Məhkəmə qərarları › İş №2(102)-1547/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1547/2025

21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1547/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI (Açar sözlər: əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-447/2025 nömrəli, 9 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhə ri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 44F saylı fərdi yaşayış evi X1 (cavabdehin xalası qızıdır) mülkiyyətindədir. Onun tərəfindən əmlakına sərəncam verilməsi səlahiyyətləri də daxil olmaqla Cavabdeh etibarnamə verilmişdir.

2. Qeyd olunan ev satışa çıxarılmış və iddiaçı evi almaq barədə cavabdehlə görüşüb danışıq aparmış, tərəflər razılaşmışdır ki, əmlakın dəyərinin bir hissəsi iddiaçı tərəfindən cavabdehə ödəniləcək, bundan sonra evin bank qarşısında ipoteka ilə yüklü olması səbəbindən ipoteka müqaviləsi iddiaçının adına rəsmiləşdiriləcək və qalan məbləğ artıq ipoteka müqaviləsinin tərəfi olaraq iddiaçı tərəfindən banka ödəniləcəkdir. Nəticədə iddiaçı tərəfindən cavabdehə 52.200 manat məbləğində pul ödənilmiş və bundan sonra ipoteka müqaviləsinin iddiaçın ın adına rəsmiləşdirilməsi məqsədi ilə tərəflər bankda olarkən cavabdehə verilmiş etibarnamənin ləğv olunduğu müəyyən edilmişdir.

