Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1549/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının vəkili Həsənli Murad Vahid oğlunun və cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-2418/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları xx xxxx 2010-cu il tarixdə bankla Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 22 faiz olmaqla 48 ay müddətinə 34.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2010-cu il tarixli 05M saylı, xx.xx.2010-cu il tarixli 33M saylı, xx.xx.2010-cu il tarixli 09M saylı, xx.xx.2010-cu il tarixli 25M saylı, xx.xx.2011-ci il tarixli 16M saylı, xx.xx.2011-ci il tarixli 25M saylı, xx.xx.2011-ci il tarixli 34M saylı, xx.xx.2011-ci il tarixli 09M saylı və xx.xx.2011- ci il tarixli 16M saylı xəzinə mədaxil orderlərinə əsasən X1 adlı şəxs tərəfindən Cavabdeh adından “xxxx” ASC-yə ümumilikdə 16.310 manat, xx.xx.2010-cu il tarixli 06M saylı, xx.xx.2010-cu il tarixli 34M saylı, xx.xx.2010-cu il tarixli 23M saylı və xx.xx.2010-cu il tarixli 32M saylı xəzinə mədaxil orderlərinə əsasən X2 adlı şəxs tərəfindən Cavabdeh adından “xxxx” ASC-yə ümumilikdə 4817 manat məbləğində ödəniş edilmişdir. 2015-ci ilin iyul ayında bankın ləğvedicisi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxx 2015-ci il tarixə əsas kredit, faiz və cəriməyə görə banka ödənilməmiş 47.871 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin cavabdehdən bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları B irinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 000675A saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh “xxxx” ASC-nin xeyrinə xx xxx 2015-ci il tarixinə 23.376,69 manat əsas borc, 18.148,47 manat faiz borcu, 6345,84 manat cərimə borcu, cəmi 47.871 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kredit müqaviləsinə imza etdiyini, lakin kredit müqaviləsi üzrə kredit məbləğini almadığını, bu barədə heç bir sənədə imza etmədiyini, onun adından ödəniş edən şəxsləri tanımadığını bild irmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Azər Tağıyev) 2(009)-2923/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Azər Tağıyev) 2(009)-2923/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli xüsusi qərardadı ilə “xxxx” ASC-nin 08 saylı filialının əməkdaş(lar)ının əməlində cinayət tərkibinin olub-olmadığının araşdırılması üçün Bakı şəhəri Səbail Rayon Prokurorluğuna göndərilmişdir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər kredit müqaviləsi bağlasa da, iddiaçı tərəfindən kredit məbləğinin verilməsini və borclunun həmin məbləği qəbul etməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmiş, həmçinin də kredit müqaviləsi üzrə verilməli olan borc məbləğinin hər hansı bank hesabına ödənilməsi barədə razılığın mövcudluğu sübut edilməmişdir. İddiaçının yeganə sübutunun xx.xx.2010-cu il tarixli, 000675A saylı kredit müqaviləsi olduğunu, lakin həmin müqavilənin bağlanması təkbaşına olaraq cavabdeh tərəfindən iddiaçının tələb etdiyi borc məbləğinin qaytarılması üçün əsas olmadığını nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin ona pul ödəməli olmasını kifayətedici əsaslarla sübut edə bilməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 390.3, 390.5, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin 8 saylı filialı ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixli 000675A kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 34.000 (otuz dörd min) manat məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim olunmuş xəzinə mədaxil orderlərindən görünür ki, kredit götürüldükdən sonra kredit üzrə Cavabdeh adından “xxxx” ASC-yə ümumilikdə 21127 (iyirmi bir min yüz iyirmi yeddi) manat məbləğində ödəniş edilmişdir. Buna baxmayaraq Səbail rayon Məhkəməsi heç bir araşdırma aparmadan təqdim olunmuş iş üçün əhəmiyyət kəsb edən bütün sübutlara hüquqi qiymət vermədən formal mülahizələrə əsaslanaraq tərəflər arasınd a kredit müqaviləsi bağlansa da, kredit müqaviləsi üzrə məbləğin cavabdehə verilməsi və borclunun həmin məbləği qəbul etməsi barədə təsdiqedici sənədlərin iddiaçı tərəfindən iş materiallarına əlavə edilməməsini, həmçinin kredit müqaviləsi üzrə verilməli olan borc məbləğinin hər hansı bank hesabına ödənilməsi barədə razılığın mövcudluğunun sübut edilməməsini əsas götürərək iddia tələbinin təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxxx 2015-ci il tar ixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlansa da, iddiaçı tərəfindən kredit məbləğinin məhz iş üzrə cavabdehə verilməsini və sonuncunun həmin məbləği qəbul etməsini təsdiq edən sənədi (kassa məxaric orderi və.s) iddia ərizəsinə əlavə etməmiş, həmçinin