolğun ifadə verməmiş, bu halı birbaşa təsdiq etməmişlər. X4 isə zidiyyətli ifadə verərək, həm bağın 13 il əvvəl Mayisin saldığını, həm də 2000-ci illərdə həmin bağda hər iki cavabdehin işlədiyini gördüyünü bildirmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi bu X4nun ifadəsinə həmçinin ona görə tənqidi yanaşmışdır ki, həmin şahidin göstərdikləri işdə olan Şəki X23 Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlarla (yazılı sübut) təkzib olunur. Belə ki, həmin aktlarda göstərilir ki, bağa baxış keçirilən zaman fındıq bağının ilk hissəsinin 23-25 il əvvəl salınması, sonradan illərlə əlavə edilməklə cərgə aralarına müxtəlif növ meyvə ağaclarının əkilməsi müəyyən olunmuşdur.
46. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən vurğulamışdır ki, iddiaçılar öz tələblərinin əsaslılığını sübuta yetirə bilməmişlər. Sübuta söykənməyə n tələb isə əsaslı hesab edilə bilməz.
47. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların cavabdehlərə qarşı irəli sürdüyü ilkin iddia tələbləri əsassız olmuş və birinci instanaisya məhkəməsi həmin iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin olunması barədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanuni quvvəsini almış Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnаməsi ilə iddiaçıların cavabdehlərə məxsus 1,48 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsindən cavabdehlərin istifadəsinə törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi 2022-ci ilin payız aylarında icra olunmuş, 1,48 toraq sahəsi tarixdə cavabdehlərin istifadəsinə qaytarılmışdır.
49. Apellyasiya instansiyası məhkəməsi onu da göstərmişdir ki, apellyasiya şikayəti vermiş İddiaçı2 numayəndəsi və vəkili Nümayəndə apellyasiya baxışında verdiyi izahatında bildirmişdir ki, cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsindən koordinatlarına görə istifadə etməmişlər, buna görə də, onların torpaq sahələrində yerləşməyən findıq topalarına görə əldən çıxmış fayda tələb etmələri qanunsuz olmuşdur. Bundan başqa, ilkin iddia üzrə iddiaçıların cavabdehlərə məxsus torpaq sahəsindən çıxarılmaları barədə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi icra olunarkən səhv icra olunmuş, icra məmuru ilkin iddiaçıları cavabdehlərə məxsus 1,48 ha torpaq sahəsindən deyil, həmin sahəyə qonşu olan 1,8 ha yonca sahəsindən çıxarmışdır. Buna görə də, iddiaçılar təqsirləri olmadan 2022-ci ilə qədər cavabdehlərin torpağını istifadə etmişlər.
50. Apellyasiya instansiyası məhkəməsi qətnamənin düzgün icra edilməməsi ilə bağlı iddiaçının nümayəndəsinin bu dəlillərinin yoxlanılması məqsədilə sorğu əsasında Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı icra sənədi üzrə icra işini tələb edərək yoxlamış və göstərmişdir ki, icra sənədinin səhv olaraq icra edilməsi öz təsdiqini tapmamışdır.
51. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə icra məmuru tərəfindən birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)1713/2019 saylı qətnаməsinin düzgün icra edilməməsi və ilkin olaraq iddiaçıların mübahisəli torpaq sahəsinə bitişik başqa sahədən çı xarılmaları, bununla da iddiaçıların 2022-ci ilədək 1,48 ha sahədən istifadə etmələrində onların təqsirinin olmaması qarşılıqlı iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, iş üzrə tərəflər arasında 1.48 ha torpaq sahəsi ilə bağlı mübahisə 2018-ci ilin sonlarında yaranmış və bu mübahisə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı qətnаməsi ilə öz həllini tapmışdır. Həmin qətnamə ilə 1,48 ha torpaqi sahəsi üzrə cavabdehlərin dövlət qeydiyyatına alınmış hüquqları bir daha təsdiq olunmuş və iddiaçıların həmin torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Lakin buna baxmayaraq iddiaçılar toraq sahəsini cavabdehlərə qaytarmamış, 2019-2020-2021-ci ilin bar mövsümündə bağda olan fındıq məhsulunu qanunsuz (vicdansız) sahib kimi özləri yığmış və həmin məhsulu s ataraq gəlir əldə etmişlər.