3. Cavabdeh evin satılması üçün aldığı pulu iddiaçıya qaytarmamış, buna görə də iddiaçı Bakı şəhəri Nizami Rayon Polis İdarənin 25-ci Polis Şöbəsinə şikayət etmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarənin 25-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə İddiaçı şikayəti əsasında toplanılmış material üzrə cinayət tərkibi əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin icraat çərçivəsində aparılmış araşdırma zamanı Cavabdeh verdiyi izahatında xalası qızına məxsus olan (yuxarıda göstərilən) evin ona verilmiş etibarnamə əsasında satılması üçün İddiaçı hissə-hissə, ümu milikdə 52.200 manat məbləğində pul aldığını, lakin rəsmiləşdirmə aparılmalı olan günü etibarnamənin xalası qızı tərəfindən təsadüfən ləğv edildiyini müəyyən etdiyini, bununla bağlı xalası qızı ilə dərhal əlaqə saxladıqdan sonra sonuncu ona səhəri günü yeni etibarnamə verəcəyini söylədiyini, lakin bu barədə iddiaçıya məlumat versə də, iddiaçının bundan imtina etdiyini və pulunu geri tələb etdiyini, aldığı puldan 5.000 manat hissəsini qaytardığını, ümumilikdə aldığı pulu sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadə etdiyini, lakin aldadıldığından məşğul ola bilmədiyini, həmin pulların tərəfindən istifadə edildiyini bildirmiş və faktiki olaraq iddiaçıya 47.200 manat borclu olduğunu etiraf etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İd diaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehdən 47.200 manat əsas borc məbləğinin və 270 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin iyul ayında özünə ev almaq qərarına gəlmiş, bu səbəbdən “Bina.az” saytına daxil olaraq elanlara baxdığı zaman Nizami rayonu, “Ayla” şadlıq sarayının arxa hissəsində 3 otaqlı, dəyəri 135.000 manat təşkil edən həyət evinin satıldığını görmüşdür. Bu səbəbdən elanda olan mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs adının Cavabdeh olduğunu bildirmiş, evin qohumunun olduğunu, həmin şəxsin hazırda ölkə hüdudlarından kənarda olduğunu və evin satılmasının ona tapşırı ldığını bildirmişdir. Evə baxmağa getdiyi zaman ünvanda Cavabdeh onu qarşılamış, Farizin yanında anası olan qadın da olmuşdur. İlkin danışıq zamanı Fariz evin ipotekada olduğunu bildirmiş, 64.200 manat vəsaitin özünə istədiyini, geri qalan məbləğin isə ipoteka qaydasında onun adına keçiriləcəyini vəd vermişdir. Bir müddət fikirləşdikdən sonra o, evi almaq qararına gəlmişdir. Вu səbəbdən Farizlə razılaşaraq 64.200 manat ödəyib ipotekanı öz adına keçirməyə razılaşmışdır. 2021-ci ilin sentyabr ayından 2022-ci ilin iyul ayınadək cavabdehə Nizami rayonu ərazisində müxtəlif yerlərdə pullar ödəmişdir. Sonuncu ödədiyi məbləği isə 2022-ci ilin iyul ayında vermişdir. Ümümilikdə həmin dövr ərzində cavabdehə 54.000 manat pul ödəmişdir. 54.000 manatdan ibarət pul vəsaitini Farizə verdikdən sonra bank a gedərək ipotekanı artıq adına keçirmək lazım olduğunu bildirmiş, bu məqsədlə görüşərək Səbail rayonu ərazisində yerləşən "xxxx" ASC-nin baş ofisinə getmişlər. Orada olan zaman Cavabdeh evin satılmasına görə ona verilmiş etibarnamənin ləğv olunduğunu müəyyən etmişdir. Fariz ona tezliklə yenidən etibarnamə veriləcəyini bildirərək gözləməyini xahiş etmişdir. Lakin həmin gündən sonra o, dəfələrlə Farizlə əlaqə saxlasa da, müxtəlif bəhanələr gətirərək iddiaçı ilə görüşməkdən boyun qaçırmışdır. İndi isə ümümiyyətlə onun zənglərinə cavab vermir. O, bu faktla bağlı Nizami rayonu 25 saylı Polis Şöbəsinə müraciət etmişdir. Lakin materialda CM-nin 178-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı qeyd etmişdir ki, ona aid olan 54.000 manat qanunsuz olaraq cavabdehdədir. Həmin faktların danılmaz sübutu aralarında olan çoxsaylı “Whatsapp” yazışmalarıdır və cavabdeh tərəfindən Nizami rayonu 25 saylı Polis Şöbəsinə verdiyi izahatıdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)4537/2024 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddianın qismən təmin edilməsi, Cavabdeh 47.200 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99.60 manatın tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun kəsr hissəsini təşkil edən 132 manatın cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında şifahi razılaşma əsasında alğı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlinmişdir. İddiaçı bu r azılığın qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməsi üçün üzərinə düşən öhdəlik olaraq pulun ödənilməsini həyata keçirmiş, lakin cavabdeh mənzillə bağlı qanun üzrə hərəkət edə bilmədiyindən, yəni mənzili iddiaçıya satmaq səlahiyyətinə sahib olmadığından razılaşma baş tutmamışdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Odur ki, iddiaçı ona dəymiş ziyanını ödənilməsini tələb etməkdə haqlıdır.

8. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumu 231.60 manatdır. İddiaçı 270 manat dövlət rüsumunun ona qaytarılmasını tələb etsə də, iş materiallarında ola qəbzdən görünür ki, iddiaçı tərəfindən 99.60 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının ödədiyi 99. 60 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun kəsr hissəsini təşkil edən 132 manat cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 442, 443.1, 1096, 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər tərəflər arasında şifahi müqavilə münasibətləri yaranmışsa, həmin müqavilə etibarsız sayılmalı idi və iddia tələbi tərəflər arasında bağlanılmış şifahi müqavilənin etibarsız sayılması və etibarsız sayılmış müqavilə üzrə verilmiş pul vəsaitlərinin geri qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etməli idi. Bu halda Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən etibarsız müqavilənin tətbiqi barədə iddia müddəti 1 il təşkil edir və əgər məhkəmə düzgün hüquq normasını tətbiq etsə idi, cavabdeh iddia müddətinin keçməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edib, iddia tələbinin təmin edilməməsini xahiş edəcəkdi. Məhkəmə tərəflər arasında yaranmış hüquqi münasibətin əsasını ilkin olaraq müəyyənləşdirməli idi. Həmin hüquqi münasibətlə müqavilə əsasında, əsassız varlanma, delikt əsasında yaranıb-yaranmaması barədə hüquqi mövqe dəqiqləşdirildikdən sonra, məhkəmə iş üzrə tətbiq edilən hüququ müəyyənləşdirib, iddia müddətini n keçib-keçməməsini nəzərə alaraq qətnamə qəbul etməli idi. Ödənilmiş məbləğin beh müqaviləsi əsasında yaranması məsələsi isə iddia tələbinin rədd edilməsi üçün əsasdır. Beh üzrə verilən pul vəsaiti beh verənə geri qaytarılmır. Həmçinin, məhkəmə qəbul edilmiş qətnamədə iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiqləmiş, lakin məhkəmə işə birtərəfli baxaraq dövlət rüsumunun tam ödənilmədiyinə görə iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməmiş və bununla da cavabdehin prosessual hüquqlarını pozmuşdur. İddia ərizəsi dövlət rüsumunun ödənilməməsi ilə geri qaytarılsa idi, iddia tələbi üzrə bir illik, hətta üç illik iddia müddətləri keçmiş olma faktı birmənalı olaraq təsdiqlənəcəkdi. Dövlət rüsumunun ödənilməməsi məhkəmə tərəfindən buraxılmış ciddi prosessual x ətadır və məhkəmə iddiaçı tərəfindən törədilmış xəta nəticəsində onun mülki hüquqları bərpaedilməz şəkildə pozulmuşdur. İddiaçı tərəfindən iş üzrə pretenziya məktubu göndərilməmişdir. Müqavilənin mövcudluğu pretenziya məktubunun göndərilməsi öhədliyini ehtiva edir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-447/2025 nömrəli, 9 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Elşən Kazımov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən - iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə təmin edilmiş, Cavabdeh 47.200 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,60 manat məbləğində pulun t utularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun kəsr hissəsini təşkil edən 132 (bir yüz otuz iki) manat məbləğində pulun Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, hüquq normalarını düzgün tədbiq etməmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli yaşayış evi X1 mülkiyyətindədir. Qeyd edilən şəxs hazırda Almaniyada yaşayır və bu əmlaka sərəncam verməyi, habelə digər səlahiyyətləri cavabdehə etibar etmişdir. Cavabdeh də həmin etibarnaməyə əsaslanaraq, bu əmlakı satışa çıxartmış və nəticədə əmlakı almaq niyyətini bildirən iddiaçı ilə aralarında münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində tərəflər razılaşmışdır ki, əmlakın dəyərinin bir hissəsi iddiaçı tərəfindən cavabdehə ödəniləcək, bundan sonra evin bank qarşısında ipoteka ilə yüklü olması səbəbindən ipoteka müqaviləsi iddiaçının adına rəsmiləşdiriləcək və qalan məbləğ artıq ipoteka müqaviləsinin tərəfi olaraq iddiaçı tərəfindən banka ödəniləcəkdir. Nəticədə iddiaçı tərəfindən cavabdehə 52.200 manat məbləğində pul ödənilmiş və bundan sonra ipoteka müqaviləsinin iddiaçının adına rəsmiləşdirilməsi məqsədi ilə tərəflər bankda olarkən cavabdehə verilmiş etibarnamənin ləğv olunduğu müəyyən edilmişdir. Qeyd edilən məbləğin 5.000 manat hissəsi sonradan cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda iddiaçı qalan 47.200 manat məbləğində pulun cava bdehdən tutulmasını tələb edir, cavabdeh isə iddianı qəbul etmir, etibarnamənin səhvən (təsadüfən) ləğv edildiyini, bununla bağlı xalası qızı ilə (mülkiyyətçi ilə) əlaqə saxladığını və xalası qızının növbəti günü yenidən etibarnamə verməyə razı olduğunu iddiaçıya bildirməsinə baxmayaraq, iddiaçının rəsmiləşdirməni aparmaqdan imtina etdiyini bildirir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, mülkiyyətçi tərəfindən cavabdehə həmin ərəfədə (2022-ci ilin avqust ayından sonra ən azı ilin sonunadək) etibarnamənin verildiyi müəyyən edilmir. Digər tərəfdən rəsmiləşdirmənin həyata keçirilməsi üçün tərəflər 2022-ci ilin avqust ayında "xxxx" ASC-yə getmişlər. Bundan bir il sonra, yəni 2023-cü ilin sentyabr ayında iddiaçı Bak ı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edərək, göstərmişdir ki, etibarnamənin ləğv edilməsi səbəbindən razılaşdıqları rəsmiləşdirməni həyata keçirmək mümkün olmadıqdan sonra cavabdeh yenidən etibarnamənin veriləcəyini bildirərək, gözləməyini xahiş etmiş, lakin həmin gündən sonra o dəfələrlə cavabdehlə əlaqə saxlasa da, cavabdeh müxtəlif bəhanələr gətirərək, onunla görüşməkdən boyun qaçırmış, aldığı pulun cəmi 5.000 manat hissəsini geri qaytarmış, hazırda isə onun zənglərinə cavab vermir, həm pulu qaytarmaqdan, həm də görüşməkdən imtina edir. Qeyd edilənlər öz növbəsində etibarnamə ilə bağlı cavabdehin mövqeyinin əsassız olduğunu təsdiq edir. Bununla belə, cavabdeh etibarnamə əsasında hərəkət edərək, həmin etibarnaməni vermiş X1 mülkiyyətində olan əmlakla bağlı ipoteka müqa viləsinin iddiaçının adına rəsmiləşdirilməsi üçün iddiaçıdan pul vəsaiti almış, lakin sonradan həmin etibarnamənin ləğv edilməsi səbəbindən rəsmiləşdirməni apara bilməməsinə baxmayaraq, nə bu halı aradan qaldırmış, nə də ki, iddiaçıdan aldığı pulu qaytarmışdır. Hadisədən sonra ümumilikdə alınmış pulun 5.000 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, qalan 47.200 manat məbləğində pul isə bügünədək qaytarılmamışdır. Bununla belə, qeyd edilən məbləğin alınması üçün cavabdehin ilkin olaraq hüquqi əsası olsa da, bu əsası yaradan etibarnamənin mülkiyyətçi tərəfindən sonradan ləğv edilməsi ilə həmin əsas aradan qalxmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hüquqi nəticə etibarı ilə hazırda cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus 47.200 manat pulu özündə saxla yır. Bu hal da birmənalı şəkildə onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etməsi və nəticə etibarı ilə əsassız varlanması kimi qiymətləndirilməlidir.

18. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh həmin məbləği iddiaçıya qaytarmalıdır.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etmişdir ki, hazırki münasibətlərə Mülki Məcəllənin 354.1-ci maddəsinin tələbləri tədbiq edilə bilməz. İddia üzrə dövlət rüsumunun tələb olunan məbləğdən az məbləğdə ödənilməsi isə rüsumun kəsirinin məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınmasını istisna etmir.

20. Məhkəmə kollegiyası həmçinin tərəflərə mübahisənin barışıqla həll edilməsini də təklif etmiş, lakin tərəflər məbləğlə bağlı razılığa gəlməmişlər. Belə ki, sonuncu məhkəmə iclasında hər iki tərəf evin 126.000 manata satılması ilə bağlı razılığa gəldiklərini etiraf etmişlər. İddiaçı da 126.000 manatı əsas götürüb və tərəfindən bu məbləğin 47.200 manat hissəsinin artıq ödənildiyini nəzərə alıb, qalan məbləğin də ödənilməsinə razı olduğunu bildirmiş, lakin cavabdeh hadisədən iki ildən artıq vaxt keçdiyini və evlərin qiymətinin artığını bildirərək, bu məbləğlə razılaşmamışdır. Daha artıq məbləğin ödənilməsinə isə iddiaçı razı olmamışdır.

21. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğini nəzərə alıb, qeyd etmişdir ki, bu məbləğ üçün (120 + (37.200 x 0,3 % =111,60) = 231,60) 231,60 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Lakin iddiaçı tərəfindən cəmi 99,60 mana t məbləğində dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə yalnız bu məbləğin əvəzi tutula bilər. Dövlət rüsumunun ödənilməli olan, lakin ödənilməmiş (231,60 – 99,60 = 132 manat) 132 manat (kəsr) hissəsi cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 362.1, 365.1.4, 386.1, 1091.1, 1092.1, 1095-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsasland ırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddia tələbinin həm hüquqi əsasını, həm də tətbiq edilən normanı özbaşına dəyişmişdir. İddia tələbinin əsası iddiaçı tərəfindən yalnız hazırlıq baxışı zamanı dəyişdirilə bilər. Məhkəmə özbaşına, iddiaçının xeyrinə iddia tələbinin dəyişdirərək qeyri-qanuni qətnamə qəbul etmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi tərəflər arasında yaranmış hüquqi münasibətin əsasını ilkin olaraq müəyyənləşdirməli idi. Həmin hüquqi münasibətlə müqavilə əsasında, əsassız varlanma, delikt əsasında yaranıb-yaranmaması barədə hüquqi mövqe dəqiqləşdirildikdən sonra məhkəmə iş üzrə tətbiq edilən hüququ müəyyənləşdirib, iddia müddətinin keçibkeçməməsini nəzərə alaraq qətnamə qəbul etməli idi. Sözügedən iddia tələbi müqavilə üzrə yaranan öhdəlik üzrə verildiyindən, iddia tələbi rədd edilməlidir. Əsassız varlanma ilə əlaqədar tərəf cavabdehə pretenziya məktubu göndərməli idi. Əgər iddiaçı düzgün tələb ilə məhkəməyə müraciət etsəydi, cavabdeh iki illik iddia müddətinə istinad edərək iddia müddətinin tətbiqi ilə əlaqədar ərizəni məhkəməyə təqdim edəcəkdi. İddiaçı düzgün tələb qoymamışdır və məhkəmə iddia tələbindən kənara çıxmış, müqavilə öhdəliklərinə dair iddia tələbini hüquqi əsasını və tətbiq edilən normanı dəyişərək iddia tələbini təmin etmişdir. Sözügedən iş ilə əlaqədar iddiaçı tərəfindən əsassız varlanmaya dair iddia tələbi ilə məhkəməyə müraciət edilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilib, iddiaçının yeni iddia ərizəsi ilə (əsassız varlanma) yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

25. Kassator şikayəti ni 1091,1092, 1095, 354, 375, 337, 491, 492-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

28. Madə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:... 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi;...

29. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

30. Maddə 14.2. Mül ki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.7. Əsassız varlanma.

31. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vək aləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

34. Maddə 365.1.4. Etibarnamə verilmiş şəxsin imtinası nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

37. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas a və ya sonralar aradan qalxmış əsasa söykənir.

38. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

39. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Avropa İnsan Hüquqları Məhkəməsini n mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

44. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı təmin edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

45. Bununla yanaşı, məhkəmə kollegiyası kassatorun işə baxmlş məhkəmənin iddianın əsaslarını dəyişdirməsi barədə dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

46. MPM-in 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə i ştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 8 mart 2019-cu il tarixli qərarında ifadə edildiyi kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb.

48. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunma sından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

49. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutl arın araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

50. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipi nə əsaslanır.

51. Maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsi məsələsinin yoxlanılması zamanı tərəfin dispozitiv hüququ ilə “iura novit curia” – “məhkəmə hüququ bilir” müddəası arasında kompromis mövcuddur.

52. Apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyil. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir.

53. Baxılan işdə də apelyasiya şikayətində maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi göstərildiy inə görə, apelyasiya instansiyası məhkəməsi maddi hüququ normasının düzgünlüyünü yoxlamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin əsaslarının dəyişdirilməsi barədə cavabdehin dəlilləri əsassızdır.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının a raşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-447/2025 nömrəli, 9 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar