Məhkəmə qərarları › İş №2(102)-1548/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1548/2020

13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1548/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkilləri X3, X1 və cavabdeh qızının vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsindən cavabdeh qızının kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 22 yanvar 2019-cu il tarixli, 2(006)-691/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim P.A.Hüseynov) İ ddiaçı Cavabdeh1 və digərlərinə qarşı “borcun tutulması, tutmanın ipoteka predmeti olan torpaq sahəsinə, nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların qiymətləndirilərək açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi, həmin vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda qalan məbləğin Cavabdeh1 tutulması və torpaq sahəsinin bir ay ərzində boşaldılması barədə ilk iddia ərizəsi təmin, qızının İddiaçı qarşı “torpaq sahəsinə, nəqliyyat vasitəsinə dair bağlanmış ipoteka müqavilələrinin, ipoteka müqavilələrinə dair bağlanmış əlavə sazişlərin, mövcud borcun etiraf edilməsi haqqında (mücərrəd) müqavilənin, mənzilə dair verilmiş maliyyə arayışının etibarsız hesab edilməklə ləğv edilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, Cavabdeh1 ödən iş günü milli manata məzənnədə 10 avqust 2018-ci il tarixli “mövcud borcun etiraf edilməsi haqqında (mücərrəd) müqavilə üzrə 550.000 ABŞ dolları pulun tutulub İddiaçı verilməsi, tutumanın xxya məxsus olan ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 210.000 manat müəyyən edilməklə Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106 ha torpaq sahəsinə, həmçinin ilkin satış qiyməti 68.000 manat müəyyən edilməklə “Lexus LX570” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 550.000 ABŞ dollarının ödəniş günü milli manata məzənnədə manat hesabı ilə tutulub İddiaçı ödənilməsi, qalan məbləğin xxya verilməsi, ipoteka predmetlərinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun qalan hissəsinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, ipoteka predmeti olan qeyd olunan torpaq sahəsinə tutma yönəldikdən və torpaq sahəsi satıldıqdan sonra bir ay ərzində boşaldılması qət edilib. xx qətnamədən apellyasiya şikayəti verib. Eyni zamanda Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xxxx saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.Ə.Mehdiyev) iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” MTK və digərlərinə qarşı “mənzilə dair verilmiş maliyyə arayışının ləğv edilməsi vəzifəsinin “xxxx” MTK üzərinə qoyulması” barədə iddiası təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, xxxxxxxxx olan mənzilinə dair İddiaçı adına verilmiş 20 avqust 2018-ci il tarixli maliyyə arayışının ləğv edilməsi vəzifəsinin “xxxx” MTK üzərinə qoyulması qət edilib. İddiaçı qətnamədən apellyasiya şika yəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qərardadı ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) hər iki mülki iş bir icraatda birləşdirilib və həmin məhkəmənin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə xxnın apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb, eyni zamanda həmin qətnamə ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 22 may 2019-cu il tarixli qətnaməsi ləğv edilib, Cavabdeh1 “xxxx” MTK və digərlərinə qarşı “mənzilə dair verilmiş maliyyə arayışının ləğv edilməsi vəzifəsinin “xxxx” MTK üzərinə qoyulması” barədə iddiası rədd edilib. xx qətnamədən kassasiya şikayət i verib. İŞİN HALLARİ: İşdən görünür ki, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ödəniş günü milli manata məzənnədə 550.000 manat pulun tutulub ona ödənilməsi, tutmanın ipoteka predmetləri olan xxya məxsus Abşeron rayonu, x kəndində yerləşən 0,106 ha torpaq sahəsinə, həmçinin “Lexsus LX-570” markalı, ** EM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların qiymətləndirilərək açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi, həmin vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda qalan məbləğin Cavabdeh1 tutulması və torpaq sahəsinin bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş edib. xx isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, onunla İddiaçı arasında Abşeron rayonu, x kəndində yerləşən 0,106 ha torpaq sahəsinə dair notarial qaydada bağlanmış 13 avqust 2018-ci il tarixli ipoteka müqaviləsinin, 14 avqust 2018-ci il tarixli ipoteka müqaviləsinə əlavə sazişin, həmçinin “xx” markalı, ** EM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair notarial qaydada bağlanmış 13 avqust 2018-ci il tarixli ipoteka müqaviləsinin, 14 avqust 2018-ci il tarixli ipoteka müqaviləsinə əlavə sazişin, eyni zamanda əri Cavabdeh1lə İddiaçı arasında notarial qaydada bağlanmış 16 avqust 2018-ci il tarixli “mövcud borcun etiraf edilməsi haqqında (mücərrəd) müqavilə”nin və Bakı şəhəri, Yasamal rayonu, xxxxxxxxx olan mənzilə dair “xxxx” MTK tərəfindən İddiaçı adına verilmiş 20 avqust 2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh1 isə “xxxx” MTK və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, xxxxxxxxx olan mənzilə dair “xxxx” MTK tərəfindən İddiaçı adına verilmiş 20 avqust 2018-ci il tarixli maliyyə arayışının ləğv edilməsi vəzifəsinin “xxxx” MTK üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi hallları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, İddiaçı ilk iddia ərizəsinin rədd, xxnın qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. Əvvala, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 22 may 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla Cavabdeh1 iddiası rədd edilməsinə baxmayaraq, sonuncu qətnamədən kassasiya şikayəti verməyib, xx isə kassasiya şikayətində qətnamənin bütövlükdə ləğv edilməsini xahiş etsə də, qətnaməni əsasən İddiaçı ilk iddia ərizəsinin təmin, özünün qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissələrində mübahisələndirib. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı xxnın kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya ins tansiyası məhkəməsi iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qətnaməsini dəyişdirilmədən, xxnın apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, notarial qaydada təsdiq edilmiş “mövcud borcun etiraf edilməsi haqqında (mücərrəd) müqavilə”yə əsasən sonuncunun İddiaçı 550.000 ABŞ dolları borc pul almasını etiraf etməsinə, həmin borcun qaytarılmasını təmin etmək üsulu kimi arvadı xxnın mülkiyyətində olan torpaq sahəsini və nəqliyyat vasitəsini notarial qaydada təsdiq edilmiş ipoteka müqavilələrinə əsasən İddiaçı xeyrinə ipoteka hüququ ilə yüklü etməsinə, Cavabdeh1 sözügedən müqavilə üzrə Etibar Qaluiyevə olan borc öhdəliklərini yerinə yetirməməsinə, borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi üçün əsasların əmələ gəlməsinə, mübahisəli m ənzilin maliyyə arayışının Cavabdeh1 yazılı razılıq ərizəsinə əsasən İddiaçı adına keçməsinə və beləliklə də ilk iddia ərizəsini təmin, qarşılıqlı iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 269, 442, 739-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia ərizəsinin- mübahisəli mənzilə dair “xxxx”MTK tərəfindən İddiaçı adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməklə ləğv edilməsinin rədd edilməsi və ilkin iddianın ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin h issələrdə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin mübahisə olunmayan həqiqi hallarından görünür ki, 13 may 1994-cü ildə Cavabdeh1 rəsmi nikah əsasında xx ilə ailə qurub və onların birgə nikahından 04 mart 1994cü ildə Hüseyn, 08 sentyabr 1997-ci ildə x adlı iki uşaqları doğulub. Eyni zamanda “xxxx”MTK ilə X4 arasında bağlanmış 14 aprel 2005-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, xxxxxxxxx olan mənzilin payçısı xx olub və 02 iyun 2008-ci il tarixli razılaşmaya əsasən sonuncu mənzili əvəzi ödənilməklə Cavabdeh1 satıb. Həmçinin işə əlavə edilmiş “xxxx” MTK tərəfindən verilmiş 02 iyun 2008-ci il tarixli maliyyə arayışına və 02 iyun 2008-ci il tarixli “ müvəqqəti order”ə əsasən sözügedən mənzilin payçısı Cavabdeh1 olmaqla, həmin mənzilin pay haqqı tam məbləğdə onun tərəfindən ödənilib və onun “xxxx” MTK heç bir borcu omayıb. Bu fakt da işin mübahisə olunmayan halıdır və “xxxx” MTK sədri xx da birinci instansiya məhkəməsinə təqdim etdiyi 08 aprel 2019-cu il tarixli yazılı izahatında qeyd olunan halı və 02 iyun 2008-ci il