kredit müqaviləsi üzrə verilməli olan borc məbləğini hər hansı bank hesabına ödənilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının nü mayəndəsi də apellyasiya şikayətində bunu təsdiq etmişdir. Belə vəziyyətdə qeyd olunan məbləğin həqiqətən cavabdeh tərəfindən qəbul edilməsi təsdiq olunmur. Həmçinin işdən görünür ki, birinci instansiya məhkəməsi məhz apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı hələ 2015-ci ildə xüsusi qərardad çıxarmaqla Bakı şəhəri Səbail Rayon prokurorluğuna məlumat vermişdir. Lakin iddiaçı tərəf bununla bağlı da, yəni xüsusi qərardadın nəticəsi barədə də məhkəməyə hansısa sənəd təqdim etməmişdir. Çünki, işdən də görünür ki, kredit məbləğini cavabdehin adından banka başqa şəxslər ödəmişdir. Məhz cinayət mühakimə icraatı qaydasında bu xüsusatların yoxlanılması və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməsi vacib olduğundan, iddiaçı tərəf də öz işçinin (filial müdirinin və başqa şəxslər in) göstərdiyi hərəkətləri barədə hüquq mühafizə orqanlarına məlumat verməkdə maraqlı olmalı idi. Lakin nədənsə maraqlı olmamış, yalnız dörd ilə yaxın müddət keçdikdən sonra qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə, mübahisələndirilən hissədə ləğv edilə bilməz. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(103)-10303/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər İlqar Xələfov - sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev və Ənvər Şadiyev) xx.xx.2019-cu il tarixli 2(102)-7666/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi səthi yoxlanılmış sübutlar əsasında nəticəyə gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. xx xxxx 2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, müqavilə bankla Cavabdeh arasında bağlanmış və müqavilə onun tərəfindən imzalanmaqla sonuncu müqavilənin bütün şərtləri ilə razılaşmış, kredit müqaviləsinə uyğun olaraq tərtib olunmuş ödəniş cədvəli də cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh kreditin ona verilməməsini iddia etsə də, işdən görünür ki, o, müqavilə üzrə ona ödənilməmiş krediti bankdan heç vaxt tələb etməmiş və kreditin ödənilməsi barədə üzərinə öhdəlik götürməsi və həmin məbləğin ondan gələcəkdə tələb edilə biləcəyi onu narahat etməmiş və uzun illər ərzində bu barədə susmuşdur. İşdən görünür ki, məhkəmə kollegiyası cavabdehi olduqca səthi dindirməklə bu istiqamətdə heç bir araşdırma aparmamış, yalnız məxaric qəbzinin bank tərəfindən təqdim olunmamasına əsaslanaraq iddianı rədd etmişdir. 34.000 manat məbləğində kreditin verilməsi barədə müqavilənin heç bir təminat vasitəsi olmadan bağlanması və son nəticədə məxaric qəbzinin yoxa çıxması həmin hərəkətlərə şüurlu şəkildə yol verilməsi qənaətinə gəlmək üçün əsas verdiyindən məhkəmə kollegiyası məsələnin ciddi şəkildə araşdırılmasını və həqiqətə nail olunmasını təmin etməli idi. Kredit müqaviləsi üzrə xx xxxxxx 2011-ci il tarixə kimi olan müddətdə X1 adlı şəxs tərəfindən Cavabdeh adından banka 16310 manat, xx xxx 2010-cu il, xx xxxxxxx 2010-cu il, xx xxxxxx 2010cu il və xx xxxxxx 2010-cu il tarixdə X2 adlı şəxs tərəfindən banka 4.817 manat məbləğində ödəniş edilmişdir. Lakin həmin ödənişləri həyata keçirmiş şəxslərin dindirilməməsi, onların cavabde hə münasibəti, ödənişin həyata keçirmələrinin səbəbləri aydınlaşdırılmamış, işdə olan qeyrimüəyyənlik və anlaşılmazlıqlar araşdırılmamışdır. Məhkəmə hesab etmişdir ki, qəbul edilmiş qətnamə iş üzrə müəyyənliyin təmin olunmasını, pozulması iddia olunan hüquqların real bərpasını təmin etməmişdir. İşə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Valeh Ağayev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(009)-2923/2015 saylı qətnaməsi ləğv edilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 23376,69 manat əsas, 12414,12 manat faiz və 635 manat cərimə məbləğinin tutularaq “xxxx” ASC-nə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim olunan maliyyə arayışında xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə cavabdehin 23376,69 manat əsas, 12414,12 manat faiz və 12899,97 manat cərimə borcu olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 467 və 739-cu maddələrinə istinad edərək, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına əsaslanaraq, həmçinin Ali Məhkəmənin mövqeyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə (müqavilə müddətinin so nuna yaranmış məbləğin) qismən təmin edilməli, Cavabdeh 23376,69 manat əsas, 12414,12 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəfindən ödəniş edən şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsinin təmin edilməsi təklif edilmiş, iddiaçının nümayəndəsi bir neçə dəfə həmin şəxslərin şahid qismində dindirilmələrinin təmin edilməsi üçün məhkəmə iclasına dəvət edəcəklərini bildirmiş və bu səbəbdən də məhkəmə iclası təxirə salınsa da, iddiaçının nümayəndəsi həmin şəxslərin şahid qismində dindirilmələri üçün məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2418/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə sonuncu apellyasiya instansiyası məhkəməsinin çıxardığı qətnamə absurd, heç bir sübuta əsaslanmayan, qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının MPM-nin 4, 9, 14.2, 76, 77.1, 88, 89.3, 106.1, 217.4, 387-cü maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Mülki iş üzrə məhkəmə araşdırması səthi aparılmış, hakim işdə olan sübutları işin hallarına düzgün tətbiq etməmiş və mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə özü istədiyi sübutları istədiyi şəkildə qiymətləndirmiş, ş ahid ifadələrini öz istədiyi şəkildə təhlil etmiş, həmin ifadələri əlaqələndirməmiş, saxta sübutların qəbul edilməsinin səbəbini aydın göstərməmişdir. Həmin sübutların özünə lazım olan hissəsini sübut kimi qəbul etmiş, özünə lazım olmayan əsas sübutları isə inkar etməyə çalışmışdır. İşdə iştirak edən şəxslərdən məhkəməyə kassasiya şikayətinə dair etiraz və ya izahatlar daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Həsənli Murad Vahid oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Maddə 417.4. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cava bdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 739.1-ci maddəsinin tətbiqində səhvə yol verdiyinə görə əsaslı və qanuni sayıla bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsas ının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Borc müqaviləsini (kredit müqaviləsini) tənzimləyən yuxarıda qeyd olunan normanın şərtlərindən göründüyü kimi bu müqavilənin mahiyyəti ondan ibarətdir ki, borc verən pulu (və ya digər əşyaları) borc alanın mülkiyyətinə keçirməli, borc alan isə eyni növlü əşyanı borc verənə qaytarmalıdır. Kredit müqaviləsində nəzərdə tutulan vəsait müştəriyə ya nağd şəkildə ödənilməli, və yaxud onun razılığı ilə şəxsi hesabına keçirilməlidir. Lakin kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulan pul vəsaiti borc alana nağd qaydada verilməsi və ya onun hesabına köçürülməsi barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmələr tərəfindən belə bir fakt müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, pul məbləğinin cavabdehə verilməsinə dair məxaric sənədlərini məhkəməyə təqdim edilməməsi apellyasiya şikayətinin əsas dəlili olmuş, həmin sənədlərin məhkəməyə təqdim edilməsi üçün məhkəmələr tərəfindən zəruri hərəkətlər edilsə də, iddiaçının nümayəndəsi ləğvetmə prosesində komissiyaya bu kreditlə bağlı məxaric orderlərinin təqdim edilmədiyini bildirmişdir. Məhkəmələr tərəfindən həmçinin müəyyən edilmişdir ki, işdə olan xəzinə mədaxil qəbzlərinə əsasən yuxarıda göstərilən kredit müqaviləsi üzrə xx xxxxxx 2011-ci il tarixə kimi olan müddətdə X1 adlı şəxs tərəfindən Cavabdeh adından banka 16310 manat, xx xxx 2010-cu il, xx xxxxxxx 2010-cu il, xx xxxxxx 2010-cu il və xx xxxxxx 2010-cu il tarixdə X2 adlı şəxs tərəfindən banka 4.817 manat məbləğində ödəniş edilmişdir. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən apellyasiya məhkəməsi həmin ödənişləri həyata keçirmiş şəxslərin dindirilməsi, onların cavabdehə münasibətinin, ödənişi həyata keçirmələrinin səbəblərinin aydınlaşdırılması üçün həmin şəxslərin şahid qismində məhkəmə iclasında iştirakının təmin edilməsini təklif etsə də və iddiaçının nümayəndəsi bir neçə dəfə həmin şəxslərin şahid qismində dindirilmələrinin təmin edilməsi üçün məhkəmə iclasına dəvət edəcəklərini bildirərək, bu məqsədlə məhkəmə iclası təxirə salınsa da, iddiaçının nümayəndəsi həmin şəxsləri tapa bilmədiklərini bildirmişdir. Göründüyü kimi, kredit üzrə ödənişlərin cavabdeh və ya ona aid şəxslər tərəfindən a parılması da iş üzrə müəyyən edilməmişdir, belə olan halda isə, iddiaçının cavabdehdən kreditin qaytarılmasını tələb etmək hüququ yoxdur. Məhkəmə kollegiyası Mülki Məcəllənin 14.2, 385.1 və 739.1-ci maddələrinə əsasən hesab edir ki, cavabdehin iddiaçıya iddia tələbində qeyd edilən vəsaiti ödəmək öhdəliyinin yaranmasına əsas verən qanunla nəzərdə tutulmuş hallar iş üzrə müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması düzgün tətbiq olunmamışdır. Bu hal isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsind ə mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur. Buna görə də, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2418/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulması” tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.