52. Həmçinin apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad edərək, göstərmişdir ki, cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən koordinatları üzrə istifadə etməmələri barədə iddiaçı tərəfin bildirdikləri sübuta yetirilməmiş, əksinə, həmin rəylə cavabdehlərin mülkiyyətində olan 1,48 ha torpaq sahəsinin plan-ölçüsünün onların faktiki istifadəsində olan torpaq sahəsinin plan-ölçüsü ilə üst-üstə düşməsi və həmin sahədə fındıq bağının mövcud olması təsdiq edilmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 152.5, 157.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şika yətinin dəlilləri
54. İddiaçı2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli qətnamədə hər hansı fındıq bağından söhbət getməmişdir. Əksinə, həmin qətnamədə yazılmışdır ki, 1.48 ha. torpaq sahəsinin üzərində hal-hazırda yonca əkilmişdir. Bu fakta nə məhkəmə, nə də qarşı tərəf etiraz etməmişdir. Məhkəmə qətnaməsi onların fındıq bağından çıxarılması haqqında olmamışdır. Buna baxmayaraq, 2022-ci ildə həmin qətnamə yenidən icra edilərək fındıq bağından çıxarılmışlar. Məhz bundan sonra onlar məhkəmdə iddia qaldıraraq qarşı tərəfə verilmiş torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsini və fındıq bağının əkilməsi və becərilməsi ilə bağlı xərcləri qarşı tərəfdən istəmişlər. Apellyasiya instansiyası məhkəməsi isə işi birinci instansiya məhkəməsinin araşdırmadığı və qiymət vermədiyi halları araşdırmadan, birinci instansiya məhkəməsi tərəfindən natamam müəyyən olunmuş hallar əsasında belə qənaətə gəlmişdir ki, məhkəmə hazırkı iş üzrə qarşılıqlı iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin bu qənaəti ədalətsizdir. İşin birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, onların torpaq sahəsindən çıxarılmaları barədə qətnaməsində göstərilmiş hallarına əsasən, həmin məhkəmə prossesində mübahisə 1.48 ha. olan yonca sahəsi barədə olmuş və həmin sahədən çıxarılmaları qət edilmişdir. Apellyasiya məhkəməsi işin həmin hissəsini araşdırmamışdır. Həmin qətnamə 2019-cu ildə qüvvəsini almış və onlar 20 19-cu ildə həmin qətnamə üzrə verilmiş icra sənədi əsasında yonca sahəsindən çıxarılmışlar. Bundan sonra iki il ərzində aralarında heç bir mübahisə olmamışdır. Apellyasiya məhkəməsi işin bu hissəsini də araşdırmamışdır. Hansı səbəbdən 2019-cu il tarixli qüvvəsini aldıqdan iki il sonra həmin qətnamə yenidən icra olunaraq onlar bu dəfə fındıq bağı olan 1.48 ha. torpaq sahəsindən çıxarılmışlar. Apellyasiya instansiyası məhkəməsi işin bu hissəsini də araşdırmamışdır. Həmçinin 2019-cu ildə onlar yonca sahəsindən ilk icra prossesi vasitəsi ilə çıxarıldıqdan sonra, həmin yonca sahəsi olan 1.48 ha. torpaq sahəsindən iki il ərzinə kim istifadə etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin bu hissəsini də araşırmamışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, (səh.15) 2019-2020, 2021-ci illərdə bar mövsümündə hazırkı iş üzrə iddiaçılar cavabdehlərə məxsus bağdan fındıq məhsulunu qeyri-qanuni yığmaları nəticəsində cavabdehlərə ən azı 36.750 manat maddi ziyan dəymişdir. Lakin məhkəmə araşdırmamışdır ki, iş üzrə qətnamə 2019-cu ilin dekabr ayında qüvvəsini almış və həmin qətnamə üzrə bundan sonra icra sənədi verilmiş və iş yonca sahəsi üzrə icra edilmişdir. Fındıq sezonu isə sentyabr ayında yekunlaşmış, onların fındıq bağından çıxarılması yalnız 2022-ci ildə baş vermişdir. Bu faktı məhkəmə öz qətnaməsinin 14-cü səhifəsində göstərmişdir. Buradan da belə nəticə çıxır ki, 2019-cu ilin fındıq sezonunda hələ mübahisə olmamışdır. 2020-2021-ci ilin fındıq sezonunda isə fındıq bağından çıxarılma barədə icra prossesi olmamışdır. Əksinə, icra prossesi yonca sahəsində həyata keçirildiyindən, fındıq bağında isə yalnız 2022-ci ildə həyata keçirildiyindən onlar vicdanlı sahib kimi 2020-2021ci ilin fındıq sezonunda məhsulu toplamışlar. Apellyasiya instansiyası məhkəməsi isə qeyd etmişdir ki, iddiaçılar 2019- 2020-2021-ci illərdə fındıq sezonunda cavabdehlərə məxsus bağdan fındıq məhsulunu qeyri-qanuni yığaraq onlara ən azı 36.750 manat maddi ziyan vurmuşlar. Bu hissədə məhkəmə mütəxəssis rəyinə istinad etsə də, çox mühüm halları nəzərə almamışdır. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, rəydə hazır məhsulun dəyəri göstərilmişdir. Lakin həmin məhsulun hasil edilməsi üçün çəkilmiş xərclər nəzərə alınmamışdır. Hazır məhsulun ümumi dəyərindən, ona çəkilmiş xərclər çıxıldıqdan sonra dəymiş maddi ziyanı müəyyən etmək mümkün ola bilərdi. Ona görə də hazır məhsulun dəyərini, dəymiş maddi zərər kimi qiymətləndirmək düzgün olmamışdır. Hesab etmişlər ki, hazır məhsulun dəyərindən ona çəkilmiş real xərclər mütləq qaydada çıxılmalı idi. Bu xərclərə: 1) sezonda fındıq bağına qulluq, 2) fındıq bağının sezon çatdıqda alaqdan və sair. ibildən təmizlənməsi, 3) məhsulun yığımı 4) məhsulun qabıqdan təmizlənməsi və sair prosseslər aid olmuşdur. Məhkəmə işin bu hissəsini də obyektiv araşdırmamışdır.