tarixdən mənzilin payçısının Cavabdeh1 olmaqla, orada sonuncunun, arvadı xx və iki övladları ilə birlikdə yaşadıqlarını təsdiq edib. Digər tərəfdən, işdən görünür ki, Cavabdeh1 20 avqust 2018-ci il tarixli yazılı razılıq ərizəsi əsas tutlaraq “xxxx” MTK tərəfindən sözügedən mənzilə dair İddiaçı adına 20 avqust 2018-ci il tarixli maliyyə arayışı verilib və həmin maliyyə arayışında mənzilin dəyərinin payçı İddiaçı tərəfindən tam məbləğdə ödənildiyi və onun “xxxx” MTK heç bir borcunun olmadığı qeyd edilib. Göründüyü kimi sözügedən mənzilin payçısı 02 iyun 2008-ci il tarixdən Cavabdeh1 olmaqla, mənzilin dəyəri sonuncu ilə xx birgə nikahları dövründə ümumi gəlirləri hesabına tam məbləğdə ödənildiyi və hazırki vaxtadək, yəni son 12 il müddət ərzində onlar iki övladları ilə birlikdə fasiləsi və etirazsız olaraq həmin mənzildə yaşadıqları və həmin mənzil Cavabdeh1lə xxnın ümumi birgə mülkiyyətlərində olduğu halda, sonuncunun yazılı razılığı olmadan, “xxxx” MTK tərəfindən sözügedən mənzilə dair İddiaçı adına 20 avqust 2018-ci il tarixli maliyyə arayışı verilib. Əvvəla, ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Başqa sözlə, Mülki Məcəllədə, Ailə Məcə lləsində və digər qanunvericilik aktlarında ər və arvadın əmlakının hüquqi vəziyyəti, onların əmlakla bağlı hüquq və vəzifələri əmlakın qanuni rejimi hesab olunur. Lakin, hər hansı bir əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni vaxta olması zəruridir: 1) əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməlidir; 2) əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Ailə qanunverciliyinə görə, ikinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Eyni hüquqi mövqe “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 1, 5, 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında da təsbit edilib göstərilib. Həmin Qərarda qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbinə görə, əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni vatda olması zəruridir: əmlakın ər-arvadın nikahı müddətində əldə olunması; əmlakın ərarvadın ümumi gəlirləri hesabına əldə edilməsi. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadı n qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə görə, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır, bu əqd Mülki Məcəllə ilə müəyyən olunmuş müddətdə mübahisələnd irilə bilər. Ər-arvadın birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdləri bağlaması üçün digər tərəfın notariat qaydasında təsdiq edilmiş razılığının olması “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 46-cı maddəsinin 2-ci hissəsində də öz əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, sözügedən mənzilin pay haqqının tam məbləğdə Cavabdeh1lə xxnın birgə nikahları dövründə ümumi gəlirləri hesabına ödənilməklə, həmin mənzilin onların ümumi birgə mülkiyyəti sayılmasını, xx yazılı razılığı olmadan Cavabdeh1 20 avqust 2018-ci il tarixdə “xxxx”MTK yazılı ərizə verib mənzilə görə ödənilmiş pay haqqını İddiaçı güzəştə getməsini nəzərə almadan, xx mənzilə olan mülkiyyə t hüququnu pozmuşdur. Belə ki, Mənzil Məcəlləsinin 112.1ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququ isə insan hüquq və azadlıqlarına dair beynəlxal-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan Hüquqları haqqında Ümumi Bəyənnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi). Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tamnan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hall arda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Eyni zamanda mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Umumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Məcəllədə müəyyənləşdırilmiş şərtləri pozmaqla, Mü lki Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları, qadağaları pozan hər hansı razılaşma etibarlı sayıla bilməz. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, maliyyə arayışının etibarsız hesab edilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş hər hansı əsasın mövcud olmamasını və xxnın bu barədə məhkəməyə heç bir sübut təqdim etməməsini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, mənzil qanunverciliyinə görə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.2-ci maddəsində göstərilir ki, Mənzil Məcəlləsinin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmək üçün, nəzərdə tutlmuş pay ha qqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Göründüyü kimi, mənzilin pay haqqının tam məbləğdə ödənilməsinə dair malliyə arayışı hüquqi sənəd sayılmaqla, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmək və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas hesab edilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ərizəsini qeyd olunan hissədə rədd etməklə, xxnın sözügedən mənzilə sahiblik, istifadə və gözlənilən mülkiyyət hüquqlarını pozmaqla yanaşı, sözügedən mənzilin pay haqqının İddiaçı tərəfindən tam məbləğdə ödənilməsinə dair həqiqətə uyğun olmayan maliyyə arayışını qüvvədə saxlamaqla, əslində həmin mənzilin gələcəkdə daşı nmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınması üçün qanunsuz əsas yaratmışdır. Bu isə, sadalanan normaların tələblərinə görə yolverilməzdir, çünki mülki iş materialları ilə müəyyən olunur ki, İddiaçı sözügedən maliyyə arayışı üzrə nə “xxxx” MTK-nə, nə də Cavabdeh1 bir manatda olsun ödəməyib, həmin maliyyə arayışı əslində sonuncu ilə İddiaçı arasında mövcud olan borc müqaviləsini pərdələmək məqsədi ilə verilib. Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbinə görə isə, belə yalan razılaşmalar, əqdlər əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bundan başqa, işdən görünür ki, Cavabdeh1 10 avqust 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş “mövcud borcun etiraf edilməsi haqqında (mücərrəd) müqavilə”yə əsasən İddiaçı 550.000 ABŞ dolları pul borcunun olduğunu bəyan və etiraf edib və həmin borcu 10 sentyabr 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürüb. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 13 avqust 2018-ci il tarixli ipoteka müqavilələrinə əsasən xxnın mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106 ha torpaq sahəsi və “Lexus LX-570” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı xeyrinə ipoteka qoyulub. İpoteka müqavilələrində ipoteka qoyan xx, ipoteka saxlayan İddiaçı və borclu Cavabdeh1 qarşılıqlı razılaşmasına əsasən ipote ka predmeti olan torpaq sahəsinin dəyəri 300.000 manat, nəqliyyat vasitəsinin dəyəri isə 70.000 manat müəyyən edilib. Eyni zamanda 14 avqust 2018-ci il tarixli ipoteka müqavilələrinə əlavə sazişlərə əsasən, ipoteka qoyan xx, ipoteka saxlayan İddiaçı və borclu Cavabdeh1 qarşılıqlı razılaşmasına əsasən ipoteka predmeti olan torpaq sahəsinin dəyiri azaldılaraq 150.000 manat, nəqliyyat vasitəsinin dəyəri isə 30.000 manat müəyyən edilib. Həmçinin ipoteka saxlayan İddiaçılə bağlanmış 25 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən “Əmlak Ekspert Mərkəzi” tərəfindən verilmiş 26 dekabr 2018-ci il tarixli “Qiymətləndirmə barədə” hesabatdan görünür ki, Abşeron rayonu, xx kəndində 0,106 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi və orada olan tikililərlə birlikdə hazırki tarixə ba zar dəyəri 210.000 manat, 2008-ci il buraxılışlı, Lexus LX 570 markalı, ** EM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırki tarixə bazar dəyəri 68.000 manat təşkil edir. Qarşılıqlı iddia ərizəsindən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən də görünür ki, ipoteka qoyan xx mülkiyyətində olan torpaq sahəsinə, onun üzərində yerləşən fərdi yaşayış evinə, eləcə də nəqliyyat vasitəsinə qoyulmuş qiymətlərlə razı deyil və həmin qiymətlər ipoteka predmetlərinin real bazar qiymətlərini özündə əks etdirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulub. Birincisi, tərəflərin qarşılıqlı razılaşması; ikincisi qiymətləndiricinin rəyi. Hazırda, ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı ipoteka saxlayan İddiaçı, ipoteka q oyan xxvə borclu Cavabdeh1 arasında hər hansı razılaşma yoxdur. Əksinə, tərəflər, ipoteka predmetlərinin real bazar dəyərləri ilə bağlı fərqli fikirdədirlər, ipoteka saxlayan İddiaçı ipoteka predmetlərinə qoyulmuş qiymətlərin real bazar qiymətlərinə uyğun olduğunu iddia etsə də, ipoteka qoyan xxx həmin qiymətlərlə razılaşmır və iddia edir ki, ipoteka müqavilələrində ipoteka predmeti olan torpaq sahəsinə 300.000 manat, nəqliyyat vasitəsinə 