56. Bundan başqa onların istifadəsində, aqrar islahat keçirirlməmişdən daha əvvəl iki hissədə, hər biri təqribən 2.0 ha olmaqla yan-yana (ölçüləri dəqiq bilməmişlər) cəmi 4 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahələrində tütün və digər kənd təsərufatı məhsulları əkməklə məşqul olmuşlar. Təqribən 1996-1998-ci illərdə həmin torpaq sahələrindən birində mərhum əri Aslanov Sabir və oğlu May is ilə birlikdə fındıq bağı əkmiş və 2022-ci ilədək istifadə etmişlər. Sabir 2018-ci ildə vəfat etdikdən sonra 2019-cu ildə Cavabdeh2 və Cavabdeh1 məhkəməyə müraciət edən zaman məlumatları olmuşdur ki, aqrar islahat komissiyasının 2002-ci il tarixli qərarı ilə bu torpaq sahələrindən birinin 1.48 ha hissəsi onların mülkiyyətinə verilmişdir. Cavabdehlərin iddiası əsasında onların 1.48 ha kənd təsərufatı təyinatlı torpaq sahəsindən çıxarılmaları haqqında xx.xx.2019-cu il tarixli qətnamə çıxarılmışdır. Lakin həmin qətnamədə onların hansı sərhədlər daxilində olan, habelə üzərində fındıq bağı olan, yaxud yonca əkilən torpaq sahəsindən çıxarılmalı olmaları göstərilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüq uqudur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bi lər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəz i ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdə n götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində mü əyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Kassasiya şikayətində İddiaçı2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
60. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Apellyasiya instansiyası məhkəməsi ilk və qarşılıqlı iddia tələbləri və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin bütün dəlillərinə tam qiymət verib.
63. İlk iddia tələbi vicdanlı sahibin əmlaka zərər yetirmədən ondan ayrılması mümkün olmayan öz yaxşılaşdırmalarının əvəzinin ödənilməsi, qarşıqlılı iddia isə əsassız varlanma nəticəsində əldə edilənlərin geri tələb edilməsi barədədir.
64. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ilk iddia tələbi sübuta yetirilməmiş, qarşılıqlı iddia tələbi isə sübuta yetirilmişdir.
65. Mülki Məcllənin 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Bu baxımdan, qarşılıqlı iddianın təmin edilməsi əsaslı və qanuni sayılmalıdır.
66. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ilk və qarşılıqlı iddia tələbləri və İddiaçı2 apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 40-32-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.
67. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, apellyasiya şikayətini dəlillərinə tam qiymət verilmiş, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
68. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
69. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər əsasən ilk iddia tələbinin, qarşılıqlı iddiaya etirazın və apellyasiya şikayətinin əsasını təşkil edən edən dəlillərdir və apellyasiya instansiyası məhkəməsi də məhz həmin dəlillərə işdəki sübutlar əsasında qiymət verməklə onların əsassız olması nəticəsinə gəlmişdir.
70. İddiaçıların məhkəmə qətnaməsi ilə müəyyən edilən torpaq sahəsindən deyil, səhvən başqa torpaq sahəsindən çıxarılması və bu fakta apellyasiya instansiyası məhkəməsinin qiymət verməməsi barədə dəlil isə iş materialları ilə təkzib edilir. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların bildirdiyi bu xüsusatla bağlı Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-1713/2019 saylı icra sənədi üzrə icra işini tələb edərək yoxlamış və icra sənədinin səhv ol araq icra edilməsi öz təsdiqini tapmamışdır. Üstəlik, apellyasiya instansiyası məhkləməsi bu xüsuatla bağlı tikinti-texniki ekspertizası da təyin edərək, gəldiyi nəticəni həmin ekspert rəyi ilə də əsaslandırmışdır. (bax: 50, 52-ci bəndlər)
71. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-477/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.