70.000 manat qiymət qoyulduqdan 1 gün sonra məhz ipoteka saxlayan İddiaçı təzyiqi ilə sözügedən ipoteka müqavilələrinə əlavə sazişlər bağlanaraq ipoteka predmetlərinin bazar dəyəri aşağı salınaraq, torpaq sahəsinin bazar dəyəri 150.000 manat, nəqliyyat vasitəsinin bazar dəyəri isə 30.000 manat məbləğində müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən “razılaşma” ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilən anlaşmanı özündə ehtiva edir. Çünki ipoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin dəyərini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.1-ci maddəsinə uy ğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, bu barədə apellyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmadan, ümumiyyətlə ipoteka saxlayan İddiaçılə bağlanmış 25 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən “Əmlak Ekspert Mərkəzi” tərəfindən verilmiş “Qiymətləndirmə barədə” hesabatı Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasında tədqiq edib digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 97.1 və 217.1-ci maddələrinin mənasına görə, məhkəmənin qətnaməsi ilk növbədə qanuni və əsaslı olmalıdır. Eyni zamanda məhkəmə, işə baxarkən xüsusi bilik tələb edən suallara iş üzrə müvafiq ekspertiza təyin etməklə aydınlıq gətirə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə ipoteka predmetlərinin hazırki vaxta olan real bazar dəyərinin müəyyən edilməsi üçün bu sahədə ixtisaslaşdırılmış dövlət qurumu ola n Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etməklə, iş üzrə müvafiq ekspertiza təyin edilməli və bu barədə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra mübahisələndirilən hissədə iddia tələbinə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilməlidir. Qarşılıqlı iddia ərizəsinin- sözügedən torpaq sahəsinə, nəqliyyat vasitəsinə dair bağlanmış ipoteka müqavilələrinin, ipoteka müqavilələrinə dair bağlanmış əlavə sazişlərin, eləcə də “mövcud borcun etiraf edilməsi haqqında (mücərrəd) müqavilə”nin etibarsız hesab edilməklə ləğv edilməsi tələblərinə gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, xx həmin müqavilələrin zor, hədə təsiri altında, habelə onun ağır vəziyyətə düşməsi və İddiaçı bundan sui-istifadə etməsi nəticəsində onun üçün son dərəcə əlverişsiz şərtlərlə məcburən bağlandığını və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübah isələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda, apellyasiya instansiyası məhkəməsi, tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsini mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmununu nəzərə almaqla düzgün müəyyən etmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, qarışılıqlı iddia ərizəsini qeydə olunan hissələrdə rədd etmiş Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, xxnın kassasiya şikayətinə əsasən qeyd olunan hissələrdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi v ə ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də qeyd olunan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA 416-420-ci ALDİ: Cavabdeh xxx qızının kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsi qismən- ilk iddia ərizəsinin ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106 ha torpaq sahəsinin ilkin satış qiymətinin 210.000 man at, “Lexus LX-570” markalı, **EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 68.000 manat müəyyən edilməsi hissəsində, həmçinin Bakı şəhəri, Yasamal rayonu, xxxxxxxxx olan mənzilə dair “xxxx” MTK tərəfindən İddiaçı adına verilmiş 20 avqust 2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməklə ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın, qalan mübahisələndirilən hissədə qətnamə cavabdeh qızının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkilləri X3, X1 və cavabdeh qızının vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli, 2(103)-9676/2019 saylı qətnaməsindən cavabdehlər qızı və Cavabdeh1 nümayəndəsi Əliyev Hüseyn Cəfər oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “borcun tutulması, tutmanın ipoteka predmeti olan torpaq sahəsinə, nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların qiymətləndirilərək açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi, həmin vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda qalan məbləğin Cavabdeh1 tutulması və torpaq sahəsinin bir ay ərzində boşaldılması barədə ilk iddia ərizəsi təmin, qızının İddiaçı qarşı “torpaq sahəsinə, nəqliyyat vasitəsinə dair bağlanmış ipoteka müqavilələrinin, ipoteka müqavilələrinə dair bağlanmış əlavə sazişlərin, mövcud borcun etiraf edilməsi haqqında (mücərrəd) müqavilənin, mənzilə dair verilmiş maliyyə arayışının etibarsız hesab edilməklə ləğv edilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, Cavabdeh1 ödəniş günü milli manata məzənnədə 10 avqust 2018-ci il tarixli “mövcud borcun etiraf edilməsi haqqında (mücərrəd) müqavilə üzrə 550.000 ABŞ dolları pulun tutulub İddiaçı verilməsi, tutumanın xxya məxsus olan ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 210.000 manat müəyyən edilməklə Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,106 ha torpaq sahəsinə, həmçinin ilkin satış qiyməti 68.000 manat müəyyən edilməklə “Lexus LX-570” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 550.000 ABŞ dollarının ödəniş günü milli manata məzənnədə manat hesabı ilə tutulub İddiaçı ödənilməsi, qalan məbləğin xxya verilməsi, ipoteka predmetlərinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun qalan hissəsinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, ipoteka predmeti olan qeyd olunan torpaq sahəsinə tutma yönəldikdən və torpaq sahəsi satıldıqdan sonra bir ay ərzində boşaldılması qət edilib. xx qətnamədən apellyasiya şikayəti verib. Eyni zamanda Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 22 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” MTK və digərlərinə qarşı “mənzilə dair verilmiş maliyyə arayışının ləğv edilməsi vəzifəsinin “xxxx” MTK üzərinə qoyulması” barədə iddiası təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, xxxxxxxxx olan mənzilinə dair İddiaçı adına verilmiş 20 avqust 2018-ci il tarixli maliyyə arayışının ləğv edilməsi vəzifəsinin “xxxx” MTK üzərinə qoyulması qət edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilib və həmin məhkəmənin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə xxnın apellyasiya şikayət i təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb, eyni zamanda həmin qətnamə ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 22 may 2019-cu il tarixli qətnaməsi ləğv edilib, Cavabdeh1 “xxxx” MTK və digərlərinə qarşı “mənzilə dair verilmiş maliyyə arayışının ləğv edilməsi vəzifəsinin “xxxx” MTK üzərinə qoyulması” barədə iddiası rədd edilib. Cavabdehlər xx və Cavabdeh1 nümayəndəsi Hüseyn Əliyev qətnamədən kassasiya şikayəti vermişlər. Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Mə hkəmənin hakiminin 25 yanvar 2020-ci il tarixli qərardadı Cavabdeh1 münasibətdə ləğv edilməli, ona münasibətdə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və cavabdeh xxya münasibətdə kassasiya şikayətinə baxılması davam etdirilməlidir. Belə ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi Hüseyn Əliyev vasitəsi ilə verdiyi kassasiya şikayəti nümayəndəsi Hüseyn Əliyev tərəfindən imzalansa da, onun vəkili tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə görə, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 417. 1.7-ci maddəsində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul edildiyini müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 25 yanvar 2020-ci il tarixli qərardadı Cavabdeh1 münasibətdə ləğv edilməli, ona münasibətdə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və cavabdeh xxya münasibətdə isə kassasiya şikayətinə baxılması davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiy ası məhkəməsi QƏRARA A L D İ: İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli, 2(103)-9676/2019 saylı qətnaməsindən cavabdeh qızı və Cavabdeh1 nümayəndəsi Əliyev Hüseyn Cəfər oğlunun verdikləri kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 25 yanvar 2020-ci il tarixli qərardadı Cavabdeh1 münasibətdə ləğv edilsin, ona münasibətdə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Digər cavabdeh qızına münasibətdə kassasiya şikayətinə baxılması davam etdirilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar